Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-263/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi X2 və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Bakı Texniki Kolecin 2-ci kurs tələbəsi, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, tanışları olan digər iki şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 15.10.2020-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinin arxasında Zərərçəkmiş şəxs bir az əvvəl kafenin içərisində olarkən sonuncunun onlara hansı səbəbdən pis baxmalarını irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət və qarın nahiyəsindən bir neçə dəfə yumruqla vurub yerə yıxaraq sonuncuya burun sümüyünün burunla tənəffüsu pozan yerdəyişən sınığı, burnun qançırından ibarət xəsarətlər yetirməklə dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Bununla da, istintaq orqanının qənaətinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şahid3 təxminən 3-4 aydır ki, tanımaqla, onun dostudur. Şahid1 4 ildir ki, tanıyır. Onlar əvvəllər bir yerdə işləmişlər. 15.10.2020-ci il tarixdə saat 19:30 radələrində o dostu Şahid3 və Elgün adlı oğlanla birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gəlib bir masa arxasında əyləşib çay imişlər. Həmin masanın qarşsında pərdə olduğu üçün onlar pərdəni örtmüşlər ki, onları heç kim görməsin. Onlardan aralıda Şahid1 başqa tanımadığı 5 nəfər şəxslə digər masa arxasında əyləşmişlər. Onların masalarının üzərində çay olmuşdur. Saat 19:45 radələrində Şahid1 onlara yaxınlaşıb ondan hal-əhval tutmuş, daha sonra çıxıb getmişdir. Həmin vaxt görmüşdür ki, Rövşənin əyləşdiyi masa arxasında olan digər şəxslər də masa arxasında yoxdurlar, onlarla əyləşən sonradan adını və soyadını bildiyi İsmayıl adlı şəxs qalıbdır. İsmayıl onlara yaxınlaşıb pərdəni çəkib ona «niyə mənə «zloy-zloy» baxırsan» sözünü demişdir. Emin də ona «kim sənə baxırdı?» demişdir. Həmin şəxs də onlara «siz baxırdınız» cavabını vermişdir. O da ona «mən sənə baxmamışam, pərdə də bağlıdır, pərdəni açan sən olmusan, sənə necə baxa bilərəm» sözünü demişdir. İsmayıl içkili olmuş, ayaq üstə çətin durmuşdur. Həmin vaxt Elgün ayağa qalxıb üzünü İsmayıla tutub «mənim böyük qardaşım kimi mənimlə yox, onunla söhbət et» sözünü demişdir. İsmayıl da Elgünün qolundan tutaraq çölə çıxıb söhbət etməsini bildirmişdir. Onlar da birlikdə çölə çıxmışlar və kafenin qarşısında söhbət etmişlər. Həmin vaxt söhbət əsnasında o,, Elgün və Emin bir daha ona «pərdəni sən açmısan, pərdə bağlı olduğu halda biz sənə necə baxa bilərik» sözünü demişlər. Həmin vaxt onun yanında olan Rövşən və digər tanımadığı şəxslər də İsmayılı sakitləşdirmişlər. Kafenin sahibi olan Pərvin adlı şəxs də onlara yaxınlaşıb içəriyə keçib çaylarını içməsini dediyi üçün onlar içəriyə keçəndə İsmayıl onlara kinayə və lağ mənasında demişdir ki, “uşaq yığını gəlib mənimlə söhbət edir”. Onlar da heç nə deməyib içəriyə keçib bir az əvvəl əyləşdikləri masa arxasında əyləşmişlər. Komendant saatı yaxınlaşdığı üçün saat 20:30 radələrində onlar kafedən çölə çıxanda görmüşlər ki, İsmayıl dayanıbdır, arxasında da Rövşən və digər 4 nəfər tanımadığı şəxslər var. İsmayıl ona yaxınlaşaraq əlini çiyninə ataraq gəzə-gəzə söhbət edə–edə kafenin arxa tərəfinə keçmişlər. Emin, Elgün də onların arxasınca gəlmişlər. İsmayıl həmin vaxt onun ünvanına alçaldıcı sözlər söyərək yavaşca başının arxa nahiyəsindən alçaldıcı və özünü hamıdan üstün göstərircəsinə sillə ilə bir neçə dəfə vurmuşdur. O da ona belə hərəkət etməməsini və əlini çəkməsini bildirsə də, onun sözünə əhəmiyyət verməyərək öz hərəkətini davam edirmişdir. O da hərəkətinin qarşısını almaq üçün İsmayılı sinəsindən bir dəfə yumruqla vuraraq ona çıxıb getməsini demişdir. İsmayıl da ona fənd atıb yerə yıxmışdır. Emin və Elgün, eləcə də İsmayılın yanında olan Rövşən və digər tanımadığı şəxslər bunu görüb onlara yaxınlaşmışlar ki, ayırsınlar. Emin İsmayılın qarın nahiyəsdən tutaraq ayırmaq istədikdə İsmayıl geriyə çönərək bir dəfə yumruqla onun burun nahiyəsinə möhkəm vurmuş, onun burnu qanamışdır. Həmin vaxt o yerdə olmuşdur. O yerdən qalxıb onun vurmaması üçün sinəsindən tutmuş və onlar tutaşmışlar, tutaşan zaman İsmayıl onun sağ və sol qarın nahiyələrindən yumruqla vurmuş, o da əsəbləşərək ona qarşılıqlıq göstərərək onun üzündən və qarın nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. İsmayıl onu vursa da, o heç bir xəsarət almamışdır. Ona görə də məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Hadisə vaxtı kənardan tanımadığı şəxslər onlara yaxınlaşıb ayırmışlar. İsmayılı ancaq özü vurmuş, İsmayıldan başqa o heç kimi döyməmiş, vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rövşən və Namid onun yeznələridir. Elnur Əliyevi uzun müddətdir ki, tanımaqla onların yaxşı münasibətləri var. 15.10.2020-ci il tarixdə saat 19 radələrində o, yeznələri Rövşən, Namid və tanışı Elnur Əliyevlə birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gedərək bir masa arxasında əyləşib çay içmişlər, onlardan aralıda digər masa arxasında 3 nəfər tanımadığı şəxs əyləşib çay içmişlər. Həmin vaxt sonradan adını bildiyi Fərid və onunla üzbə-üz əyləşən tanımadığı oğlanla bir-birlərinə baxışmışlar. Saat 19:45 radələrində yeznələri Rövşən, Namid və tanışı Elnur Əliyev kafedən çölə çıxmışdır. O isə tək qalıb çay pulunu vermişdir. O pulu verib çıxan zaman həmin şəxslərə yaxınlaşıb onlara nə üçün ona belə baxdıqlarını soruşmuşdur. Fəridlə üzbə-üz əyləşən oğlan ona «kim sənə baxırdı» sözünü dedikdə, o da onlara «siz baxırdınız» cavabını vermişdir. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. Bu məsələyə aydınlıq gətirmək üçün Fərid və yanındakı oğlan onu çölə çağırmışlar və onlar kafenin arxasına keçmişlər. Orada o Fəridin yanındakı oğlanla tutaşmışlar, yəni bir-birlərinin yaxasından tutmuşlar. Fərid də ona yaxınlaşıb onu tutmaq istəyəndə, həmin vaxt yeznələri onlara yaxınlaşıb ayırmışlar. Onlar qayıdıb kafeyə keçmişlər, özü isə çöldə dayanıb söhbət etmişlər. Bir neçə dəqiqə sonra, yəni saat 20 radələrində onlar yəni Fərid və yanındakı başqa tanımadığı 02 oğlan kafedən çölə çıxıb ona yaxınlaşmış, Fərid və yanında olan, bir az əvvəl onunla tutaşan oğlan demişdir ki, keçib kafenin arxa tərəfinə danışsınlar. O da onlarla birlikdə kafenin arxasına keçmişdir. Yeznələri və tanışı Elnur isə kafenin qarşısında dayanmışdır. Yeznələrindən biri, yəni Rövşən getmişdir ki, maşını götürüb yanına gətirsin. Həmin vaxt Fərid, onun yanındakı olan bir az əvvəl onunla tutaşan oğlan və başqa tanımadığı oğlan üçü də onun üstünə düşmüş, Fərid onun yaxasından tutmuş, o da Fəridin yaxasından tutmuşdur. Onun yanındakı 2 nəfər isə yumruqla bir neçə dəfə onun sifət nahiyəsinə vurmuşlar. Sonra isə Fərid onun sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxt kafenin yanında olan başqa tanımadığı təxminən 8-10 nəfər onların dalaşdıqlarını görüb yaxınlaşaraq onlara qoşulub onu yumruq təpiklə vurmağa başlamışlar. Onu yerə yıxıb, yerdə olarkən də hamısı üstünə düşüb yumruq-təpiklə vurmuşlar. Həmin vaxt yeznəsi Rövşən onlara yaxınlaşıb ayırmaq istədikdə həmin şəxslərin 4-ü də onun üstünə düşüb yumruqal vurub yerə yıxmışlar və yerdə də bir-iki dəfə təpiklə vurmuşlar. Daha sonra isə onlar onun yanına qayıdıb digərləri ilə onu döyməyə davam etmişlər. Bu zaman kənarda dayanan tanımadığı şəxslər onlara onu onların əlindən alıb kənara çəkmişlər. Rövşən də yanına gəlib onu öz avtomobilinə əyləşdirib evə aparmışdır və növbəti gün, yəni 16.10.2020-ci il tarixdə axşam saatlarında o almış olduğu xəsarətlə bağlı tibbi yardım almaq üçün Sumqayıt şəhər TTYX-yə getmişdir. Fərid və onun yanında olan şəxsləri tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Onların onu döymələri təxminən yarım saat davam etmişdir. Ətrafda yeznələri Namid, Rövşən, tanışı Elnur və başqa tanımadığı kənarda dayanan şəxslər olmuşdur. Namid və Elnur hadisəyə müdaxilə etməmişlər, Rövşən isə gəlib onları ayırarkən o da döyülmüşdür. Təqsirləndirilən şəxslə barışmamışdır, Fəridin atası əvvəl barışmaq və razılığa gəlmək üçün onlara müraciət etsə də sonra bir daha gəlməmiş, ona dəymiş ziyanı ödəmək istəməmişdir. Bu hadisə ilə bağlı ona maddi və mənəvi ziyan dəymişdir, səhhəti ilə bağlı işləyə bilmədiyindən işdən çıxmışdır. Sağlamlığını hələ də bərpa edə bilmir, uzunmüddətli müalicə və müayinəyə, cərrahiyyə əməliyyatına ehtiyacı var, özü də hərbi xidmətlə bağlı 3-cü qrup əlildir. Məhkəməyə mülki iddia vermişdir, həmin iddianı müdafiə edir, iddianın təmin edilərək Təqsirləndirilən şəxs sağlamlığına dəymiş zərərin əvəzi olaraq 5200 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qərar verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Namid onun bacanağıdır. X6 görə tanıyır, o İsmayılın qohumudur. Təqsirləndirilən şəxs təxminən 5 ildir ki, tanıyır. 15.10.2020-ci il tarixdə saat 19 radələrində o qaynı İsmayıl, bacanağı Namid və İsmayılın qohumu Elnur Əliyevlə birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gedərək bir masa arxasında əyləşib çay içmişlər, onlardan aralıda digər masa arxasında tanışı Təqsirləndirilən şəxs, sonradan adını bildiyi Emin adlı şəxs və başqa tanımadığı şəxs əyləşmişlər. Saat 19:45 radələrində o, Namid və Elnur Əliyev kafedən çölə çıxmışlar. İsmayıl isə qalıb çay pulunu vermişdir. Bir neçə dəqiqədən sonra o görmüşdür ki, İsmayıl həmin 3 nəfər şəxslərlə birlikdə kafedən çıxıb arxa tərəfə keçmişlər. Onlar da onların yanına getmişlər. Orada Fəridin yanındakı Eminlə İsmayıl tutaşmışlar, yəni bir-birlərinin yaxasından tutmuşlar. Fərid də İsmayıla yaxınlaşıb onun tutmaq istəyəndə, onlara yaxınlaşıb ayırmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, kafedə olarkən Fəridgil İsmayıla sərt baxışla baxdığından bu məsələ İsmayılın xoşuna gəlməmiş və buna görə İsmayıl onların yanına gedib iradını bildirmiş və buna görə aralarında mübahisə düşmüşdür. Fəridgil qayıdıb kafeyə keçmişlər, özləri isə çöldə dayanıb söhbət etmişlər. Bir neçə dəqiqə sonra, yəni saat 20 radələrində onlar, yəni Fərid, Emin və yanındakı başqa tanımadığı oğlan kafedən çölə çıxıb İsmayıla yaxınlaşmışlar. Onlar kafenin arxasına keçmişlər. O Namid və Elnurla birlikdə kafenin qarşısında dayanmışlar. Həmin vaxt o, maşınını götürüb onları gəlib aparmaqdan ötrü çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra o yenidən İsmayılgilin yanına qayıtdıqda görmüşdür ki, Fərid, Emin və onun yanında olan başqa tanımadığı oğlan üçü də İsmayılın üstünə düşmüşlər, Fərid İsmayılın yaxasından tutmuş, İsmayıl da onun yaxasından tutmuşdur. Fəridin yanında olan Emin və başqa tanımadığı şəxs bir neçə dəfə İsmayılın sifət nahiyəsindən yumruqla vurmuşlar. Fəridin İsmayılı vurmasını görməmişdir. O onlara yaxınlaşıb ayırmağa çalışmışdır. Həmin vaxt kafenin yanında olan başqa tanımadığı təxminən 8-10 nəfər şəxs onların dalaşdıqlarını görüb onlarda yaxınlaşaraq onlara qoşulub İsmayılı yumruq təpiklə vurmağa başlamışlar. Həmin vaxt İsmayılı digər şəxslərdən ayırarkən İsmayıla atılan zərbələrdən bir neçəsi onun baş nahiyəsinə dəymişdir. Namid əməliyyatdan təzə çıxdığından kənarda dayanmışdır. Elnur isə müdaxilə etməmiş, kənarda dayanmışdır. Bu zaman kənarda dayanan tanımadığı şəxslər onlara yaxınlaşıb İsmayılı onların əlindən alıb kənara çəkmişlər. O da İsmayılın yanına gəlib onu öz avtomobilinə əyləşdirib evə aparmışdır. Daha sonra özü də evə getmişdir. Məhkəmə iclasında Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynı, Rövşən isə bacanağıdır. X6 görə tanıyır, o İsmayılın qohumudur. 15.10.2020-ci il tarixdə saat 19 radələrində o qaynı İsmayıl, bacanağı Rövşən və İsmayılın qohumu Elnur Əliyevlə birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gedərək bir masa arxasında əyləşib çay içmişlər, onlardan aralıda digər masa arxasında sonradan adını bildiyi Fərid və digər tanımadığı 02 nəfər şəxslər əyləşmişlər. Saat 19:45 radələrində o, Rövşən və Elnur Əliyev kafedən çölə çıxmış, İsmayıl isə qalıb çay pulunu vermişdir. Bir neçə dəqiqədən sonra görmüşdür ki, İsmayıl həmin 3 nəfər şəxslərlə birlikdə kafedən çıxıb arxa tərəfə keçmişlər. Onlar da ora getmişlər. Orada Fəridin yanındakı Eminlə İsmayıl tutaşmışlar, yəni bir-birlərinin yaxasından tutmuşlar. Fərid də İsmayıla yaxınlaşıb onu tutmaq istəyəndə, onlara yaxınlaşıb ayırmışlar. Onlar qayıdıb kafeyə keçmişlər, özləri isə çöldə dayanıb hava alaraq söhbət etmişlər. Bir neçə dəqiqə sonra, yəni saat 20 radələrində, onlar yəni Fərid və başqa tanımadığı 02 nəfər şəxslər çölə çıxıb İsmayıla yaxınlaşmış, sonra kafenin arxasına keçmişlər. O Rövşən və Elnurla birlikdə kafenin qarşısında dayanmışlar. Həmin vaxt Rövşən onları aparmaqdan ötrü çıxıb maşınını gətirməyə getmişdir. O özü əməliyyatdan təzə çıxdığı üçün Elnurla birlikdə kənarda dayanmışlar. Rövşən yanına qayıtdıqdan sonra o onun maşınına əyləşmişdir. Həmin vaxt maşından görmüşdür ki, İsmayılgil Fəridgillə tutaşıb, dalaşırlar, Fərid və onun yanında olan 2 nəfər tanımadığı şəxslər İsmayılı yumruqla vururlar, Rövşən onlara yaxınlaşıb ayırmağa çalışarkən kənarda dayanan təxminən 8-10 nəfər adam yaxınlaşaraq onlar da İsmayılı vurmağa başlamışlar. Rövşən onların arasına girib ayırmaq istəyərkən İsmayıla atılan zərbələr Rövşənə dəymışdir. Həmin vaxt kənarda dayanan başqa tanımadığı şəxslər onlara yaxınlaşıb Rövşənlə birlikdə İsmayılı onların əlindən alıb kənara çəkmişlər. Rövşən İsmayılı gətirib avtomobilinə əyləşdirmiş və onlar onu evə aparmışlar. Daha sonra özü də oradan evə getmişdir. Məhkəmə iclasında Şahid5 göstərdi ki, təxminən 2 ilə yaxındır ki, Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesini icarəyə götürüb işlədir. 15.10.2020ci il tarixdə saat 19:00 radələrində tanımadığı 5 nəfər müştəri «Bravo» kafesinə gələrək bir masa arxasında əyləşib çay içməyə başlamışlar (sonra bilmişdir ki, bunlar İsmayıl və başqalarıdır). Onlardan təxminən yarım saat sonra isə, yəni saat 19:30 radələrində 3 nəfər tanımadığı şəxs də (sonra bilmişdir ki, bunlar Fərid, Elgün və Elçindir) kafeyə gəlib başqa masa arxasında əyləmişlər. Həmin vaxt o kafedə olarkən görmüşdür ki, həmin 5 nəfər tanımadığı şəxslərdən 4-ü çölə çıxmış, 1-i isə çay pulunu vermiş, lakin o, çölə çıxmamışdan əvvəl digər masada əyləşən 3 nəfər tanımadığı şəsxlərə yaxınlaşıb onlara niyə ona pis baxdıqlarını soruşmuş, onlar da ona baxmadıqlarını demişlər, daha sonra isə hamı çölə çıxmışdır. O kafedə olarkən eşitmişdir ki, çöldə onların səsi gəlir, çölə çıxdıqda görmüşdür ki, həmin 5 nəfər tanımadığı şəxslərdən 1-i digər 3 nəfər oğlanla mübahisə edir, 2-si tutaşıbdır. O çölə çıxıb onları ayırıb, dalaşmağa qoymamış, üç nəfər tanımadığı oğlanları içəriyə dəvət etmişdir ki, çaylarını içsinlər, çünki onlar çaylarını yarımçıq qoymuşlar və çayın pulunu verməmişlər. Həmin vaxt sonradan adını bildiyi İsmayıl Fərid gilə demişdir ki, “uşaq yığını gəlib mənimlə söhbət edir”. Lakin Fərid gil ona heç nə deməyərək onunla birlikdə içəriyə keçmişlər. Həmin 5 nəfər şəxs isə içəriyə keçməmişdir. Komendant saatı yaxınlaşdığı üçün saat 20:30 radələrində həmin 3 nəfər oğlan da çay pulunu verib çölə çıxmışlar. O kafedə olarkən yenə də səs –küy eşidib kafedən çölə çıxdıqda görmüşdür ki, kafenin arxa tərəfində təxminən 10-15 nəfər tanımadığı şəxslər yığışmışlar, bir az əvvəl söhbətləri düşmüş 1 nəfər şəxslə 3 nəfər oğlanları dalaşdıqları üçün ayırırlar. O onlara yaxınlaşmamışdır. Orada konkret olaraq kimin-kimi vurduğunu görməmişdir. Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 aydır ki, tanıyır. O onun dostudur. Elgün adlı oğlanı isə təxminən 1 aydır ki, tanıyır. O Fəridin dostudur. 15.10.2020-ci il tarixdə saat 19:30 radələrində o dostu Təqsirləndirilən şəxsla və Fəridin dostu Elgün adlı oğlanla Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gəlib bir masa arxasında əyləşib çay içmişlər. Həmin masanın qarşısında pərdə olduğu üçün onlar pərdəni örtmüşlər ki, onları heç kim görməsin. Onlardan aralıda sonradan adını bildiyi İsmayıl adlı oğlan başqa tanımadığı 5 nəfər şəxslərlə digər masa arxasında əyləşmişlər. Onların masalarının üzərində çay olmuşdur. Saat 19:45 radələrində onlar masa arxasında olarkən İsmayıl onlara yaxınlaşıb pərdəni çəkib Fəridə «niyə «zloy-zloy» baxırsan mənə» sözünü demişdir. Fərid də ona «mən sənə baxmamışam, pərdə də bağlıdır, pərdəni açan sən olmusan, sənə necə baxa bilərəm» cavabını vermişdir. İsmayıl içkili olmuşdur. Həmin vaxt yanında olan Elgün ayağa qalxıb üzünü İsmayıla tutub «Fəridin böyük qardaşı kimi onunla yox, mənimlə söhbət et» sözünü demişdir. İsmayıl da Elgünün qolundan tutaraq çölə çıxıb söhbət etməsini dediyi üçün onlar da birlikdə çölə çıxmışlar və kafenin qarşısında söhbət etmişlər. Həmin vaxt söhbət əsnasında o, Elgün və Fərid bir daha ona «pərdəni sən açmısan, pərdə bağlı olduğu halda biz sənə necə baxa bilərik» sözünü demişlər. Həmin vaxt onun yanında olan tanımadığı şəxslər də İsmayılı sakitləşdirmişlər. Kafenin sahibi olan Pərvin adlı şəxs onlara yaxınlaşıb onlara içəriyə keçib çaylarını içəməsini dediyi üçün onla içəriyə keçəndə İsmayıl onlara kinayə və lağ mənasında «uşaq yığını gəlib mənimlə söhbət edir» sözünü demişdir. Onlar da heç nə deməyib, içəriyə keçib həmin masa arxasında əyləşmişlər. Komendant saatı yaxınlaşdığı üçün saat 20:30 radələrində onlar kafedən çölə çıxanda görmüşlər ki, İsmayıl tək dayanıbdır, arxasında da həmin 5 nəfər tanımadığı şəxslər var. İsmayıl Fəridə yaxınlaşaraq əlini onun çiyninə ataraq gəzə-gəzə söhbət edə–edə kafenin arxa tərəfinə keçmişlər. Onlar da onların arxalarınca getmişlər. İsmayıl həmin vaxt Fəridi söyərək ona yavaşca başının arxa nahiyəsindən sillə ilə bir dəfə vurmuşdur. Fərid də İsmayılı sinəsindən bir dəfə yumruqla vuraraq ona çıxıb getməsini demişdir. İsmayılda Fəridə fənd atıb yerə yıxmışdır. O və Elgün, eləcə də İsmayılın yanında olan tanımadığı şəxslər bunu görüb onlara yaxınlaşmışlar ki, ayırsınlar. O İsmayılın qarın nahiyəsindən tutaraq ayırmaq istədikdə İsmayıl geriyə çönərək bir dəfə yumruqla onun burun nahiyəsinə möhkəm vurmuş, onun burnu qanamış, gözü qaralmış, başı gicəllənmişdir. İsmayılın ardınca ona bir neçə dəfə təpiklə qarın nahiyəsinə və qarnının aşağıya nahiyəsinə təpiklə vurmuşlar. Gözü qaraldığı üçün onu kimin vurduğunu dəqiq görə bilməmişdir. Özünə gəldikdən sonra görmüşdür ki, başqa tanımadığı şəxslər də onlara yaxınlaşaraq onları ayırırlar. Sonra ara sakitləşmiş, onlar çıxıb getmişlər. Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs 3-4 aydır, Şahid3 təxminən 2 aydır ki, tanıyır. 15.10.2020-ci il tarixdə saat 19:30 radələrində o dostu Təqsirləndirilən şəxs, onun tanışı Eminlə birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gəlib bir masa arxasında əyləşib çay içmişlər. Həmin masanın qarşsında pərdə olduğu üçün onlar pərdəni örtmüşlər ki, onları heç kim görməsin. Onlardan aralıda Fəridin tanışı Rövşən adlı şəxs də başqa tanımadığı 5 nəfər şəxslərlə digər masa arxasında əyləşmişlər. Onların masalarının üzərində çay olmuşdur. Saat 19:45 radələrində onlar masa arxasında olarkən Rövşən onlara yaxınlaşıb Fəriddən hal-əhval tutmuş, daha sonra çıxıb getmişdir. Həmin vaxt görmüşdür ki, Rövşənin əyləşdiyi masa arxasında olan digər şəxslər də masa arxasında yoxdurlar, onlarla əyləşən sonradan adını və soyadını bildiyi İsmayıl adlı şəxs qalıbdır. O da onlara yaxınlaşıb pərdəni çəkib Fəridə «niyə mənə «zloyzloy» baxırsan» sözünü demişdir. Emin də ona «kim sənə baxırdı» sözünü demişdir. Həmin şəxs də onlara «siz baxırdınız» sözünü demişdir. Fərid də ona «mən sənə baxmamışam, pərdə də bağlıdır, pərdəni açan sən olmusan, sənə necə baxa bilərəm» sözünü demişdir. İsmayıl içkili olmuşdur. Həmin vaxt o ayağa qalxıb üzünü İsmayıla tutub demişdir ki, Fəridin böyük qardaşı kimi Fəridlə yox, onunla söhbət etsin. İsmayıl da onun qolundan tutaraq çölə çıxıb söhbət etməsini dediyi üçün onlar çölə çıxıb kafenin qarşısında söhbət etmişlər. Həmin vaxt söhbət əsnasında o, Fərid və Emin bir daha ona «pərdəni sən açmısan, pərdə bağlı olduğu halda biz sənə necə baxa bilərik» sözünü demişlər. Həmin vaxt İsmayılın yanında olan Rövşən və digər tanımadığı şəxslər də İsmayılı sakitləşdirmişlər. Kafenin sahibi olan Pərvin adlı şəxs də onlara yaxınlaşıb içəriyə keçib çaylarını içməsini dediyi üçün onlar içəriyə keçəndə İsmayıl onlara kinayə və lağ mənasında demişdir ki, uşaq yığını gəlib onunla söhbət edir. Onlar da heç nə deməmişlər, içəriyə keçib bir az əvvəl əyləşdikləri masa arxasında əyləşmişlər. Komendant saatı yaxınlaşdığı üçün saat 20:30 radələrində onlar kafedən çölə çıxanda görmüşlər ki, İsmayıl tək dayanıbdır, arxasında da Rövşən və digər tanımadığı şəxslər var. İsmayıl Fəridə yaxınlaşaraq əlini çiyninə ataraq gəzə-gəzə söhbət edə–edə kafenin arxa tərəfinə keçmişlər. Emin və o da onların arxasınca getmişlər. İsmayıl həmin vaxt Fəridin ünvanına alçaldıcı sözlər söyərək yavaşca başının arxa nahiyəsindən alçaldıcı və özünü hamıdan üstün göstərərcəsinə sillə ilə bir neçə dəfə vurmuşdur. Fərid ona belə hərəkət etməməsini və əlini çəkməsini bildirsə də, İsmayıl onun sözünə əhəmiyyət verməyərək öz hərəkətini davam etdirmişdir. Fərid də İsmayılın hərəkətinin qarşısını almaq üçün İsmayılı sinəsindən bir dəfə yumruqla vuraraq ona çıxıb getməsini demişdir. İsmayıl da Fəridə fənd atıb yerə yıxmışdır. O, Emin, eləcə də İsmayılın yanında olan Rövşən və digər tanımadığı şəxslər bunu görüb onlara yaxınlaşmışlar ki, ayırsınlar. Emin İsmayılın qarın nahiyəsindən tutaraq ayırmaq istədikdə İsmayıl geriyə çönərək bir dəfə yumruqla onun burun nahiyəsinə möhkəm vurmuş, onun burnu qanamışdır. Həmin vaxt o tez «Bravo» kafesinin içrəisinə keçib oradan masanın üzərindən solfetka götürüb gətirib tez Eminin burnunu silmiş və onu götürüb kənara aparmışdır. Həmin vaxt görmüşdür ki, Fərid yerdən duraraq İsmayılla tutaşıblar. Tutaşan zaman İsmayıl Fəridin sağ və sol qarın nahiyələrindən yumruqla vurmuş, Fərid də ona qarşılıqlıq göstərərək onun üzündən və qarın nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Daha sonra başqa tanımadığı şəxslər də onlara yaxınlaşaraq onları ayırmışlar. Sonra ara sakitləşmiş, onlar çıxıb getmişlər. İşdə olan məhkəmə-tibb ekspertizasının 20.10.2020-ci il tarixli, 1312 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Möhlud oğlunun bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözaltı nahiyənin, burnun qançırı, burun sümüyünün burunla tənəffüsu pozan yerdəyişən sınığı, sol qulaq seyvanın, sol bazunun, onurğanın bel şöbəsinin qançırından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən təkrari zərbələrlə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla 15.10.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. (i.v. 20-22) İşdə olan əlavə məhkəmə-tibb ekspertizasının 30.11.2020-ci il tarixli, 57/1312 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Möhlud oğlunun bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözaltı nahiyənin, burnun qançırı, burun sümüyünün burunla tənəffüsu pozan yerdəyişən sınığı, sol qulaq seyvanın, sol bazunun, onurğanın bel şöbəsinin qançırından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən burun sümüyünün burunla tənəffüsu pozan yerdəyişən sınığı, burnun qançırı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözaltı nahiyənin qançırı – dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sol qulaq seyvanın, sol bazunun, onurğanın bel şöbəsinin qançırı birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. (i.v. 78-81) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (.i.v.88) İşdə olan “Cinayət işinin istintaq materiallarından başqa cinayət işinin ayrılması barədə” 01.02.2021-ci il tarixli qərara əsasən Şahid3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs və Şahid4 barəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ayrılaraq, icraata qəbul edilməso qərara alınmışdır. (i.v.1-2) İşdə olan “Cinayət işinin istintaq materiallarından başqa cinayət işinin ayrılması barədə” 19.02.2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən Şahid4 barəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. (i.v. 187-188) Məhkəməyə təqdim edilmiş arayışdan və xasiyyətnmaədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi valideynləri, baba və nənəsi, əmiləri, 2004-cü il təvəllüdlü qardaşı daxil olmaqla 8 nəfərdən ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yerində masbət xarakterizə edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. İstintaq zamanı toplanmış sübutlardan görünür ki, hadisə səbəbsiz deyil, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisənin davamı olmuşdur. Məhz zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və digərlərinə yaxınlaşıb niyə ona pis baxmaları barədə irad bildirmiş, bu səbəbdən mübahisə baş versə də digər şəxslərin müdaxiləsi ilə sakitləşdirilmişdir, bundan sonra Zərərçəkmiş şəxs kafenin çölündə Təqsirləndirilən şəxs və digərlərini gözləmiş, onlar çıxdıqda əvvəlki səbəblə mübahisə davam etmiş və Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər yetirilmişdir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilir ki, mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış, qarşılıqlı mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuş və ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaması, ona xəsarət yetirməməsi barədə göstərdiklərinə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, o cəzadan yayınmaq üçün belə ifadə verir. Çünki onun bu hissə ilə bağlı göstərdikləri işin halları, işdəki sübutlarla təkzib edilir. İşdə bu halı təsdiq edən kifayət qədar sübutlar vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs 15.10.2020ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinin arxasında Zərərçəkmiş şəxs bir az əvvəl kafenin içərisində olarkən onlara hansı səbəbdən ona (Zərərçəkmiş şəxs) pis baxmalarını irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə vurmaqla sonuncuya burun sümüyünün burunla tənəffüsu pozan yerdəyişən sınığı, burnun qançırından ibarət xəsarətlər yetirməklə dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilən əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilməli, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməlidir. Çünki məhkəmənin qənaətinə görə, sübutların həcmi və ümumiyyətlə, işin həqiqi halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini və onun xuliqanlıq niyyəti olduğunu deməyə əsas vermir. Belə ki, baxılan iş üzrə verilən ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilməklə kifayətlənilmişdir, həmin hərəkətlərin və xuliqanlıq niyyətinin nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda əks etdirilməmişdir. İctimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, iş üzrə mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hallarla bağlı inandırıcı və mötəbər sübutlar toplanmamış, əsasən münaqişə tərəflərinin dindirilməsi ilə kifayətlənilmişdir. Bunlar isə ittihamın əsaslı olması qənaətinə gəlmək üçün kifayət etmir. Təqsirləndirilən şəxsin ittiham olunduğu xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsikarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal 2 salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Elə bu mövqedən yanaşsaq, deyə bilərik ki, hadisələrin ümumi mənzərəsi və təqsirləndirilən şəxsin davranışı və niyyəti barədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisələrinin başlanmasına cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri deyil, zərərçəkmişin hərəkətləri səbəb olmuşdur və əks tərəfın davranışı da müstəsna dərəcədə zərərçəkmişin davranışından qaynaqlanmış və ona qarşı yönəlmişdir. Məhkəmə hadisələrin yuxarıda təsvir edilən baş vermə səbəbinə diqqəti ona görə cəlb edir ki, bunun hazırkı iş üzrə, təqsirləndirilən şəxsin qəsdinin hansı ictimai münasibətlərə yönəlməsinin müəyyən olunmasında və əməlinin Cinayət Məcəliəsinin hansı maddəsilə tövsif olunmasında çox mühüm əhəmiyyəti vardır. Yuxarıda qeyd edilənlərlə bərabər, Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. ......“Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqazidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Beləliklə, istinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilən əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilməli, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs hüquqlarının qorunmasına, istər istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 429-434-cü maddələrinin tələblərinin təmin olunmasına xüsusi diqqət yetirmiş, icraatın aparılmasına xüsusi həssaslıqla yanaşmışdır. İstintaq zamanı və məhkəmə baxışında həmin maddələrdə və Azərbaycan Respublikası CPM-nin 435-ci maddəsində nəzərdə tutulan prosessual qaydalara və tələblərə əməl edilməklə icraat aparılmışdır. Cəza təyini və cəza növünün seçilməsi zamanı da göstərilən normalarla bərabər Azərbaycan Respublikası CM-nin 84-86-cı maddələrinin tələbləri hüdudlarında işin halları, yetkinlik yaşına çatmayanın şəxsiyyəti və digər hallar qiymətləndirilərək Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterlı tədbirlər ədalətlı olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirlı bilınən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilınən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətlı cəza təyin edilır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilır ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlılık dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 85.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə nəzərə almalıdır ki, cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayət törədərkən yetkinlik yaşına çatmadığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər ( yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, yetkinlik yaşına çatmayan dövrdə ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, həmçinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hazırda təhsil aldığını, islah yolunda olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinin tələblərinə uyğun həddə təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlıdir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilındə müəyyən yerlərə getməmək, alkoqolızmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəlıklərdən müalıcə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılmalıdır. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia vermişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, hadisə nəticəsində xəsarətlər almış, bədənində ağrıları olmuşdur. Buna görə həkimə müraciət etmiş, 20.10.2020-ci il tarixə kimi 5 gün xəstəxanada stasionar müalicə almışdır. Ona burun sümüyünün burunla tənəffüsu pozan yerdəyişən sınığı, kəllə beyin travması, baş beyin silkələnməsi kimi diaqnozlar qoyulmuşdur. Bu müddət ərzində təqsirləndirilən şəxs müalicə ilə bağlı ona heç bir yardım göstərməmişdir. Bu hadisəyə qədər mərmər sexində fəhlə işləməklə ayda 400 manat əmək haqqı almış, lakin bu hadisədən sonra iş yerini itirmişdir. Səhhətində yaranan problemlə bağlı artıq əvvəlki işində işləyə bilmir, 3-cü qrup hərbi əlildir. Bu vaxta qədər iş yerini itirməsinə görə ona 3200 manat, yəni 8 aylıq əmək haqqından məhrum olmuşur. 8 ayda xəstəxana və dərmanlara 800 manat xərci çıxmışdır, hazırda burnunun əməliyyatı üçün 1200 manat vəsait lazımdır. Göründüyü kimi, bu hadisə nəticəsində ona 5200 manat maddi ziyan dəymişdir və həmin ziyanı və ödədiyi 30 manat dövlət rüsumunu təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı hazırkı cinayət işinə baxılması hüdudlarında araşdırmaq və düzgün qərar qəbul etmək qeyrimümkündür. İddia ərizəsində göstərilən məbləğlərin haradan əldə edilməsi və digər xüsusatlar üzrə araşdırma tələb edilir. Ona görə də, mülki iddia baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.2, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddia baxılmamış saxlanılsın və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulan müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-263/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-263/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver