Məhkəmə qərarları › İş №1(060)-263/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-263/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-263/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şabran rayonu, Məliklər kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 25,018 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, 7,428 qramını üzərində, 17,590 qramını isə idarə etdiyi özünə məxsus “Chevrolet Cruze” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşıyaraq saxlamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 oktyabr 2021-ci il tarixində, saat 21:50-də Sumqayıt şəhəri, 1-ci mk\r, ərazisində, “Yelo Bank”ın qarşısında saxlanılaraq PBnə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki mavi rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd qara rəngli polietilen sellofana bükülmüş vəziyyətdə 7,428 qram çəkidə və eləcə də, onun idarə etdiyi “Chevrolet Cruze” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin sol ön tərəfində “ayaqaltının” altından 01 ədəd qara rəngli polietilen sellofana bükülmüş vəziyyətdə 17,590 qram çəkidə, hər iki kütlənin birlikdə ümumi çəkisi 25,018 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 20 (iyirmi) gün əvvəl Bakı şəhəri, “20 Yanvar” dairəsinin yaxınlığında, təsadüfən rastlaşdığı, tanımadığı şəxsdən, 50 (əlli) manat ödəyərək, öz istifadəsi üçün, qara rəngli sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana kütləsi almış, aldığı həmin qurudulmuş marixuana kütləsini iki hissəyə bölərək, bir hissəsini üzərində, digər hissəsini isə idarə etdiyi, onun özünə məxsus olan “Chevrolet Cruze” markalı, **-VB- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön, sol tərəfində, sürcü ayaqaltının altında saxlayaraq daşımışdır. O, üzərində gəzdirdiyi qurudulmuş marixuananın bir hissəsini müxtəlif vaxtlarda özü istifadə edirmiş. 25.10.2021-ci il tarixdə, saat 21:20 radələrində, o, idarə etdiyi “Chevrolet Cruze” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilini, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində “Yellow” bankın yanında saxlayıb, avtomobildə əyləşdiyi zaman, bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda üzərində gəzdirməkdə şüphəli olduğu üçün saxladıqlarını bildirib, onun üzərinə şəxsi axtarış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə getməli olduğunu bildirmişdirlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 3-cü PB-nə getmişdir. PB-nə çatdıqdan sonra o, avtomobilini polis bölməsinin qarşısında saxlayıb, avtomobilin qapılarını kilidləmiş və polis əməkdaşları ilə birlikdə bölmənin içərisinə daxil olmuşdur. Xidməti otaqların birində təhqiqatçı özünü təqdim edərək hansı səbəbdən saxlanılmasını birdaha ona izah edib, hüquq və vəzifələri barədə bildirişlə yanaşı, Sumqayıt 1 saylı vəkil Birosunun vəkillərinin adları olan siyahını da, ona təqdim etmişdir. O, hüquqlarının müdafiəsi üçün siyahıda adı olan vəkil X1. Vəkil X3 təmin edildikdən sonra, onun razılığı və vəkilin iştirakı ilə, video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə təhqiatçı onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuş və olduğu təqdirdə təqdim etməsini xahiş etmiş, o, əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən qara rəngli sellofana bükülmüş 1 büküm narkotik vasitə olan qurudulmuş marixuana kütləsini çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra o, şalvarının sağ yan cibindən 1 qutu siqareti, 1 ədəd alışqanı, 6(altı) manat pulu və eləcədə şalvarımın sol yan cibindən, idarə etdiyi, onun özünə məxsus “Chevrolet Cruze” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını çıxardıb təqdim etmişdir. Ondan əynindəki şalvarın sol yan cibindən çıxardıb təqdim etdiyi 1 büküm qara rəngli sellofana bükülmüş qurudulmuş ot kütləsinin nə olduğu soruşulduqda, o, həmin ot kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, 20(iyirmi) gün əvvəl, Bakı şəhərində “20 Yanvar” dairəsinin yaxınlığında, tanımadığı şəxsdən 50(əlli) manat ödəyərək, öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş 1 büküm qara rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkildikdə, çəkisinin 8,37 qram olması müəyyən edilmiş, sonra həmin 1 büküm qara rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana kütləsinin təmiz çəkisinin və növünün müəyyənləşdirilməsi məqsədi ilə, Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, qablaşdırma o və vəkili tərəfindən imzalanmışdır. Yoxlanış məqsədi ilə onun üzərinə baxış keçirilmiş, ancaq üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Sonra onun üzərindən aşkar olunmuş 1 qutu siqaret, 1 ədəd alışqan, 6(altı) manat pulu və ona məxsus “Chevrolet Cruze” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı ona qaytarılmışdır. Təhqiqatçı, onun idarə etdiyi “Chevrolet Cruze” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə olub-olmamasını soruşduqda, o, sözügedən avtomobilin ön, sol tərfəində sürücü ayaqaltının altında da, narkotik vasitə olan qurudulmuş marixuana kütləsi saxladığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Bundan sonra onun və vəkilinin iştirakı ilə sözügedən avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, o, avtomobilin ön, sol tərfəində sürücü ayaqaltının altında saxladığı, qara rəngli sellofana bükülmüş 1 büküm, narkotik vasitə olan qurudulmuş marixuana kütləsini çıxardıb təqdim etmişdir. Sonra yoxlanış məqsədi ilə onun avtomobilinə baxış keçirilmiş, ancaq qanunla qadağan edilmiş əlavə heç bir şey aşkar olunmamışdır. Onun avtomobilindən aşkar edilərək götürülən, qara rəngli sellofana bükülmüş 1 büküm narkotik vasitə olan qurudulmuş marixuana kütləsinin çəkisini müəyyən etmək məqsədi ilə Polis Bölməsinin xidməti otaqlarından birində həmin qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkildikdə, çəkisinin 18,31 qram olması müəyyən edilmişdir. Sonra həmin qara rəngli sellofana bükülmüş 1 büküm narkotik vasitə olan qurudulmuş marixuana kütləsi zərfə qoyularaq qablaşdırılmış, o və vəkili zərfə imza etmişdir. Həmçinin Təqsirləndirilən şəxs verilən sualları cavablandıraraq qeyd etmişdir ki, onun avtomobilndən, aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana kütləsini də, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana kütləsi ilə, eyni vaxtda, yəni 20(iyirmi) gün əvvəl Bakı şəhəri, “20 Yanvar” dairəsinin yaxınlığında, təsadüfən rastlaşdığı tanımadığı şəxsdən, ümumilkdə 50(əlli) manat ödəyərək, öz istifadəsi üçün almış və həmin narkotik vasitə olan qurudulmuş marixuana kütləsini iki hissəyə bölərək bir hissəsini üzərində, bir hissəsini isə avtomobilndə daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.1978-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Şabran rayonu, Məliklər kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdiriməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ, 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o da əlavə edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupunun üzvləri 25.10.2021-ci il tarixdə, axşam saatlarında, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində “Yellow” bankın yaxınlığında pusqu qurmuş, saat 21:20-də Təqsirləndirilən şəxs “Chevrolet Cruze” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib “Yellow” bankın yaxınlığında avtomobili dayandırıb, özü də, avtomobildən enməmişdir. Onlar, yəni polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, daha sonra onlar özlərini təqdim edərək, saxlanılan şəxsə müvafiq istintaq hərkətlərinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olacağını bildirib, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Onlar bir neçə dəqiqəyə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasının qarşısına çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilni bölmənin qarşısında saxlayıb, qapılarını kilidləmiş və birlikdə, xidməti otaqlardan birinə daxil olmuşlar. Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də, xidməti otaqlardan birində təhqiqatçı Mustafa Mustafazadə özünü təqdim edərək, Sumqayıt 1 saylı vəkil bürosunun vəkillərinin adlarının siyahısını saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil Sahil Allahverdiyevi seçərək, Təqsirləndirilən şəxs hüquqlarını həmin vəkilin müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Öncə təhqiqatçı Mustafa Mustafazadə özünü təqdim etmiş, ardınca isə onlar, yəni Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları özlərini təqdim etmişdir. Saxlanılan şəxs özünü təqdim edərək, 1978-ci il Şabran rayonu Məliklər kəndində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra təhqiqatçı tutma haqqında protokolun surətini, eləcə də, hüquq və vəzifələri barədə bildirişi, Sumqayıt şəhər 1 saylı vəkil Birosunun vəkili X2 Təqsirləndirilən şəxs təqdim etmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini deyib, narkotik vasitə qəbul edib-etməməsini, əvvəllər məhkum olnubolunmadığını soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini, ancaq əvvəllər məhkum olunmadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmadığını soruşduqda o, üzərində narkotik vasitə olduğunu bildirərək, əynindəki mavi rəngli göy cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngli sellofana bükülmüş bağlamanı çıxardıb təqdim edərək, masanın üzərinə qoymuş, ardınca isə şalvarının sağ yan cibindən 1 qutu siqareti, 1 ədəd alışqanı, 6(altı) manat pulu və eləcədə şalvarının sol yan cibindən, “Chevrolet Cruze” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını çıxardıb təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofana bükülmüş bağlamanın içərisində nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin qara rəngli bükülünün içərisində “marixuana” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin qara rəngli sellofana bükülmüş bağlama təhqiqatçı tərəfindən açıldıqda həmin bağlamanın içərisində yaşıl rəngli, qurudulmuş ot kütləsi aşkar olunmuşdur. Təhqiqatçı həmin qara rəngli sellofana bükülmüş bağlamanın içərisində aşkar edilmiş ot kütləsinin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyini, kəskin spesifik qoxusu olduğunu qeyd edərək, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəyə bənzər qurudulmuş ot kütləsini nə vaxt, haradan, necə, kimdən və nə məqsədlə əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs 20 gün əvvəl Bakı şəhəri 20 Yanvar ərazisində, tanımadığı şəxsdən öz istifadəsi üçün 50(əlli) manat pul ödəyərək aldığını bildirmişdir. Sonra təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə yoxlanış məqsədi ilə baxış keçirmiş, ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Saxlanılan şəxsin üzərindən aşkar edilmiş, 1 büküm, qara rəngli sellofana bükülmüş narkotik vasitə marixuanaya bənzər qurudulmuş ot kütləsi elektron tərəziyə qoyularaq çəkisi ölçüldükdə, çəkisinin 8,37 qram olması müəyyən edilmiş, sonra təhqiqatçı həmin kütləni ekspertizaya göndərilməsi üçün qablaşdırmiş, qablaşdırılmış zərf, təhqiqatçı, saxlanılan şəxs Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs vəkili S.Allahverdiyev tərəfindən imzalanmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı bir narkotik vasitə olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs sözügedən avtomobildə də, narkotik vasitə olduğunu, həmin narkotik vasitənin avtomobildə, özünün oturduğu tərəfdə-yəni avtomobilin ön sol tərəfində-ayaqaltında olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 manat pul, siqaret, alışqan və avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını, saxlanılarkən fiziki zor və ya təyziqlə qarşılaşmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin ardınca, 3-cü Polis Bölməsinin inzibati binasının qarşısında, sonuncuya məxsus “Chevrolet Cruze” markalı, **- VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vəkilin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilin sol ön qapısını açaraq elə həmin tərəfdən də “ayaqaltını” qaldırıb “ayaqaltının” altında 1 ədəd qara rəngli sellofan bağlamanı çıxardıb təhqiqatçıya təqdim edərək, həmin bağlamanın içərisində “marixuana” olduğunu bildirmiş, həmin qara rəngli sellofan bağlama açıldıqda içərisində yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər qurudulmuş ot kütləsi aşkar olunmuşdur. Sonra təhqiqatçı avtomobilə baxış keçirtmiş, ancaq avtomobildən iş üçün əhəmiyyət kəsb edən əlavə heç bir şey aşkar olunmamışdır. Bundan sonra o və eləcə də, baxışda iştirak edən digər şəxslər Polis Bölməsinin inzibati binasına qayıdaraq, xidməti otaqlardan birinə daxil olmuş, otaqda təhqiatçı, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş qara rəngli sellofana bükülü halda olan, narkotik vasitəyə bənzər qurudulmuş ot kütləsini elektron tərəzidə çəkdikdə, çəkisinin 18,31 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs avtomobilndən, aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana kütləsini də, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana kütləsi ilə eyni vaxtda, yəni 20(iyirmi) gün əvvəl Bakı şəhəri, “20 Yanvar” dairəsinin yaxınlığında, təsadüfən rastlaşdığı tanımadığı şəxsdən, ümumilkdə 50 (əlli) manat ödəyərək, öz istifadəsi üçün aldığını, həmin narkotik vasitə olan qurudulmuş marixuana kütləsini iki hissəyə bölərək bir hissəsini üzərində, bir hissəsini isə avtomobilndə daşıyaraq saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş qara rəngli sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi ekspertizaya göndərilməsi məqsədi ilə zərfə qoyularaq qablaşdırılmış, zərf təhqiqatçı, saxlanılan şəxs Təqsirləndirilən şəxs və vəkili S.Allahverdiyev tərəfindən imzalanmışdır. Həmçinin Şahid2 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmadığını qeyd etmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ, 3-cü PB-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 25.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.10.2021-ci il tarixli, 7/1100 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən” yazıları olan kağız paketdəki 01(bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 7,428 qram və üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi ” yazıları olan kağız paketdəki 01(bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 17,590 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-25,018 qram (Marixuanının ümumi çəkisi-25,018 qram, cəmi tədqiqata istifadə olundu-0,11 qram, hər obyektdən 0,05 qram, qalıq 24,918 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 26.10.2021-ci il tarixli 2019 saylı qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 27.10.2021-ci il tarixli, 1447 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 23.11.2021-ci il tarixli, 4615 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixotrop maddə olan metamfetamin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 01.12.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 27.10.2021-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. İş materiallarında olan 18.11.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan və 19.11.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 18.11.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin əməkdaşları tərəfindən tutulmuş və ibtidai istintaq orqanının 19.11.2021-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, MSY-dən azad olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 24,918 qram qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 24.01.2022-ci il tarixli (iş № 1(060)-263/2022) qərarını icra edərək, 01 fevral 2022-ci il tarixli 291/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 06 (altı) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şabran rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 06:30-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Şabran rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 24,918 qram qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar