Məhkəmə qərarları › İş №1(060)-263/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-263/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-263/2023 12.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-676/2022 saylı, xx.xx.2022-ci il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azalıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 0,982 qram olan tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, 22 noyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon, 17 saylı məktəbin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 0,982 qram olan tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,806 qram olan narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 06 dekabr 2022-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən maşın bazarının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,806 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 noyabr 2022-ci il tarixdə səhər saatlarında o evdən çıxaraq Bakı şəhərinə getmişdir. O Bakı şəhəri, 20 yanvar metrosunun yanında dairənin yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 15 (on beş) manata narkotik vasitə olan heroin almışdır. Daha sonra həmin gün günorta saatlarında Sumqayıt şəhərinə qayıtmış, saat 15:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 17 saylı məktəbin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPi-nin 1-ci PB-yə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə həmin bölməyə getmişdir. Orada xidməti otaqların birində videokamera işə salınaraq üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl həmin bölmənin təhqiqatçısı Ayxan İsgəndərli özünü ona təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Ayxan İsgəndərli hüquq və vəzifələri barədə bildirişi və hüquqlarının müdafiəsi üçün vəkil Fərhad Məmmədovu ona təqdim etmiş, o da bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Daha sonra həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroin müəyyən edilmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş heroin elektron tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. O narkotik vasitənin alqı-satqısı ilə məşğul olmamış, Sumqayıt ŞPİ-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişdirlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini aldığı şəxsi tanımamış, onun yaşadığı ünvanı, adını bilməmiş, mobil nömrəsi olmamışdır.O mobil telefon istifadə etməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə səhər saatlarında o şəxsi işi ilə əlaqədar olaraq Abşeron rayonu, «Xırdalan dairəsi» adlanan ərazidə olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə olan heroin verə biləcəyini bidirmiş, o özü istifadə etmək üçün həmin şəxsdən 20 (iyirmi) manata 01 (bir) ədəd bükümdə heroin almış və Sumqayıt şəhərinə qayıtmışdır. O, həmin narkotik vasitədən özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən maşın bazarının yaxınlığında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİnin 5-ci PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. O, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir və onu Abşeron rayonu, «Xırdalan dairəsi» adlanan ərazidə olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 20 (iyirmi) manata alıb üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. O narkotik vasitə olan heroini özü istifadə etmək üçün alıb üzərində saxlamışdır. O narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Amil adlı şəxsin narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs həmin gün saat 15:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayn ərazisində yerləşən 17 saylı orta məktəbin yaxınlığında saxlanılaraq ona narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gəlmişdir. Bölməyə gətirildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla təhqiqatçı Ayxan İsgəndərli ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib saxlanmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Daha sonra onlarda özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Ayxan İsgəndərli tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olunmuş, o bildirişlə tanış olub vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. Amil də əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Daha sonra həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroin müəyyən edilmişdir. Sorğu zamanı Amil üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar metrosunun yanında dairənin yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 15 (on beş) manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Amilin üzərindən aşkar olunmuş heroin elektron tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Amil adlı şəxsin narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs həmin gün saat 16:20 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən maşın bazarı yaxınlığında saxlanılaraq ona narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyatı üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-yə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə həmin bölməyə gəlmişdir. Bölməyə gətirildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla təhqiqatçı Ramin Əhmədov ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib saxlanmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Ramin Əhmədov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olunmuş, o bildirişlə tanış olub vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. Amil də özü əynində olan qara rəngli sağ yan cibində sağladığı 01 (bir) ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində narkotik vasitə olan heroin müəyyən olunmuşdur. Sorğu zamanı Amil üzərindən aşkar olunmuş heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, «Xırdalan dairəsi» adlanan ərazidə olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 20 (iyirmi) manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra Amilin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmişdir. Məkkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid5 da Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Amil adlı şəxsin narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 15:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayn ərazisində yerləşən İ7 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada xidməti otaqlardan birində Sumqayıt ŞPİ-nin KTBnin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla təhqiqatçı Ayxan İsgəndərli sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edirlər. Amilin üzərinə şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Ayxan İsgəndərli tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olunur, o bildirişlə tanış olub, vəkilə etiraz etmir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilir. Amil də əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edir. Daha sonra həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroin müəyyən edilir. Sorğu zamanı Amil üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar metrosunun yanında dairənin yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən şəxsi istifadəsi uçun 15 (bir) manata alıb üzərində gəzdirdiyini bildirir. Həmin vaxt Amilin üzərindən aşkar olunmuş heroin tərəziyə qoyulub çəkilən zaman heroinin şəffaf sellofanla birlikdə ümumi çəkisinin 1,04 qram olduğu müəyyən edilir və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Amil adlı şəxsin narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 16:20 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən maşın bazarı yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gətirilmiş və orada xidməti otaqlardan birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti tərəfindən videoçəkiliş aparılmaqla təhqiqatçı Ramin Əhmədov sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs də özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edirlər. Onun üzərinə şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Ramin Əhmədov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olunur, o bildirişlə tanış olub, vəkilə etiraz etmir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilir. Amil də özü əynində olan qara rəngli sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümü təqdim edir. Həmin büküm açılan zaman bükümün içərisində narkotik vasitə olan heroin müəyyən olunur. Sorğu zamanı Amil üzərindən aşkar olunmuş heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, «Xırdalan dairəsi» adlanan ərazidə olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 20 (iyirmi) manata alıb üzərində saxladığını bildirir. Bundan sonra Amilin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilir və çəkisinin 0,86 qram olduğu müəyyən olunur və aşkar olunmuş həmin maddə Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq nöhürü ilə möhürlənir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6703 saylı rəyindən görünür ki, tədqiqata təqdim ed.İmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən ...» sözləri olan zərfdəkı bir ədəd bükümdə təmiz çəkisi 0,982 qram olan tündqəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,982 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,932 qram. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6912 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №242-li dairəvi möhür əksi, «saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,806 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,806 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,756 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 7493 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, görünür ki xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 1(060)-676/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 676/2022 saylı, xx.xx.2022-ci il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azalıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarından görünür ki, 0,982 və 0,806 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,932 və 0,756 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-676/2022 saylı, xx.xx.2022-ci il taixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azalıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O məkmumluğu olan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-676/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-676/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,982 və 0,806 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,932 və 0,756 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 02 (iki) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 195.00 (bir yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-676/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilən 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-676/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılanqalıq çəkisi 0,932 və 0,756 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 02 (iki) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 195.00 (bir yüz doxsan beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar