Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-262/2022 10.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə xx.xx.1985-ci ildə Ermənistan Respublikası Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 1,240 qram çəkidə qəhvəyi rəngdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 0,662 qram çəkidə ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, satış məqsədi ilə əldə edib, daşıyaraq əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibində saxlamış, 07.11.2021-ci il tarixdə, saat 18- 45-də Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsində yerləşən “Tosoil” YDM-nin yaxınlığında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində 5 ədəd bükülüdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,108 qram, 0,380 qram, 0,344 qram, 0,378 qram və 0,03 qram, cəmi çəkiləri 1,240 qram, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd göy rəngli plasmas qabda təmiz şəkisi 0,662 qram çəkidə ağ rəngli , kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla deyil, Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir, özünə məxsus “KİA CEED” markalı, **-BV-*** nömrə nişanlı avtomaşınla Sumqayıt-Bakı marşrutu ilə taksi kimi fəaliyyət göstərir. Təxminən 2021-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhərində olarkən “20 Yanvar” metrostansiyasının yaxınlığında özünü Elnur kimi təqdim edən ilk dəfə gördüyü bir nəfər şəxs yaxınlaşaraq onda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfitamin olduğunu, ucuz qiymətə satdığını bildirdikdə həmin narkotik vasitədən özü istifadə edəcəyini fikirləşib ondan cəmi 25 manata 5 büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə olan metamfetamin almışdır. Əldə etdiyi narkotik vasitədən bir-iki bükümünü özü istifadə etmiş, qalan hissəsini isə üstündə gəzdirmişdir. 07 noyabr 2021-ci il tarixdə, saat təxminən 18:15də idarə etdiyi avtomaşınla yaşadığı kənddən çıxıb Bakı şəhəri istiqamətində hərəkətdə olarkən kəndin çıxacağında yolun kənarında həmkəndlisi Əlinin dayandığını görüb avtomaşını onun yanında saxlayıb hara getdiyini soruşanda o, Xırdalan şəhərinə getdiyini bildirmiş, ona Bakıya getdiyini bildirib avtomaşına oturmağı təklif etmiş və daha sonra yoluna davam edərkən H.Tağıyev qəsəbəsində “Tosoil” YDM-nin yaxınlığında yol polis əməkdaşı ona saxla işarəsi vermiş və o, avtomobilini saxlayıb yerə düşdükdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz əldə olunmasında, satışında və gəzdirilməsində şübhəli olduğunu bildirərək onun və yanında sərnişin kimi olan Əlini Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. Bölmədə adı İsmayıl olan polis mayoru narkotiki kimdən almasını soruşaraq ona fiziki zor göstərmişdir. İsmayıl adlı polis əməkdaşı onun bədəninin müxtəlif nahiyyələrinə əl və ayaq zərbələri vuraraq narkotik maddəni kimdən almasını soruşmuşdur. Həmin vaxt onun üzərində hər hansı bir xəsarət izləri olmamış və o, döyülməsi barədə hər hansı bir orqana şikayət etməmiş və barəsində həbs qətimkan tədbiri seçilərkən işə baxan hakimə bu barədə bildirməmişdir. Həmin polis mayoru onu döydükdən sonra o, üzərində və avtomobilində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, sonra polis əməkdaşları ona məxsus avtomobilə baxış keçirmiş və avtomobildə olan narkotik maddəni də ona verərək üzərinə videoçəkilişlə baxış keçiriləcəyini bildirərək, baxış keçirilən zaman həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etməsini bildirmişlər. O da həmin polis mayorunun dediyini yerinə yetirəcəyini bildirmişdir. Bundan sonra, bölmədə xidməti otaqlardan birində ona hüquq və vəzifələri izah olunduqdan və müdafiəçi təqdim olunduqdan sonra üstündə olan bütün əşyaları təqdim etməyi təklif etdikdə əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan siqaret qutusunu, avtomaşınının açarını, habelə sol yan cibindən qara rəngli dəridən hazırlanmış pul qabını çıxarıb onlara təqdim etmiş və pul qabını açmış, pul qabının içərisində olan narıncı plasmas qabda olan sellofan kəsiyinə bükülmüş cəmi 5 ədəd kütlənin narkotik vasitə olan heroin olduğunu, göy rəngli plasmas qabda olan kütlənin isə “şüşə” olduğunu bildirmişdir. Polis əməkdaşları aşkar edilən 5 ədəd bükümdə narkotik vasitə olan “kakosu” ölçdükdə cəmi çəkisinin 1,52 qram, “şüşəni” isə plasmas qabı ilə birlikdə ölçdükdə ümumi çəkisinin 2,39 qram olmasını müəyyən etmiş, daha sonra təhqiqatçı ondan avtomaşına baxış keçirməyə etirazının olub-olmadığını soruşduqda buna etiraz etməmiş və otaqda olan bütün şəxslərlə birlikdə çəkiliş davam etdirilməklə PB-nin həyətinə çıxmış və orada saxlanılmış özünə məxsus avtomaşının baqaj hissəsinə və salona polis əməkdaşları baxış keçirdikdə heç nə aşkar etməmişlər. Daha sonra, yenidən otağa qayıtmış və təhqiqatçı açarla otağın qapısını açdıqdan sonra otağa daxil olmuşlar. Təhqiqatçı təqdim etdiyi narkotik vasitə və psixotrop maddələri onun iştirakı ilə zərfdə qablaşdırdıqdan sonra möhürləmiş və o, zərfə imza etmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunduqdan sonra o və digər iştirakçılar doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ittihamda qeyd edilən heroin və metamfetaminin ona məxsus olduğunu, heç vaxt heç kimə narkotik maddə satmadığını, heç vaxt narkotik maddənin satışı ilə məşğul olmadığını, lakin narkotik maddələrin istifadəçisi olduğunu bildirərək ona elan olunmuş CM-nin 234.2-ci maddənin CM-nin 234.1-ci maddəsinə tövsif olunaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir, özünə məsus “KİA CEED” markalı, **-BV-*** nömrə nişanlı avtomaşınla Sumqayıt-Bakı marşrutu ilə taksi kimi fəaliyyət göstərir. Təxminən 2021-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhərində olarkən “20 yanvar” metrostansiyasının yaxınlığında özünü Elnur kimi təqdim edən ilk dəfə gördüyü bir nəfər şəxs yaxınlaşaraq onda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfitamin olduğunu, ucuz qiymətə satdığını bildirdikdə həmin narkotik vasitədən özü istifadə edəcəyini fikirləşib ondan cəmi 25 manata bir büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə olan metamfetamin almış, daha sonra həmin günü axşam həmin narkotik vasitələri ayrıayrılıqda bükümlərə bölmüşdür ki, istifadə edərkən rahat olsun. Əldə etdiyi narkotik vasitədən bir-iki bükümünü özü istifadə etmiş, qalan hissəsini isə üstündə gəzdirmiş, 07 noyabr 2021-ci il tarixdə, saat təxminən 18-15-də idarə etdiyi avtomaşınla yaşadığı kənddən çıxıb Bakı şəhəri istiqamətində hərəkətdə olarkən kəndin çıxacağında yolun kənarında həmkəndlisi Əlinin dayandığını görüb avtomaşını onun yanında saxlayıb hara getdiyini soruşanda o, Xırdalan şəhərinə getdiyini bildirmiş, ona Bakıya getdiyini bildirib avtomaşına oturmağı təklif etmiş və daha sonra yoluna davam edərkən H.Tağıyev qəsəbəsində “Tosoil” YDM-nin yaxınlığında avtomaşını saxlayıb özünə siqaret almaq istəyərkən bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz əldə olunmasında, gəzdirilməsində şübhəli olduğunu bildirərək onun və yanında sərnişin kimi olan Əlini Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqlardan birində ona hüquq və vəzifələri izah olunduqdan və müdafiəçi təqdim olunduqdan sonra üstündə olan bütün əşyaları təqdim etməyi təklif etdikdə əynimdə olan göy rəngli cins şalvarının sağ yan cibində olan siqaret qutusunu, avtomaşınının açarını, habelə sol yan cibindən qara rəngli dəridən hazırlanmış pul qabını çıxarıb onlara təqdim etmiş və pul qabını açmış, pul qabının içərisində olan narıncı plasmas qabda olan sellofan kəsiyinə bükülmüş cəmi 5 ədəd kütlənin narkotik vasitə olan heroin olduğunu, göy rəngli plasmas qabda olan kütlənin isə “şüşə” olduğunu bildirmişdir. Polis əməkdaşları aşkar edilən 5 ədəd bükümdə narkotik vasitə olan “kakosu” ölçdükdə cəmi çəkisinin 1,52 qram, “şüşəni” isə plasmas qabı ilə birlikdə ölçdükdə ümumi çəkisinin 2,39 qram olmasını müəyyən etmiş daha sonra təhqiqatçı ondan avtomaşına baxış keçirməyə etirazının olubolmadığını soruşduqda buna etiraz etməmiş və otaqda olan bütün şəxslərlə birlikdə çəkiliş davam etdirilməklə PB-nin həyətinə çıxmış və orada saxlanılmış özünə məxsus avtomaşının baqaj hissəsinə və salona polis əməkdaşları baxış keçirdikdə heç nə aşkar etməmişlər. Daha sonra yenidən otağa qayıtmış və təhqiqatçı açarla otağın qapısını açdıqdan sonra otağa daxil olmuşlar. Təhqiqatçı təqdim etdiyi narkotik vasitə və psixotrop maddələri onun iştirakı ilə zərfdə qablaşdırdıqdan sonra möhürləmiş və o, zərfə imza etmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunduqdan sonra o və digər iştirakçılar doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 07 noyabr 2021-ci il tarixdə 2-ci PB-nin əməliyyat aparatına Xızı rayonu Yeni Yaşma kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və bu məqsədlə üstündə gəzdirməsi və hal-hazırda özünə məxsus “Kia” markalı avtomaşınla Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsi ərazisində olması barədə əməliyyat məlumatı daxil olduqda sahə rəisləri Şahid2 və Şahid3la birlikdə H.Tağıyev qəsəbəsi ərazisinə çıxmış və saat 18-45-də qəsəbədə yerləşən “Tosoil” YDMnin qarşısında Təqsirləndirilən şəxs məxsus “Kia-Ceed” markalı, **-BV-*** nömrə nişanlı avtomaşının dayandığını görüb həmin maşına yaxınlaşmışlar. X5 başqa həmçinin bir nəfər başqa şəxs də olmuş və onlara özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları olduğuqlarını, narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərlərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt şəhər 2-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs və sonradan adının Şahid4 olduğunu öyrəndikləri şəxs buna etiraz etmədikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirilmiş və dərhal PB-nin rəhbərliyinin adına raport tərtib olunduqdan sonra araşdırmanın aparılması təhqiqatçıya həvalə olunduqda ilk əvvəl Təqsirləndirilən şəxs KTB-nin inspektor kriminalisti Rasim Paşayevlə birlikdə təhqiqatçının xidməti otağına gətirilmiş, təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman Təqsirləndirilən şəxs buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Elmin Mahmudov təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən “Vinçestr” markalı siqaret və “Kia” markalı avtomaşının açarlarını, sol yan cibindən isə qara rəngli dəridən hazırlanmış pul qabını çıxarıb açmış və həmin pul qabının içərisində olan narıncı plasmas qabda olan sellofan kəsiyinə bükülmüş cəmi 5 ədəd kütlənin narkotik vasitə olan heroin olduğunu, göy rəngli plasmas qabda olan kütlənin isə “şüşə” olduğunu, həmin narkotik vasitələri cəmi 25 manata əldə etdiyini bildirmişdir. Aşkar edilən 5 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə elektron tərəzidə ayrı-ayrılıqda ölçdükdə cəmi çəkisinin 1,52 qram, psixotrop maddə olan metamfetaminə oxşar kütləni isə plasmas qabı ilə birlikdə ölçdükdə ümumi çəkisinin 2,39 qram olmasını müəyən etmiş, həmin kütlələr zərfdə qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomaşınına baxış keçirilməsinə etirazının olmadığını bildirdikdə onun avtomaşınına baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmadıqda təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs avtomaşınında olan sərnişin Şahid4 üzərində də müdafiəçi dəvət olunmaqla şəxsi axtarış keçirilmiş, lakin Şahid4 üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə aşkar olunmamiş və bununla əlaqədar Şahid4 iştirakı ilə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunduqdan sonra iştirakçılar doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən və onun üzərinə baxış keçirilərkən nə o, nə də ki, digər polis əməkdaşları tərəfindən sonuncuya qarşı hər hansı bir təsir və ya təzyiq göstərilməmiş, o, Təqsirləndirilən şəxs döyməmiş və ona hər hansı bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun döyülməsi barədə göstərdikləri həqiqəti əks etdirmir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, lakin Seymurun nə işlə məşğul olmasından məlumatı yoxdur. 07 noyabr 2021-ci il tarixdə, saat təxminən 18 radələrində o Xırdalan şəhərinə getmək üçün yaşadığı kəndin çıxacağında, yolun kənarında dayanıb Bakı şəhəri istiqamətində gedən avtomaşın gözləyərkən bu zaman onun yanında Seymur idarə etdiyi “Kia-Ceed” markalı **-BV-*** nömrə nişanlı avtomaşını saxlayıb hara getdiyini soruşmuş, Seymura Xırdalan şəhərinə getdiyini bildirdikdə o da Bakı şəhərinə getdiyini bildirib avtomaşına oturmağı təklif etmişdir. Seymura məxsus avtomaşının qabaq oturacağında oturmuş və Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsinin ərazisindən keçərkən Seymur avtomaşını “Tosoil” YDM-nin yaxınlığında saxlayıb siqaret alacağını bildirmiş və avtomaşından düşmək istəyərkən bu zaman ona bir neçə nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını Seymurun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması, eləcə də satışı ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt şəhər 2-ci PB-nə dəvət etmişlər. Həmçinin onun da kimliyini öyrəndikdən sonra eyni qaydada onu da 2-ci PB-nə dəvət etmiş, o və Seymur buna etiraz etməmiş və birlikdə 2-ci PB-nə getmişlər. O, dəhlizdə polis əməkdaşının müşahidəsi altında qalmış, Seymuru isə təhqiqatçı polis əməkdaşları və müdafiəçi ilə birlikdə xidməti otağa dəvət edib üstündə axtarış keçirəcəklərini bildirmişdir. Özü dəhlizdə dayandığından Seymurun üstündən axtarış zamanı konkret olaraq nə çıxmasını görməmiş, lakin daha sonra Seymurun üstündən narkotik vasitələr aşkar olunması barədə eşitmiş, bir qədər sonra polis əməkdaşları Seymurla sənədləşməni başa çatdırdıqdan sonra onu xidməti otağa dəvət etmiş və təhqiqatşı Fərhad Bayramov ona narkotik vasitələri üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu şübhəli şəxs qismində tutduğunu elan edərək Azərbaycan Respubliksı CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi kimi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 təqdim etdikdə Vüsal Mirzəyevin onun müdafiəçisi kimi çıxış etməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı ona üstündə olan əşyaları təqdim etməyi təklif etmiş, üstündə olan əşyları təqdim etdikdən sonra polis əməkdaşları özləri də üstündə axtarış aparmış və qanunla gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya aşkar etmədikdə bu barədə protokol tərtib etdikdən sonra təhqiqatçı onun şübhəli şəxs kimi fəaliyyətinə xitam verildiyini və azad olduğunu elan etmiş və o, PB-dən çıxaraq yoluna davam etmişdir. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dəvət olunaraq dindirilmiş Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi onun icraatında olmuş, həmin işin istintaqını aparmış, prosessual hərəkətlər etmiş, ittiham aktı tərtib olunaraq iş məhkəməyə göndərilmişdir. Həmin işin istintaqını apararkən texniki səhv olaraq dindirmə protokolunda və ittiham aktında Şahid1 ifadəsində hadisənin 07.10.2021-ci ildə baş verdiyini qeyd etmiş, əslində isə hadisənin tarixi 07.11.2021-ci ildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 07 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 08 noyabr 2021-ci il tarixli 6\4947 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 126 dairəvi möhür əksi “Şübhəli şəxs imza Quliyev....” yazı və imzalar olan zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,108 qram, 0,380 qram, 0,344 qram, 0,378 qram və 0,03 qram olmaqla, ümumi çəkisi 1,240 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,662 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (Heroinin ümumi çəkisi 1,240 qram, tədqiqata sərf edildi 0,1 qram (hər bir obyektdən 0,02 qram olmaqla), qalıq 1,140 qram. Metamfetaminin ümumi təmiz çəkisi 0,662 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,612 qram) İş materiallarında olan Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi Ambulator X1 25.12.2021-ci il tarixli 5289 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. İş materiallarında olan əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair 07 noyabr 2021- ci il tarixli qərardan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə qanunsuz məşğul olması ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu narkotik maddələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən döyülməsi və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs qismində ibtidai istintaqda vermiş olduğu ifadə sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar oz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. İşin həqiqi hallarından görünür ki, təqsirləndirlən şəxsin üzərindən iki fərqli növdə 5 ədəd bükülüdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,108 qram, 0,380 qram, 0,344 qram, 0,378 qram və 0,03 qram, cəmi çəkiləri 1,240 qram, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd göy rəngli plasmas qabda təmiz şəkisi 0,662 qram çəkidə ağ rəngli , kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, daşıma da həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi nəzərə alınmalı hallar arasındadır. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddələrin müxtəlif növlərdə, yəni narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olması, həmçinin həmin narkotik maddələrin ayrı-ayrı xırda bükümlərə bükülməsi və onun narkotik maddələrin satışı ilə məşğul olması barədə əməliyyat tədbirini həyata keçirən orqanın əməkdaşına verilmiş məlumat bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərində aşkar olunmuş narkotiki və psixotrop maddəni satış məqsədilə əldə edib üzərində daşımışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs X4 şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 07.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 09.11.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 07 noyabr 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 09.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinin hazırlıq iclasının 03.02.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 07 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi saxlanılan 1,140 qram çəkidə heroin və 0.612 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli (iş № 1(060)-262/2022) qərarını icra edərək, 03 fevral 2022-ci il tarixli 309/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 07 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi saxlanılan 01,140 qram çəkidə heroin və 0.612 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-262/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-262/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver