Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-269/2025 21.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta texniki təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu, 3-cü Alatava küçəsi özbaşına tikili ev 16-da qeydiyyatda olan, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 48 A, mənzil 29-da yaşayan, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayonu 2320ci məhəllə, M.Hadi küçəsi 25 saylı binanın yaxınlığında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbəsində yerləşən 69.000 manat dəyərində sahəsi 69 kv.m olan 14 saylı 01 otaqlı təmirsiz mənzili ondan almaqdan ötrü 2019-cu ilin mart ayının axırlarında 20.000 manat, 2020-ci ilin mart ayında 5000 manat, həmin ilin aprel ayında 2000 manat, may ayında 1000 manat olmaqla ümumilikdə 28.000 manat pulunu Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23A/8 saylı binanın qarşısında alıb həmin pulun 16.000 manatını "xxxx" MTK-nın aylıq ödənişlərinə köçürsə də, yerdə qalan 12.000 manat xeyli miqdarda pulunu aldadıb vahid qəsdlə ələ keçirərək, dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 2019-cu ildən etibarən tanıyır, onun oğlu Məhəmməd ilə daha əvvəlcədən tanış olmuşlar. O əvvəllər Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsi M.Hadi küçəsi ərazisində yerləşən "xxxx" MTK-nı inşaat malları ilə təmin etmişdir. Həmin inşaat mallarının müqabilində ona sözügedən MTK-dan bir neçə mənzil verilmişdir. İngilis də oğlu Məhəmməd ilə birlikdə ona yaxınlaşaraq mənzil almaq istədiklərini demişlər. O da onlara 20.000 manat ilkin ödəniş qarşılığında "xxxx" MTK bina 25 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 69 kv.metr olan nağd qiyməti 69.000 manat olan 01 otaqlı təmirsiz evi təklif etmişdir. İngilis onunla razılaşıb demişdir ki, ilkin ödəniş kimi 20.000 manatı əvvəlcədən verəcək, yerdə qalan pulu hissə-hissə ödəyəcəkdir. 2019-cu ilin mart ayının axırlarında o, İngilisin yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23A/8-in qarşısına getmiş və onlar görüşmüşlər. İngilisin yanında oğlu Mehman da olmuş, İngilis ona 20.000 manat pulu vermiş, o pulu ingilisdən alıb saymış və demişdir ki, həmin pulu MTK-yə təqdim edib maliyyə arayışlarını alıb gətirib ona verəcək. Daha sonra o İngilisin yanından ayrılaraq Bakı şəhərinə həmin MTK-ya getmiş, mənzilə görə İngilisin ona verdiyi 20.000 manat puldan 16.000 manatı orada ofisdə ödəmiş, qalan 4000 manatı şəxsi ehtiyacları olduğu üçün ələ keçirdib, özünə xərcləmişdir. Həmçinin, MTK ilə İngilisin arasında həmin mənzilə görə 02 nüsxədə olan xx.xx.2019-cu il tarixli müqaviləni də götürmüşdür. Həmin günün səhərisi isə İngilisin evinə gedərək, həmin müqavilənin iki nüsxəsini ona vermiş, o da imza çəkib bir nüsxəsini təhvil götürmüş, digərini isə ona vermişdir. Söhbət əsnasında ona yalandan demişdir ki, verdiyi 20.000 manat pulun hamısını aparıb MTK-ya köçürtmüş, halbuki qeyd etdiyi kimi 16.000 manatı köçürüb, 4000 manatı isə ələ keçirtmişdir. O müqavilənin bir nüsxəsini aparıb MTK-ya vermişdir. Sonradan həmin 16.000 manat pulun ödənilməsi ilə bağlı 04 ədəd maliyyə arayışlarını da alıb 2019-cu ilin noyabr ayının axırlarında İngilisin yaşadığı evə gedərək ona vermişdir. 2020-ci ilin mart ayında İngilis ona evin pulundan 5000 manat, 2020-ci ilin aprel ayında 2000 manat, may ayında 1000 manat olmaqla ümumilikdə 8000 manat pulu da yaşadığı binanın qarşısında vermişdir. O isə həmin 8000 manat pulu da ələ keçirərək İngilisin mənzilinin aylıq ödənişini etməmişdir. Beləliklə də, o İngilisin ona verdiyi ümumilikdə 28.000 manat puldan, yalnız 16.000 manatını MTK-ya ödəmiş, qalan 12.000 manatı isə ələ keçirtmişdir. Həmin pulu da öz ehtiyaclarına sərf etmiş, heç kimə verməmişdir. Təqsirləndirilən şəxs daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 3000 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yayında tanışlarının vasitəsi ilə tanımış, o ona tikinti sahəsində material verilməsi işi ilə məşğul olduğunu, verdiyi material qarşılığında ona Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən "xxxx" MTK-dan mənzil verildiyini bildirmişdir. O ondan ona verilən evlərdən birini istəmiş və o ona 20.000 manat ilkin ödəniş qarşılığında "xxxx" MTK bina 25 ünvanında yerləşən ümumi sahəsi 69 кv.metr olan nağd qiyməti 69.000 manat olan 01 otaqlı təmirsiz evi təklif etmişdir. O da onunla razılaşıb yerdə qalan pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. 2019-cu ilin mart ayının axırlarında Mehdi onun yaşadığı evin qarşısına gəlmiş və o ona 20.000 manat pulu əlbə-əl vermişdir. Mehdi demişdir ki, həmin pulu MTK-yə təqdim edib maliyyə arayışlarını alıb gətirib ona verəcək. Həmin günün səhərisi Mehdi ona hazır vəziyətdə olan 02 nüsxədə "xxxx" MTK-nın direktoru X2 ilə onun arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləni gətirmiş, həmin müqavilədə onun Bakı şəhəri Xətai rayonu 2320-ci məhəllə, M.Hadi küçəsi 25 saylı binanın yaxınlığında inşa edilən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbəsində yerləşən sahəsi 69 kv.m olan 1 otaqlı 69.000 manat dəyərində olan 14 saylı mənzili alması göstərilmişdir. O müqavilənin alıcı qrafasmda imza etmiş, bir nüsxəsini Mehdiyə vermiş, digər nüsxəsi özündə qalmışdır. Mehdinin deməsinə görə həmin müqaviləni aparıb MTK-nm ofisinə təqdim etməliydi. 2019cu ilin noyabr ayının axırlarında Mehdi onun yaşadığı evə gələrək ona 04 ədəd maliyyə arayışları vermişdir. Həmin maliyyə arayışlarına baxdıqda görmüşdür ki, xx.xx.2019-cu il tarixdə 3500 manat, xx.xx.2019-cu il tarixdə 3680 manat, 15 iyul 2019- cu il tarixdə 6882 manat, xx.xx.2019-cu il tarixdə isə 2000 manat pul olmaqla cəmi 16062 manat pul MTKdan aldığı mənzilə görə aylıq ödənişlər edilmişdir. O Mehdidən ona 20.000 manat verdiyi halda nə üçün 16062 manatlıq arayışların ona gətirdiyini soruşduqda, Mehdi bildirmişdir ki, narahat olmasın 20.000 manat pulun hamısını mənzilin aylıq ödənişinə MTK-nm ofisində köçürmüş, 4000 manatla bağlı maliyyə arayışlarını da alıb ona gətirəcək, MTK-ya 16.000 manat köçürübdür, 62 manatı da orada səhvən artıq qeyd ediblər. O da ona inanmışdır. 2020-ci ilin mart ayında o Mehdiyə evin pulundan 5000 manat pulu da yaşadığı evin qarşısında vermişdir. Daha sonra o 2020-ci ilin aprel ayında 2000 manat, may ayında 1000 manat olmaqla ümumilikdə 3000 manat pulu da yaşadığı binanın qarşısında Mehdiyə vermişdir. Lakin Mehdi əvvəlki 4000 manat və sonra mənzilə görə ödədiyi ümumilikdə 8000 manata görə maliyyə arayışlarını gətirib ona verməmişdir. Bu səbəbdən o ondan şübhələnməyə başlamış, Mehdi ilə əlaqə saxladıqda sonuncu ona narahat olmamasını deyib ar.xaym edib vaxtı uzatmışdır. Bir neçə dəfə zənglə onunla əlaqə saxladıqdan sonra Bakı şəhərinə MTK-nm ofisinə yollanmışdır. Orada öyrənmişdir ki, Mehdinin onlara da borcu var. Daha sonra oradan o ofisdə mənzilinə görə 12.000 manat pulunun Mehdi tərəfindən ödənilib-ödənilmədiyini soruşduqda, ona bildirmişlər ki, həmin pul MTK-ya ödənilməmişdir. Daha sonra o Mehdi ilə əlaqə saxlayıb bu barədə maraqlandıqda, sonuncu ona demişdir ki, 12.000 manat pulu MTK-ya köçürməyib, öz şəxsi ehtiyaclarına sərf edibdir, pulu qaytaracaqdır. Lakin Mehdi onun pulunu qaytarmamış, o da məcbur olub bu barədə polisə şikayət etmişdir. Beləliklə də, Mehdinin bu dələduzluğu nəticəsində ona ümumilikdə 12.000 manat ziyan vurulmuşdur. 20.000 manat və 5000 manat pulu əlbə-əl Mehdiyə verdikdə yanında oğlu Şahid də olmuşdur. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmamasını, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır. Atası Zərərçəkmiş şəxs 2019-cu ilin təxminən oktyabr ayının axırlarında Mehdi adlı tanışından ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69 kv.metr olan 01 otaqlı təmirsiz evi almışdır. Həmin almaqdan ötrü atası İngilis Mehdiyə 28.000 manat pul vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Mehdi həmin 28.000 manat pulun 16.000 manatını mənzilin aylıq ödənişlərə görə MTK-yə köçürüb gətirib maliyyə arayışlarını atasına versə də, pulun 12.000 manatını isə MTK-ya köçürməyərək ələ keçirmişdir. Mənzilə görə 28.000 manat puldan 20.000 manatını 2019cu ilin mart ayının axırlarında, 5000 manatını isə 2020-ci ilin mart ayında atası İngilis Mehdiyə yaşadıqları evin qarşısında onun yanında vermişdir. 5000 manat pulu verərkən Mehdi yanma “Qazel” markalı avtomobil ilə gəlmişdir. Həmin avtomobili bir nəfər 40-45 yaşlarında arıq bədən quruluşlu kişi cinsli şəxs idarə etmişdir. Lakin həmin şəxs avtomobildə olmuş, düşüb onların yanma gəlməmişdir. Həmin şəxsi də tanımamışdır. Yerdə qalan 3000 manatı isə atası İngilis 2 dəfəyə təklikdə Mehdiyə yaşadıqları evin qarşısında vermiş, həmin vaxt o onların yanında olmamış, həmin pulu da 2020-ci ilin aprel-may aylarında vermişdir. Cinayət işinin 22-23-cü vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinin 58-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin 30-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 62-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsə dəymiş olan ziyanı ödədiyini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək dəymiş ziyanı tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 3000 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini və bununla əlaqədar cinayət işinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən vurulmuş 12000 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 3000 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. 29 aprel 2025-ci il tarixədək vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 60 (altmış), həmin tarixdən sonrakı dövrdə məhkəmədə iştirak etdiyi 4 saata görə 44 (qırx dörd) manat, ümumilikdə 104 (yüz dörd) manat Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə ümumilikdə 104 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-269/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-269/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver