Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-265/2023 20.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1968-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxanna 11, otaq 64 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə etməklə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz narkotik vasitə olan heroini əldə edib saxlamaqla üzərində daşımışdır. Belə ki, o xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən, şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxsdən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 0,838 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə olan heroindən 0,301 qram çəkidə olan hisəsini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində tanışı Şahid3 19 manat müqabilində satmış, qalıq qalmış 0,537 qram çəkidə narkotik vasitə olan heroini isə üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 00:05-də Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən Musiqi məktəbin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılıb orada üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkcənin sağ yan cibində olan selofan bükümdə 0,537 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, o narkotik vasitə qəbul etmiş və buna gorə əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. O, xx.xx.2022-ci il tarixdə saat 00:05 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən musiqi məktəbinin yaxınlığında olanda 2 nəfər mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Sumqayıt SPİ-nın 3-cu PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdırılməsində və satmağında şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cu PB-na dəvət etmişlər o, etiraz etməmiş va onlarla birlikdə 3-cü PB-nə gəlmişdir. Onlar PB-nə gəldikdən sonra xidməti otaqda hansı səbəbdən saxlanılmağı ona bildirilmiş, ona huquq və vəzifələri izah edilmiş, bacısına tutulmağı barədə məlumat verilmiş, daha sonra hüquqlarının müdafiəsi ilə bağlı vəkil çağırılması uçun vəkillərin siyahısı ona təqdim olunmuşdur. O, özü həmin siyahıdan vəkil seçmişdir. Video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılmışdır. Ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olması soruşulan zaman o, özü əynindəki gödəkçənin cibindən üzərindəki mobil telefonu, siqareti, alışqanı və həmin gödəkçənin sağ yan cibindən sellofana bukulmuş bukumu çıxarıb təqdim etmişdir. Ondan soruşulanda üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rangli sellofan bükümdə narkotik vasitə olan kakos olduğunu, hamin kakosu təxminən 4 gün əvvəl Coratdan tanımadığı şəxsdən 30 manata aldığını və üzərində saxladığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş həmin bükümə polis əməkdaşı baxan zaman həqiqətən də onun içərisindən narkotik vasitə olan kakos aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş 01 bükümdə olan narkotik vasitə olan kakos elektron tərəzidə çəkilərək sənədləşdirilmişdir. O, Şahid3 narkotik maddə satmamış, sadəcə olaraq vasitəçilik etmiş, belə ki, o, özü üçün narkotik maddə alan zaman Cavanşir ona zəng vuraraq onun üçün də narkotik maddə almasını xahiş etmiş, o, da Cavanşir üçün 02 büküm narkotik maddə olan kakos almış və həmin kakosu Cavanşirə verərək əvəzində ondan 19 manat pul almışdır. Təqsirləndirilən şəxs heç bir vaxt heç bir şəxsə narkotik maddə satmadığını, heç vaxt narkotik maddənin satışı ilə məşğul olmadığını, lakin narkotik maddələrin istifadəçisi olduğunu bildirərək ona elan olunmuş CM-nin 234.2-ci maddəsini CM-nin 234.1-ci maddəsinə tövsif olunaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi müəyyən hissədə elan olunmuşdur. İfadənin həmin hissəsindən görünür ki, ibtidai istintaqda o özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmiş, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən musiqi məktəbinin yaxınlığında Cavanşirə 19 manata 02 büküm kakos satdığını, əvvəllər də Cavanşirə 1-2 dəfə kakos satdigını etiraf edərək Cavanşir Gözalovdan başqa heç kəsə narkotik vasitə heroin satmadığını bildirmışdır. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməliyyat müvəkkilli, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən musiqi məktəbinin yaxınlığında olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022ci il tarixdə saat 00:05-də əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8-cu mikrorayonda, musiqi məktəbinin yaxınlığında olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan şəxsin gəldiyini görüb onu saxlayıb polis əməkdaşları olduğlarını bildirmişlər. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Cavidə narkotik vasitələrin istifadəsində, saxlanmasında və satmasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİnin 3-cü PB-nə gəlmişdir. Bölmədə xidməti otaqların birində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərindəki mobil telefonu, siqareti, alışqanı və cibində saxladığı sellofana bükülmüş 01 ədəd bükümü və cib dəsmalını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş şəffaf rəngli bağlamada olan maddənin narkotik vasitə heroin (kakos) olduğunu, həmin maddəni 3-4 gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 30 manata aldığını və üzərində saxladığını demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümə baxılan zaman onun içərisindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq rəsmiləşdirilmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən musiqi məktəbinin yaxınlığında Şahid3 19 manata 02 büküm kakos satdığını, bundan əvvəl də Cavanşirə 1-2 dəfə kakos satdığını bildirmişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, o, təxminən 2018-ci ildən narkotik vasitə qəbul edir, buna görə əvvəllər 1 dəfə məhkum olunmuşdur. Hazırda da barəsində Sumqayıt məhkəməsində 234.1 maddə ilə cinayət işi var. O, xx.xx.2022-ci il tarixdə, saat 21-22 radələrində yaşadığı binanın yaxınlığında olanda mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb Sumqayıt ŞPİ-nin 3-cü PB nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cu PB-nə dəvət etmişlər. O da razılaşmışdır. Orada vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, o özü könüllü olaraq Caviddən aldığı kakosu təqdim etmişdir. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə olan kakos olduğunu, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən yataqxanada yaşayan Cavid adlı şəxsdən 19 manata 02 ədəd büküm kakos aldığını, 01 ədədini istifadə etdiyini, üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan kakosu isə şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə narkotik maddə almış, ərazidə Cavid narkotik satan kimi tanınmışdır. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6130 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 127” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən..." və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,537 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin kütləsi ilə Şahid3 üzərindən aşkar olunmuş heroin kütləsi (maddə barədə xx.xx.2022-ci il tarixli, 6/6131 saylı ekspert rəyi verilmişdir) kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edirlər. (Heroinin təmiz çəkisi 0,537 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,487 qram) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2771 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs heç vaxt narkotik satmamasına dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu narkotik maddələrin satışı ilə məşğul olmaması və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs qismində ibtidai istintaqda vermiş olduğu ifadə sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar oz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə əməliyyat tədbirini keçirən orqanın əməkdaşına verilmiş məlumat və Şahid3 dəfələrlə Təqsirləndirilən şəxs narkotik maddələr alması barədə bildirdikləri bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik maddələrin satışı ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun narkotik maddə istifadə etməsi və başqa şəxslərə narkotik maddə satması nıəzərə alınaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi saxlanılan 0,487 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 06 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 22 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi saxlanılan 0,487 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-265/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-265/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver