Məhkəmə qərarları › İş №1(060)-266/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-266/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-266/2025 18.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X1, Məhkəmə iclas katibi:X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Mahruzlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 26-cı məhəllə, Şəfa Sanatoriyası, otaq 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə kürəkəni Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə 14 may 2024-cü il tarixdə, saat 03 radələrində X3 məxsus ünvan 2 ünvanından oğurluq etməsindən məlumatı olduqdan sonra onların bu əməli barədə polisə məlumat verib həbs etdirməklə barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib bunun müqabilində onlardan 4000 manat istəmiş və 2024-cü ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs1 tərəfindən Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən “Dejurnı” adlanan ərazidə verdiyi 1000 (bir min) manat, 2024-cü ilin iyul ayının ortalarında isə sonuncunun Sumqayıt şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yaşıl” marketdəki ödəmə terminalı vasitəsi ilə onun kart hesabına göndərdiyi 1050 (bir min əlli) manat məbləğində, ümumilikdə 2050 (iki min əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, yeznəsini aradabir görmüş, onun problemi olduğunu hiss etmiş, lakin dəfələrlə soruşmasına baxmayaraq ona heç nə deməmişdir. Bir müddət keçdikdən sonra bir gün axşamtərəfi həyətdə oturub söhbət edən zaman kürəkənindən probleminin nə olduğunu soruşmuş, o da oğurluq etdiklərini demiş, ilk öncə o inanmamışdır. Bir az söhbət etdikdən sonra kürəkəni ona iş yoldaşı ilə birlikdə necə oğurluq etmələrini danışmışdır. Kürəkəni danışdıqda o, təxminən oğurluq olunan yeri tanımış, onların məhəlləsindən bir az aralıda olan məhəllə olduğunu bilmişdir. O, kürəkənindən nə oğurladığını soruşmuş, o da 1200 manat pul və qızıllar olduğunu bildirmişdir. O, oğurlanan şeyləri nə etdiklərini soruşmuş, kürəkəni ona 650 manat pul verildiyini, qızılların isə Nicatda olduğunu və dənizə atacaqlarını demişdir. O, kürəkənindən 650 manatı nə etdiyini soruşmuş, kürəkəni də həmin pulu kasıb ailəyə verdiyini demişdir. Həmin ərəfədə ona pul lazım olmuş, onlar oğurluq etdiklərinə görə onlarda çox pul olduğunu düşünmüş və bu məsələ ilə bağlı nəsə etmək qərarına gəlmişdir ki, ona da pul versinlər. Səhərisi gün yenə həyətdə görüşmüşlər, həmin vaxt artıq plan qurmuşdur və kürəkəninə bildirmişdir ki, onları oğurluq edən zaman Elcan adlı polis əməkdaşı görmüşdür. Həmin vaxt kürəkəni daha da qorxuya düşmüşdür. Kürəkəni Nicata zəng edib məlumat vermişdir ki, onları oğurluq edən zaman görən olmuşdur. Onlar prokurorluğun binasının arxasındakı parkda görüşmüşlər. Eyni söhbəti Nicatla da etmiş, Nicat ondan nə edəcəklərini soruşmuş, o da danışıb həll edəcəyini bildirmişdir. Bundan sonra o, çıxıb getmiş, 1 saatdan sonra yenə kürəkəninə zəng edib görüşməyi bildirmiş, həmin ərazidə görüşmüşlər. Onlara hərəsinə görə 2000 manat, ümumilikdə 4000 manat istədiklərini bildirmiş, əgər verilməsə polisə məlumat veriləcəyini demişdir, onlar ilk öncə razılaşmamışdır. Onlar hələki heç kimə heç nə deyilməməsini, öz aralarında danışıb bir söz deyəcəklərini bildirmişlər. O, 1 saatdan sonra yenə zəng etmiş və 4000 manatın verilməsini bildirmiş, bundan sonra Nicat ona “Dejurni” adlanan yerdə 1000 manat vermiş, olan pulun bu olduğunu bildirmiş və qalan pulu da onlarla danışıb sonra həll edilməsini bildirmiş, o da həmin pulu götürmüş, lakin sonra yenə Nicata pulun qalanının verilməsini bildirmişdir. Nicat ondan kart hesabı istəmiş, qalan pulu karta göndərəcəyini demişdir. Bundan 1 saat sonra Nicat yenə onun kartına 1050 manat pul göndərmişdir. O, yenə Nicatla görüşmüş, elə düşünmüşdür ki, Nicat qızılı dənizə atmamış, özündə saxlamış, sadəcə qızılı satıb pul əldə etmək üçün vaxt qazanır. Ona yenə vaxt vermişdir. Bir müddətdən sonra görmüşdür ki, hər iksində rahatlıq vardır və kürəkəni ondan qaçır. Sumqayıt şəhəri, Göyçay market tərəfdə bahalı obyekt vardır, Nicatı bir neçə dəfə orada görmüşdür. Həmçinin onunla danışan zaman “İphone” markalı mobil telefon istifadə etdiyini görmüş və düşünmüşdür ki, özünə telefon almışdır. Kürəkəni onun telefon zənglərinə cavab verməməyə başlamışdır. Bir gün həyətdə kürəkənini görmüş və ondan pulu verməsini istəmiş, o da pul tapa bilmədiyini bildirmişdir. O da Elcanın artıq bu məsələni polis idarəsinə bildirəcəyini və onlar üçün problem yaranacığını demişdir. Bundan sonra görüşmək üçün Nicata zəng etmiş, lakin o, müxtəlif bəhanələr edərək gəlməmişdir. O, kürəkənindən Nicatın ünvanını soruşmuş və oraya getməyi təklif etmişdir. Nicatın evinə getmiş, qapını anası açaraq Nicatın evdə olmadığını demişdir. Anası ondan Nicatı nəyə görə axtardığını soruşmuş, o da içəri keçmək istəmişdir ki, ətrafda qonşular eşitməsin. O, içəri keçib ətrafa baxmış və Nicatın evdə olduğunu düşünüb ona eşitdirmək üçün danışmağa başlamışdır. Nicatın anasına bildirmişdir ki, Nicat onun kürəkəni ilə yoldaşıdır və onlar birlikdə qonşuluqdan oğurluq etmişlər. Anası Nicata zəng edərək nə olduğunu soruşmuş, Nicat ona telefonda nəsə demiş və söndürmüşdür. Anası da Nicat gəldikdən sonra məsələni danışacaqlarını demişdir. Bundan sonra o durub getmiş, ondan 3-4 dəqiqə sonra da kürəkəni çıxmışdır. O, həmin vaxt düşünmüşdür ki, Nicatın anasının oğurluq barədə məlumatı vardır. Bir gündən sonra işə gedən zaman onu zəng edib bölmədən dəvət etmişlər. O, Nicatın anasına heç bir hədə-qorxu gəlməmiş və heç bir rüsvayedici hərəkətlər etməmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini və sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 təxminən 2-3 aydır tanıyır, onunla həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs2 kürəkənidir, yəni bacısının həyat yoldaşıdır. Təxminən 2024-cü ilin iyun ayının ortalarında Rafail ilə söhbət zamanı sonuncu ona demişdir ki, Nicatla birlikdə sonuncunun yaşadığı binadan oğurluq etmişlər, güman edir ki, Nicat mənzildən çox pul oğurlamış, lakin ona 650 manat pul çatmışdır. Bundan sonra o, Rafailə öz iradını bildirmiş və bu barədə daha sonra danışacaqlarını demişdir. Rafail ona oğurluq etmələri barədə danışdıqdan sonra, həmçinin maddi imkanı yaxşı olmadığından qərara gəlmişdir ki, Rafail və Nicatı aldadaraq onlara Elcan adlı polis tanışının olduğunu və oğurluq etmələri barədə sonuncunun məlumatının olmasını, həbs olunmamaları üçün Elcanın adı ilə aldadaraq onlardan heç olmaya 4000 manat pul alsın. Bu məqsədlə də səhəri gün Rafail ilə görüşmüş və sonuncuya demişdir ki, Nicatla birlikdə oğurluq etmələrindən Elcan adlı polisin məlumatı vardır, Elcanı tanıdığı üçün hələlik bu barədə heç kimə deməmişdir. Sonra isə Rafailə demişdir ki, Nicatla danışıb birlikdə görüşüb bu barədə söhbət etsinlər, Rafail də onunla razılaşmışdır. Həmin ərəfələrdə o, Rafail və Nicat Sumqayıt şəhər İcra Hakimiyyətinin yaxınlığında görüşmüşlər. Orada Nicata da Rafailə dediklərini demiş və onların həbs olunmamaları üçün Elcanla danışıb bu barədə onlara deyəcəyini bildirmişdir. Sonra isə oradan çıxıb getmişdir ki, onun Elcanla danışmağa getdiyini düşünsünlər. Bir neçə dəqiqədən sonra Rafailə zəng vurub Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən “Dejurnu” adlanan ərazidə görüşməyi istəmişdir. O, Rafail və Nicat həmin ərazidə görüşmüşlər və orada Rafail və Nicata demişdir ki, onların həbs olunmaması və oğurluq etmələri barədə heç kimin bilməməsi üçün Elcan 4000 manat pul istəyir. Nicat isə 1000 manat pul verə biləcəyini demiş, Rafail də hazırda pulunun olmadığını, daha sonra 1000 manat verəcəyini demişdir, o düşünmüşdür ki, onlardan 2000 manat pulu alsın, sonradan yenə də həmin bəhanə ilə fikrində tutduğu qalan 2000 manatı da onlardan alar. Sonra isə Nicat orada ona 1000 manat pulu vermişdir. O, pulu Nicatdan aldıqdan sonra oradan uzaqlaşmış və bir neçə dəqiqədən sonra Rafailə zəng vurub demişdir ki, Elcana onun əvəzində 1000 manat pul vermiş, Rafailə isə ona 1000 manat pulu qaytaracağını bildirmişdir. Təxminən 2024-cü ilin iyul ayının ortalarında Rafail ilə görüşüb 1000 manat pulu nə vaxt verəcəyini soruşmuş, sonuncu isə maddi imkanının olmadığını, pulu olanda qaytaracağını bildirmişdir. Rafail ona 1000 manat pulu vermədiyindən o, arabir Rafailə və Nicata zəng vurub onlardan pulu tələb etmişdir. Təxminən 2024-cü ilin iyul ayının ortalarında Nicat onun bank kartına 1050 manat pul köçürtmüşdür. Nicat və Rafailin vəd verdikləri qalan 1950 mantı ona ödəmədiklərini görüb ona görə də təxminən 12 oktyabr 2024- cü il tarixdə Rafail ilə görüşüb söhbət edən zaman sonuncuya demişdir ki, Elcana pul vəd vermiş, əgər həmin pulu verməsə Elcan onların oğurluq məsləsinin üstünü açacaqdır və Rafaildən Nicatla əlaqə saxlayıb birlikdə qalan 1950 manat pulu düzəltmələrini istəmişdir. O, Rafail və Nicata izah etmişdir ki, Elcana ümumilikdə 4000 manat, yəni onların verdiyi 2050 manat puldan əlavə 1950 manat da pul verməsə sonuncu onların oğurluq məsələsinin üstünü açacaqdır. Rafail və Nicat isə pullarının olmadığını bildirib ona pul verməkdən imtina etmişlər. O, da qərara gəlmişdir ki, Rafail ilə birlikdə Nicatın yaşadığı evə gedib sonuncunun anasına oğurluq etmələri və bu barədə polisin məlumatının olması barədə danışsın, bəlkə bundan sonra Nicat və Rafail ona istədiyi pulu verərələr. Bu məqsədlə də o, Rafail ilə birlikdə 14 oktyabr 2024-cü il tarixdə Nicatın yaşadığı evə gedib sonuncunun anasına Rafail ilə birlikdə bu barədə danışmışdır. Lakin buna baxmayaraq Nicat və Rafail ona pul verməmişlər. Tanışı Elcan adlı şəxs yoxdur, o həmin adı özümdən uydurub Rafail və Nicata demişdir ki, onları aldadaraq pul alsın. Özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə də Nicata mesaj yazaraq sonuncudan pul istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hadisə istintaq ifadəsində qeyd etdiyi kimi olmuşdur. Əliyə 1000 bir, 1000 bir və 550 manat bir olmaqla pul vermişdir. 550 manatı borc kimi vermiş, lakin qalan pulu ondan hədə-qorxu ilə almışdır. Onunla birlikdə iş görən şəxs ona bildirmişdir ki, qohumları onları görmüşdür və pul istəyir. Görüşüb söhbət etmişlər, ilk öncə çox da üzərinə gəlməmişlər. Bir az keçdikdən sonra ona bildirmişlər ki, 2500 manat pul istəyirlər, o da o qədər pulunun olmadığını bildirmişdir. Birinci 1000 manat vermiş, bir müddət keçdikdən sonra 1000 manat da vermişdir. Rafail adlı şəxslə birlikdə oğurluq etmişlər. Daha sonra Rafail ona bildirmişdir ki, onu qohumu görmüşdür. Həmin şəxslə görüşmüşlər, 4000 manat pul istəmişdir ki, bu hadisəni polisə deməsin. O, pulunun olmadığını bildirmiş, sonradan ona 1000 manat pul vermiş, qalan 1000 manatı da Rafail verməli idi. Bir müddət sonra Rafail ona zəng edərək pulunun olmadığını bildirmiş, onun verməsini istəmiş, o da özünə görə qorxduğundan 1050 manat Əlinin kartına pul göndərmişdir. Bundan başqa da Əliyə 550 manat pul vermiş, lakin o pulun bu məsələyə aidiyyatı yoxdur, borc kimi vermişdir. Bu məsələyə görə Rafail və Əli bir neçə dəfə onun yaşadığı ünvana gəlmişlər. Bir gün o, evdə olmadığı zaman Rafail və Əli onun yaşadığı ünvana gəlmiş, anasından pul istəmişlər. Həmin vaxt onların anası ilə nə danışmasını xatırlamır. Bu hadisədən sonra anası polisə məlumat vermişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, şikayətçi deyildir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayəti və iddiası yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, oğurluq hadisəsindən sonra çox narahat olmuş, qaynı Əli dəfələrlə ondan nə olduğunu soruşmuş, bir gün o da Nicatla etdikləri oğurluq hadisəsini ona danışmışdır. Əli ondan hadisəni tam ətraflı soruşub öyrənmişdir. O, pula ehtiyacı olmadığını, Nicata köməklik üçün onunla oğurluq etdiyini və əməlindən çox peşman olduğunu bildirmişdir. Bundan bir-iki gün sonra Əli ona bildirmişdir ki, tanışı Elcan adlı şəxs onları görmüşdür, lakin onu tanıdığına görə hələki heç kimə heç nə demir və bunu Nicata da bildirməsini demişdir. O, Nicatla görüşüb olanları bildirmişdir, daha sonra Əli zəng edərək onlarla görüşmək istədiyini bildirmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfdə görüşmüşlər. Əli tanışı ilə danışıb məsələni yoluna qoyacağını bildirmişdir, sonra ayrılıb getmişlər. Daha sonra Əli zəng edib onlarla görümüş və Elcanın 4000 manat pul istədiyini demişdir. O, o qədər pulunun olmadığını və verə bilməyəcəyini demiş, Nicat da pulunun olmadığını və ən çoxu 1000 manat pul verə biləcəyini, 1000 manat da onun verməsini demişdir. O, pulu verə bilməcəyini demiş, Əli onun yerinə verəcəyini, sonra pulu ona qaytarmasını demişdir və belə razılaşmışlar. Təxminən bir ay keçdikdən sonra Əli ona zəng edərək pulu verməsini demiş, o da indi verə bilməyəcəyini, ona vaxt verməsini istəmişdir. Əli də əgər pul verilməsə Elcanın polisə deyəcəyini bildirmişdir. Bundan sonra o, Nicatla görüşmüş, pulu verə bilməyəcəyini və təslim olacağını bildirmişdir. Nicat da ilk öncə razılaşmış, daha sonra yolda bildirmişdir ki, onun yerinə pul tapıb verəcəkdir, daha sonra ona qaytarar. O, da razılaşmış, Nicat onun kartına 1050 manat pul göndərmişdir və daha sonra onun qaytarmasını demişdir. O, həmin pulun 350 manatını qaytarmış, qalanı qalmışdır. Bundan sonra təxminən 3-4 ay keçmiş, Əli ona bildirmişdir ki, Nicat onun telefon zənglərinə cavab vermir və onlardan qalan pulu tələb etmişdir. O da pulu olmadığını və verə bilməyəcəyini demişdir. Əli ona qızılları satıb pul verməsini demiş, o da onda qızıl olmadığını, ona yalnız 650 manat pul qaldığını demişdir. Daha sonra Nicata zəng edib Əlinin pul istədiyini demiş, Nicat da pulunun olmadığını bildirmişdir. Bir müddət sonra Əli onu məcbur etmişdir ki, onu Nicatın evinə aparsın. O da qorxduğundan Əlini Nicatın evinə aparmışdır, qapını Nicatın anası açmış və nə olduğunu soruşmuş, onlar içəri girmişlər və Əli Nicatın anasına Nicatla Rafailin birlikdə qonşuluqdan oğurluq etməsini demişdir. Anası inanmamış, zəng edib Nicatı danlamış, evə çağırmış, lakin Nicat gəlməmişdir. Bundan sonra çıxıb getmişlər. Səhəri gün anas polisə məlumat vermiş və onlar həbs olunmuşlar. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxsyla barışmışdır, ona qarşı hər hanslı şikayət və tələbi qalmamışdır. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında videogörüntü vasitəsi ilə şahid qismində dindirilmiş Şahid ifadəsində qeyd etdi ki, Əli adlı şəxs Rafaillə birlikdə axşam saat 9 radələrində onun yaşadığı ünvana gəlmiş, içəri keçmək istəmiş, o icazə verməmiş, ikinci dəfə yenə qapını döymüşlər və o, icazə vermədiyi halda içəri keçmişlər. O, nə olduğunu soruşmuş, Əli də onun oğlunun oğurluq etdiyini və həmin vaxt onu Elcan adlı polis əməkdaşının gördüyünü, həmin şəxsin susması üçün ona pul verməli olduqlarını demişdir. O da əgər oğurluq olmuşdursa bu barədə polis idarəsinə məlumat verməsini, onlara verəcək pulu olmadığını və oğlunu polisə özünün təslim edəcəyini bildirmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 182.2.1-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3, 177.2.4 və 182.1ci maddələrinə tövsif edilmiş, iş üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam. obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 182.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işindən işə daxil edilmiş materialların siyahısı, qərarların, protokolların və digər sənədlərin surətləri əlavə edilməklə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrılmış cinayət işi icraatıma qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. - Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:25-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. - xx.xx.2024-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt diskdən görünür ki, həmin üzərində zavod üzsulu ilə "xxxx" yazılmış bir ədəd kompakt diski kompüter dəstinin sistem blokuna daxil etdikdə diskin yaddaşında “Mushteri zenglerinin detallashmasi_MSİSDN_552640181” kimi qeyd olunmuş 4024 KB, “Mushteri zenglerinin detallashmasi_MSİSDN_555290764” kimi qeyd olunmuş 1931 KB, “Mushteri zenglerinin detallashmasi_MSİSDN_557324292” kimi qeyd olunmuş 1222 KB, “Mushteri zenglerinin detallashmasi_MSİSDN_557358383” kimi qeyd olunmuş 941 KB həcmində, “SMS detallashmasi_MSİSDN_552640181” kimi qeyd olunmuş 41 KB həcmində. "SMS detallashmasi_MSİSDN_555290764” kimi qeyd olunmuş 40 KB həcmində. “SMS detallashmasi_MSİSDN_557324292” kimi qeyd olunmuş 52KB həcmində. "SMS detallashmasi_MSİSDN_557358383” kimi qeyd olunmuş 38 KB həcmində, “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_552640181” kimi qeyd olunmuş 107 KB həcmində. “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_5 5 5290764” kimi qeyd olunmuş "О КБ həcmində, “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_557324292” kimi qeyd olunmu 65 KB həcmində və “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_557358383” kimi qeyd olunmuş 70 KB həcmində PDF formatlı fayllarm olması aşkar olundu. “SMS detallashmasi MSİSDN 552640181” və "SMS detallashmasi MS1SDN 555290764” kimi qeyd olunmuş fayllara baxış keçirilərkən Təqsirləndirilən şəxs oğlanım şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi im aralarında aşağıdakı məzmunda mesajlar göndərilməsi müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs göndərilən sınslər: Qaqa saba 12nı kecmemiw pul artiglamasiynan sendedi eseblerve hakim ol artiglamasiynan verilecek brm rafailin bawin burax mennen sobet elirsen fso qardaw xaiw elirem sennen soz dedim sene bra . Abi yoluna qoymuwam dosdar var verecey pul sehere kimi sebr ele artiglamasiynan verilecek brat kiwi kimi soz deirrm sene. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 göndərilən sms: Menim pulun bu gım catacaq fsyo. Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs göndərilən smslər: Abi seher verilirde. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 göndərilən sms: Sen qarusma raim. . vaxti biti eve j igiram veribse hec vermiyibse fsyo. Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs göndərilən smslər: Pulu mennen alassan qaqa men verecem fso. Rafail yox men sabah goruweciy puluvu verecem brat narahat olma iwden cixim. gorushey verecem. Rafail yox men sabah goruweciy puluvu verecem brat narahat olma iwden cixim gorushey verecem. Mushteri zenglerinin detallashmasi MSİSDN 555290764” kimi qeyd olunmuş fayla baxış keçirilən 'zaman müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 şəxsi istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 03:42:02, saat 03:42:08, saat 03:42:11, saat 03:42:22, saat 03:42:23, saat 03:42:23. saat 03:42:25, saat 03:42:26. saat 03:42:26, saat 03:42:28, saat 03:43:16, saat Q3:43:22-də ”342 UABS5903B/UABS5903 Sumgait_H.Aliyev_ave/Sumqayit şəhəri. 9-cu məhəllə/Sumgayit (40.596xx/xx.66368)” anten əhatə dairəsində olması müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək ona Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə telefon danışıqlarına dair çıxarışlar əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə X6 ilə nikah bağlamışdır. - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Məhərrəmli Damla adlı qız övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı təqsirini qismən etiraf etməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilmişdir. Halbuki, Təqsirləndirilən şəxs istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidin ifadələri və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Buna görə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” - 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” - 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” - 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” - 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı övladının olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən “Hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə qənaətə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək, habelə işin mühüm və diqqətəlayiq hallarını, əməlini qismən etiraf edərək peşman olmasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, şəxsiyyətini, himayəsində azyaşlı övladının olmasını, əvvəllər məhkum olunmamasını və ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” - 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” - 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, daimi yaşayış yerini, iş yerini dəyişməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan iş üzrə telefon danışıqlarına dair çıxarışlar cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 02 (iki) ay müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, daimi yaşayış yerini, iş yerini dəyişməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan iş üzrə telefon danışıqlarına dair çıxarışlar cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar