Məhkəmə qərarları › İş №1(060)-269/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-269/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-269/2022 18.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 15.11.2021-ci il tarixdə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,359 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, həmin narkotik vasitəni satmaq məqsədilə 10 ədəd bükümə ayrı ayrılıqda təmiz çəkisi 0,153 qram, 0,018 qram, 0,021 qram, 0,021 qram, 0,030 qram, 0,023 qram, 0,029 qram, 0,019 qram, 0,023 qram, 0,022 qrama ayıraraq üzərində saxlayaraq daşımış və 16.11.2021-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Gilan Tekstil” zavodunun inzibati binasının yaxınlığında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli parça gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinin içərisində olan 10 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,359 qram olan heroin və həmin gödəkçənin sol içəri döş cibindən bir ədəd Çin istehsalı olan elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul deyildir. Üzərində olan narkotik vasitələri şəxsi istifadəsi üçün almışdır. Elektron tərəzi onun üzərində olmuş, lakin o tərəzini narkotik vasitələrin satışı üçün deyil, özü narkotik vasitə alanda narkotik vasitələri çəkmək üçün istifadə etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayır. Əvvəllər məhkumluğu olmamış, cinayət hadisəsi törətməmişdir. Özü uzun müddətdir narkotik alüdəçisidir, narkotik vasitə olan kakosdan siqaret kimi çəkməklə istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün narkotiki müxtəlif yerlərdən, tanımadığı şəxslərdən alıb istifadə edir. Ailəlidir, himayəsində iki azyaşlı övladı var. Psixi pozuntusu yoxdur, dispanserdə qeydiyyatda deyil. Rəsmi iş yeri yoxdur, fərdi işlə məşğul olub ailəni dolandırır. 16.11.2021-ci il tarixdə təxminən saat 20:00 radələrində tək Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Gilan Tekstil” zavodunun inzibati binasının yaxınlığında küçədə piyada hərəkətdə olan zaman narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün bir neçə polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə dəvət edilmişdir. Polis Bölməsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional vəkil bürosunun vəkili X4 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən üzərində olan bir ədəd sellofan kəsiyinin içərisindəki 10 ədəd bükümlərdə narkotik vasitələr olan kakosu və gödəkçənin sol içəri döş cibində olan bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa gödəkçənin sağ yan cibində olan bir ədəd Meizu markalı, üzərində ***-***- **-** nömrəsi olan mobil telefonu da polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərdə narkotik vasitə olan kakosdur və narkotik vasitəni 15.11.2021-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı bir şəxsdən 25 manata almışdır. Sonra həmin narkotik vasitəni xırda hissələrə bölərək siqaretin gümüşü rəngli kağızına büküb 10 ədəd büküm şəklində saxlamışdır ki, müxtəlif şəxslərə satsın, bir hissəsini də özü istifadə etsin. Üzərindən aşkar olunaraq götürülmüş 10 bükümdə olan narkotik vasitələr onun iştirakı ilə elektron tərəzidə çəkilmiş, sonra isə həmin narkotik vasitələr və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənmişdir. İfadəyə əlavə olaraq üzərindən aşkar edilərək götürülmüş elektron tərəzi vasitəsilə o, əldə etdiyi narkotik vasitələri çəkdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən hələ satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində 16.11.2021-ci il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Gilan Tekstil” zavodunun inzibati binasının yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Polis Bölməsinə Sumqayıt Regional Vəkil bürosunun vəkili X2 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan yaşıl rəngli parça gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinin içərisində 10 ədəd siqaretin gümüşü kağızına bükülmüş kütlələri, həmin gödəkçənin sol içəri döş cibindən bir ədəd Çin istehsalı olan elektron tərəzini və həmin gödəkçənin sağ yan cibindən bir ədəd “Meizu” markalı üzərində ***-***-**-** nömrəsini təqdim etmişdir. Sorğu zamanı bldirmişdir ki, təqdim etdiyi bükümdə olan kütlələrdə narkotik vasitə olan kakos var, həmin narkotik vasitəni 15.11.2021-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 25 manata almış, sonra isə aldığı narkotik vasitəni satmaq məqsədilə özü ayrı-ayrı bükümlərə ayırmış, siqaretin gümüşü rəngli kağızına qoyaraq ayrı ayrılıqda 10 bükümdə qablaşdırmışdır. Eyni zamanda üzərində olan elektron tərəzi ilə həmin bükümlərdəki narkotik vasitələri çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kütlələr üzərində olan kağızla birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş, həmin bükümlər, elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan baş təhqiqatçı X6 tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Şahid Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis kapitanı Şahid1 da Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və elektron tərəzinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs 16.11.2021-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli parça gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinin içərisində 10 ədəd siqaretin gümüşü kağızına bükülmüş kütlələr, həmin gödəkçənin sol içəri döş cibindən bir ədəd Çin istehsalı olan elektron tərəzi və həmin gödəkçənin sağ yan cibindən bir ədəd “Meizu” markalı üzərində ***-***-**-** nömrəsi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Sorğu zamanı bldirmişdir ki, təqdim etdiyi bükümdə olan kütlələrdə narkotik vasitə olan kakos var, həmin narkotik vasitəni 15.11.2021-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 25 manata almış, sonra isə aldığı narkotik vasitəni satmaq məqsədilə özü ayrı-ayrı bükümlərə ayırmış, siqaretin gümüşü rəngli kağızına qoyaraq ayrı ayrılıqda 10 bükümdə qablaşdırmışdır. Eyni zamanda üzərində olan elektron tərəzi ilə həmin bükümlərdəki narkotik vasitələri çəkdiyini bildirmişdir. Sonra təqdim etdiyi kütlə üzərində olan kağız ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkiləri 0.08 qram, 0.07 qram, 0.07 qram, 0.07 qram, 0.07 qram, 0,06 qram, 0.08 qram, 0,09 qram, 0.07 qram, 0,027 qram müəyyən olunaraq “iphone XS” markalı mobil telefon vasitəsilə görüntüsü qeydə alınmışdır. Sonra həmin kütlələr polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, digər iştirakçılar ilə birlikdə imzalamışlar. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 17.11.2021-ci il tarixli 6/5084 saylı rəyindən göründüyü kimi, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 242” dairəvi möhür əksi olan 2 ədəd kağız paketdə olan: üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş kağız paketdə 10 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 0,153 qram, 0,018 qram, 0,021 qram, 0,021 qram, 0,030 qram, 0,023 qram, 0,029 qram, 0,019 qram, 0,023 qram, 0,022 qram ümumi təmiz çəkisi 0,359 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd elektron tərəzi...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisi müəyyən edilmədi. Qeyd: Heroinin təmiz çəkisi - 0,359 qram, tədqiqata sərf edilən miqdar - 0,1 qram, qalıq - 0,259 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 16.12.2021-ci il tarixli 5143 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,359 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,259 qram heroin və bir ədəd Çin istehsalı olan elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16.11.2021-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 18.11.2021-ci il tarixli, 4(060)-619/2021saylı qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16.11.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü əsasən, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 16.11.2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,359 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,259 qram heroin və bir ədəd Çin istehsalı olan elektron tərəzi məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,259 qram heroin və bir ədəd Çin istehsalı olan elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar