Məhkəmə qərarları › İş №1(060)-264/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-264/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-264/2022 03.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayətdə əsasən qeyd edilmişdir ki, X2 (Elman Eldaroğlu) Azərbaycan Respublikasının CM- nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır ona görə ki, o, Sumqayıt şəhərində 25 dekabr 2021-ci il tarixdə, saat 23:45 radələrində özünə məxsus və istifadəsində olan +994 50 *** ** ** nömrəli telefonla WhatsApp üzərindən sədri olduğu Yardımlı Xeyriyyə Cəmiyyətinin üzvlərindən ibarət yaratdığı qrupda, qrupun üzvləri ilə paylaşaraq “bundan sonra bu qrup olmasın, Yardımlıda kişi yoxdur, yadınızda saxlayın, əgər varsa,əlsin mənimlə teta-tet görüşsün, mən orda bir kişi görmədim, mən yardımlılı olduğumdan artıq özümə nifrət edirəm, nəsilimə nifrət edirəm, atama, anama, hamısına nifrət edirəm ki, yardımlıdırlar, ə, siz nə gündəsiz ala, ay millət” ifadələri ilə onun, minlərlə Yardımlı əhalisinin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Bundan sonra onun rəhbəri olduğu qrup Elman Mustafayevin həmin səs yazısını “YOUTUBE” sosial şəbəkədə paylaşım etmişlər. Elman Mustafayev yaratdığı WhatsApp qrupunda və sosial şəbəkələrdə paylaşılan səs yazısında özünün şəxsi mənafelərinə görə yuxarıda qeyd edilən təhqiramiz ifadələri işlətmişdir. Şikayətçi R.Quliyev şikayətində qeyd edir ki, o Yardımlı torpağında doğulub, boya-başa çatıb, onun ulu babaları, babası, atası, bütün nəsli, soyu, kökü, şəcərəsi bu torpağa bağlı olub, böyük bir nəslin daşıyıcısıdır və bununla fəxr edir. Kiminsə bu torpağı, onun insanlarını təhqir edib aşağılamasını özünə təhqir hesab etdiyinə şikayət vermişdir. Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclası 28 yanvar 2022ci il tarixə təyin edilmiş və 03 fevral 2022-ci il tarixə təxirə salınmışdır. X6 məhkəmədən xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəməyə xüsusi ittiham qaydasında şikayətlə bağlı etiraz ərizəsi təqdim edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri araşdıraraq və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə aşağıdakılar göstərilir-şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) (maddə 293.3.1); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) (maddə 293.3.2); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi (maddə 293.3.3); şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi (maddə 293.3.4); cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş (maddə 293.3.5); şikayətin verildiyi tarix (il, ay və gün) və yer (maddə 293.3.6); şikayəti vermiş şəxsin imzası (maddə 293.3.7). Məhkəmə qeyd edir ki, təhqir cinayəti birbaşa qəsdlə törədilən cinayət əməli olmaqla həmin cinayətin bilavasitə obyektini şəxsiyyətin şərəf və ləyaqəti təşkil edir. Şərəf və ləyaqəti alçaldan hərəkətlər isə konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Hazırki şikayətdən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Elman Mustafayev tərəfindən WhatsApp üzərindən səsləndirdiyi təhqiramiz ifadələr konkret şəxsə qarşı deyildir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətin əvvəlində özünü xüsusi ittihamçı, E.Mustafayevi isə ittiham olunan şəxs qismində qeyd etmişdir. Halbuki, AR CPM-nin 88-ci maddəsində xüsusi ittihamçıdan bəhs olunur, bu Məcəllənin 88.1.3-cü maddəsində göstərilir ki, cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs-xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və va məhkəmə baxışma təvin edilməsi hanamla məhkəmə qəran qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilir ki, cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isətəqsirləndirilən şəxs qismində tanınırlar. Göründüyü kimi, şikayətin əvvəlində R.Ə.Quliyevin özünü xüsusi ittihamçı, E.Mustafayevi isə ittiham olunan şəxs qismində göstərməsi qanunun tələblərinə uyğun deyildir. Qanunun tələblərinə əsasən R.Ə.Quliyev xüsusi ittiham qaydasında şikayət verən şəxs, E.Mustafayev isə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qismində göstərilməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı 21 fevral 2014-cü il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında verilmiş hazırki şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə cavab vermir. Ona görə də, X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Cinayət 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar