Məhkəmə qərarları › İş №1(060)-268/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-268/2022

29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-268/2022 29.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi:Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Xaçmaz rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6, mənzil 37-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,68 qram çəkidə narkotik vasitə olan heroini, 0,430 qram çəkidə psixatrop maddə olan metamfetini əldə edib daşıyaraq üzərində saxlamış, həmin narkotik vasitə olan heroinin 0,752 qram çəkidə olan hissəsini 01 ədəd gümüşü rəngli sellofan bükümdə 21 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, 2-ci məhəllədə tanışı Şahid4 satmış, Şahid4 21 oktyabr 2021-ci il tarixində, saat 18:50-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, 2-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Pİ-ə gətirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə 0,752 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə, saat 20:00-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi, 2-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Sumqayıt ŞPİ-nin Pİ-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən üzərində Rothmans sözləri yazılmış siqaret qutusunun içərisindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan 06 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,149 qram, 0,122 qram, 0,158 qram, 0,233 qram, 0,111 qram, 0,155 qram ümumilikdə 0,928 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 0,430 qram çəkidə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin və üzərində heroin izləri olan 5*9 sm ölçüdə gümüşü rəngli 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 13-14 radələrində Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində və satışında şübhəli olduğu üçün saxlamışlar, onu özləri ilə aparıb evinə baxmışlar, evindən heç nə çıxmamışdır. Üzərində isə 02 bükümdə cəmi 1 qram kokos (heroin), 01 bükümdə isə 0,5 qram metamfetamin olmuşdur. Çəkilişdən əvvəl polislər 02 bükümdə olan heroini 06 yerə bölmüş, 06 büküm düzəltmişlər. Sonra özünə qaytarmışlar və çəkilişdə təqdim etmişdir. Onu döyən, ona təzyiq və təsir edən olmasa da polislərə inandığından onların dediyi kimi etmişdir. Tərəzi də onu deyildir, üzərinə polislər qoymuşlar. Şahid4 mebel işində onun köməkçisi olmuşdur, ona narkotik vasitə verməmiş, satmamışdır. Ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız öz istifadəsi üçün əldə etmişdir. Himayəsində iki uşağə var, biri azyaşlıdır. Əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif etməyi və ona yüngül cəza təyin etməyi xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitənin satışı ilə məşğul olmaması, satmaması, üzərindən çıxan narkotik vasitələrin bükümlərinin az olması, üzərindən götürülmüş elektron tərəzinin ona aid olmaması barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində iş materiallarında olan, digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Verilən ittihamla yalnız əməlin tövsifi hissəsində razılaşmamış, istintaq zamanı, həmçinin məhkəmədə əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 20:00-da Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində və satışında şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-nin Pİ-nə dəvət etmişdirlər, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmişdir, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarımın müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü əynində olan boz rəngli gödəkcəmin sağ yan cibindən ağ rəngli kiçik ölçülü qutunu, “Sony Ericson” markalı ağ rəngli mobil telefonu, həmin gödəkcənin sol yan cibindən üzərinə “Maqna” sözləri yazılmış siqaret qutusunu, 01 ədəd alışqanı və özünə məxsus şəxsiyyət vəsiqəsini, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üzərində “Rothmans” sözləri yazılmış siqaret qutusunu çıxarı təqdim etmişdir. Təqdim etdiyi ağ rəngli qutunun içərisindən bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Təqdim edilmiş Rothmans sözləri yazılmış siqaret qutusunun içərisindən 06 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlər və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş aşkar edilmişdir. Aşkar edilmiş 06 ədəd bükümlərə baxıldıqda hər birinin içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm açıldıqda içərisində ağ rəngli kristallardan ibarət olan psixatrop maddə metamfetamininə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o, aşkar olunan maddələrin "heroin” və ”metamfetamin” olduğunu, aşkar olunmuş həmin maddələri 02 gün bundan əvvəl Bakı şəhəri, 20 Yanvar dairəsinin yaxınlığında 30 manata aldığını və üzərində saxladığını bildirmişdir. Ondan aşkar olunmuş 06 ədəd büküm ayrı-ayrılıqda çəkildikdə 1-ci bükümü elektron tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün içərsindəki maddə ilə birlikdə çəkisinin 0,18 qram olduğu, 2-ci bükümün çəkisinin 0,16 qram olduğu, 3-cü bükümün çəkisinin 0,31 qram olduğu, 4-cü bükümün çəkisinin 0,25 qram olduğu, 5-ci bükümün çəkisinin 0,22 qram olduğu, 6-cı bükümün çəksinin 0,25 qram olduğu, həmin bükümlər ümumilikdə tərəziyə qoyulub çəkildikdə ümumi çəksinin isə 1,31 qram olması müəyyən olunmuşdur. Aşkar edilmiş şəffaf rəngli sellofana bükülmüş 01 ədəd büküm elektron tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün içərsindəki maddə ilə birlikdə çəkisinin 0,52 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Təqdim etdiyi elektron tərəzi də eyni qaydada qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmişdir. Onlar tərtib edilmiş protokola imza etmişdirlər. Üzərində gəzdirdiyi elektron tərəzini narkotik vasitə alarkən çəkini müəyyən etmək üçün üzərində saxlamışdır. üzərindən aşkar olunan narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxlamış və həmin narkotik vasitədən heç kimə satmamış və ya hədiyyə verməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitəni aldığı şəxsi tanımamış, narkotik vasitələrin və psixatrop maddələrin satışı ilə məşğul olmamış, yüksək miqdarda narkotik vasitə istifadə etdiyi üçün və öz doza dərəcəsini rahat qəbul etmək üçün üzərində 06 büküm narkotik vasitə və 01 büküm psixatrop maddə gəzdirmişdir. Şahid4 narkotik vasitə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Sumqayıt ŞPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixində Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6, mənzil 37-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi evdə yaşayan, məhkumluğu olmayan, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkiləri, polis kapitanı Şahid2, polis leytenantı Şahid3, Sumqayıt Şpi-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Zaur Cəfərovdan, kriminalistik təhqiqatlar bölməsinin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişdirlər və Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunun vəkili X7 iştirakını təmin etmişdirlər. Saat 19:40 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi 2-ci məhəllə ərazisində olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə bağları ərazisinə gəlmişdirlər və orada olan zaman inspektor-kriminalist tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşdürlər. Onlar 20:00-da Təqsirləndirilən şəxs görüb sonuncunu saxlamışdırlar və özlərini təqdim etdikdən sonra sonuncudan özünü təqdim etməsini xahiş etmişdirlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, saxlanılmasında, satışında şübhəli olduğu üçün tərəflərindən saxlanıldığı, üzərinə şəxsi axtarış keçirilməsindən ötrü onlarla birlikdə PB-ə gətməsi izah edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Pİ-nə gəlmişdir. Sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təhqiqatçı saxlanılan şəxsə özünü təqdim etməsini bildirmişdir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir. Daha sonra təhqiqatçı saxlanılan şəxsə hansı əsəslarla saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs sonuncunun hüquqlarını müdafiə edən vəkili Sevda Əliyeva təqdim edilmişdir. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Sonra onlar özlərini təqdim etmişdirlər. Bundan sonra sonuncuya üzərində qanunsuz əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən ağ rəngli kiçik ölçülü qutunu və “Sony Ericson” markalı ağ rəngli mobil telefonu, həmin gödəkçənin sol yan cibindən üzərində “Maqna” sözləri yazılmış siqaret qutusunu, bir ədəd alışqanı və özünə məxsus şəxsiyyət vəsiqəsini, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üzərində Rothmans sözləri yazılmış siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqdim edilmiş ağ rəngli qutunun içərisindən 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Təqdim edilmiş Rothmans sözləri yazılmış siqaret qutusunun içərisindən hər biri gümüşü kağıza bükülmüş 06 ədəd büküm və şəffaf rəngli sellofana bükülmüş 01 ədəd büküm aşkarlanmışdır. Aşkar edilmiş bükümlər tərəzidə çəkilən zaman gümüşü rəngli bükümlərin ayrı ayrılıqda çəkiləri birinci büküm 0,18 qr, ikinci büküm 0,16 qr, üçüncü büküm 0,31 qr, dördüncü büküm 0,21 qr, beşinci büküm 0,22 qr, altıncı büküm 0,25 qr olması, şəffaf rəngli sellofan bükümün çəkisinin 0,52 qram olması müəyyən edilmişdir. Altı ədəd gümüşü rəngli bükümün ümumi çəkisinin elektron tərəzi çəkisi 1,31 qram təşkil edirmiş. Bundan sonra bükümlər və elektron tərəzi ekspertiza tədqiqatına göndərilməsindən ötrü qablaşdırılmışdır, möhürlənmişdir və imzalanmışdır. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlələri haradan, kimdən və nə məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin kütlələri Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında tanımadığı şəxsən saxlanılmamışdan iki gün əvvəl otuz manat ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirilmişdir. Vəkilin verdiyi suala cavab olaraq həmin kütlələrin özünə məxsus olduğunu, heç bir təzyiqin olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, polis leytenantı Şahid3 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs mebel ustasıdır, evinin 1-ci mərtəbəsində mebel işləri görür, o da iş olanda orada Elşənə kömək edir. xx.xx.2021-ci il tarixdə Elşənlə eyni vaxtda tutulmuş, döyüldüyündən düzgün ifadə verməmiş, üzərindən götürülmüş narkotik vasitəni Elşəndən aldığını bildirmişdir. Halbuki həmin narkotik vasitə ona aid olmamışdır. Ona həmin hadisəyə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmiş, cinayət işi hazırda məhkəmə baxışındadır. Amma bundan sonra törətdiyi cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxılmış, 06 il azadləqdan məhrum edilmişdir, həmin işə görə həbsdədir. Məhkəmə Şahid4 ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o başqa bir cinayət işində təqsirləndirilən şəxsdir, Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olmuşdur və hazırda onun məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. İstintaqda isə bildirmişdir ki, üzərindən götürülmüş 0,93 qram narkotik vasitə olan kokosu (heroini) 15 manata Təqsirləndirilən şəxs almışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20:00-da Sumqayıt şəhəri, Yaşıldərə massivi ərazisində tutulmuşdur.(i.v 17 İ cild) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-522/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 78-80 İ cild) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlnamzadan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X8 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli kiçik ölçülü qutunu və “Sony Ericson” markalı ağ rəngli mobil telefonu, həmin gödəkçənin sol yan cibindən üzərində “Maqna” sözü yazılmış siqaret qutusunu, bir ədəd alışqanı və özünə məxsus şəxsiyyət vəsiqəsini, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üzərində Rothmans sözləri yazılmış siqaret qutusunu çıxardıb təqdim etmişdir. Təqdim edilmiş ağ rəngli qutunun içərisindən bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Təqdim edilmiş Rothmas sözləri yazılmış siqaret qutusunun içərisindən 06 ədəd hər biri gümüşü kağıza bükülmüş 06 büküm və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir büküm aşkar edilmişdir. 06 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlər ayrı-ayrılıqda açıldıqda hər birinin içərisindən qəhvəyi rəngli narkotik vasitə sayılan heroinə bənzər maddələr aşkar edilmişdir. 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir büküm açıldıqda isə içərisində ağ rəngli kristal şəkildə olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan maddələr narkotik maddələrdir, həmin maddəni iki gün əvvəl Bakı şəhəri, Yasamal rayonu 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Aşkar edilmiş gümüşü rəngli kağıza bükülmüş 06 bükümün 1-ci bükümü elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün içərisindəki maddə ilə birlikdə çəkisinin 0,18 qram olduğu, 2-ci bükümün çəkisinin 0,16 qram olduğu, 3-cü bükümün çəkisinin 0,31 qram olduğu, 4-cü bükümün çəkisinin 0,21 qram olduğu, 5-ci bükümün çəkisinin 0,22 qram olduğu, 6-cı bükümün çəkisinin 0,25 qram olduğu həmin bükümlər ümumilikdə tərəziyə qoyulub çəkildikdə ümumi çəkisinin 1,31 qram olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş şəffaf rəngli sellofana bükülmüş 01 ədəd büküm elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün içərisindəki maddə ilə birlikdə çəkisinin 0,52 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin bükümlər içərisindəki maddələr ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir.(i.v 26-27 İ cild) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və məhkəmə iclasında nümayiş olunmuş 01 ədəd diskdən X3 1,31 qram çəkidə narkotik vasitə olan heroin və 0,52 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlaması, bir ədəd gümüşü rəngli elektron tərəzinin onun üzərində olması və təqdim etməsi təsdiq edilir.(i.v 93-94 İ cild) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/4709 saylı, xx.xx.2021ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr...” yazı və imzalar olan zərfdə 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,149 qram, 0,122 qram, 0,158 qram, 0,233 qram, 0,111 qram və 0,155 qram olmaqla ümumi çəkisi 0,928 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,430 qram ağ rəngli kristal şəkilli maddə psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd elektron tərəzi....” yazı və imzalar olan zərfdə 1 ədəd 5*9 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik təqdimatı mümkün deyildir. Təqsirləndirilən şəxs aşakr edilmiş 6 büküm heroin ilə Şahid4 aşkar edilmiş heroinlər xarici görünürşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir.(i.v 40-44 İ cild) İş materiallarında olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X2 2 azyaşlı uşağı (xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5) vardır.(i.v 50-51 İ cild) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,928 qram olmuş heroin və 0,430 qram metamfetamin, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,808 qram heroin və 0,380 qram metamfetamin, həmçinin 01 ədəd 5*9 sm ölçüdə gümüşü rəngli 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır.(i.v 86 İ cild) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-690/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunauyğun hesab edilmişdir.(i.v 90-92 İ cild) İş materiallarında olan 1 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayş yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 188 İ cild) İş materiallarında olan MTE-nın 1434 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, X6 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır.(i.v 190-191 İ cild) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 15, 159-cu maddəsinin 2-ci hissəsi, 40-cı maddələri ilə təqsirli bilinərək 02 il müddətinə qazancından 20% dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa o Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərarı ilə CM-nin 50-2-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 03 il 10 ay 17 gün şərti azad edilmişdir.(i.v 206-208 İ cild) İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 4921 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 209-210 İ cild) İş materillarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülümüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,808 qram narkotik vasitə olan heroin və 0,380 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Şahid4 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınmışdır. (i.v 234-241 İ cild) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibinə görə eyni olan, 06 ədəd bükümdə, ümumi çəkisi 0,928 qram olan narkotik vasitə olan heroini və 0,430 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, bükümlərin sayı, üzərində iki növ narkotik vasitə (narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin) olması, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması, Şahid4 üzərindən götürülmüş narkotik vasitə ilə onun üzərindən götürülmüş narkotik vasitənin eyni tərkibli olması onun satış məqsədini təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, bunları satmaq maqsədi olmaması ilə bağlı göstərdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün etdiyi cəhd kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini və himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nın 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nın tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,808 qram narkotik vasitə heroin və 0,380 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Müqavilə ilə vəkil işə qoşulanadək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 05 (beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 (otuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,808 qram narkotik vasitə heroin və 0,380 qram psixotrop maddə metamfetamin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar