Məhkəmə qərarları › İş №1(060)-269/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-269/2021

19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-269/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları, 5-ci məhəllə, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 23.02.2021-ci il tarixdə, saat 21:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 37/20 saylı yaşayış binasının arxa tərəfində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs yumruqla vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunmuş sol gözaltı nahiyyənin və alt göz qapağının qançırı xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bir neçə il əvvəl avtobus sürücüsü işlədiyi zaman ona köməklik etdiyi vaxtdan tanımışdır. Təxminən 6 ay əvvəl Azər ondan bir neçə günə qaytaracağını birdirərək 50 manat borc almış, lakin hazırki vaxta kimi geri qaytarmamışdır. O da, 23.02.2021-ci il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri, 2ci mikrorayon ərazisində olduğu zaman Azərə zəng edərək onu olduğu yerə söhbət etmək üçün dəvət etmişdir. Bir neçə dəqiqə sonra Azər təyin olunmuş yerə gəlmişdir. Azər gəldikdən sonra ondan borcunu istəmişdir. Azər də hazırda imkanı olmadığını, maddi imkanı olduğu zaman borcunu geri qaytaracağını ona bildirmişdir. O, buna etiraz edərək pulunu indi qaytarmasını demişdir. Bu zaman Azər onun ünvanına nalayiq ifadə işlədərək ümümiyyətlə pulunu geri qaytarmayacağını demişdir. O da, Azərin onun ünvanına nalayiq ifadə işlətməsindən əsəbləşərək sağ əli ilə bir dəfə onun sol göz nahiyyəsinə zərbə vurmuşdur. Bundan sonra Azər onun barəsində polisə müraciət edəcəyini bildirərək getmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, özünü təqsirli bilir və əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 23.02.2021-ci il tarixdə saat 21:30 radələrində yaşadığı ünvanda olduğu zaman mobil telefonuna zəng gəlmiş və zəng edən şəxs onun əvvəllər tanıdığı Təqsirləndirilən şəxs olmuşdur. O, Təqsirləndirilən şəxs bir neçə il əvvəl avtobus sürücüsü işlədiyi zaman ona kömək etməsi ilə əlaqədar olaraq tanımışdır. Təqsirləndirilən şəxs ona zəng edərək söhbət etmək üçün onu Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisinə dəvət etmişdir. O da, yaşadığı ünvandan çıxıb bir neçə dəqiqədən sonra Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisinə gəlmiş və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs təxminən 6 ay əvvəl verdiyi 50 manat borcu ondan tələb etmişdir. O da, hazırda maddi imkanının olmadığını, səhhətinini pis olduğunu bildirmiş və imkanı olduğu zaman borcu qaytaracağını demişdir. Lakin, Təqsirləndirilən şəxs pulunun indi istədiyini bildirmişdir. O da, hazırda maddi imkanının olmadığını nalayiq ifadə ilə bildirərək ümumiyyətlə borcu qaytarmayacağını demişdir. Bundan sonra, Emin onun ünvanına nalayiq ifadə bildirdiyindən əsəbləşərək sağ əli ilə sol göz nahiyyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra o, həmin yerdən uzaqlaşaraq polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X3 24.02.2021-ci il tarixli, 225 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: Sol gözün ağlı qışasına qansızma ilə müşayət olunmuş sol gözaltı nahiyyənin və alt göz qapağının qançırı. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda, yəni 23.02.2021-ci il tarixdə yumruqla yetirilən zərbənin təsirindən yarana bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24.02.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ( hazırda X5) oğlu Sumqayıt Şəhər Məhkəməsinin 25.12.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 06.05.2003-cü il tarixli Amnistiya haqqında Qərarının 6.8 və 13.1.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 25.12.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 06.05.2003-cü il tarixli Amnistiya haqqında Qərarının 6.8 və 13.1.4-cü bəndinə əsasən cəzadan azad edildiyindən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-969/2006 saylı 28.04.2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1978-ci ildə anadan olmuş X1 dəyişdirilərək Quliyev, adı dəyişdirilərək Emin, ata adı dəyişdirilərək Ələsgər kimi qeydə alınması qət edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 12.03.2021-ci il tarixli (iş № 1(060)-222/2021) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 6 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar