Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-265/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsinə dair şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Sumqayıt şəhərində doğulan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhər, X27 massivi, ev 165də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Xırt-Xırt” ərzaq dükanın ön tərəfindəki küçəyə açılan plastik pəncərəsinə dəmir parçası ilə zərbə endirib açaraq içəri qanunsuz daxil olmuş, dükandakı piştaxtadan hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, cəmi 81,90 (səksən bir manat doxsan qəpik) manat dəyərində 21 ədəd qalın “Sobranie” markalı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, cəmi 78 (yetmiş səkkiz manat) manat dəyərində 20 ədəd nazik “Sobranie” markalı, hər birinin qiyməti 2,50 (iki manat əllik qəpik) manat olmaqla, cəmi 72,50 (yetmiş iki manat əlli qəpik) manat dəyərində 29 ədəd nazik “Palmall” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 60 (altmış) manat dəyərində 24 ədəd kompakt “Rothmans” markalı, hər birinin qiyməti 2,50 (iki manat əllik qəpik) manat olmaqla, cəmi 32,50 (otuz iki manat əlli qəpik) manat dəyərində 13 ədəd kompakt “Vincestr” markalı, hər birinin dəyəri 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 55 (əlli beş) manat dəyərində 22 ədəd nazik “Vincestr” markalı, hər birinin qiyməti 3 (üç) manat olmaqla, cəmi 24 (iyirmi dörd) manat dəyərində 8 ədəd kompakt “LD” markalı, hər birinin qiyməti 3 (üç) manat olmaqla, cəmi 36 (otuz altı) manat dəyərində 12 ədəd qalın “LD” markalı, hər birinin qiyməti 2,30 (iki manat otuz qəpik) manat olmaqla, cəmi 13,80 (on üç manat səksən qəpik) manat dəyərində 6 ədəd “West” markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat olmaqla cəmi 13,20 (on üç manat iyirmi qəpik) manat dəyərində 6 ədəd kompakt “Want”markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat olmaqla, cəmi 33 (otuz üç) manat dəyərində nazik “Want” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla, cəmi 28,80 (iyirmi səkkiz manat səksən qəpik) manat dəyərində 8 ədəd qalın “Kent 4” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla, cəmi 36 (otuz altı) manat dəyərində 10 ədəd nazik “Kent 4” markalı, hər birinin qiyməti 3,6 (üç manat altmış qəpik) manat olmaqla, cəmi 18 (on səkkiz) manat dəyərində 5 ədəd nazik “Kent 1”, hər birinin qiyməti 3,6 (üç manat altmış qəpik) manat olmaqla, cəmi 21,6 (iyirmi bir manat altmış qəpik) manat dəyərində 6 ədəd qalın “Kent 8”, hər birinin qiyməti 3,6 (üç manat altmış qəpik) manat olmaqla cəmi 28,8 (iyirmi səkkiz manat səksən qəpik) manat dəyərində qalın-crystal “Kent” markalı, hər birinin qiyməti 3,40 (üç manat qırx qəpik) manat olmaqla, cəmi 112,2 (bir yüz on iki manat iyirmi qəpik) manat dəyərində 33 ədəd kompakt “Winston” markalı, hər birinin qiyməti 3,40 (üç manat qırx qəpik) manat olmaqla, cəmi 47,60 (qırx yeddi manat altmış) manat dəyərində 14 ədəd nazik “Winston” markalı, hər birinin qiyməti 2 (iki) manat olmaqla, cəmi 12 (on iki) manat dəyərində 6 ədəd nazik “Kingston” markalı, hər birinin qiyməti 2 (iki) manat olmaqla, 12 (on iki ) manat dəyərində 6 ədəd qalın “Kingston” markalı siqaretləri, hər birinin qiyməti 0,90 (doxsan qəpik) manat olmaqla, cəmi 4,50 (dörd manat əlli qəpik) manat dəyərində 5 ədəd 250 ml həcmli alüminium qabda “Hell” markalı energetik içkiləri, hər birinin qiyməti 1 (bir) manat olmaqla cəmi 11 (on bir) manat dəyərində 11 ədəd 500 ml həcmli “Bizon” markalı enerjetik içkiləri, mağazanın arxa otağındakı masanın üzərindəki dəftərin arasından 100 (bir yüz) manat pul və həmin otağdakı plastik qabın içərisindən 5 (beş) manat dəyərində qəpik pulları gizli yolla talayıb oğurlayaq Zərərçəkmiş şəxs2 ümumilikdə 937,40 (doqquz yüz otuz yeddi manat qırx qəpik) manat maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olub təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin sentyabr ayının 25-də saat 02 radələrində Sumqayıt şəhəri, məhəllə 41A ünvanında yerləşən X2 məxsus ərzaq dükanının dəmir barmaqlıqlarının qıfılını dəmir parçası ilə qıraraq içəri qanunsuz daxil olub, mağazanın piştaxtasından ümumi dəyəri 439 manat olan: hər birinin qiyməti 2,50 (iki manat əllim qəpik) manat olmaqla cəmi 25 (iyirmi beş) manat dəyərində 10 qutu kompakt-mentol “Rothmans” markalı, hər birinin qiyməti 2,50 (iki manat əllik qəpik) manat olmaqla, cəmi 25 (iyirmi beş) manat dəyərində 10 qutu-boz kompakt “Rothmans” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 25 (iyirmi beş) manat dəyərində 10 qutu göy-kompakt “Rothmans” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla cəmi 25 (iyirmi beş) manat dəyərində 10 qutu nazik-mentol “Palmall” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 25 (iyirmi beş) manat dəyərində 10 qutu boz-nazik “Palmall” markalı, hər birinin qiyməti 2 (iki) manat olmaqla, cəmi 20 (iyirmi) manat dəyərində 10 qutu boz-nazik “Magna” markalı, hər birinin qiyməti 2,80 (iki manat səksən qəpik) manat olmaqla, cəmi 28 (iyirmi səkkiz) manat dəyərində 10 qutu boz-nazik “LD” markalı, hər birinin qiyməti 2,80 (iki manat səksən qəpik) manat olmaqla, cəmi 28 (iyirmi səkkiz ) manat dəyərində 10 qutu ağkompakt “LD” markalı, hər birinin qiyməti 3,40 (üç manat qırx qəpik) manat olmaqla, cəmi 34 (otuz dörd) manat dəyərində 10 qutu boz-kompakt “Wınston” markalı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, cəmi 39 (otuz doqquz) manat dəyərində 10 qutu ağ-kompakt “Sobranie” markalı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, cəmi 39 (otuz doqquz) manat dəyərində 10 qutu göy-nazik “Sobranie” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla, cəmi 54 (əlli dörd) manat dəyərində 15 qutu nazik “Kent 4” markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat olmaqla, cəmi 22 (iyirmi iki) manat dəyərində 10 qutu nazikqara X-line “Want” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 25 (iyirmi beş) manat dəyərində 10 qutu nazik-göy “Vincestr” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 25 (iyirmi beş) manat dəyərində 10 qutu nazik-boz “Vincestr” markalı siqaretləri, hər birinin qiyməti 3,50 (üç manat əlli qəpik) manat olmaqla ümumi dəyəri 14 (on dörd) manat olan 4 ədəd 150 ml “Rexona” markalı qadın qoltuqaltısı, hər birinin qiyməti 3,50 (üç manat əlli qəpik) manat olmaqla, ümumi dəyəri 14 (on dörd) manat olan 4 ədəd 150 ml “Rexona” markalı kişi qoltuqaltısı, hər birinin qiyməti 6 (altı) manat olmaqla, ümumi dəyəri 72 (yetmiş iki) manat olan 12 ədəd kişi maykaları, hər birinin qiyməti 5 (beş) manat olmaqla, ümumi dəyəri 75 (yetmiş beş) manat olan 15 ədəd kişi alt paltarı-tumanları, hər biri 1 (bir) manat olmaqla, ümumi dəyəri 10 (on) manat olan 10 ədəd 450 ml göy “Bizon” markalı energetik içki, hər birinin qiyməti 0,5 (əlli qəpik) manat olmaqla, ümumi dəyəri 12 (on iki) manat olan 24 ədəd “Jilette” markalı üzqırxanlar, hər birinin qiyməti 0,6 (altmış) manat olmaqla, ümumi dəyəri 9 (doqquz) manat olan 15 ədəd spiral alışqan, hər birinin qiyməti 5 (beş) manat olmaqla, ümumi dəyəri 10 (on) manat olan 2 ədəd kişi başmağı və mağazanın içərisindəki stolun aşağı hissəsində olan rəfdəki plastik qutudan 60 (altmış) manat dəyərində qəpik pulları gizli yolla talayıb oğurlayaq zərərçəkmiş şəxs Rəfiqə Rufullayevaya ümumilikdə 715 (yeddi yüz on beş) manat maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olub təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30.09.2021-ci il tarixdə saat 04 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə, 3 saylı yaşayış binasının qarşısında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Xırt-Xırt” adlı ərzaq dükanının pəncərəsindən içəri qanunsuz daxil olaraq tütün məmulatlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş rəfdən ümumilikdə 984 (doqquz yüz səksən dörd) manat dəyərində: hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, cəmi 97,50 (doxsan yeddi manat əlli qəpik) manat dəyərində 25 qutu qalın “Sobranie” markalı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, cəmi 97,50 (doxsan yeddi manat əlli qəpik) manat dəyərində 25 qutu nazik “Sobranie” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 100 (yüz) manat dəyərində 40 qutu nazik “Palmall” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 75 (yetmiş beş) manat dəyərində 30 qutu kompakt “Rothmans” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 87,50 (səksən yeddi manat əlli qəpik) manat dəyərində 35 qutu kompakt “Vincetr” markalı, hər birinin qiyməti 2,80 (iki manat səksən qəpik) manat olmaqla, cəmi 33,60 (otuz üç manat altmış qəpik) manat dəyərində 12 qutu kompakt “LD” markalı, hər birinin qiyməti 2,80 (iki manat səksən qəpik) manat olmaqla, cəmi 50,4 (əlli manat qırx qəpik) manat dəyərində 18 qutu nazik “LD” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla cəmi 62,50 (altmış iki manat əlli qəpik) manat dəyərində 25 qutu kompakt “West” markalı, hər birinin qiyməti 2 (iki) manat olmaqla, cəmi 66 (altmış altı) manat dəyərində 33 qutu boz-nazik “Magna” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla, cəmi 144 (bir yüz qırx dörd) manat dəyərində 40 qutu nazik-qara “Kent 4” markalı, hər birinin qiyməti 3,40 (üç manat qırx qəpik) manat olmaqla, cəmi 170 (bir yüz tetmiş)manat dəyərində 50 qutu kompakt “Winston” markalı siqaretləri, 15 (on beş) manat dəyərində qəpik pulları, sexin içərisindəki soyuducudan hər birinin qiyməti 1 (bir) manat olmaqla, cəmi 10 (on) manat dəyərində 10 ədəd 0,5 lt tutumlu “Bizon” markalı, hər birinin qiyməti 0,70 (yetmiş qəpik) manat olmaqla, cəmi 10,5 (on manat əlli qəpik) manat dəyərində 15 ədəd 0,250 lt tutumlu “Bizon” markalı və hər birinin qiyməti 0,90 (doxsan qəpik) manat olmaqla, cəmi 9 (doqquz) manat dəyərində 10 ədəd 0,250 lt tutumlu “Hell” markalı energetik içkiləri gizli yolla talayıb oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1028,50 (bir min iyirmi səkkiz manat əlli qəpik) manat məbləğində maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olub təkrarən oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, 01 oktyabr 2021-ci il tarixdə, saat 18:40-da Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilib, orada xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, ümumi çəkisi 0,379 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs4 icarə əsasında işlədiyi kişi salonun qapısının dəmir barmaqlıqlarının qıfılını sındırma və plastik qapını sıxma yolu ilə açıb içəri qanunsuz daxil olaraq bərbər stolunun rəfində olan hər birinin qiyməti 15 (on beş) manat olan, cəmi 90 (doxsan) manat dəyərində 06 ədəd “VGR” markalı saçqırxan maşınları, 15 (on beş) manat dəyərində 01 ədəd “Eurolux” markalı saçqırxan maşını, 80 (səksən) manat dəyərində işlək vəziyyətdə olmayan 01 ədəd “İphone 5S” markalı mobil telefon aparatını, 20 (iyirmi) manat dəyərində 01 ədəd “Sonashi” markalı saç qurudan feni, 10 (on) manat dəyərində 01 ədəd bluetooth qulaqcığı və 31,40 (otuz bir manat qırx qəpik) manat dəyərində 157 metr uzunluğunda 2 mm-lik diametrde naqili gizli yolla talayıb oğurlayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 246,40 (iki yüz qırx altı manat qırx qəpik ) manat məbləğində maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olub təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 oktyabr 2021-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Çerkassi küçəsi 165A nömrəli evin qarşısına gələrək orada heç kəsin olmadığına əmin olduqdan sonra yaşayış evinin hasarından aşaraq həyətə qanunsuz daxil olub binanın üzərində quraşdırılmış 01 ədəd 450 (dörd yüz əlli ) manat dəyərində 2400 kcal/h (24 kw) gücündə “Dəmirdöküm” markalı kombi aparatını və 01 ədəd 30 (otuz) manat dəyərində 500 Vt gücündə “HidroTerm” markalı qaz tənzimləyici requlyatoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 480 (dörd yüz səksən) manat maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, daşıyaraq üzərində saxlamış, 07.10.2021-ci il tarixdə, saat 17:15-də Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilib, orada xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq-göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki ciblikdən 01 ədəd şəffaf sellofanın içərisində ümumi çəkisi 1,252 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus ərzaq dükanının qapısının daxili qıfılını vintaçan alət ilə sıxıb açma yolu ilə içəri qanunsuz daxil olaraq oradakı tütün məmulatlarının yerləşdiirilməsi üçün nəzərdə tutulan vitrindən ümumi dəyəri 2488 (iki min dörd yüz səksən səkkiz) manat olan: hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) olmaqla, cəmi 156 (bir yüz əlli altı) manat dəyərində 40 qutu ağ-qalın “Sobranie” markalı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) olmaqla, cəmi 117 (bir yüz on yeddi) manat dəyərində 30 qutu ağ-nazik “Sobranie” markalı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) olmaqla, cəmi 78 (yetmiş səkkiz) manat dəyərində 20 qutu qara-nazik “Sobranie” markalı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) olmaqla, cəmi 78 (yetmiş səkkiz) manat dəyərində 20 qutu göy-nazik “Sobranie” markalı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) olmaqla, cəmi 195 (bir yüz doxsan beş) manat dəyərində 50 qutu kompakt “Sobranie” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) olmaqla, cəmi 108 (bir yüz səkkiz) manat dəyərində 30 qutu qalın “Kent 8” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) olmaqla, cəmi 72 (yetmiş iki) manat dəyərində 20 qutu qalın “Kent 4” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) olmaqla, cəmi 216 (iki yüz on altı) manat dəyərində 60 qutu nazik “Kent 4” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla, cəmi 72 (yetmiş iki ) manat dəyərində 20 qutu nazik “Kent 1” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla, cəmi 72 (yetmiş iki) manat dəyərində 20 qutu mentol “Kent” markalı, hər birinin qiyməti 3,40 (üç manat qırx qəpik) manat olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat dəyərində 50 qutu boz-kompakt “Winston” markalı, hər birinin qiyməti 3,40 (üç manat qırx qəpik) manat olmaqla, cəmi 68 (altmış səkkiz) manat dəyərində 20 qutu göy-kompakt “Winston” markalı, hər birinin qiyməti 3,40 (üç manat qırx qəpik) manat olmaqla, cəmi 136 (bir yüz otuz altı) manat dəyərində 40 qutu boz-nazik “Winston” markalı, hər birinin qiyməti 3,40 (üç manat qırx qəpik) manat olmaqla, cəmi 68 (altmış səkkiz) manat dəyərində 20 qutu ağ-nazik “Winston” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla, cəmi 108 (bir yüz səkkiz) manat dəyərində 30 qutu ağ-nazik “Davidoff” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 175 (bir yüz yetmiş beş) manat dəyərində 70 qutu boz-nazik “Palmall” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 100 (bir yüz) manat dəyərində 40 qutu nazik-mentol “Palmall” markalı, hər birinin qiyməti 2,80 (iki manat səksən qəpik) manat olmaqla, cəmi 112 (bir yüz on iki) manat dəyərində 40 qutu kompakt “LD” markalı, hər birinin qiyməti 2,80 (iki manat səksən qəpik) manat olmaqla, cəmi 112 (bir yüz on iki) manat dəyərində 40 qutu nazik “LD” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 100 (bir yüz) manat dəyərində 40 qutu göy-nazik “Vincestr” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 100 (bir yüz) manat dəyərində 40 qutu boz-nazik “Vincestr” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, cəmi 75 (yetmiş beş) manat dəyərində 30 qutu kompakt “Vincestr” markalı siqaretləri və kassanın yanında olan plastik qabın içərisindəki 70 (yetmiş) manat dəyərində qəpik pulları gizli yolla talayıb oğurlayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 2558 (iki min beş yüz əlli səkkiz) manat maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olub təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Mikro market” adlı ərzaq dükanının plastik qapısını sıxma yolu ilə açaraq içəri qanunsuz daxil olub tütün məmulatlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş rəfdən hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat dəyərində 80 qutu kompakt-göy “Vincestr” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla, ümumilikdə 144 (bir yüz qırx dörd) manat dəyərində 40 qutu qalın “Kent 8” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla cəmi 216 (iki yüz on altı) manat dəyərində 60 qutu nazik “Kent 4” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla, cəmi 126 (bir yüz iyirmi altı) manat dəyərində 35 qutu mentol “Kent” markalı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, ümumilikdə 273 (iki yüz tetmiş üç) manat dəyərində 70 qutu ağ-qalın “Sobranie” markalı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, ümumilikdə 234 (iki yüz otuz dörd) manat dəyərində 60 qutu kompakt “Sobranie” markalı, hər birinin qiyməti 3,40 (üç manat qırx qəpik) manat olmaqla, ümumilikdə 119 (bir yüz on doqquz) manat dəyərində dəyərində 35 qutu boz-kompakt “Wınston” markalı, hər birinin qiyməti 3,40 (üç manat qırx qəpik) manat olmaqla, ümümilikdə 102 (bir yüz iki) manat dəyərində 30 qutu göy-kompakt “Winston” markalı, hər birinin qiyməti 2,80 (iki manat səksən qəpik) manat olmaqla, ümumilikdə 182 (bir yüz səksən iki) manat dəyərində 65 qutu kompakt “LD” markalı, hər birinin qiyməti 2 (iki) manat olmaqla, ümumilikdə 180 (bir yüz səksən) manat dəyərində 90 qutu göy-nazik “Magna” markalı, hər birinin qiyməti 0,70 (yetmiş qəpik) manat olmaqla, ümumilikdə 4,2 (dörd manat iyirmi qəpik) manat dəyərində hər birində 10 ədəd olmaqla 6 qutu “Orbit” markalı saqqız, hər birinin qiyməti 0,70 (yetmiş qəpik) manat olmaqla, ümumilikdə 7 (yeddi) manat dəyərində hər birində 10 ədəd olmaqla 10 qutu “Dirol” markalı saqqız, hər birinin qiyməti 0,90 (doxsan qəpik) manat olmaqla, ümumilikdə 45 (qırx beş) manat dəyərində 50 ədəd 50 qramlıq “Snikers” şokoladı, hər birinin qiyməti 1,50 (bir manat əlli qəpik) manat olmaqla, ümumilikdə 60 (altmış) manat dəyərində 40 ədəd 95 qramlıq “Snikers” şokoladı, hər birinin qiyməti 2 (iki) manat olmaqla, ümumilikdə 60 (altmış) manat dəyərində 30 ədəd 20 qramlıq “X18”, hər birinin qiyməti 1,60 (bir manat altmış qəpik) manat olmaqla ümumilikdə 64 (altmış dörd) manat dəyərində 40 ədəd 82,5 qramlıq “Bounty Trio” şokoladı və hər birinin qiyməti 1,8 (bir manat səksən qəpik) manat olmaqla, ümumilikdə 72 (yetmiş iki) manat dəyərində 40 ədəd 90 qramlıq “X29” şokoladlarını gizli yolla talayıb oğurlayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 2088,20 (iki min səksən səkkiz manat iyirmi qəpik) manat məbləğində maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olub təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs8 icarə əsasında işlətdiyi “Aydan” gözəllik salonun plastik qapısını sıxma yolu ilə açaraq içəri qanunsuz daxil olub, salonda olan dolabın içərisindəki qəhvəyi rəngli qadın dəri çantasının içərisindən 285 (iki yüz səksən beş) manat nağd pulu oğurlayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 285 (iki yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olub təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 oktyabr 2021-ci il tarixdə saat 04 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə, 3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus ərzaq dükanın plastik qapısını sıxma yolu ilə açaraq içəri qanunsuz daxil olub orada tütün məmulatlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş rəfdən ümumilikdə dəyəri 494 manat olan: hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla, cəmi 108 (bir yüz səkkiz) manat dəyərində 30 qutu nazik “Kent 4” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla, cəmi 90 (doxsan) manat dəyərində 25 qutu qalın “Kent 8” markalı, hər birinin qiyməti 2,80 (iki manat səksən qəpik) manat olmaqla, cəmi 70 (yetmiş) manat dəyərində 25 qutu kompakt “LD” markalı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, cəmi 156 (bir yüz əlli altı) manat dəyərində 40 qutu kompakt “Sobranie” markalı, hər birinin qiyməti 2 (iki) manat olmaqla, cəmi 70 (yetmiş) manat dəyərində 35 qutu göy-nazik “Magna” markalı siqaretləri, kassada olan 80 (səksən) manat kağız əskinazda, 20 (iyirmi) manat isə qəpiklə olmaqla, ümumilikdə 100 (bir yüz) manat dəyərində nağd pulu, 15 ədəd 1 (bir) manatlıq, 25 ədəd 2 (iki) manatlıq nar danışıq konturlarını, 23 ədəd 1 (bir) manatlıq və 6 ədəd 2 (iki) manatlıq sim danışıq konturlarını gizli yolla talayıb oğurlayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 694 (altı yüz doxsan dörd) manat maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olub təkrarən oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib, daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 23 oktyabr 2021-ci il tarixdə, saat 12:05-də Sumqayıt şəhəri, X27 massivi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilib, orada xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,338 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadələrində göstərdi ki, bir müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Gündəlik iş yeri olmadığından və narkotik vasitə almaq üçün maddi imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. 21.09.2021-ci il tarixdə saat 04 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən, 3 saylı yaşayış binasının qarşısında olan “Xırt-Xırt” adlı ərzaq dükanını görmüşdür. Gecə vaxtı olduğundan və həmin vaxt dükanın yanında heç kəsin olmadığından istifadə edərək həmin dükana girib oradan oğurluq etmək qərarına gəlmişdir. Dükanın plastik pəncərəsi açıq olduğundan o, həmin pəcərədən içəri daxil olmuşdur. Dükanın piştaxtasında olan müxtəlif növdə tütün məmulatlarını torbaya yığaraq qırağa qoymuşdur. Dükanın içərisində olan soyuducudan 05 ədəd “Hell” və 11 ədəd “Bizon” markalı energetik içkiləri götürmüşdür. Bundan sonra dükanın arxa tərəfində yerləşən otağa keçmişdir. Orada masanın üzərində olan dəftərin arasından 100 manat nağd pulu və plastik qabda olan təxminən 5 manat civarında qəpik pulları götürərək dükanı tərk etmişdir. Oğurladığı energetik içkiləri özü içib, pulları şəxsi tələbatları üçün xərcləmişdir. Siqaretlərin bir qismini çəksə də, qalan siqaretləri polis əməkdaşlarına təqdim etmişdir. O, ilkin izahatında həmin dükandan cəmi 4,50 manat dəyərində qəpik pullar və 4 ədəd “Bizon” energetik içkiləri oğurladığını desə də, sonradan o, həmin dükandan əlavə olaraq 100 manat nağd pul və 4 ədəd deyil 11 ədəd “Bizon” markalı və 05 ədəd “Hell” markalı energetik içkiləri oğurladığını xatırlamışdır. Bundan başqa 25 sentyabr 2021-ci il tarixdə, gecə saat 02 radələrində Sumqayıt şəhəri, məhəllə 41A ünvanında yerləşən ərzaq dükanının dəmir barmaqlıqlarının qıfılını sındırıb dükana daxil olmuşdur. Dükanın piştaxtasında olan təxminən 130-140 ədəd civarında siqaretləri toplayaraq torbaya yığıb və qırağa qoymuşdur. Bundan sonra dükanda olan kişi və qadın qoltuqaltılarını, “Bizon” markalı energetik içkiləri, “Jilette” markalı üzqırxanları, kişi başmaqları və 60 manat dəyərində nağd pulu oğurlayaraq dükanı tərk etmişdir. Oğurladığı siqaretləri və əşyaları Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzində dəyər-dəyməzinə tanımadığı şəxslərə satmışdır. Satışdan əldə etdiyi pulu öz tələbatları üçün xərcləmişdir. O, ilkin izahatında həmin dükandan şampun və sabun oğurladığını desə də, sonradan həmin şampun və sabunları götürmədiyini və dükanda qaldıqlarını xatırlamışdır. Bundan sonra 30.09.2021-ci il tarixdə saat 04 radələrində yenidən Sumqayıt şəhəri, 42-ci məhəllə, 3 saylı yaşayış binasının qarşısında yerləşən “Xırt-Xırt” adlıərzaq dükanına pəncərədən daxil olmuşdur. Dükanın piştaxtasında olan müxtəlif çeşiddə, dəqiq sayını xatırlamadığı siqaretləri və dükanın içərisində olan “Bizon” və“Hell” markalı energetik içkiləri oğurlayaraq dükanı tərk etmişdir. Həmin dükandan oğurladığı siqaretləri Bakı şəhərində tanımadığı şəxslərə dəyər-dəyməzinə satıb, götürdüyü içkiləri isə özü içmişdir. Bundan əlavə bildirmək istəmişdir ki, o, narkotik vasitələri Sumqayıt və Bakı şəhər ərazisində tanımadığı şəxslərdən əldə edib. Son olaraq 01 oktyabr 2021-ci il tarixdə günorta saatlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhəri Sabunçu rayonu ərazisində olarkən narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxslə qarşılaşmışdır. Həmin şəxsdən ona narkotik vasitə satmasını istədikdə üzərində 01 ədəd bükümdə narkotik vasitə heroin olduğunu deyib və o, həmin şəxsdən 10 manata 01 ədəd kağız bükümdə olan heroin almışdır. Həmin narkotik vasitəni əynimdəki şalvarın sağ yan cibinə qoyub şübhə çəkməmək üçün oradan uzaqlaşaraq taksı ilə Sumqayıt şəhərinə gəlmişdir. Həmin tarixdə saat 18 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində olarkən piyada hərəkət edib aldığı narkotik vasitəni istifadə etmək üçün sakit bir yer axdarırkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt polis idarəsinin 1-ci polis bölməsinə dəvət etmişlər, o, qarşılıq vermədən polis əməkdaşları ilə birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda şalvarının sağ yan cibində saxladığım narkotik vasitə heroini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələrim izah olunub və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunub və o, əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd kağız bükümü təqdim edib, həmin bükümün içində narkotik vasitə heroin olduğunu demişdir. Sonradan təhqiqatçı bükümə baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmayıb və götürülməmişdir. Ona aid olan aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilib və çəkisi 0,54 qram olmuşdur. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib onun və digər iştirakçıların iştirakı ilə tərəfindən imzalanmışdır. Polis şöbəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroin ona məxsus olub, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmişdir. Bundan əlavə bildirmək istəmişdir ki, 05 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən kişi salonunun dəmir barmaqlıqlarının qıfılını dəmir parçası ilə sındırıb, plastik qapını sıxma yolu ilə açaraq salona daxil olmuşdur. Salonun içərisində olan 7 ədəd saçqırxan maşını, bir ədəd saç qurudan feni, bir ədəd işlək vəziyyətdə olmayan “İphone” markalı mobil telefon aparatını, bir ədəd qulaqcıq və mis naqil oğurlamışdır. Oğurladığı əşyaları satmaq istəsə də, sata bilməmişdir. 02 ədəd saç qırxan maşını, qulaqcığı, “İphone” markalı mobil telefonu və mis naqili polis əməkdaşlarına təqdim etmişdir. Qalan 5 ədəd saç qırxan maşını və bir ədəd saç qurudan feni atmışdır. Bundan başqa qeyd etmək istəmişdir ki, 07.10.2021-ci il tarixdə qonşuluqda yaşayan X5 maxsus evdən oğurluq etmək qərarına gəlmişdir. Ona görə də, saat 06 radələrində onun evinə yaxınlaşmışdır. Evdə olan şəxslərin yatdığına və onu heç kəsin görməyəcəyinə əmin olduqdan sonra o, evin ətrafında olan hasarı aşıb və həyətə daxil olmuşdur. Orada o, olarkən həmin fərdi yaşayış evin üzərində quraşdırılmış plastik dolabın içərisində olan kombi aparatını və "Hidro therm" markalı qaz requlyatorunu sökmüşdür. Daha sonra darvazının qapısını içəri tərəfdən açıb və həmin evin həyətyanı sahəsini tərk etmişdir. O, həmin gün təxminən saat 08 radələrində Sumqayıt şəhəri, "Şərq bazarı" adlanan ərazisində həmin oğurladığı əşyaları Şahid1 ümumilikdə 200 manat satmışdır. Həmin vaxt o, Şahid1 həmin əşyaların özünə məxsus olduğnu və işlədiyi yerdə əmək haqqı əvəzi verlidiyini deyərək Şahid1 inandırmışdır. Bundan başqa bildirmək istəmişdir ki, 07.10.2021 - ci il tarixdə saat təxminən 12 radələrində Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün narkotik vasitə heroin alıb. Həmin aldığı narkotik vasitə heroini sellofana bükülmüş vəziyyətdə əynindəki açıq göy rəngli cins şalvarının sağ yan çibininin üzərindəki kiçik cibində gizlətmişdir. Daha sonra o, yaşadığı ünvana Sumqayıt şəhəri, 76 ci məhəllə istiqamətində getmişdir. Evə çatdığı zaman saat 17 radələrində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Həmin vaxt polis əməkdaşları onun oğurluqda, narkotik vasitələrin daşınmasında və saxlanmasında şübhəli olduğunu bildirmişdirlər. Ona görə də, onu Sumqayıt ŞPİ-nin 5-ci PB- nə üzərində şəxsi axtarış aparılması üçün dəvət etmişdirlər. O, opolis əməkdaşlarının dedikləri ilə razılaşıb və polis əməkdaşları ilə polis bölməsinə getmişdir. Polis bölməsində ona öz hesabına müqavilə əsasında müdafiəçi tutmağa hüququnun olduğu izah edilib, lakin maddi vəziyyəti ilə əlaqədar dövlət hesabına ona müdafiəçi təyin edilməsini xahiş etmişdir. Ona görə də, ona təqdim olunan Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkillərin siyahısından X3 və hüquqlarının müdafiə edilməsini istəmişdir. Daha sonra Zoya Hüseynova ona təqdim edilmişdir. Həmin vaxt onun hüquq və vəzifələri barəsində ona bildiriş təqdim edilib və o, müdafiəçisi Zoya Hüseynovanın iştirakı ilə tanış olmuşdur. Daha sonra üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılacağı ona deyilmişdir. O da buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona bir daha hüquq və vəzifələri izah edilib və üzərində hər hansısa qanunla qadağan edilmiş əşyanın olub-olmasını ondan soruşulmuşdur. O, da əynindəki açıq-göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik ciblikdən özünə məxsus sellofan bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Həmin narkotik vasitənin özünə məxsus olduğunu və Xırdalan şəhərində saxlanıldığı şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş maddə sellofanla birlikdə tərəziyə qoyularaq çəkilib və sellofanla birlikdə çəkisinin 1,49 qram olduğu müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada zərfə qoyularaq qalabşdırılıb və üzəri Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa bildirmək istəmişdir ki, o, 11 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən ərzaq dükanına daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. İlk əvvəl dükanın qapısının daxili qıfılını vintaçan alət ilə sıxıb açıb içəri daxil olmuşdur. Dükanın içərisində olan piştaxtanın üzərindən dəqiq sayını xatırlamadığı, lakin xeyli sayda müxtəlif çeşiddə siqaret qutularını və piştaxtanın aşağı hissəsində olan plastik qabın içərisindəki 70 manat civarında dəmir qəpikləri oğurlamışdır. Oğurladığı siqaretləri Bakı şəhərində tanımadığı şəxslərə dəyər-dəyməzinə satıb, əldə etdiyi pulları özü üçün xərcləmişdir. Bundan əlavə 16 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən “Mikro market” adlı ərzaq dükanına daxil olmağa və oradan oğurluq etməyə qərar vermişdir. Həmin dükanın plastik qapısını sıxma yolu açaraq içəri daxil olmuşdur. Dükanın piştaxtasında olan dəqiq sayını xatırlamadığı müxtəlif çeşidli siqaret qutularını, həmçinin müxtəlif adda şokolad məhsullarını oğurlayaq dükanı tərk etmişdir. Həmin dükandan oğurladığı siqaretləri Bakı və Sumqayıt şəhərlərində tanımadığı şəxslərə ucuz qiymətə satıb əldə etdiyi pulu özü üçün xərcləmişdir. Dükandan oğurladığı şokoladların isə bir hissəsini yeyib, qalanlarını atmışdır. Bundan başqa 19 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospektində olan “Aydan” gözəllik salonun plastik qapısını sıxma yolu ilə açaraq içəri daxil olmuşdur. Salonun içərisində axtarış apararaq dolabın içərisində olan qəhvəyi rəngli qadın çantasının içərisindən 285 manat pulu götürmüşdür. Çantanı isə həmin yerə ataraq salonu tərk etmişdir. “Aydan” gözəllik salonundan oğurladığı pulu özü üçün xərcləmişdir. Bundan savayı 22 oktyabr 2021-ci il tarixdə, saat 04 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 3 saylı yaşayış binasının birincə mərtəbəsində yerləşən ərzaq dükanına daxil olmağa və oradan oğurluq etməyə qərar vermişdir. Dükanın plastik qapısını sıxma yolu ilə açaraq içəri daxil olmuşdur. Dükanın içərisində quraşdırılmış piştaxtadan dəqiq sayını xatırlmadığı, müxtəlif növdə tütün məmulatlarını, 20 manat dəyərində qəpik pulu, 80 manat dəyərində nağd pulu və təxminən 90-100 manat civarında danışıq konturları oğurlamışdır. Oğurladığı siqaretləri Bakı şəhərində tanımadığı şəxslərə ucuz qiymətə satmışdır. Konturların böyük qismini özü istifadə etsə də, qalan konturları polis əməkdaşlarına təqdim etmişdir. Həmin dükandan oğurladığı əşyaları satıb əldə etdiyi pulları özü üçün xərcləmişdir. Son olaraq bildirmək istəmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə axşam saatlarında şəxsi işləri ilə əlaqədar Abşeron rayonu Xırdalan şəhər ərazisində olarkən narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxslə qarşılaşmışdır. Həmin şəxsdən ona narkotik vasitə və ya psixotrop maddə satmasını istədikdə üzərində 01 ədəd bükümdə psixotrop maddə metafetamin olduğunu deyib və o, həmin şəxsdən 20 manata 01 ədəd kağız bükümdə olan metafetamini almışdır. Həmin psixotrop maddəni əynindəki şalvarın sağ yan cibinə qoyub şübhə çəkməmək üçün oradan uzaqlaşaraq taksi ilə Sumqayıt şəhərinə gəlmişdir. Ağrıları olmadığı üçün metafetamindən həmin gün istifadə etməyib və əynindəki şalvarın sağ yan cibində saxlamışdır. Növbəti gün, yəni 23 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri X27 massivində, yaşadığı evin yerləşdiyi küçədə piyada hərəkət edib aldığı psixotrop maddəni istifadə etmək üçün sakit bir yer axdararkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət etmişlər, o, qarşılıq vermədən polis əməkdaşları ilə birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda şalvarının sağ yan cibində saxladığı psixotrop maddə metafetamini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunub və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunub və o, əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd kağız bükümü təqdim edib, həmin bükümün içində psixotrop maddə metafetamin olduğunu demişdir. Sonradan təhqiqatçı bükümə baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmayıb və götürülməmişdir. Ona aid olan aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə psixotrop maddə metafetamin kütləsi elektron tərəzidə çəkilib və çəkisi 0,56 qram olmuşdur. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib onun və digər iştirakçıların iştirakı ilə tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ona məxsusdur, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmişdir. Eləcə də o, ifadəsində narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, bəzən narkotik vasitə almaq üçün pul tapmadığından oğurluq etmək qərarına gəldiyini, heç vaxt etdiyi əməllər barəsində heç kəsə məlumat vermədiyini, oğurluq hadisəsini tək etdiyini, həmin vaxt yanında heç kəsin olmadığını, kombi aparatı ilə qaz tənzimləyici requlyatoru satan zaman həmin malları əmək haqqı müqabilində iş yerindən verildiyini dediyini, siqaretləri isə Bakı və Sumqayıt şəhərində tanımadığı şəxslərə satdığı zaman həmin siqaretlərin öz dükanından olduğunu, dükanı bağladı üçün dəyər-dəyməzinə satdığını bildirdiyini, o, narkotik vasitə və psixotrop maddəni Abşeron rayonu, Xırdalan şəhərində yaşayan lakin adını və şəxsiyyəti haqqında heç bir məlumatı bilmədiyi şəxsdən və eyni zamanda Bakı şəhəri, Sabunçu rayonunda tanımadığı şəxsdən aldığını, o, həmin narkotik vasitələri və psixotrop maddələri ürəyi istədiyi vaxt istifadə edə bilməsi üçün üzərində gəzdirdiyini, onun üzərində narkotik vasitə və psixotrop maddə olmasından heç kəsin xəbəri olmadığını və onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satmaq niyyəti olmadığını və polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq tətbiq olunmadığını göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, “Aztexnoline” zavodunda operator işləyir, onların işi növbəlidir. 07.10.2021-ci i tarixdə saat təxminən 01 radələrində işdən evə gəlib, saat təxminən 01:30 radələrində həmişəki kimi qaz sızmasından ehtiyat edərək evinin sol hissəsində divara bərkidilmiş kombinin yanında qaz tənzimləyici requlyatoru bağlayaraq evə girib, saat 05 radələrində yatmamışdan öncə həyətdə gəzən zaman yenidən kombiyə nəzər yetirərək evə girib yatmışdır. 07.10.2021-ci il tarixdə saat 11 radələrində yuxudan oyanıb tənzimləyicini açmağa getdikdə kombinin və tənzimləyicinin yerində olmadığını, naməlum şəxs(şəxslər) tərəfindən açılaraq oğurlandığını görmüşdür. O, Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edib baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Məlumatım əsasında polis əməkdaşları hadisə yerinə gəlib müvafiq sənədləşmə aparıb və o, bu barədə 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Eləcə də o, ifadəsində ona məxsus 01 ədəd 24000 kcal/ h (24kw) gücündə “DəmirDöküm” markalı kombi aparatı və 01 ədəd 500 VT gücündə “Hidro Therm” markalı tənzimləyici requlyator oğurlandığını, kombi aparatını 2020-ci ilin sonlarında 1250 manata, requlyatoru isə 50 manata aldığını, kombi və requlyatorun oğurlanması nəticəsində ona ümumilikdə 1300 manat maddi ziyan dəymiş, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış kombi aparatı ona qaytarılmış, ona qarşı heç bir tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, təxminən 01 (bir) ilə yaxın müddətdir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 3 saylı yaşayış binasının qarşısında yerləşən “Xırt-Xırt” kiçik ölçülü mağaza fəaliyyət göstərir və ona məxsusdur. Həmin müddət ərzində mağazanın yerləşdiyi ərazidə hər hansı bir xoşagəlməz hadisə ilə rastlaşmamışdır. 21.09.2021-ci il tarixdə gecə saat 02:30 radələrində işləri ilə yekunlaşdırdıqdan sonra mağazanın plastik pəncərəsini və qapılarını bağlayıb yaşadığı evə getmişdir. Həmin gün səhər saat 05:00 radələrində yenidən işə gəldikdə mağazanın plastik pəncərəsinin açıq olduğunu aşkar etmişdir. Dərhal qapını açaraq içəri daxil olub və mağazanın dağınıq olduğunu görmüşdür. Bir qədər ətrafdakı insanlarla və qonşularla bu barədə maraqlanıb, lakin müsbət nəticə əldə edə bilməmişdir. Daha sonra arxa otağa keçib və orada masanın üzərində olan dəftərin içərisindəki 100(yüz) manat pul və plastik qabın içərisindəki 5(beş) manat qəpik pulların yerində olmadığını da müəyyən etmişdir. Artıq ona məlum olmuşdur ki, naməlum şəxs(şəxslər) ona məxsus marketə daxil olaraq oradan 105(yüz beş) manat pul və müxtəlif çeşiddə siqaret məhsulları oğurlanıb. Bu səbədən də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Tez bir zamanda polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar, hdisə yerinə baxış keçirib müvafiq sənədləşmə aparmışdırlar. Daha sonra o, ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1ci PB-nə ərizə ilə müraciət etmişdir. Eləcə də o, ifadəsində ona məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, 3 saylı yaşayış binasının qarşısında yerləşən “Xırt-Xırt” adlı kiçik ölçülü mağazanın piştaxtasından hər birinin qiyməti 3,90 manat olmaqla, cəmi 159,90 manat dəyərində 21 ədədi qalın, 20 ədədi isə nazik olmaqla 41 ədəd qutuda “SOBRANİE” markalı siqaret, hər birinin qiyməti 2,50 manat, cəmi 72,50 manat dəyərində 29 ədəd nazik qutuda “PALL MALL” markalı siqaret, hər birinin qiyməti 2,50 manat, cəmi 60 manat dəyərində 24 ədəd kompakt qutuda “Rothmans” markalı siqaret, hər birinin qiyməti 2,50 manat, cəmi 87,50 manat dəyərində 13 ədədi kompakt, 22 ədədi nazik olmaqla 35 ədəd qutuda “Winchester” markalı siqaret, hər birinin qiyməti 3 manat, cəmi 60 manat dəyərində 8 ədədi kompakt, 12 ədədi isə qalın olmaqla 20 ədəd qutuda “LD” markalı siqaret, hər birinin qiyməti 2,30 manat, cəmi 13,80 manat dəyərində 6 ədəd qalın qutuda “West” markalı siqaret, hər birinin qiyməti 2,20 manat, cəmi 46,20 manat dəyərində 6 ədədi kompakt, 15 ədədi isə nazik olmaqla 21 ədəd qutuda “Want” markalı siqaret, hər birinin qiyməti 3,60 manat, cəmi 133,20 manat dəyərində 8 ədədi qalın, 37 ədədi qutuda “Kent” markalı siqaret, hər birinin qiyməti 3,40 manat, cəmi 159, 80 manat dəyərində 33 ədədi kompakt, 14 ədədi nazik olmaqla 47 ədəd qutuda “Winston” markalı siqaret, hər birinin qiyməti 2 manat, cəmi 24 manat dəyərində 6 ədədi qalın, digər 6 ədədi isə nazik olmaqla 12 ədəd qutuda “Kinston” markalı siqaret, hər birinin qiyməti 0,90 manat, cəmi 4,90 manat dəyərində 5 ədəd 250 ml həcmli alüminium qabda “Hell” enerji içkisi, hər birinin qiyməti 1 manat, cəmi 11 manat dəyərində 500 ml həcmli 11 ədəd alüminium qabda “Bizon” enerji içkisi, mağazanın arxa otağındakı masanın üzərindəki dəftərin arasından 100 manat pul və həmin otağdakı plastik qabın içərisindən 5 manat dəyərində qəpik pulların oğurlandığını və ona ümumilikdə 937,40 manat maddi ziyan dəydiyini, ona polis bölməsindən məlumat verərək mağazadan oğurluq edən şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğunu göstərmişdir. Bundan başqa bildirmişdir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 3 saylı yaşayış binasının qarşısında yerləşən çörək sexi və çörək sexinə bitişik olan “Xırt- Xırt” kiçik ölçülü mağaza fəaliyyət göstərir və ona məxsusdur. 30.09.2021-ci il tarixdə gecə saat 03:00 radələrində işlərini yekunlaşdırdıqdan sonra sexi bağlayıb yaşadığı evə getmişdir. Həmin gün səhər saat 05:00 radələrində yenidən işə gəldikdə sexin qarşısındakı dəmir jalüzün və sexə bitişik kiçik ölçülü marketin pəncərəsinin açıq olmasını görmüşdür. Sonra marketə daxil olanda vitirində olan 25 qutu qalın Sobranie, 25 qutu nazik Sobranie, 40 qutu nazik Pall Mall, 30 qutu kompakt Rothmans, 35 qutu kompakt Winchester, 12 qutu kompakt LD, 18 qutu nazik LD, 25 qutu kompakt West, 33 qutu boznazik Maqna, 40 qutu nazik-qara Kent 4 və 50 qutu kompakt Winston markalı siqaretlərin, sexin içərisindəki iş otağındakı masanın üstündəki karton qutudan 15 manat qəpik pulların, eləcə də soyuduca olan 10 ədəd 0,5 litr tutumlu “Bizon” markalı, 15 ədəd 0,250 qram tutumlu “Bizon” markalı və 10 ədəd 250 qram tutumlu “Hell” markalı enerji içkilərinin oğurlandığını müəyyən etmişdir. Eləcə də o, ifadəsində 30.09.2021-ci il tarixdə marketdən ümumilikdə 950 manat dəyərində siqaretlər, 15 manat nağd pul və 30 manat dəyərində enerji içkiləri oğurlandığını və ümumilikdə ona 995 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilməmiş, lakin ona qarşı heç bir tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, 10.10.2021-ci il tarixdən, 11.10.2021-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər ona məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən ərzaq məhsulları satışı marketinin girişindəki plastik qapının daxili qıfılını vintaçan alət ilə sıxıb açma yolu ilə içəri daxil olaraq oradakı vitindən 40 qutu ağ-qalın Sobranie, 30 qutu ağ-nazik Sobranie, 20 qutu qara-nazik Sobranie, 20 qutu göy-nazik Sobranie, 50 qutu kompakt Sobranie, 30 qutu qalın Kent 8, 20 qutu qalın Kent 4, 60 qutu nazik Kent 4, 20 qutu nazik Kent 1, 20 qutu mentol Kent, 50 qutu boz-kompakt Winston, 20 qutu göykompakt Winston, 40 qutu boz-nazik Winston, 20 qutu ağ-nazik Winston, 30 qutu ağ-nazik Davidoff, 70 qutu boz-nazik Palmall, 40 qutu nazik-mentol Palmall, 40 qutu kompakt LD, 40 qutu nazik LD, 40 qutu göy-nazik Wincestr, 40 qutu boz-nazik Wincestr və 30 qutu kompakt Wincestr markalı, ümumi dəyəri 2488 manat olan siqaretlərin oğurlandığını görmüşdür. Həmçinin marketdəki kassanın yanında olan plastik qabın içərisindəki 70 manat dəyərində qəpik pullar oğulanmışdır. Bu hadisəni törədən naməlum şəxsin marketə daxil olması yəni ki, hadisəni necə törətməsi marketdə olan müşahidə kamerasında öz əksini tapmışdır. Həmin videogörüntünü “DVD” diskə köçürüb və təqdim etmişdir. Eləcə də o, ifadəsində ona məxsus marketdən ümumi dəyəri 2488 manat olan ifadəsində qeyd etdiyi siqaretlər və 70 manat qəpik pul oğurlandığını və nəticədə ona ümumilikdə 2558 manat maddi ziyan dəydiyini, o, ilkin təhqiqat araşdırması zamanı təxmini qiymətlərə əsaslanıb ona dəymiş ziyanın 2370 manat olduğunu bildirdiyini, sonradan isə tam dəqiq hesablamalar apararaq ona ümumilikdə 2558 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs barəsində şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində yerləşən “Mikro market” adlı kiçik ölçülü ərzaq mağazası ona məxsusdur. 15.10.2021-ci il tarixdə saat 21 radələrində işlərini yekunlaşdırdıqdan sonra marketin qapısını bağlayıb yaşadığı evə getmişdir. 16.10.2021-ci il tarixdə səhər saat 10 radələrində yenidən işə gəldikdə marketin qapısının açıq olduğunu aşkar etmişdir. Dərhal içəri daxil olub və marketin dağınıq olduğunu görmüşdür. Ətrafa baxdıqda isə rəfdə olan siqaretlərin, müxtəlif markalı saqqızların və şirniyyatların oğurlanmasını müəyyən etmişdir. Bir qədər ətrafdakı insanlarla və qonşularla bu barədə maraqlanmış, lakin müsbət nəticə əldə edə bilməmişdir. Bu səbədən də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Tez bir zamanda polis əməkdaşları hadisə yerinə yaxınlaşıb, hadisə yerinə baxış keçirib müvafiq sənədləşmə aparmışdırlar. Daha sonra o, ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmişdir. Eləcə də o, ifadəsində marketdən ona məxsus hər birinin qiyməti 2,50 manat olmaqla, ümumilikdə 200 manat dəyərində 80 qutu kompakt-göy Wincestr markalı, hər birinin qiyməti 3,60 manat olmaqla, ümumilikdə 216 manat dəyərində 60 qutu nazik Kent 4 marklı, hər birinin qiyməti 3,60 manat olmaqla, ümumilikdə 144 manat dəyərində 40 qutu qalın Kent 8 marklı, hər birinin qiyməti 3,90 manat olmaqla, ümumilikdə 273 manat dəyərində 70 qutu ağ-qalın Sobranie markalı, hər birinin qiyməti 3,90 manat olmaqla, ümumilikdə 234 manat dəyərində 60 qutu kompakt Sobranie markalı, hər birinin qiyməti 3,40 manat olmaqla, ümumilikdə 119 manat dəyərində 35 qutu boz kompakt Winston markalı, hər birinin qiyməti 3,40 manat olmaqla, ümumilikdə 102 manat dəyərində 30 qutu göy-kompakt Winston markalı, hər birinin qiyməti 2,80 manat olmaqla, ümumilikdə 182 manat dəyərində 65 qutu kompakt LD markalı, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 180 manat dəyərində 90 qutu göy-nazik Magna markalı, hər birinin qiyməti 0,70 manat olmaqla, ümumilikdə 4.2 manat dəyərində hər birində 10 ədəd olmaqla 6 qutu Orbit markalı saqqız, hər birinin qiyməti 0,70 manat olmaqla, ümumilikdə 7 manat dəyərində hər birində 10 ədəd olmaqla 10 qutu Dirol markalı saqqız, hər birinin qiyməti 0,90 manat olmaqla, ümumilikdə 45 manat dəyərində 50 ədəd 50 qramlıq Snikers şokoladı, hər birinin qiyməti 1,50 manat olmaqla, ümumilikdə 60 manat dəyərində 40 ədəd 95 qramlıq Snikers şokoladı, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 60 manat dəyərində 30 ədəd 20 qramlıq X19, hər birinin qiyməti 1,60 manat olmaqla, ümumilikdə 64 manat dəyərində 40 ədəd 82.5 qramlıq Bounty trio şokoladı və hər birinin qiyməti 1,8 manat olmaqla, ümumilikdə 72 manat dəyərində 40 ədəd 90 qramlıq X29 şokoladları oğurlandığını və ona ümumlikdə 2088 manat 20 qəpik maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilməmiş, lakin onun barəsində heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Portağal” marketin yaxınlığında icarə əsasında kişi salonu işlədir. 05.10.2021-ci il tarixdə saat 20 radələrində işlərini yekunlaşdırdıqdan sonra salonun qapılarını bağlayıb yaşadığı evə getmişdir. 06.10.2021-ci il tarixdə səhər saat 08:00 radələrində yenidən işə gəldikdə salonun qapısının qarşısında olan dəmir barmaqlıqların qırıldığını, plastik qapının isə açıq olduğunu aşkar etmişdir. Dərhal içəri daxil olub və salonun dağınıq olduğunu, ona məxsus bərbər stolunun rəfində olan 06 ədəd “VGR” markalı və 01 ədəd “Eurolux” markalı saçqırxan maşının, 01 ədəd ağ rəngli “İphone 5S”markalı mobil telefonun, 01 ədəd “Sonashi” markalı saç qurudan fenin, 01 ədəd bluetooth qulaqcığının, eləcə də salonda olan 157 metr uzunluğunda 2mm-lik diametrdə naqilin oğurlandığını görmüşdür. Bir qədər ətrafdakı insanlarla və qonşularla bu barədə maraqlanıb, lakin müsbət nəticə əldə edə bilməmişdir. Artıq ona məlum olmuşdur ki, naməlum şəxs(şəxslər) salona girərək oğurluq etmişlər. Bu səbədən də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Tez bir zamanda polis əməkdaşları hadisə yerinə yaxınlaşıb, hadisə yerinə baxış keçirib müvafiq sənədləşmə aparmışdırlar. Daha sonra o, ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Eləcə də o, ifadəsində icarə əsasında işlətdiyi salondan ona məxsus 3 ədədinin hər biri 85 manat, üç ədədinin hər biri 65 manat dəyərində olan 06 ədəd “VGR” markalı saçqırxan maşın, 35 manat dəyərində 01 ədəd “Eurolux” markalı saçqırxan maşın, 120 manat dəyərində “İphone 5S”markalı mobil telefon, 45 manat dəyərində 01 ədəd “Sonashi” markalı saç qurudan fen, 10 manat dəyərində 01 ədəd bluetooth qulaqcıq və 200 manat dəyərində 157 metr uzunluğunda 2mm-lik diametrdə naqilin oğurlandığını və ona ümumlikdə 825 manat maddi ziyan dəydiyini bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilməmiş, bu səbəbdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən ərzaq məhsullarının satışı dükanı ona məxsusdur. 21.10.2021-ci il tarixdən 22.10.2021-ci il tarixə keçən gecə naməlum şəxs(şəxslər) sözügedən dükanın plastik qapısını sıxıb açma yolu ilə dükana daxil olub vitrindən 500 manat dəyərində müxtəlif növ siqaretlər, kassadan ümumilikdə 100 manat nağd pul və ümumi dəyəri 100 manat olan kontur oğurlamışdır. O, xəstə olduğundan bu barədə müraciəti oğlu Cabir Bağırov etmişdir. Bildirmişdir ki, lakin, market ona məxsusdur və həmin marketdə olan əşyalar da ona məxsusdur. Eləcə də o, ifadəsində ona məxsus marketdən oğurluq zamanı ümumi dəyəri 500 manat olan 30 qutu nazik Kent 4 markalı, 25 qutu qalın Kent 8 markalı, 25 qutu kompakt LD markalı, 40 qutu kompakt Sobranie markalı və 35 qutu göy-nazik Magna markalı siqaretlər, kassada olan 80 manatı kağız əskinazda, 20 manatı isə qəpiklərlə olmaqla ümumilikdə 100 manat nağd pul və 15 ədəd 1 manatlıq, 25 ədəd 2 manatlıq nar kontur, 23 ədəd 1 manatlıq və 6 ədəd 2 manatlıq sim konturların oğurlandığını, ümumilikdə isə ona 700 manat maddi ziyan dəydiyini, ona polis bölməsindən məlumat verərək ona məxsus marketdən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı göstərmişdir. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilməmiş, lakin təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Proses iştirakçılarının razılığı cinayət işi üzrə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs8 elan olunmuş ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospektində yerləşən “Aydan” gözəllik solunu ona məxsusdur. 18.10.2021-ci il tarixdə saat 22 radələrində işlərini yekunlaşdırdıqdan sonra salonun qapısını bağlayıb yaşadığı evə getmişdir. 19.10.2021-ci il tarixdə səhər saat 09 radələrində yenidən işə gəldikdə salonun qapısının aralı olduğunu aşkar etmişdir. Dərhal içəri daxil olub və salonun dağınıq olduğunu görmüşdür. Salondakı dolaba baxdıqda ona məxsus qəhvəyi rəngli dəri pul qabının içərisindəki 285 manat pulun oğurlandığını müəyyən etmişdir. Pul qabının içərisindəki pul oğurlansa da pul qabı oğurlanmamışdır. Bu səbədən də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Tez bir zamanda polis əməkdaşları hadisə yerinə yaxınlaşıb, hdisə yerinə baxış keçirib müvafiq sənədləşmə aparmışdırlar. Daha sonra o, ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. Eləcə də o, ifadəsində salondakı dolabdan ona məxsus qəhvəyi rəngli dəri pul qabının içərisindəki 285 manat pul oğurlandığını və ona 285 manat maddi ziyan dəydiyini, ona sonradan polis əməkdaşları salondan ona məxsus pulu Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs oğurladığını, həmçinin onun işlətdiyi salonda videomüşahidə kamerası olduğunu, oğurluq zamanı oğurluq etmiş şəxsin videomüşahidə kameraları tərəfindən çəkildiyini, həmin videogörüntüləri diskə köçürüb və təqdim etmək istədiyini göstərmişdir. Proses iştirakçılarının razılığı cinayət işi üzrə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X4 elan olunmuş ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, məhəllə 41A ərazisində yerləşən kiçik ölçülü ərzaq dükanı ona məxsusdur. 24.09.2021-ci il tarixdə saat 22 radələrində işlərini yekunlaşdırdıqdan sonra mağazanın qapılarını bağlayıb yaşadığı evə getmişdir. 25.09.2021-ci il tarixdə səhər saat 07:00 radələrində yenidən işə gəldikdə mağazanın qapısının qarşısında olan dəmir barmaqlıqların qırıldığını, plastik qapısının açıq olduğunu aşkar etmişdir. Dərhal içəri daxil olub və mağazanın dağınıq olduğunu, mağazanın içərəsində olan stolun aşağı hissəsindəki rəfdə olan plastik qutunun içərəsindəki 60 manat qəpik pulların oğurlandığını görmüşdür. Bir qədər ətrafdakı insanlarla və qonşularla bu barədə maraqlanıb, lakin müsbət nəticə əldə edə bilməmişdir. Artıq ona məlum olmuşdur ki, naməlum şəxs(şəxslər) ona məxsus marketə daxil olaraq oradan 105(yüz beş) manat pul və müxtəlif çeşiddə siqaret məhsulları oğurlayıb. Bu səbədən də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Tez bir zamanda polis əməkdaşları hadisə yerinə yaxınlaşıb, hadisə yerinə baxış keçirib müvafiq sənədləşmə aparmışdırlar. Daha sonra o, ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Eləcə də o, ifadəsində ona məxsus Sumqayıt şəhəri, məhəllə 41A ünvanında yerləşən kiçik ölçülü mağazanın piştaxtasından ümumi dəyəri 439 manat olan 10 qutu kompakt-mentol “Rothmans” markalı, 10 qutu göy-kompakt “Rothmans”, 10 qutu boz-kompakt “Rothmans” markalı, 10 qutu nazik-mentol “Palmall” markalı, 10 qutu boz-nazik “Palmall” markalı, 10 qutu boz-nazik “Magna” markalı, 10 qutu boz-nazik “LD” markalı, 10 qutu ağ-kompakt “LD” markalı, 10 qutu boz-kompakt “Winston” markalı, 10 qutu ağ-kompakt “Sobranie” markalı, 10 qutu göy-nazik “Sobranie” markalı, 15 qutu nazik “Kent” markalı, 10 qutu nazik-qara Xline “Want” markalı, 10 qutu nazik-göy “Vincetsr” markalı və 10 qutu nazik-boz “Vincestr” markalı siqaretlər, hər biri 3,5 manat olmaqla, ümumi dəyəri 14 manat olan 4 ədəd 150 ml “Rexona” markalı qadın qoltuqaltısı, hər biri 3,5 manat olmaqla, ümumi dəyəri 14 manat olan 4 ədəd 150 ml “Rexona” markalı kişi qoltuqaltısı, hər biri 6 manat olmaqla, ümumi dəyəri 72 manat olan 12 ədəd kişi maykaları, hər biri 5 manat olmaqla, ümumi dəyəri 75 manat olan 15 ədəd kişi alt paltarı-tumanlar, hər biri 1 manat olmaqla, ümumi dəyəri 10 manat olan 10 ədəd 450 ml göy “Bizon” markalı energetik içki, hər biri 0,5 manat olmaqla, ümumi dəyəri 12 manat olan 24 ədəd “Jilette” markalı üzqırxanlar, hər biri 0,6 manat olmaqla, ümumi dəyəri 9 manat olan 15 ədəd spiral alışqan, hər biri 5 manat olmaqla, ümumi dəyəri 10 manat olan 2 ədəd kişi başmağı və mağazanın içərəsindəki stolun aşağı hissəsində olan rəfdəki plastik qutudan 60 manat dəyərində qəpik pullar oğurlandığını, oğurluq nəticəsində ona ümumilikdə 715 manat maddi ziyan dəydiyini, o, ilkin təhqiqat araşdırması zamanı təxmini qiymətlərə əsaslanıb ona dəymiş ziyanın 780 manat olduğunu bildirdiyini, Sonradan isə tam dəqiq hesablamalar apararaq ona ümumilikdə 715 manat maddi ziyan dəydiyini müəyyən etdiyini, xahiş edirək hazırkı ifadəsini əsas götürülməsini göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmadığını bildirərək Mahiyyəti üzrə göstərmişdir ki, 01 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə etibarlı və qərəzsiz mənbədən ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bardə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru, polis mayoru Rasim Paşayev, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Fərman Hüseyinzadə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid5, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək sonuncunun yaşadığı ünvan 5 ünvanının yaxınlığı və ətraf ərazilər müşahidəyə götürülmüşdür. 01 oktyabr 2021-ci il tarixdə, saat 18:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanının yaxınlığı ilə piyada hərəkət etməsini görüb sonuncuya yaxınlaşıb, özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu izah edib üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşdurlar. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs müvafiq araşdırma aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gəlmişdir. Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunub və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilib, sonuncu isə buna etirazı olmadığını bildirmişdir. Həmin gün, yəni 01.10.2021-ci il tarixdə saat 19:11-də Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindəki xidməti otaqda polis əməkdaşları və vəkil Sahil Allahverdiyevin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanov tərəfindən qeydə alınan videoçəkilişlə təhqiqatçı Pərvin Allahverdiyev tərəfindən şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edilib, sonuncu da əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən açıldıqda bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə narkotik vasitədir, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirib. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü elektron tərəzidə çəkilərək gümüşü rəngli kağızla birlikdə çəkisinin 0,54 qram olması müəyyən edilib, həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri iştirakçılar tərəfindən imzalanıb və möhürlənmişdir. Eləcə də o, ifadəsində Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin müəyyən edilməsi məqsədi ilə onun ətrafında bir sıra zəruri əməliyyat tədbirləri keçirilərək onun Yaşıldərə bağları fərdi evdə yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evdən, Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, məhəllə 42 ünvanında, 3 saylı yaşayış binasının qarşısında yerləşən “Xırt-Xırt” adlı mağazadan, X1 Sumqayıt şəhəri, məhəllə 41A-da yerləşən ərzaq dükanından, Zərərçəkmiş şəxs4 Sumqayıt şəhəri, 76-cı məhəllə ərzaisində yerləşən, icarə əsasında işlətdiyi kişi salonunundan, Zərərçəkmiş şəxs5 Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində yerləşən “Micro market” adlı mağazasından, Zərərçəkmiş şəxs3 Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisindəki ərzaq məhsulları satışı mağazasından, X10 Sumqayıt şəhəri, 42ci məhəllə ərazisində 3 saylı binanın birinci mərtəbəsində yerləşən ərzaq məhsulları satışı dükanından və Zərərçəkmiş şəxs8 Bəhrəz qızının Sumqayıt şəhəri 2-ci mikrorayon, H.Əliyev prospektində yerləşən “Aydan” gözəllik salonundan oğurluq etməsi müəyyən edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi barədə əməliyyat məlumatı olsa da, narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 da Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Sumqayıt ŞPİ-nin, 1-ci PB-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 23 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə etibarlı və qərəzsiz mənbədən ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bardə əməliyyat məlumatları daxil olub. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə Sumqayıt ŞPİ-nin KTBnin inspektoru, polis mayoru Asəf Həbibov, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Orxan Rzayev, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid7, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Faiq Mirzəyev və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək sonuncunun yaşadığı ünvan 5 ünvanının yaxınlığı və ətraf ərazilər müşahidəyə götürülmüşdür. 23 oktyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanının yaxınlığı ilə piyada hərəkət etməsini görüb Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu izah edib üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşdurlar. Təqsirləndirilən şəxs isə üzərində psixotrop maddə metmafetamin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs müvafiq araşdırma aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gəlmişdir. Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunub və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş, sonuncu isə buna etirazı olmadığını bildirmişdir. Həmin gün, yəni 23.10.2021-ci il tarixdə saat 13:02-də Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindəki xidməti otaqda polis əməkdaşları və vəkil İsməli Kazımovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru Asəf Həbibov tərəfindən qeydə alınan videoçəkilişlə təhqiqatçı Faiq Mirzəyev tərəfindən şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edilib, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən saxlamış olduğu 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən açıldıqda bükümün içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə narkotik vasitədir, həmin maddəni Bakı şəhəri, Həzi Aslanov metrosu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü elektron tərəzidə çəkilərək gümüşü rəngli kağızla birlikdə çəkisinin 0,56 qram olması müəyyən edilmiş, həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri iştirakçılar tərəfindən imzalanıb və möhürlənmişdir. Eləcə də o, ifadəsində Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin müəyyən edilməsi məqsədi ilə onun ətrafında bir sıra zəruri əməliyyat tədbirləri keçirilərək onun Yaşıldərə bağları fərdi evdə yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evdən, Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, məhəllə 42 ünvanında, 3 saylı yaşayış binasının qarşısında yerləşən “Xırt-Xırt” adlı mağazadan, X1 Sumqayıt şəhəri, məhəllə 41A-da yerləşən ərzaq dükanından, Zərərçəkmiş şəxs4 Sumqayıt şəhəri, 76-cı məhəllə ərzaisində yerləşən, icarə əsasında işlətdiyi kişi salonunundan, Zərərçəkmiş şəxs5 Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində yerləşən “Micro market” adlı mağazasından, Zərərçəkmiş şəxs3 Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisindəki ərzaq məhsulları satışı mağazasından, X10 Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində 3 saylı binanın birinci mərtəbəsində yerləşən ərzaq məhsulları satışı dükanından və Zərərçəkmiş şəxs8 Bəhrəz qızının Sumqayıt şəhəri 2-ci mikrorayon, H.Əliyev prospektində yerləşən “Aydan” gözəllik salonundan oğurluq etməsi müəyyən edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi barədə əməliyyat məlumatı olsa da, narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X17 da Şahid6 ilə oxşar məzmunlu ifadə vermişdir. Proses iştirakçılarının razılığı ilə cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Sumqayıt ŞPİ-nin 5-ci PBnin əməliyyat müvəkkili, Şahid9 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla ədavət və ya düşmənçiliyi olmadığını bildirərək mahiyyəti üzrə göstərmişdir ki, 07 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə etibarlı və qərəzsiz mənbədən ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də Sumqayıt şəhər ərazisində oğurluq cinayət əməlləri törətməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru, polis kapitanı Orxan Aslanov, Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid10, Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək onun yaşadığı ünvan 5 ünvanının yaxınlığı və ətraf ərazilər müşahidəyə götürülmüşdür. 07 oktyabr 2021-ci il tarixdə, saat 17:15 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanının yaxınlığı ilə piyada hərəkət etməsini görüb sonuncuya yaxınlaşıb, özümüzü təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu izah edib üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşdurlar. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs müvafiq araşdırma aparılması məqsədi ilə Sumqayıt ŞPİnin 5-ci Polis Bölməsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə gəlmişdir. Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsində təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunub və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilib, sonuncu isə buna etirazı olmadığını bildirmişdir. Həmin gün, yəni 07.10.2021-ci il tarixdə saat 17:55-də Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsindəki xidməti otaqda polis əməkdaşları və vəkil Zoya Hüseynovanın iştirakları ilə Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanov tərəfindən qeydə alınan videoçəkilişlə təhqiqatçı Ramin Əhmədov tərəfindən şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edildi, Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarının şalvarın sağ yan cibinin üzərindəki kiçik cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən açıldıqda bükümün içərisində qəhvəyi rəngli, spesifik iyili, narkotik vasitə olan heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə narkotik vasitə heroindir, həmin maddəni Xırdalan şəhərində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 50 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü elektron tərəzidə çəkilərək şəffaf rəngli sellofanla birlikdə çəkisinin 1,40 qram olması müəyyən edilib, həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri iştirakçılar tərəfindən imzalanıb və möhürlənmişdir. Eləcə də o, ifadəsində Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin müəyyən edilməsi məqsədi ilə onun ətrafında bir sıra zəruri əməliyyat tədbirləri keçirilərək onun Yaşıldərə bağları fərdi evdə yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evdən, Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, məhəllə 42 ünvanında, 3 saylı yaşayış binasının qarşısında yerləşən “Xırt-Xırt” adlı mağazadan, X1 Sumqayıt şəhəri, məhəllə 41A-da yerləşən ərzaq dükanından, Zərərçəkmiş şəxs4 Sumqayıt şəhəri, 76-cı məhəllə ərzaisində yerləşən, icarə əsasında işlətdiyi kişi salonunundan, Zərərçəkmiş şəxs5 Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində yerləşən “Micro market” adlı mağazasından, Zərərçəkmiş şəxs3 Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisindəki ərzaq məhsulları satışı mağazasından, X10 Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində 3 saylı binanın birinci mərtəbəsində yerləşən ərzaq məhsulları satışı dükanından və Zərərçəkmiş şəxs8 Bəhrəz qızının Sumqayıt şəhəri 2-ci mikrorayon, H.Əliyev prospektində yerləşən “Aydan” gözəllik salonundan oğurluq etməsi müəyyən edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi barədə əməliyyat məlumatı olsa da, narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmadığını göstərmişdir. Cinayət işi materiallarından görünür ki, iş üzrə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, Aslanov Orxan Tahir oğlu və Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşı Şahid10 eyni məzmunlu ifadələr verərək Şahid9 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişlər. Cinayət işi materiallarından görünür ki, İş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, X16 və Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişlər. Cinayət işi materiallarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, X20 və X17 eyni məzmunlu ifadələr verərək Şahid6 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişlər. Cinayət işi materiallarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, Aslanov Orxan Tahir oğlu və Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşı Şahid10 eyni məzmunlu ifadələr verərək Şahid9 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişlər. Proses iştirakçılarının razılığı ilə cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən Şərq bazarında tikinti materiallarının satışı ilə məşğul olur. 07.10.2021-ci il tarixdə saat 07:30 radələrində əvvəllər tanıdığı Altun adlı şəxs ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**- ** saylı nömrəyə zəng edərək özündə satdıq kombi olduğunu demişdir. O, Altundan kombinin oğurluq olub-olmadığını soruşduqda, sonuncu kombinin oğurluq olmadığını işlədiyi yerdə pul əvəzinə verildiyini bildirmişdir. O, Altunun Yaşıldərə bağlar ərazisindəki evinə getmişdir. Altunun satdığı kombi “Dəmirdöküm” markalı olmuş, kombinin yanında narıncı rəngdə “Hidro Therm” markalı tənzimləyici requlyator da olmuşdur. Altun kombi və requlyatoru birlikdə 200 manata satdığını demiş, o, kombi və requlyatora baxıb saz vəziyyətdə olduğunu gördükdən sonra razılaşaraq orada Altuna 200 manat verib kombi və requlyatoru tanımadığı taksiyə yükləyib aparmışdır. Daha sonra polis əməkdaşları ona məlumat verdikdə bilmişdir ki, Altunun ona satdığı kombi və requlyator oğurluqdur. Qeyd etmişdir ki, o, Altunu işlədiyi yerin yaxınlığında metal qəbulu sexinə qırıntı dəmir və plastmas satdığına görə tanımış, bu vaxta kimi Altundan heç bir əşya almayıb və onların heç bir səmimi münasibəti olmamışdır. Aldığı kombi və requlyatoru da polis əməkdaşlarına təqdim etmişdir. Eləcə də o, ifadəsində Altunun ona satdığı kombi və requlyatoru işlədiyi yerdən pul əvəzində verildiyini, həmin kombi və requlyatorun oğurluq olmasından məlumatsız olduğunu göstərmişdir. Proses iştirakçılarının razılığı ilə cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25.09.2021-ci il tarixdə bir nəfər tanımadığı şəxs satıcı kimi işlədiyi Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən Səməd marketin yaxınlığındakı köşkə gələrək siqaret satdığını bildirdi. O, həmin şəxsdən siqaretləri haradan əldə etdiyi barədə soruşduqda ona bildirmişdir ki, dükanda satıcı işləmiş, həmin dükaın sahibi maaşını verə bilmədiyindən və dükan bağlandığından siqaretləri satıb pulunu götürməsi üçün vermişdir. O, isə bu barədə müdürünə dedikdən sonra ala biləcəyini bildirmişdir. Bundan sonra müdürü ilə danışıb bu barədə məlumat verdikdən sonra həmin şəxsdən, yəni sonradan adının Altun olduğunu bildiyi şəxsdən 10 qutu “Rothmans”, 13 qutu “Palmall”, 9 qutu “Magna”, 5 qutu “LD”, 1 qutu “Viniston” və 1 qutu “Sobranie” markalı siqaretləri ümumilikdə 103 manata satın almışdır. Sonradan polis əməkdaşları onun işlədiyi köşkə gəlib Altunun satmış olduğu siqaretlərin oğurluq olduğunu bildirmişdirlər. O da bu barədə məlumatı olduğunu bildirib Altunla aralarında olan danışığı polis əməkdaşlarına danışıb və Altundan aldığı siqaretləri polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra isə bu barədə izahat verib və Altundan aldığı siqaretlər polis əməkdaşları tərəfindən götürülmüşdür. Eləcə də o, ifadəsində Altundan aldığı siqaretlərin oğurluq olmasından məlumatsız olduğunu, bu barədə polis əməkdaşları ona məlumat verdikdə məlumatlı olduğunu və aldığı siqaretləri polis əməkdaşlarına təqdim etdiyini göstərmişdir. Cinayət işi materillarında olan Təqsirləndirilən şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş 30.03.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs özünü cinayət üzrə təqsirli bilir və barəsində yüngül cəza təyin edilməsii Məhkəmədən xahiş edir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 04.03.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, ondan şikayətçidir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş 04.03.2022-ci il tarixli ərizidən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materillarında olan zərərəkmiş şəxs Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilmiş 04.03.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materillarında olan iş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 30.03.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış kombi aparatı ona geri qaytarılmışdır, onun barəsində şikayəti yoxdur. Cinayət işi materillarında olan iş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 30.03.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materillarında olan iş üzrə Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 30.03.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02.10.2021-ci il tarixli, 6/4348 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün 125” möhrür əksi, “Şübh. şəxs Təqsirləndirilən şəxs...” və s. sözləri, soyad və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,379 qram maddə kütləri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi-0,379 qram, tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,329 qr. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08.10.2021-ci il tarixli, 6/4460 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ....” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,252 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narktotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi-1,252 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-1,202 qram. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi 23.10.2021-ci il tarixli, 6/4726 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,338 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,338 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,288 qr. İş üzrə təyin edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 24.12.2021-ci il tarixli, 6/5512 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Məhkəmə Ekspertiza Mərkəzi... Ekspert Rəyi 6/4348... 02 oktyabr 2021-ci il... Sumqayıt ŞPİ-nin 1-ci PB...” yazılar olan kağız paketdəki narkotik vasitə-heroin kütləsi ilə üzərində “Məhkəmə Ekspertiza Mərkəzi... Eksperti rəyi 6/4460.. 08 oktyabr 2021-ci il... Sumqayıt ŞPİ 5-ci PB...” və s. yazılar olan kağız paketdəki narkotik vasitə-heroin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Qeyd: 1№ zərfdə- heroinin qalıq təmiz çəkisi-0,329 qram, tədqiqata sərf edildi-0,04 qram, qalıq-0,289 qram. Qeyd: 2 № zərfdə- heroinin qalıq təmiz çəkisi-1,202 qram, tədqiqata sərf edildi-0,04 qram, qalıq-1,162 qram. Cinayət işi materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 noyabr 2021-ci il tarixli, 9/7003 saylı rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən (təqdim edilməyən mallar nəzəri qaydada) malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 832,40 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir: 21 qutu “qalın Sobranie” siqaretin ümumi dəyəri 81,9 manatdır. 20 qutu “qalın Sobranie” siqaretin ümumi dəyəri 78 manatdır. 29 qutu “nazik Pall Mall” siqaretin ümumi dəyəri 72,5 manatdır. 24 qutu “kompakt Rothmans” siqaretin ümumi dəyəri 60,0 manatdır. 13 qutu “kompakt Winchester” siqaretin ümumi dəyəri 32,5 manatdır. 22 qutu “kompakt Winchester” siqaretin ümumi dəyəri 55,0 manatdır. 8 qutu “kompakt LD” siqaretin ümumi dəyəri 24,0 manatdır. 12 qutu “nazik LD” siqaretin ümumi dəyəri 36,0 manatdır. 6 qutu “qalın West” siqaretin ümumi dəyəri 13,8 manatdır. 6 qutu “kompakt Want” siqaretin ümumi dəyəri 13,2 manatdır. 15 qutu “nazik Want” siqaretin ümumi dəyəri 33,0 manatdır. 8 qutu “qalın Kent 4” siqaretin ümumi dəyəri 28,8 manatdır. 10 qutu “nazik Kent 4” siqaretin ümumi dəyəri 36,0 manatdır. 5 qutu “nazik Kent 1” siqaretin ümumi dəyəri 18,0 manatdır. 6 qutu “qalın Kent 8” siqaretin ümumi dəyəri 21,6 manatdır. 8 qutu “qalın Kent crystal” siqaretin ümumi dəyəri 28,8 manatdır. 33 qutu “kompakt Winston” siqaretin ümumi dəyəri 112,2 manatdır. 14 qutu “nazik Winston” siqaretin ümumi dəyəri 47,6 manatdır. 6 qutu “nazik Kingston” siqaretin ümumi dəyəri 12,0 manatdır. 6 qutu “qalın Kingston” siqaretin ümumi dəyəri 12,0 manatdır. 5 qutu “250 ml qabda həcmli Hell enerji içkisi” -nin ümumi dəyəri 4,5 manatdır. 11 qutu “500 ml qabda həcmli Bizon enerji içkisi” -nin ümumi dəyəri 11,0 manatdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16.12.2021-ci il tarixli, 9\9120 saylı rəyindən görünür ki, exkpertiza təyini haqqında qərarda göstərilən malların ayrı-ayrı tarixlərə olan orta bazar qiyməti ilə ümuymi dəyəri aşağıdakı cədvəldə verilmişdir: Zərərçəkmiş şəxs1 məxsus malların 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti belə müəyyən edilmişdir: 1 ədəd 2400 kcal/h (24 kw) gücündə “DəmirDöküm” markalı kombi aparatının qiyməti 450,00 manatdır. 1 ədəd 500 VT gücündə “Hidro Therm” markalı tənzimləyici requlyator 30,00 manatdır. X2 məxsus malların 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti belə müəyyən edilmişdir: 10 qutu kompakt-mentol “Rothmans” markalı siqaretin qiyməti 25,00 manatdır. 10 qutu göy-kompakt “Rothmans” markalı siqaretin qiyməti 25,00 manatdır. 10 qutu boz-kompakt “Rothmans” markalı siqaretin qiyməti 25,00 manatdır. 10 qutu nazik-mentol “Palmall” markalı siqaretin qiyməti 25,00 manatdır. 10 qutu boz-nazik “Palmall” markalı siqaretin qiyməti 25,00 manatdır. 10 qutu boz-nazik “Magna” markalı siqaretin qiyməti 20,00 manatdır. 10 qutu boz-nazik “LD” markalı siqaretin qiyməti 28,00 manatdır. 10 qutu ağ-kompakt “LD” markalı siqaretin qiyməti 28,00 manatdır. 10 qutu boz-kompakt “Winston” markalı siqaretin qiyməti 34,00 manatdır. 10 qutu ağ-kompakt “Sobranie” markalı siqaretin qiyməti 39,00 manatdır. 10 qutu göy-nazik “Sobranie” markalı siqaretin qiyməti 39,00 manatdır. 15 qutu nazik “Kent” markalı siqaretin qiyməti 54,00 manatdır. 10 qutu nazik-qara X-line “Want” markalı siqaretin qiyməti 22,00 manatdır. 10 qutu nazik-göy “Vincestr” markalı siqaretin qiyməti 25,00 manatdır. 10 qutu nazik-boz “Vincestr” markalı siqaretin qiyməti 25,00 manatdır. 4 ədəd 150 ml “Rexona” markalı qadın qoltuqaltısının qiyməti 14,00 manatdır. 4 ədəd 150 ml “Rexona” markalı kişi qoltuqaltısının qiyməti 14,00 manatdır. 12 ədəd kişi maykalarıın qiyməti 72,00 manatdır. 15 ədəd kişi alt paltarı-tumanlarının qiyməti 75,00 manatdır. 10 ədəd 450 ml göy “Bizon” markalı energetik içkisinin qiyməti 10,00 manatdır. 24 ədəd “Jilette” markalı üzqırxanların qiyməti 12,00 manatdır. 15 ədəd spiral alışqaın qiyməti 9,00 manatdır. 2 ədəd kişi başmağnın qiyməti aydın olmadığı üçün 0,00 manat müəyyən edilmişdir. Cəmi: 645,00 manat. Zərərçəkmiş şəxs4 məxsus malların 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti belə müəyyən edilmişdir: 06 ədəd “VGR” markalı saçqırxanın qiyməti 90,00 manatdır. 01 ədəd “Eurolux” markalı saçqırxanın qiyməti 15,00 manatdır. 01 ədəd “İphone 5S” markalı mobil telefon aparatıın qiyməti 80,00 manatdır. 01 ədəd “Sonashi” markalı saç qurudan fenin qiyməti 20,00 manatdır. 01 ədəd bluetooth qulaqcığın qiyməti aydın olmadığı üçün 0,00 manat müəyyən edilmişdir. 157 metr uzunluğunda 2 mm-lik diametrdə mis naqilin qiyməti 31,40 manatdır. Cəmi: 234,4 manat. Zərərçəkmiş şəxs5 Xəlil oğluna məxsus malların 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti belə müəyyən edilmişdir: 80 qutu kompakt-göy “Wincsetr” markalı siqaretin qiyməti 200,00 manatdır. 60 qutu nazik “Kent 4” markalı siqaretin qiyməti 216,00 manatdır. 40 qutu qalın “Kent 8” markalı siqaretin qiyməti 144,00 manatdır. 35 qutu mentol “Kent” markalı siqaretin qiyməti 126,00 manatdır. 70 qutu ağ-qalın “Sobranie” markalı siqaretin qiyməti 273,00 manatdır. 60 qutu kompakt “Sobranie” markalı siqaretin qiyməti 234,00 manatdır. 35 qutu boz-kompakt “Winston” markalı siqaretin qiyməti 119,00 manatdır. 30 qutu göy-kompakt “Winston” markalı siqaretin qiyməti 112,00 manatdır. 65 qutu kompakt “LD” markalı siqaretin qiyməti 118,00 manatdır. 90 qutu göy-nazik “Magna” markalı siqaretin qiyməti 180,00 manatdır. Hər birində 10 ədəd olmaqla 6 qutu “Orbit” markalı saqqızın qiyməti 4,20 manatdır. Hər birində 10 ədəd olmaqla 10 qutu “Dirol” markalı saqqızın qiyməti 7,00 manatdır. 50 ədəd 50 qr. Snikers şokoladının qiyməti 45,00 manatdır. 40 ədəd 95 qr. Snikers şokoladının qiyməti 60,00 manatdır. 30 ədəd 20 qr. X14 qiyməti 60,00 manatdır. 40 ədəd 82,5 qr. Bounty trio şokoladının qiyməti 64,00 manatdır. 40 ədəd 90 qr. X29 şokoladının qiyməti 72,00 manatdır. CƏMİ : 2088,20 manat. Zərərçəkmiş şəxs3 Talıb oğluna məxsus malların 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti belə müəyyən edilmişdir: 40 qutu ağ-qalıb “Sobranie” markalı siqaretin qiyməti 156,00 manatdır. 30 qutu ağ-nazik “Sobranie” markalı siqaretin qiyməti 117,00 manatdır. 20 qutu qara-nazik “Sobranie” markalı siqaretin qiyməti 78,00 manatdır. 20 qutu göy-nazik “Sobranie” markalı siqaretin qiyməti 78,00 manatdır. 50 qutu kompakt “Sobranie” markalı siqaretin qiyməti 95,00 manatdır. 30 qutu qalın “Kent 8” siqaretin qiyməti 108,00 manatdır. 20 qutu qalın “Kent 4” markalı siqaretin qiyməti 72,00 manatdır. 60 qutu nazik “Kent 4” markalı siqaretin qiyməti 216,00 manatdır. 20 qutu nazik “Kent 1” markalı siqaretin qiyməti 72,00 manatdır. 20 qutu mentol “Kent” markalı siqaretin qiyməti 72,00 manatdır. 50 qutu boz-kompakt “Winston” markalı siqaretin qiyməti 170,00 manatdır. 20 qutu göy-kompakt “Winston” markalı siqaretin qiyməti 68,00 manatdır. 40 qutu boz-nazik “Winston” markalı siqaretin qiyməti 136,00 manatdır. 20 qutu ağ-nazik “Winston” markalı siqaretin qiyməti 68,00 manatdır. 30 qutu ağ-nazik Davidoff markalı siqaretin qiyməti 108,00 manatdır. 70 qutu boz-nazik “Palmall” markalı siqaretin qiyməti 175,00 manatdır. 40 qutu nazik-mentol “Palmall” markalı siqaretin qiyməti 100,00 manatdır. 40 qutu kompakt “LD” markalı siqaretin qiyməti 112,00 manatdır. 40 qutu nazik “LD” markalı siqaretin qiyməti 112,00 manatdır. 40 qutu göy-nazik “Wincestr” markalı siqaretin qiyməti 100,00 manatdır. 40 qutu boz-nazik “Wincestr” markalı siqaretin qiyməti 100,00 manatdır. 30 qutu kompakt “Wincestr” markalı siqaretin qiyməti 75,00 manatdır. CƏMİ: 2488,00 manat. X11 məxsus malların 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti belə müəyyən edilmişdir: 30 qutu “Kent 4 markalı siqaret”in qiyməti 108,00 manatdır. 25 qutu qalın “Kent 8” markalı siqaretin qiyməti 90,00 manatdır. 25 qutu kompakt “LD” markalı siqaretin qiyməti 70,00 manatdır. 40 qutu kompakt “Sobranie” markalı siqaretin qiyməti 156,00 manatdır. 35 qutu göy-nazik “Magna” markalı siqaretin qiyməti 70,00 manatdır. CƏMİ: 494,00 manat. Zərərçəkmiş şəxs2 məxsus malların 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti belə müəyyən edilmişdir: 25 qutu qalın “Sobranie” markalı siqaretin qiyməti 97,5 manatdır. 25 qutu nazik “Sobranie” markalı siqaretin qiyməti 97,5 manatdır. 40 qutu nazik “Pal Mall” markalı siqaretin qiyməti 100,00 manatdır. 30 qutu kompakt “Rothmans” markalı siqaretin qiyməti 75,00 manatdır. 35 qutu kompakt “Wincestr” markalı siqaret qiyməti 87,50 manatdır. 12 qutu kompakt “LD” markalı siqaretin qiyməti 33,60 manatdır. 18 qutu nazik “LD” markalı siqaretin qiyməti 50,4 manatdır. 25 qutu kompakt “West” siqaretin qiyməti 62,50 manatdır. 33 qutu boz-nazik “Magna” markalı siqaretin qiyməti 66,00 manatdır. 40 qutu nazik-qara “Kent 4” markalı siqaretin qiyməti 144,00 manatdır. 50 qutu kompakt “Winston” markalı siqaretin qiyməti 170,00 manatdır. CƏMİ: 984,00 manat. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25.12.2021-ci il tarixli, 5290 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxsdə psixtrop maddə olan metanfitaminin nəticəsində asılılıq sindromu ( Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 04.10.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 01.02.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli qərarı ilə 01 ay 11 gün cəzadan şərti olaraq vaxtından azad edilişdir. 12.03.2021-ci il tarixdə isə cəzanın müddəti başa çatdığı üçün Şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işi materillarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.12.2017-ci il tarixli, 1(101)-1346/2017 saylı hökmünndən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materillarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 22 sentyabr 2021-ci il tarixdə İlqar Abdullayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün kifayət qədər əsaslar olduğundan İlqar Abdullayev tərəfindən qəbul edilmiş 24 sentyabr 2021-ci il tarixli qərarla o, təqsirləndirilən şəxs qismində cəlb edilərək qeyd olunan maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilməklə həmin tarixdə də saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 01 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 03.10.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnin MSY-dən azad edilmişdir. İş materillardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 07 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün kifayət qədər əsaslar olduğundan Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Əli Məmmədov tərəfindən qəbul edilmiş 09 oktyabr 2021-ci il tarixli qərarla o, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd olunan maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həmin tarixdə də, saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, 23 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis baş mayoru Faiq Mirzəyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 4(060)-55/2021 saylı, 25.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs emtənin əvvəli 23.10.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş 01 oktyabr 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, 01.10.2021-ci il tarixdə saat 19:50 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli bükümü təqdim edərək, həmin maddələrin narkotik vasitə olduğunu, aşkar olunmuş maddəni Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı bir nəfər şəxsdən 10 manata aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş 07.10.2021-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü sağ əli ilə əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibinin üzərindəki cibdən 1 ədəd şəffaf rəngli sellofan bükülüsünü təqdim etmişdir. Ondan təqdim etdiyi bükümdə nə olduğu soruşulan zaman o həmin bükülünün işərisində narkotik vasitə olan “heroin” (kakos) olduğunu bildirdi, həmin bükülünün içərisinə baxarkən həmin bükülüdə qəhvəyi rəngli, narkotik avsitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar olunan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Xırdalan şəhərində üzdən tanıdığı, lakin adını və ünvanınl bilmdəiyi şəxsdən 50 (əlli) manata öz şəxsi itfadəsi üçün aldığını və şəxsi sstifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarına əlavə olunmuş 23 oktyabr 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, 23.10.2021-ci il tarixdə saat 13:10 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim edərək, həmin maddələrin narkotik vasitə olduğunu, aşkar olunmuş maddəni Bakı şəhəri, Həzi Aslanov metrosu ərazisində tanımadığı bir nəfər şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri üzrə törədilməsi müəyyən edilən cinayət əməllərində Təqsirləndirilən şəxs iştirakı müəyyən edildiyindən 03.10.2021ci il tarixdə həmin cinayət işləri Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı İlqar Abdullayev tərəfindən bir icraatda birləşdirilərək ********* statistik nömrə ilə istintaqı davam etdirilmişdir. Cinayət işi materillarından görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı İlqar Abdullayev tərəfindən qəbul edilmiş 03 oktyabr 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən, həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş və həmin tarixdə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işi materillarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə olan ********* saylı və Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə olan ********* saylı cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməllərində Təqsirləndirilən şəxs iştirakı müəyyən edildiyindən 21.10.2021-ci il tarixdə həmin cinayət işləri bir icraatda birləşdirilərək ********* statistik nömrə ilə istintaqı davam etdirilmişdir. İş materillarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə olan ********* saylı və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməllərində Təqsirləndirilən şəxs iştirakı müəyyən edildiyindən 26.10.2021-ci il tarixdə həmin cinayət işləri bir icraatda birləşdirilərək ********* statistik nömrə ilə istintaqı davam etdirilmiş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs3 müraciəti əsasında Sumqayıt ŞPİ-nin 1-ci PB-də toplanmış HK-1-2584 saylı araşdırma materialı 25 oktyabr 2021-ci il tarixdə istintaq aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmiş və araşdırmanın davam etdirilməsi mənə həvalə edilmişdir. Araşdırma zamanı əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən tərəfimdən qəbul edilmiş 30.10.2021-ci il tarixli qərarı ilə material Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinə əlavə edilməklə araşdırması davam etdirilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs8 müraciəti əsasında Sumqayıt ŞPİ-nin 4-cü PB-də toplanmış HK-1-2625 saylı araşdırma materialı 28 oktyabr 2021-ci il tarixdə istintaq aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmiş və araşdırmanın davam etdirilməsi mənə həvalə edilmişdir. Araşdırma zamanı əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən tərəfimdən qəbul edilmiş 30.10.2021-ci il tarixli qərarı ilə material Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinə əlavə edilməklə araşdırması davam etdirilmişdir. İş materillarından görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında Sumqayıt ŞPİnin 1-ci PB-də toplanmış HK-1-2394 saylı araşdırma materialı 01 oktyabr 2021-ci il tarixdə istintaq aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmiş və araşdırmanın davam etdirilməsi mənə həvalə edilmişdir. Araşdırma zamanı əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən tərəfimdən qəbul edilmiş 05.11.2021-ci il tarixli qərarı ilə material Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinə əlavə edilməklə araşdırması davam etdirilmişdir. İş materillarından görünür ki, 26 oktyabr 2021-cı il tarixdə cinayət işinin icraata götürülüb istintaqının davam etdirilməsi Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi İlkin Nurizadəyə həvalə edildiyindən həmin tarixdə onun icraatına qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. Cinayət işi materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 5(060)- 648/2021 saylı, 15.10.2021-ci il tarixli və 5(060)-695/2021 saylı, 28.10.2021-ci il tarixli qərarları ilə cinayət işi ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri qanunauyğun hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayət residivinin olmasını müəyyən etdi. Təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxsə cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən “ Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən olunmuşdur.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Sumqayıt şəhər Polis İdarəsində maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatıdan sonra qalıq qalmış 1,162 qram və 0,289 qram narkotik vasitə olan heroin və 0,288 qram psixotrop maddə metanfitamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan oğurluq hadəsəsini özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X2, Zərərçəkmiş şəxs8 Bərəm qızına təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə 546,90 (beş yüz qırx altı manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli (iş № 1(060)-265/2021) qərarını icra edərək vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Təqsirləndiirlən şəxsin təqdim etdiyi ərizə əsasında onun məhkəmə istintaqı zamanı hüquqlarını sonuncu məhkəmə iclasında hüquqlarını Sumqayıt Regional Vəkil Bürosunun vəkili X12 müdafiə etmişdir. Müdafiəçi X12 məhkəmə iclasında iştirak etmiş, cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) hesabına köçürülməlidir. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və o, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 06 (altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzaçəkmənin əvvəli 23.10.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 1,162 qram və 0,289 qram narkotik vasitə olan heroin və 0,288 qram psixotrop maddə metanfitamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 03 (üç) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 546,90 (beş yüz qırx altı manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (VÖEN: ********** Hesab AZ 34CTRE********************) ödənilsin. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs vəkili Müdafiəçi tərəfindən göstərilən 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər Regional Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs vəkili X12 tərəfindən göstərilən 06 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər Regional Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-265/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-265/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver