Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-262/2023 26.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Masallı rayonu, Əzizabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, Masallı rayonu, Qodman Ərazi Dairəsi, Əzizabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, 8-ci kilometr bazarın yaxınlığında kirayə yaşamış, barəsində Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs ilə tanış olub onunla dostluq münasibəti yaratdıqdan sonra ona vəzifədə işləyən tanışlarının olması və onların vasitəsi ilə müxtəlif şəxsləri işə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncunun övladı Cavid Cəfərlini "Port Baku”-da mühafizəçi olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 2021-ci ilin may ayı ərzində Zərərçəkmiş şəxs "WhatsApp proqram təminatı vasitəsi ilə göndərdiyi bacısı X2 adına olmaqla özündə olan Kapital Banka məxsus "6768 6771 7896 7828” kartına hissə-hissə olmaqla, yəni xx.xx.2022-ci il tarixdə, saat 17:40-da Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində yerləşən "Bravo” Supermarketdə quraşdırılmış "e-Manat" terminalı vasitəsi ilə həmin karta köçürülmüş 650 manat, xx.xx.2022-ci il tarixdə, saat 21:50-də ünvan 1 ünvanında yerləşən "3 Qardaş” marketdə quraşdırılmış "e-Manat" terminalı vasitəsi ilə həmin karta köçürülmüş 100 manat, xx.xx.2022-ci il tarixdə, saat 19:28-də Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində yerləşən “Bravo” Supermarkefdə quraşdırılmış “e- Manaf terminalı vasitəsi ilə həmin karta köçürülmüş 250 manat və Zərərçəkmiş şəxs xahişi ilə rəfiqəsinin qızı Şahid tərəfindən xx.xx.2022-ci li tarixdə, saat 19:51 -də Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Araz” Marketdə quraşdırılmış “MilliÖn” terminalı vasitəsi ilə həmin karta köçürülmüş 500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ilin mart ayında toyda tanış olmuş, dostluq münasibətləri yaranmışdır. Aynura özünün çoxlu tanışlarının olduğunu inandırdığı üçün sonuncu ona oğlu X6 hardasa işə düzəltmək istədiyini bildirmişdir. O da Aynura oğlu Cavidi "Port Baku"da mühafizəçi işinə düzəldə biləcəyini, əmək haqqının 1500 manatdan olacağını demişdir. Aynur onunla razılaşmış, pulun miqdarını soruşduqda, 1500 manat sənədlərin yığılmasına verməli olduğunu bildirmişdir. 2022-ci ilin may ayının 15-də telefon vasitəsi ilə olmuş, Aynur oğluna dair sənədlərin şəkillərini vatsap vasitəsilə istifadə etdiyi ***-***-**-** nömrəsinə göndərmişdir. Sonrakı günlər ona yığaraq pulu göndərməyini bildirmiş və Aynur xx.xx.2022-ci il tarixdə onun ona vatsapda atdığı X2 adına olan 6768 6771 7896 7828 kart hesabına 650 manat pul köçürmüşdür. Növbəti dəfə isə xx.xx.2022-ci il tarixdə 100 manat pulu həmin kart hesabına köçürmüşdür. Sonra may ayının 27-də həmin kart hesabına 250 manat pul köçürmüşdür. Bundan sonra Aynurə zəng edərək qalan pulu da göndərməyini bildirmiş, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına 500 manat pul köçürmüşdür. Aynur sonradan onunla dəfələrlə əlaqə saxlasa da işin düzələcəyinə dair müxtəlif bəhanələr gətirərək ona yalan vədlər vermiş və daha sonar Aynurun zənglərinə cavab verməmişdir. Bacısı F.Mirişovanın onun tərəfindən törətdiyi cinayət əməli barədə heç bir məlumatı olmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Məhkəmədən nəzərə alaraq barəsində cərimə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin mart ayında toyda tanış olmuş, Ramal ona özünün çoxlu tanışlarının olduğunu, əlinin hər yerə çatdığımı bildirdiyi üçün ona oğlu X6 hardasa işə düzəltməyi xahiş etmişdir. Ramal Cavidi "Port Baku'da mühafizəçi işinə düzəldəcəyinə vəd vermiş, bunun müqabilində 1500 manat sənədlərin yığılmasına pul istəmişdir. 15 may 2022-ci il tarixdə Ramalın istifadə etdiyi ***-***-**-** nömrəsinə oöluna aid sənədləri atmışdır. Sonrakı günlər Ramal ona yığaraq pulu göndərməyini istəmiş və o, xx.xx.2022-ci il tarixdə, saat 17:40-da Yasamal rayonu, Talıblı küçəsində yerləşən "Bravo Supermarket 3"-dən e-Manat terminalı vasitəsilə Ramalın ona vatsapda atdığı X2 adına olan “6768 6771 7896 7828” kart hesabına 650 manat pul köçürmüşdür. Növbəti dəfə isə xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanındakı "3 Qardaş market'dən e-Manat terminalı vasitəsilə 100 manat pulu həmin karta köçürmüşdür. Sonra may ayının 27-də yuxarıdakı qeyd etdiyi "Bravo" marketdəki terminaldan həmin hesaba 250 manat pul köçürmüşdür. Bundan sonra Ramal yenə ona zəng edərək qalan pulu da göndərməyini bildirmiş, onun üzərində pulu olmadığı üçün Sumqayıt şəhərində yaşayan rəfiqəsi Mətanətin qızından xahiş etmişdir ki, kart şəkli atsa pul köçürə bilərmi, o da köçürə biləcəyini demişdir. Həmin kartın hesab nömrəsini rəfiqəsinin qızı Nərminə atmış və Nərmin xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri Çerkassi küçəsində fəaliyyət göstərən "Araz Market"dəki MilliÖn terminalı vasitəsilə həmin hesaba 500 manat pul köçürmüşdür. Sonuncu dəfə Ramalın ona atdığı kart hesabına pulu Sumqayıt şəhərindən Nərmin vasitəsilə göndərmişdir. Həmin şəxslə sonradan dəfələrlə əlaqə saxlasa da işin düzələcəyinə vədlər etmiş və o, ona inanmışdır. Sonradan pulunu geri tələb etdikdə qaytaracağını deyərək onu aldatmış və mobil zənglərinə cavab verməmişdir. Hazırda təqsirləndirilən şəxsin qohumu tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs anası X1 rəfiqəsidir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs anası Mətanət Mehdiyevə zəng edib ona kart nömrəsini atacağını və həmin hesaba 500 manat məbləğində pul köçürmək lazım olduğunu bildirmişdir. Bundan sonra Bakı şəhərində olan zaman anası Mətanət Mehdiyevə həmin kartın hesab nömrəsini “WhatsApp” proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə göndərmiş və o, xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhəri, Çerkassi küçəsində fəaliyyət göstərən "Araz Market"dəki MilliÖn terminalı vasitəsilə Aynurun ona göndərdiyi kart hesabına 500 manat pul köçürmüşdür. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs xahişi ilə ona göndərdiyi 500 manat məbləğində pul vəsaitini oğlu X6 "Port Baku"da mühafizəçi işinə düzəltməsi məqsədi ilə Təqsirləndirilən şəxs vermişdir. Lakin bir müddət sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yalandan oğlunu "Port Baku"da mühafizəç işinə düzəltməsi barədə vəd verib onun ümumilikdə 1500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Mirişov X9 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzası tətbiq edilmişdir. Bundan başqa Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması və 3000 manat cərimə cəzaları tətbiq edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə xitam verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-433/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin 1(075)-42/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1- ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5 və 68.2-ci maddələrinə əsasən Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplanmaqla onun üzərində qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat cərimə cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 1(107)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki rayon Məhkəməsinin 1(075)-42/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmiş, hökmdən CM-nin 66.5-ci maddəsinə dair müddəalar xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 67.5 və 68.2-ci maddələrinə əsasən Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası Şəki rayon Məhkəməsinin 1(075)-42/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplanmaqla onun üzərində qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat cərimə cəzası saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-612/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin icraatı təzələnmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış və barəsində Bakı şəhər Nizami rayon Məhkəməsinin tərəfindən seçilmiş "həbs” qətimkan tədbiri nəzərə alınmış, təqsirləndirilən şəxs X5 barəsində Azərbaycan Respublikası CMnin 32, və 312 maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, X3 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs X10 ilə barışmışdır və ona dəymiş ziyan ödənilmişdir. Ona görə də onun cinayət məsulşiyyətindən azad olunmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş ziyanı tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə başqa bir cinayət işi üzrə məsuliyyətindən azad edilməsi onun bu cinayət işi üzrə məsuliyyətdən azad edilməsini istisna edir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 1(107)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində "həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-262/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 093/2023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 23 (iyirmi üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 138 (bir yüz otuz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əsasən bu hökmlə təyin edilmiş cəza Şəki Apellyasiya Məhkəməsinin 1(107)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə tam, 3000 (üç min) manat cərimə cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası və 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində "həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 23 (iyirmi üç) saat hüquqi yardıma görə 138 (bir yüz otuz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-262/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-262/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver