Məhkəmə qərarları › İş №1(060)-27/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-27/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-27/2022 21.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2 İlqar oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 11/22 A, mənzil 1-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о özgənin əmlakını talama məqsədilə 15 aprel 2021-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Beton zavod ərazisində Sumqayıt şəhər Bələdiyyəsinə aid köhnə tikilinin quruluğunun altında açıq sahədə saxladığı “Kuba X Boss” markalı mapedi gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 1800 (bir min səkkiz yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1ində ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. O, yaşadığı evin təxminən 100 metrliyində yerləşən Sumqayıt şəhər Bələdiyyəsinə aid köhnə tikilinin quruluğunun altında bir nəfər tanımadığı şəxsin hər axşam saat 01:00 radələrində idarə etdiyi qırmızı rəngli mopedi saxladığını və çıxıb getdiyini bildiyini qeyd etmişdir. Belə ki, o, axşamlar evdə saxladığı iti həmin ərazidə gəzdirərkən mopedin orada olduğunu görmüşdür. Maddi vəziyyəti yaxşı olmadığı üçün həmin mopedi oğurlayıb satmaq qərarına gəlmişdir. 15 aprel 2021-ci il tarixdə saat 04:00 radələrində evdən çıxaraq evinin yaxınlığında olan Sumqayıt şəhər Bələdiyyəsinə aid köhnə tikili tərəfə getmişdir. Mopedin həmişəki vəziyyətdə həmin yerdə olduğunu görmüşdür. Ətrafa göz gəzdirərək heç kimin olmadığına əmin olduqdan sonra mopedi çiyninə qoyaraq piyada Sumqayıt şəhəri Alüminium zavod deyilən əraziyə getmiş və orada yarımçıq tikilidə həmin mopedi gizlətmişdir. O, bundan sonra evə qayıtmış və səhəri gün Sumqayıt şəhəri Əşya bazarı deyilən ərazidəki profaktoriyalara yaxınlaşaraq moped satdığını bildirmişdir. Adını sonradan bildiyi Murad adlı çilingərə yaxınlaşmış və ona da moped satdığını demişdir. Murad ondan mopedin markasını soruşduqda o, mopedin benzin tökülən hissəsində “Kuba X Boss” sözləri yazıldığını demişdir. O, mobil telefonunda internetə girərək həmin adda mopedlərin şəklini Murada göstərmiş və həmin mopeddən olduğunu demişdir. O, Murada pula ehtiyacı olduğu üçün mopedi 1000 (bir min) manata satdığını bildirmişdir. Lakin Murad həmin mopedə 450 (dörd yüz əlli) manat pul verə biləcəyini demişdir. O, Muraddan harada yaşadığını soruşduqda Murad Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində “Esmira” şadlıq evinin yaxınlığında qaldığını demişdir. O, mopedi Muradın sexinə gətirməkdən qorxduğu üçün Muradın mobil nömrəsini almış və həmin ərazidə guya qohumumun yaşadığını, mopedin onlarda olduğunu və elə axşam saatlarında ona zəng edərək mopedi “Esmira” şadlıq evi tərəfə gətirəcəyini demişdir. Təxminən saat 19:00 radələrində o, Muradın mobil nömrəsinə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək mopedi yaşadığı yerə yaxın əraziyə gətirəcəyini bidirmişdir. O, mopedi saxladığı yerdən götürüb piyada təxminən 500 metr gəlmiş və “Esmira” şadlıq evinə çatmamış yanacaq doldurma məntəqəsinin yanında dayanmışdır. Murada zəng edərək gəlməsini demişdir. Təxminən 20 dəqiqə sonra Murad həmin yerə gəlmiş və mapedə baxdıqdan sonra 450 (dörd yüz əlli) manata alacağını demiş və o, həmin şəxlə razılaşmışdır. Murad ona həmin vaxt 450 (dörd yüz əlli) manat pul vermiş və o, oradan çıxıb getmişdir. Həmin puldan 100 (bir yüz) manatı xx.xx.2021-ci il tarixdə kirayə qaldığı evin sahibi Könül adlı şəxsə vermişdir. 20 aprel 2021-ci il tarixdə 250 (iki yüz əlli) manat pulu Bərdə rayonunda anasıgildə olan həyat yoldaşı Şəlaləyə göndərmişdir. Qalan 100 (bir yüz) manat pulu şəxsi tələbatı üçün xərcləmişdir. 05 may 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis əməkdaşlarının yaşadığı mənzilə gələrək onu axtardıqlarını eşitmiş və buna görə 06 may 2021-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmişdir. Həmin Bölmədə ona oğurladığı mopedi və mopedi satdığı Muradı təqdim etmişlər və ondan həmin mopedi oğurladığını soruşduqda o, həmin mopedi oğurladığını və xx.xx.2021-ci il tarixdə Murada 450 (dörd yüz əlli) manata satdığını demişdir. Eləcə də, o, ifadəsində oğurluq hadisəsini törədərkən onu heç kimin görmədiyini, oğurluğu tək törətdiyini, mopedi satan zaman Murada mopedin özünə məxsus olduğunu və mopedin açarın itirdiyini bildirdiyini və Muradın mopedden anlayışı olduğu üçün rolun ortasında olan simləri birləşdirərək mopedi işə saldığını göstərmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə “Sezam” şirkətinə məxsus “Kuba X Boss” markalı, qırmızı rəngli mopedi dostu X1 adına ilkin ödəniş 440 (dörd yüz qırx) manat olmaqla, 10 aylıq 175 (bir yüz yetmiş beş) manat ödəmək şərti ilə 2500 (iki min beş yüz) manata almışdır. İşsiz olduğundan mopedi öz adına götürə bilməmişdir. Buna görə də, dostu Turaldan kreditini onun ödəməyi şərti ilə mopedi öz adına almasını xahiş etmişdir. Mopedi almaqda məqsədi kuriyerlik edərək pul qazanmaq olmuşdur. İlk olaraq Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisindəki “Araz” marketin yaxınlığında yerləşən “Ceqi” dönərxanasında, daha sonra Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Niyam Səlami” restaranında kuriyer kimi fəaliyyət göstərmişdir. İşdən gəldikdən sonra mopedi yaşadığı evdən 20-30 metr aralıda yerləşən Beton zavod ərazisində, Sumqayıt şəhər Bələdiyyəsinə aid köhnə tikilinin içərisində saxlamışdır. Belə ki, həmin yerin giriş-cıxış qapısı yoxdur və orada insanların hərərkəti sərbəstdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində işdən çıxmış və şəxsi işi ilə bağlı Bakı şəhərinə getmiş və xx.xx.2021-ci il saat 02:00 radələrində evə qayıtmışdır. İlk öncə mopedini hər zaman saxladığı yerdə rolunu kilidə salaraq saxlamışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 09:10 radələrində iş getmək üçün mopedi saxladığı yerə getmişdir. Lakin həmin yerə çatdıqda mopedin saxladığı yerdə olmadığını görmüş və mopedin oğurlandığını başa düşmüşdür. Bir-iki saat mopedini axtarsa da, bir nəticə əldə bilmədikdən sonra DİN-nin 102 xidmət mərkəzi zəng sisteminə müraciət edib ona məxsus mopedin oğurlanması barədə məlumat vermişdir. Daha sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. Eləcə də, o, ifadəsində mopedi oğurlayan Təqsirləndirilən şəxs tanımadığını, mopedini oğurlayan şəxsin Təqsirləndirilən şəxs olmasını və mopedin tapılmasını ona Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis əməkdaşları tərəfindən məlumat verildiyini göstərmişdir. Maped ona qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Sumqayıt şəhəri, Əşya bazarı deyilən yerdə profaktoriyada Şahid2 ilə birlikdə maşın ustası işləmişdir. Bir gün axşam 20-21 radələrində onun yanına gələrək onda çoped olduğunu, rulunda qırıq olduğu üçün mopedə baxmasını ona demişdir. Səhəri gün Şamxal ona zəng edib harda olduğunu soruşaraq mopedi gətirmək istədiyini bildirmişdir. Şamxal özünə məxsus “Opel” markalı avtomobili ilə mopedi gətirmiş, onların həyətində heç kim olmadığına görə mopedi yeznəsi Dahad Rüstəmovun yaşadığı evə aparmışdır. Servisdə mopedə baxmağa icazə vermədikləri üçün mopedə həyətdə baxmalı olduğunu bildirdi. Lakin vaxtı olmadığından mopedə baxa bilməmişdir. Şamxalın ona 200 (iki yüz) manat borcu olmuş və bildirmişdir ki, mopedi 600 (altı yüz) manata satır. O da mopedi almaq istədiyini Şamxala bildirmişdir. Ondan mopedin sənədlərinin olduğunu soruşmuş, o da bu mopedlərin sənədlərinin olmadığını bildirmişdir. Lakin 02 (iki) gün sonra ona Sumqayıt ŞPİ-nin 4-cü PB-dən zəng gələrək mopedin onda olub-olmamasını soruşmuşlar. O da mopedin onda olduğunu polis əməkdaşlarına bildirmiş, polis əməkdaşları Bəxtiyarla həyətə gələrək mopedi aparmışlar. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur və onlarla birlikdə yaşayır. O, işdən evə gələndə həmişə mapedi küçədə görmüş, lakin kimin olduğunu bilməmişdir. Mopedi oğurlamamış və onun satılması ilə heç bir əlaqəsi olmamışdır. O, avtomobillərin mühərrik ustası işlədiyini və Muradın da onun iş yoldaşı olduğunu bildirdi. Bir gün Murad ondan avtomobilini istəmiş, o da avtomobili Murada vermişdir. Gecə saat 03:00 radələrində mobil telefonuna mesaj gələrək avtomobilinə 600 (altı yüz) manat manat cərimə gəlmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/3107 saylırəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd qara-qırmızı rəngli, “Kuba X-Boss” markalı mopedin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 1800.00 (bir min səkkiz yüz) manat müəyyən olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-506/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-506/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-27/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-si tərəfində verilmiş 127-16378- 1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və xx.xx.2022-ci il tarixli axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Sumqayıt ŞPİnin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan 3 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan qəbzdən görünür ki, “Kuba X-Boss” markalı maped Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsin təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs və əlavə şahid qismində dindirilmiiş Şahid2 ifadələrindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 15 aprel 2021-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Beton zavod ərazisində Sumqayıt şəhər Bələdiyyəsinə aid köhnə tikilinin quruluğunun altında açıq sahədə saxladığı “Kuba X Boss” markalı mapedi gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 1800 (bir min səkkiz yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində mopedi Təqsirləndirilən şəxs deyil Şahid2 aldığını və Şahid2 ona 200 (iki yüz) manat borcu olduğunu bildirmişdir. Məhkəmə Şahid1 ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun Şahid2 ilə aralarında pul mübahisəsi olduğundan ona qarşı qərəzli olaraq bu ifadəni vermişdir. Ona görə də, məhkəmə Şahid1 ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu və həbsdə olduğu 19 (on doqquz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) ay 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından azad edilməli, maddi sübut olan Kuba X-Boss” markalı maped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu və həbsdə olduğu 19 (on doqquz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) ay 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından azad edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 4 ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Maddi sübut olan “Kuba X-Boss” markalı maped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar