Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-268/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, 08.07.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin 02 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respubikası CM-nin 128-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 % tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məcləisinin 20.05.2016-cı il tarixli qərarı ilə ona təyin olunmuş cəzadan azad olunmuş, Sumqayıft şəhəri 41-ci məhəllə yataqxana 1 mənzil 166 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: 24.02.2021-ci il tarixdə təxminən saat 00:20 radələrində Təqsirləndirilən şəxs dayısı oğlunun yaşadığı ünvan 1 ünvanında dayısı oğlu Zərərçəkmiş şəxs yumruqla sol göz nahiyyəsinə vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş sol gözaltı qapaqları və gözaltı nahiyyənin qançırı xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, 23.02.2021-ci il tarixdə saat 11 radələrində dayısı oğlu Zərərçəkmiş şəxs yaşadığı evə qonaq getdiyini, bir az spirtli içki qəbul edərək mübahisə etdiklərini , daha sonra mübahisə zəminində həmin mənzilin anasına məxsus olmasını bildirərək istədiyi zaman onu oradan çıxarda biləcəyini demiş və baş vermiş mübahisə zəminində 24.02.2021-ci il tarixdə saat 00:20 radələrində Zərərçəkmiş şəxs sol göz nahiyyəsindən bir dəfə yumruq zərbəsi ilə vurduğunu sonra da həmin ünvandan çıxıb getdiyini, hadisə baş verərkən ikilikdə olduqlarını, hazırda zərərçəkmiş şəxslə barışdığını və barəsindəki iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 23.02.2021-ci il tarixdə saat 23 radələrində bibisi oğlu Təqsirləndirilən şəxs onun yaşadığı evə qonaq gəldiyini, bir az spirtli içki qəbul etdikdən sonra Təqsirləndirilən şəxs evin onun anasına məxsus olduğunu bildirərək istədiyi vaxt onu çıxara biləcəyini dedikdə aralarında mübahisə yarandığını və Mircəlalın onun sol gözündən yumruqla bir dəfə vuraraq çıxıb getdiyini, onun isə DİN-in 102 Xidmətinə bu barədə məlumat verdiyini, hazırda Mircəlalla barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirərək sonuncunun barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24.02.2021-ci il tarixli 224 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sol gözün ağlı qişasının qansızma ilə müşayət olunan sol göz qapaqları və sol gözaltı nahiyyənin qançırı” xəsarətləri aşkar edilmişdir ki, qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişlər, müayinədən bir günə qədər əvvəl olmaqla 23.02.2021-ci il tarixdə əmələ gələ bilərdilər, yumruqla yarana bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş 25.02.2021-ci l tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 02 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respubikası CM-nin 128-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 % tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məcləisinin 20.05.2016-cı il tarixli qərarı ilə ona təyin olunmuş cəzadan azad olunmuşdur. Sumqayıt Narkoloji Dispanseri tərəfindən verilmiş 709 saylı 26.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Xəzər Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan sübutların qiymtləndirilməsinə dair 27.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 19.03.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncu ondan şikayəftçi deyildir və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 19.03.2021-ci il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır və bu səbəbdən də sonuncunun barəsindəki məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarından görünür ki, 25.02.2021-ci l tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 02 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respubikası CM-nin 128-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 % tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məcləisinin 20.05.2016-cı il tarixli qərarı ilə ona təyin olunmuş cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən müddəa 01 dekabr 2017-ciil tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ciil tarixli Qanunu əsasında Cinayət Məcəlləsinə daxil edilmişdir. Qanunun bu normasının tələbi ondan ibarətdir ki, əgər hər hansı şəxs 1 dekabr 2017-ci il tarixdən sonra CM-in 72-73-2-ci və 74-1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilərsə, lakin bundan sonra (hətda 20-30 ildən sonra da) məsuliyyətdən azad edildiyi cinayəti yenidən törədərsə, onun növbəti dəfə cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə hallarda şəxsin qeyd olunan maddələrdə nəzərdə tutulmuş şərtlərə əməl etməsi cəzanı yüngülləşdirən hallar kimi cəza tədbirinin seçilməsi zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən isə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Sumqayıt şəhər Məhkəməsinin 02.02.2016-cı il tarixli hökmü ilə məhkum olunmasını nəzərə alaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məsuliyyətdən azad etməni nəzərdə tutuan 73.2-ci maddənin müddəası Təqsirləndirilən şəxs da tətbiq edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli (iş № 1(060)-268/2021) qərarını icra edərək, 17 mart 2021-cu il tarixli 274 saylı orderə əsasən vəkil X1 onun vəkili təyin etmişdir. Müdafiəçi X1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi qızının göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-268/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-268/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver