Məhkəmə qərarları › İş №1(060)-27/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-27/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-27/2024 02.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X7, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Qubadlı rayonu, Cibikli kəndində doğulmuş, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan, Sumqayıt şəhəri Yaşıl Dərə qəsəbəsi, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi fərdi yaşayış evində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 19 (on doqquz) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0.28 qram, 21.25 qram, 0,23 qram, 0,22 qram, 0,21 qram, 0,32 qram, 0,26 qram, 0,30, qram, 0,24 qram, 0,26 qram, 0,24 qram, 0,29 qram, 0,28 qram, 0,31 qram, 0,27 qram, 0,29 qram, 0.25 qram, 0.28 qram, 0,21 qram, ümumi təmiz çəkisi 25,99 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evinin həyətindəki it damında gizlətməklə saxlamış, 02 may 2023-cü il tarixdə, saat 13:07 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən "Türk Mətbəxi” restoranının qarşısında saxlanılmaqla Sumqayıt ŞPİ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara-qırmızı rəngli idman şalvarının sol ayağında, diz nahiyyəsində yerləşən cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0.28 qram, həmin tarixdə saat 16:10 radələrində yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən it damından 18 (on səkkiz) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 21.25 qram, 0,23 qram, 0,22 qram, 0.21 qram. 0,32 qram, 0,26 qram, 0,30, qram, 0,24 qram, 0,26 qram, 0,24 qram. 0,29 qram, 0,28 qram, 0,31 qram, 0.27 qram, 0,29 qram, 0,25 qram, 0,28 qram, 0,21 qram ümumi təmiz çəkisi 25.71 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı CM-nin 234.2-ci maddəsi ilə deyil, yalnız narkotik vasitənin istifadə edilməsində təqsirli bilərək qeyd etmişdir ki, 02 may 2023-cü il tarixdə təxminən saat 10-11 radələrində işlədiyi obyektin qarşısında mülki geyimli polis əməkdaşları onu saxlayaraq, zor tətbiq etməklə avtomobilə əyləşdirmiş, onu Sumqayıt şəhəri, 18-ci mkr ərazisinə aparıb, üzərini axtararaq mobil telefonunun harada olduğunu soruşmuş, o, cavabında telefonu iş yerində qoyduğunu bildirmişdir. O, həmin vaxt üzərində olan 01 büküm narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Ondan digər narkotik vasitələri harada saxladığı soruşulduqda o, polis əməkdaşlarına onda bundan başqa narkotik vasitənin olmadığını bildirdikdə, polis əməkdaşları ona yaşadığı evə baxacaqlarını demişlər. O, özünə arxayın olduğu üçün evinə baxış keçirilməsinə etiraz etməmiş, bu zaman orada olan 1 nəfər polis əməkdaşı əlində olan sellofan paketi onun cibinə salmağa çalışmış, həmin vaxt əli bağlı olmasına baxmayaraq polis əməkdaşına istədiyini etməsinə imkan verməmişdir. Tutuldan sonra yaşadığı ünvana gətirilmiş, onu avtomobildə 1 nəfər cavan polis əməkdaşı ilə saxlayaraq 3 nəfər polis əməkdaşı həyətinə daxil olmuş, həmin vaxt avtomobildə olarkən yoldaşının əlində paketlə haradansa gəldiyini evə daxil olduğunu görmüşdür. Polis əməkdaşları bir neçə dəqiqədən sonra evindən çıxaraq oradan narkotik tapdıqlarını ona bildirmiş, bundan sonra birlikdə Polis İdarəsinə getmişlər. Ona narahat olmamasını, narkotikin külli miqdar olmadığını, ona köməklik edəcəklərini bildirmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, onu saxlamaq üçün 4 nəfər polis əməkdaşı gəlmiş, saxlanılan zaman üzərində marixuana adlanan narkotik vasitə olmuş, həmin narkotik vasitəni bir nəfər tanışından pay almış, pulla almamışdır. Təxminən 15-17 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. O, polis əməkdaşlarına evindən tapdıqları narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, lakin polislər ondan hərşeyi boynuna götürməyi tələb etmiş, eyni zamanda onu ailəsi ilə təhdid etmişlər. Nəticədə o, polislərin dediklərini etmək məcburiyyətində qalmışdır. Onu təxminən saat 18 radələrində vəkillə birlikdə yenidən yaşadığı evə aparmışlar. Videoçəkilişlə evinə baxış keçirilən zaman 2 dəfə etiraz etdiyindən çəkiliş dayandırılmış və ona narahat olmamağı, köməklik etmək barədə vəd verilərək yenidən çəkiliş davam etdirilmişdir. Birinci dəfə saat 11:00-12:00 radələrində evinə aparılarkən videoçəkilişdən istifadə edilməmişdir. Həmin vaxt polislər evinə baxış keçirəndə həyat yoldaşı evdə olmuşdur. Qeyd edir ki, 2-ci dəfə evinə baxış keçiriləndə polis əməkdaşlarına qapını yoldaşı açmamışdır. Onu ilk dəfə evinə baxmaq üçün apardıqda telefonu üzərində olmamış, işlədiyi yerdə qalmışdır. Qeyd edir ki, saxlanıldığı zaman 3 nəfər polis əməkdaşı tərəfindən döyülmüşdür. Avtomobildə 2 nəfər polis əməkdaşı öndə, digər 2 nəfər isə arxada əyləşmiş, onu yumruqla vuraraq narkotik vasitəni harada saxladığını soruşduqda, cavabında o, heç yerdə narkotik vasitə gizlətmədiyini bildirmişdir. O, ƏN Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında müayinə edilən zaman xəsarətlər aldığı müəyyən edilmiş, prokuror bu barədə onun izahatını almış və baş vermiş hadisəni prokurora ətraflı olduğu kimi danışmışdır. Təcridxanada bildirmişdir ki, polis idarəsində və avtomobildə olarkən polislər tərəfindən döyülmüşdür. Lakin bu araşdırmanın nəticəsi barədə hər hansı məlumatı olmamışdır. Ona təzyiq edildiyinə görə ibtidai istintaq zamanı polislərin istədikləri formada izahat vermiş, o nə iş yerində, nə də evində narkotik vasitə saxlamamışdır. Saxlanılan zaman üzərindən aşkar olunan tərəzi ona məxsus olmuşdur, həmin tərəzidən itləri üçün yem alarkən istifadə etmişdir. Saxlanılan zaman üzərindən aşkar olunan 40 manat pul, saat qeydə alınmamış, həmçinin üzərindən aşkarlanan tərəzi ona qaytarılmamışdır. Verilmiş suallara əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən yaşadığı Sumqayıt şəhəri Yaşıldərə qəsəbəsində yerləşən evinə 2 dəfə aparılmış, 1-ci dəfə yaşadığı evə təxminən saat 11-12 radələrində, bundan təxminən 30 dəqiqə sonra onu Polis İdarəsinə qaytarmışlar. İdarə ilə evi arasında təxminən 15 dəqiqəlik yol vardır. Bundan sonra 2-ci dəfə isə evinə həmin gün təxminən saat 18 radələrində aparılmışdır. Onun həyətinin qapısı daima açıq olmuşdur. O, kimsəyə narkotik vasitə pay verməmiş, narkotikdən mütəmade istifadə etməmiş, ailəsinə bağlı insan olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, sonuncu ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək müdafiəçisinin iştirakı İlə vermiş olduğu ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 02 may 2023-cü il tarixdə, təxminən saat 13 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən «Türk Mətbəxi» restoranının qarşısında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. İdarədə ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər RVB-nun vəkili Günay Cəfərova təqdim olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, o, sol çiynindən asılmış vəziyyətdə olan qəhvəyi rəngli dəri çantanı çıxarıb masanın üzərinə qoyaraq həmin çantanın içərisində olan 1 ədəd mobil telefonu və 1 ədəd elektron tərəzini, daha sonra əynində olan qara-qırmızı rəngli idman şalvarının sol ayağında diz nahiyyədə olan ciblikdə saxlamış olduğu 1 ədəd ağ rəngli kağız bükümü təqdim etmiş, büküm açılan zaman içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan "marixuana"ya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Narkotik vasitə istifadəçisi olduğunu, həmin bükümdəki bitki kütləsinin narkotik vasitə olduğunu, saxlanılmazdan 15-20 gün əvvəl Sumqayıt şəhəri Yaşıldərə bağlar ərazisində Cabir adlı şəxsdən 200 manata aldığını, həmin narkotik vasitənin qalan qismini yaşadığı ünvanın həyətyanı sahəsində it yuvasında saxladığını, aşkar olunmuş elektron tərəzini isə məişətdə alış-veriş edən zaman istifadə etdiyini bildirmişdir. Polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Aşkar olunmuş “marixuana”ya bənzər bitki kütləsi tərəzidə çəkilmiş, çəkisinin 0,38 qram olduğu müəyyən edilmiş və qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra polis əməkdaşları ilə onun yaşadığı ünvana getmişlər. Videoçəkilişlə yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilərək həyətyanı sahədə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa, təqdim etməsi təklif edilmiş, o, həyətyanı sahədə olan it yuvasının dam örtüyünün altında saxlamış olduğu 1 ədəd ağ-göy rəngli sellofan torbanı təqdim etmiş, sellofan torba açılan zaman içərisində 17 ədəd ağ rəngli kağız bükümlərin və 1 ədəd şəffaf sellofan bükümün olduğu görülmüşdür. Bükümlər açıldıqda hər birinin içərisində yaşıl rəngli narkotik vasitə olan "marixuana”ya bənzər bitki kütlələrinin olduğu aşkar edilmiş, o, həmin narkotik vasitələri alarkən artıq bükümlərə ayrılmış olduğunu, istifadəsi üçün aldığını bildirmişdir. Marixuanaya bənzər həmin bitki kütlələri tərəzidə çəkildikdə bükümlərin ayrı-ayrılıqda çəkisinin 0.46 qram, 0,39 qram, 0,37 qram, 0,35 qram, 0,45 qram, 0,43 qram, 0.45 qram, 0.43 qram, 0.47 qram, 0.46 qram, 0,42 qram, 0,42 qram, 0.44 qram, 0,47 qram, 0,49 qram, 0,53 qram, 0,41 qram, həmin 17 ədəd kağız bükümlər birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 7.13 qram, 1 ədəd şəffaf sellofan bükümdəki yaşıl rəngli "manxuana'ya bənzər bitki kütləsi tərəzidə çəkildikdə isə həmin bükümün çəkisinin 22.56 qram olduğu müəyyən edilmişdir və həmin bitki kütlələri qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki qüvvə tətbiq olunmamış, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmamışdır. Məhkəmə iclasında ifadəsi elan oldunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən döyüldüyü üçün ibitdai istintaq zamanı yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir. Polis əməkdaşları ondan tələb etdiklərinə görə o, narkotik vasitəni saxlanılmamışdan 15-20 gün əvvəl Cabir adlı şəxsdən 200 manata aldığını bildirmiş, lakin qeyd edir ki, üzərindən aşkar olunan narkotik vasitəni saxlanılmazdan 1 gün əvvəl almışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları motosikletini söküb narkotik vasitəni içərisinə qoymaq istədikdə, polislərdən biri onlara kamera var etməyin dedikdən sonra öz hərəkətlərini dayandırmışlar. Davam edən məhkəmə proseslərində Təqsirləndirilən şəxs yaşadığı ünvanda pitbul cinsinə aid təlim keçmək üçün 3 it saxladığını, itlərin daima zəncirlə bağlı olduğunu, zəncirin təxmini uzunluğunun 3 metr olduğunu bildirmişdir. Eyni zamanda bildirmişdir ki, yaşadığı mənzilə baxış keçirilməzdən öncə polis əməkdaşları itləri it yuvasına salaraq qapısını bağlamışlar. Qeyd edir ki, qonşusu Əli adlı şəxs də onları həmin vaxt görmüşdür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-birilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə həmin məcəllənin 143 və 145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və ya digər tələbləri baxımından aşağıdaki ifadələri tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlərəndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Qeyd edir ki, 02 may 2023-cü il tarixdə Mətləbin narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Pİ-nin rəhbərliyinin müvafiq əmri ilə əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Türk mətbəxi" restoranının ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin tarixdə təxminən saat 13 radələrində Mətləbin həmin restoranın qarşısında olduğunu görmüşlər. Təqsirləndirilən şəxs bir neçə dəqiqə müşahidə etdikdən sonra sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş, həmin yerdə müvafiq sənədləşmənin aparılması mümkün olmadığından onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Mətləb etiraz etməyərək onlarla birlikdə Pİ-nə gəlmiş və üzərində narkotik vasitə olduğunu bildirmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl sonuncudan üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi təklif edilmişdir. Mətləb çiynindən asılmış dəri çantanı çıxarıb masanın üzərinə qoyaraq həmin çantanın içərisində olan 01 ədəd mobil telefonu və 1 ədəd elektron tərəzini, daha sonra əynində olan idman şalvarının ayağında, diz nahiyyədə olan ciblikdə saxlamış olduğu 01 ədəd kağız bükülünü çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Həmin bükülü açıldıqda içərisində yaşıl rəngli narkotik vasitə olan "marixuana“ya bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş bükümdəki bitki kütləsinin “nəşə” olduğunu, onu 15-20 gün əvvəl Sumqayıt şəhəri Yaşıl dərə bağlar ərazisində Cabir adlı şəxsdən 200 manata aldığını, həmin narkotik vasitənin qalan qismini yaşadığı ünvanın həyətyanı sahəsində it yuvasında saxladığını, üzərindən aşkar olunmuş elektron tərəzini isə alış-veriş edən zaman istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və imzalanmışdır. Bundan sonra həmin gün təxminən saat 16 radələrində Mətləbin yaşadığı Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi üçün getmiş, baxış zamanı Mətləbin yaşadığı evin həyətyanı sahəsində yerləşən it yuvasının dam örtüyünün altından 01 ədəd ağ-göy rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin sellofan torba açılan zaman içərisində 17 ədəd ağ rəngli kağız bükümlərin, 01 ədəd şəffaf sellofan bükümün və əlavə olaraq ağ rəngli kağız parçalarının olduğu müəyyən olunmuşdur. Bükümlər açıldıqda hər birinin içərisində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş "marixuana'-ya bənzər bitki kütlələrinin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və imzalanmışdır. Məhkəmə iclasında Şahid1 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, tədbir zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq edilməmiş, sonuncunun evinə yalnız 1 dəfə o, ünvanını bildirdikdən sonra getmişlər. Qeyd edir ki, təqsirləndirilən şəxsin dedikləri özünü müdafiə xarakteri daşıyır. Mətləbin evinə günortadan sonra getmişlər, narkotik vasitəni Mətləbin özü polis əməkdaşlarına təqdim etmişdir. Mətləb onlara narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmiş, onlarda Mətləbin narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı mötəbər sübut və dəlil olmamışdır. Şahid1 bildirmişdir ki, Mətləb həyətində 3 it saxlamışdır. Şahid1 ona ünvanlanmış suallara cavab olaraq Mətləbin evinə getdiklərini, sonra Mətləbin itin kənara çəkdiyini, bundan sonra it yuvasının damının altından ağ sellafonda olan bükümü götürərək təqdim etdiyini, itə yaxınlaşmağın qeyri-mümkün olduğunu, itin yekə olduğunu bildirmişdir. Mətləbin evinə daxil olanda onları kimin qarşıladığını xatırlamır, lakin evin qapısının paslı vəziyyətdə olduğunu xatırlayır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri X9, Şahid3 Şahid1la eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şərail Quliyev ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı təzyiq edilməmişdir. O, qeyd etmişdir ki, Mətləbi 02 may 2023-cü il tarixdə təxminən saat 13:00 radələrində saxlamış, sonuncu saxlanıldıqdan sonra birbaşa Pİ-nə aparılmışdır. Mətləb evində də narkotik vasitə saxladığını bildirdikdən sonra Sumqayıt şəhəri Yaşıldərə ərazisində yerləşən sonuncuya məxsus evə getmiş, həmin vaxt evdə Mətləbin yoldaşı da olmuşdur. Mətləbin evinə daxil olmamış, yalnız həyətyanı sahəyə daxil olmuşlar. Narkotik vasitəni it yuvasının dam örtüyünün altından damda vəhşi bir it olduğu üçün Mətləbin özü götürərək təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirdiklərinin yalan olduğunu, hadisənin özünün dediyi formada baş verdiyini, həmin gün istifadəsində 055 413 41 41 mobil nömrəsinin olduğunu bildirərək, həmin evə qara rəngli maşınla yalnız 1 dəfə getdiklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs evində narkotik vasitə olduğunu bildirdikdən sonra onun evinə getdiklərini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun sərbəst ifadə verdikdən sonra ona ünvanlanmış suala cavab olaraq Şahid3 bildirmişdir ki, Mətləb onlar tərəfindən saxlanıldıqdan dərhal sonra Mətləbin dediyi kimi, onlar Yaşıldərə bağlar massivinə Mətləbin yaşadığı ünvana getməmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 bildirdi ki, hadisə günü əri Mətləb işə getdikdə sonra alış-veriş etmək məqsədilə “Qayalı” marketə getmiş, marketdə olan zaman qaynı arvadı ona zəng edərək Mətləbin tutulması barədə ona məlumat vermişdir. O, evə qayıdarkən yaşadıqları evin qapısında tanımadığı şəxsləri görmüş, həmin şəxslərdən biri ondan bu evin onların olubolmadığını soruşmuş, o təsdiq etdikdən sonra evə baxacaqlarını bildirdikdə, heç bir etiraz etməmişdir. Ona bildirmişlər ki, Mətləb də burada, qara rəngli avtomobildədir. Daha sonra həmin şəxslər mənzilə daxil olub axtarış etmişlər. O, çölə çıxanda Mətləb və polisləri it yuvasının yanında görmüş, it yuvasının damından sellofana bükülmüş halda nəsə çıxarıldığının şahidi olmuşdur. Mətləbdən onun nə olduğu soruşulduqda Mətləb polislərə məlumatının olmadığını bildirmişdir. Bu zaman polislərdən biri “xanımı da götürün” dedikdə, Mətləb həmin vaxt əşyanın ona aid olduğunu demişdir. Məhkəmə iclasında Günay Əliyeva ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Mətləb xx.xx.2023-cü ilin may ayında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Mətləb polis əməkdaşları ilə həyətə daxil olmuş, o, evdən çölə çıxanda Mətləbi polis əməkdaşları ilə birlikdə evin arxasında itin yuvasının yanında görmüşdür. Daha sonra polislər Mətləblə birlikdə getmiş və sonradan saat 18:00 radələrində 2-ci dəfə evə gəlmişlər. Polislər getdikdən sonra it damının altını əli ilə yoxlamış, orada heç nə tapmamışdır. Guman edir ki, polislər həmin əşyanı da özləri ilə aparmışdır. Qeyd edir ki, 2ci dəfə evə gələndə polislər çəkiliş aparmağa başlamış, tapdıqlarını matorun yanında tərəzidə çəkmişlər. İtin yuvasından nə çıxardığını görməmiş, belə ki, həmin vaxt o, evin içərisində olmuşdur. Polislərdən biri ilk dəfə evə gələndə Mətləbə “boynuva al demişdim sənə, demişdim tapacam” demişdir. Məhkəmə iclasında Günay Əliyeva suallara cavab olaraq eyni zamanda bildirmişdir ki, polis əməkdaşları birinci dəfə həyətlərində “sellofan” paketi it damının yanında əllərində tutarkən görmüş, lakin həmin sellofan paketin məhz haradan çıxarıldığını görməmişdir. Polis əməkdaşlarından 2 nəfər mülki geyimli şəxs onunla birlikdə evə daxil olmuş, ilk olaraq həyətdə yerləşən sexə, daha sonra mənzilə onun iştirakı ilə baxış keçirilmişdir. Evdə yataq otağından başqa hər yeri 2 nəfər polis əməkdaşı axtarmışdır. O, evdən çıxanda Mətləbi evin arxasında görmüş, həmin vaxt Mətləbin yanında polislər olmuş, Mətləbin əlləri bağlı vəziyətdə olmuşdur. Qeyd edir ki, ilk dəfə gələndə polis əməkdaşları mənzilə daxil olub baxsalar da, 2-ci dəfə gələndə mənzilin içərisinə baxmamışlar. 2-ci dəfə gələndə o, artıq evdə olmuş, həmin vaxt çəkiliş aparmağa başlamışlar. Şahid Günay Əliyeva onu da bildirmişdir ki, polis əməkdaşları onlara birinci dəfə təxminən 11:00-12:00 radələrində gəlmişlər. O, artıq Mətləbin tutulduğunu bildiyindən güman etmişdir ki, polislər məhz bu səbəbdən gəlmişlər. Polislər ona evə baxış keçirməli olduqlarını bildirib, evin içərisinə keçib axtarış etmiş, sonra evdən çıxıb evin arxa hissəsinə keçmişlər. Evdə 1 dənə it damı olmuş, həmin gün evdə 2 it olmuş və hər ikisi bağlı vəziyyətdə olmuşdur. O, özü də evin arxasına keçdikdə arxa tərəfə 4-5 nəfər və Mətləbin özünü də görmüşdür. O, Mətləbi və polisləri it yuvasının yanında görmüşdür. Qeyd edir ki, həmin vaxt tanımadığı şəxsin əlində ağ rəngli “sellofan” görmüş, şəxslərdən biri həmin sellofanı Mətləbə göstərərək nə olduğunu soruşmuş, Mətləb “məlumatım yoxdur, bilmirəm” deyə cavab vermişdir. Bundan sonra ondan da həmin sellofan barədə soruşduqda, o da cavabında görmədiyini bildirmişdir. Bu zaman polislərdən biri “bu xanımı da sənədləşdirəcəyik” dedikdə, Mətləb həmin sellofanın ona aid olduğunu demişdir. Həmin vaxt çəkiliş aparılmadan Mətləbi götürüb aparmışlar. Axşam saatlarında polis əməkdaşları və bir xanım yaşadıqları evə yenidən gəlmiş, həyətə daxil olduqdan sonra Mətləbi sorğu sual etməyə, əllərində olan sellofanı matorun üzərinə qoyub çəkilişə başlamışlar. Su matorunun üzərinə qoyduqları əşyanın haradan çıxarılmasından məlumatı yoxdur. Qeyd edir ki, ilk və sonradan evə gələn polis əməkdaşları eyni şəxs olmuşlar. O, Mətləbin narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, o, evində olarkən həyat yoldaşı X10 zəng edərək ona qaynı Mətləbin tutulduğunu bildirmiş, bu barədə ərinə haradan məlumat aldğını soruşduqda Ceyhun müştəriyə dönər verib qayıdan zaman müdirin ona qardaşının tutulduğunu söylədiyini bildirmişdir. Ceyhun bu barədə anasının xəstə olduğundan xəbər verməməsini, lakin Günaya deməsini söyləmişdir. O, Günaya zəng edərək Mətləbin tutulduğunu, hazırda harada olduğunu soruşmuş, Günay isə cavabında evdə olmadığını, uşaqlarla birlikdə marketə getdiyini bildirmişdir. Günay onunla danışa-danışa bağa (evlərinə) tərəf getmiş, qapılarında maşınların olduğunu ona bildirmişdir. Həmin vaxt saat təxminən 11-12 radələri olmuşdur. Günay ona telefondan həyətlərində qara maşın olduğunu, həyətə girəndə onlarla üzbəüz gəldiyini bildirmişdir. Günay polis əməkdaşlarının evlərini daxil olmaq istədiklərini, o da icazə verdiyini, hər yeri axtardılarını ona bildirmişdir. Məhkəmə iclasında Şahid7 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əri ona zəng edəndə o, evdə olmuşdur. Günaya öz nömrəsindən zəng etmişdir. Günay ona həmin şəxslərin 3-4 nəfər olduğunu bildirmişdir. Bundan sonra Günay onunla danışanda Mətləbin axşam da həmin şəxslərlə birlikdə evə gətirildiyini, gələn şəxslərin polis olduğunu, yanlarında bir nəfər xanımın da olduğunu bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, o, 02 may 2023-cü il tarixdə, axşam saat 18:30-19:00 radələrində işdən gələndə Mətləbin evinin qarşısında 3 ədəd maşın görmüşdür. O, həyətə keçəndə Mətləbin polislərlə birlikdə olduğunu, həyətdə çəkiliş apardıqlarını görmüşdür. Məhkəmə iclasında Şahid5 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Mətləbin yanında həm mülki geyimdə xanım, həm də polis əməkdaşlarını görmüş, həmin şəxslərin nə səbəbə gəlmələrindən məlumatı olmamış, lakin növbəti gün Mətləbin yoldaşı onun yoldaşına Mətləbin tutulduğunu demişdir. Qeyd edir ki, Sumqayıt Kimya Sənayə Parkında işləyir, işləri səhər 09:00-da başlayır, axşam saat 18:00-da bitir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 09:00-da işdə olmuş, 18:00-da işdən çıxmışdır. İşdən evə 8 nömrəli marşrut avtobus ilə gəldikdə 40 dəqiqəyə, iş yoldaşının avtomobili ilə gələndə isə 15 dəqiqəyə çatır. Həmin gün xatırladığı qədər işdən tez çıxmaq üçün rəhbərlikdən icazə almamışdır. Onun evinin qarşısında Mətləbin evi yerləşir, evindən Mətləbin evinin həyətinin bir hissəsini görür, lakin it damını görə bilmir, ona görə ki, həmin hissədə divar vardır. Evinin qapısının qarşısı hündür olduğundan, Mətləbin evinin bir hissəsi oradan tam olaraq görünmüşdür. Həmin gün evə gələndə Mətləbin həyətində polisləri görmüşdür. Lakin səhər vaxtı Mətləbin evinə kimin gəlib getdiyini görməmiş, belə ki, həmin vaxt işdə olmuşdur. Bildirir ki, xx.xx.2023-cü il tarixdə saat axşam 7-nin yarısı, 7-ə qalmış evdə olmuşdur. O, evinə daxil olmazdan əvvəl Mətləbin evində polis əməkdaşları və mülki geyimli xanım olduğunu görmüşdür. Mətləbin evinə gələn şəxslər o, evə çatdıqdan təxminən yarım saat sonra Mətləbin həmin şəxslərin maşınlarına oturub getdiyini görmüşdür. O, hər dəfə iş yerinə daxil olarkən və çıxarkən cədvələ imza atdığını, lakin cədvələ imza atmadığı halın olmadığını bildirir. STP-nin “X5 Agentliyi” publik hüquqi şəxsində çalışdığını bildirir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 03 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İ, i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:07 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İİ,i.v. 19); 04 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild İ, i.v. 53-54). “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 04 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (cild İ, i.v. 63-65); Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 may 2023-cü il tarixdən hesablanmışdır.(cild İ, i.v.80-82). “Şəxsi axtarışın keçirilməsi barədə” 02 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başianmazdan əvvəl ona hüquq vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X8 təqdim olundu, dana sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxsэ üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgəк vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs sol çiynindən asılmış vəziyyətdə olan, qəhvəyi rəngli dəri çantanı çıxarıb masanın üzərinə qoyaraq həmin çantanın içərisində olan 1 ədəd mobil telefonu və 1 ədəd elektron tərəzini daha sonra əynində olan qara-qırmızı rəngli idman şalvarının sol ayağında diz nahiyyədə olan ciblikdə saxlamış olduğu 1 ədəd ağ rəngli kağız bükümü təqdim etdi. Həmin büküm açılan zaman bükümün içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan "marixuana”ya bənzər bitki kütləsinin olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq, narkotik vasitə aludəçisi olduğunu üzərindən aşkar edilmiş bükümdəki bitki kütləsinin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 15-20 gün əvvəl Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi ərazisində Cabir adlı şəxsdən 200 manata aldığını, həmin narkotik vasitənin qalan qismini yaşadığı ünvanın həyətyanı sahəsində it yuvasında saxladığını, üzərindən aşkar olunmuş elektron tərəzini isə məişətdə alış-veriş edən zaman istifadə etdiyini bildirdi. Təqsirləndirilən şəxs hazırda yaşadığı ünvanda da narkotik vasitə saxladığını, polis əməkdaşlarının onun yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdəki yaşıl rəngli narkotik vasitə olan “marixuana”ya bənzər kütləsi tərəzidə çəkildi, çəkisinin 0,38 qram olduğu müəyyən edildi və həmin bitki kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-ə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş çanta əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarıldı, mobil telefon və elektron tərəzi götürüldü. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdə istifadə olundu və video çəkilişin müddəti saat 14:35-dan, 14:44-dək davam etdi.( cild İ, i.v 27-28). “Baxış keçirilməsi və götürülməsi barədə” 02 may 2023-cü il tarixli protokoldan görünür ki, zərurət yarandığı üçün Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmiş, ünvanda inspektor kriminalist rəqəmsal tipli kameranı işə saldı, Təqsirləndirilən şəxs özü yaşadığı ünvanın qapısını açdı. Həmin ünvan təxminən 4 sot torpaq sahəsindən təşkil olunmuş, həyətyanı sahəyə daxil olan kimi sağ tərəfdə ev quşları, sağ tərəfdə 1 mərtəbəli fərdi yaşayış evinin inşa olunduğu görüldü. Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilərək sonuncuya həmin ünvanda hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində olan it yuvasının dam örtüyünün altında saxlamış olduğu 1 ədəd ağ-göy rəngli sellofan paketi təqdim etdi. Həmin paket açıldıqda içərisində 17 ədəd ağ rəngli kağız bükümlərin və 1 ədəd şəffaf sellofan ağ-göy rəngli sellofan paketi təqdim etdi. Həmin sellofan paket açılan zaman sellofan paketin içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə əlan marixuana”ya bənzər bitki kütlələrinin olduğu aşkar edildi. Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq, narkotik vasitə istifadəçisi olduğunu aşkar edilmiş bükümdəki bitki kütləsinin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 15-20 gün əvvəl Sumqayıt şəhəri Yaşıldərə bağlar ərazisində Cabir adlı şəxsdən 200 manata aldığını, həmin narkotik vasitələri alan zaman bükümlərə ayrıldığı, narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını, satış məqsədi ilə narkotik vasitə əldə etmədiyini bildirdi. Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsindən aşkar olunmuş həmin bükümlərdəki bitki kütlələri tərəzidə çəkildi, bükümlərin hər birinin çəkisinin 0,46 qram, 0,39 qram, 0,37 qram, 0,35 qram, 0,45 qram, 0,43 qram, 0,45 qram, 0,43 qram, 0,47 qram, 0,46 qram, 0,42 qram, 0,42 qram. 0,44 qram, 0,47 qram, 0,49 qram. 0,53 qram, 0,41 qram həmin 17 ədəd kağız bükümlər birlikdə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 7,13 qram, 1 ədəd şəffaf sellofan bükümdəki yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana’ya bənzər bitki kütləsi tərəzidə çəkildikdə həmin bükümün çəkisinin 22,56 qram olduğu müəyyən edildi və həmin bitki kütlələr ƏN-nin MEM-nə göndərilməsi üçün qablaşdırılaraq DİN-nin 124 saylı möhürülə möhürləndi. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman video çəkilişdən istifadə olundu və video çəkilişin müddəti saat 16:10-dan 16:26-dək davam etdi (cild İ, i.v. 31-32) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/638 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükülüdə təmiz çəkisi 0.28 qram, bir ədəd sellofan bükülüdə təmiz çəkisi 21.25 qram və 17 (on yeddi) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,23 qram, 0,22 qram, 0.21 qram. 0,32 qram. 0.26 qram. 0.30 qram, 0.24 qram, 0,26 qram, 0,24 qram, 0,29 qram, 0,28 qram, 0.31 qram, 0.27 qram, 0.29 qram, 0,25 qram, 0,28 qram, 0,21 qram, ümumi çəkisi 4,46 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və ümumi çəkisi 25,99 qramdır. (cild İ, i.v. 41-45) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4162 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i.v.108-109). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 04 ay 13 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdi. (cild İ, i.v. 100-101, 111-117) 01 iyul 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A30” markalı mobil telefina baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil və ya video görüntü aşkar edilməmişdir. (cild İ, i.v. 104) Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2013-cü il təvəllüdlü Ümid Əliyev və xx.xx.2015-ci il təvəllüdlü Aylin Əliyeva adlı övladları var. AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 20-12/25 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı o, zədə aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı sağ kürəküstü nahiyyədə qırmızımtıl qançır, sağ almacıq üstü nahiyyədə qırmızımtıl rəngli qançır, sağ göz ətrafı nahiyyəsində qırmızımtıl-bənövşəyi rəngli qançır izi aşkar edilmişdir. AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının rəisi Sumqayıt şəhər prokurorluğuna xüsusi məlumat ünvanlayaraq Təqsirləndirilən şəxs müayinə zamanı üzərindən aşkar edilmiş xəsarətin həbs olunan zaman aldığını bildirərək qeyd olunan xüsusatların araşdırılmasını xahiş edilmiş, 01 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs qarşı qeyriinsani rəftara, təsir və təzyiqlərə, fiziki zorakılığa yol verilməsi barədə müraciət əsasında toplanmış materil üzrə cinayət işinin başlanması rədd edilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məhkəməyə göndərdiyi cavab məktubunda “Yaşıl dərə” bağları massivinın Sumqayıt şəhərininin hüdudları daxilində hər hansı mikrorayon ərazisində yerləşmədiyini, eyni zamanda “Yaşıl dərə” bağlar massivi “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi adlandırılmış ərazi olduğu qeyd olunmuşdur. AR İqtisadiyyat Nazirliyi İqtisadi X3 07 may 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Şahid5 xx.xx.2023-cü il tarixində saat 08:23-də iş yeri olan Sumqayıt Kimya Sənaye Parkının ərazisinə daxil olmuş və saat 17:59-da iş yerini tərk etmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə bioloji ekspertizasının 6/638 nömrəli xx.xx.2023-cü il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4162 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə ilkin təmiz çəkisi 25.99 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 25.61 qram olan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır ( cild İ, i.v.118-127); Məhkəmə yuxarıda təsvir edilən ifadələrin və digər sübutların mötəbərliyi üzrə qiymətləndirilməsindən öncə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.2 maddələrinin tələblərinə əsasən məhkəməninin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər cinayət prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdaki sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan sübut kimi qəbu etmir və hesab edir ki, həmin subutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən döyülməsi və işgəncə verilməsi nəticəsində özünə qarşı ifadə verməsinin həqiqət olması ehtimalları aşağıdaki sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə qanunu tələbini rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla, öz daxili inamına görə sübutları qiymətləndirməklə Təqsirləndirilən şəxs hazırki ittiham üzrə təqsirsiz olması qənaətinə gəlir və bu səbəbdən ibtidai istintaq orqanının ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində 02 may 2023-cü il tarixdə, təxminən saat 10-11 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılarkən üzərindən şəxsi istifadəsi üçün xeyli miqdardan artıq olmayan miqdarda narkotik vasitə marixuana aşkar edildiyini, bundan sonra ondan başqa narkotik vasitələri harada saxladığı soruşulduqda polis əməkdaşlarına cavabında onda başqa narkotik vasitənin olmadığını, özünə əmin olduğu üçün yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, bu zaman tədbirdə iştirak edən polis əməkdaşlarından biri əlində olan sellofan paketi onun cibinə qoymağa çalışmış, həmin vaxt hətta əli bağlı olmasına baxmayaraq polislərin istədiklərini etməsinə imkan verməmişdir. Həmin gün saat təxminən 11-12 radələrində polis əməkdaşları onu yaşadığı Yaşıl dərə bağlar massivində yerləşən evinə gətirmiş, onu gəldikləri 1 nəfər polis əməkdaşı ilə avtomobildə saxlamış, digər 3 nəfər polis əməkdaşı həyətə daxil olmuş, bir müddətdən sonra çıxaraq ona evdən narkotik maddə tapdıqlarını bildirərək, onu döyüb sənədləri imzalatdıqlarını, təxminən saat 18 radələrində vəkillə birlikdə yenidən yaşadığı evə aparıldığını qeyd etmişdir. Polis əməkdaşlarına evindən tapdıqları narkotik vasitənin ona məxsus olmadığını bildirdikdə, sonuncular ondan hərşeyi boynuna götürməyi tələb etmiş, eyni zamanda ailəsi ilə təhdid etmişlər. O, ƏN PX-in 3 saylı İstintaq Təcridxanasında müayinə edilən zaman Pİ-də və avtomobildə döyüldüyünü bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında polis əməkdaşları tərəfindən döyüldüyünü, bu zaman xəsarət aldığını bildirmiş və bu fakt məhkəmə iclasında tədqiq edilərək araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 20-12/25 saylı sorğuya cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı o, zədə aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı sağ kürəküstü nahiyyədə qırmızımtıl qançır, sağ almacıq üstü nahiyyədə qırmızımtıl rəngli qançır, sağ göz ətrafı nahiyyəsində qırmızımtıl-bənövşəyi rəngli qançır izi aşkar edilmişdir. Göstərilən faktın araşdırılması məqsədilə 3 saylı İstintaq Təcridxanasının rəisi Sumqayıt şəhər prokurorluğuna xüsusi məlumat ünvanlayaraq Təqsirləndirilən şəxs müayinə vaxtı bədəni üzərində aşkar edilmiş xəsarətlərin tutulduğu vaxt polislər tərəfindən döyülməsi nəticəsində aldığını bildirdiyini nəzərə alaraq həmin xüsusatların araşdırılmasını xahiş etmişdir. Araşdırma nəticəsində Sumqayıt şəhər prokurorunun köməkçisi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 iyun 2023-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, həmin araşdırma tədbirdə iştirak edən bütün şəxslər dindirilmədən, səthi və formal olaraq aparılmış, nəticədə sözügedən qərar qəbul edilmişdir. Buna baxmayaraq araşdırma zamanı Sumqayıt ŞPİ-nin X2 əməkdaşları Şahid1 və Şərail Quliyev verdikləri izahatlarında həqiqətən də Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində fəaliyyət göstərən “Türk mətbəxi” kafesinin qarşısında yaxalayıb ŞPİ-nə gətirdikləri vaxt sonuncunun sifət nahiyəsində gözlə görünən qançır xəsarətlərinin olmasını müşahidə etdiklərini bir daha təsdiq etmişlər. Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar eyni zamanda “Məhkumun tibbi kitançasında”-da öz əksini tapmışdır ki, məhkəmənin sorğusu nəticəsində əldə edilmiş həmin sənədə baxış zamanı sonuncunun sağ kürəküstü nahiyyəsində qırmızımtıl qançırın, sağ almacıq üstü nahiyyədə qırmızımtıl qançırın, sağ gözaltı nahiyyədə qırmızımtılbənövşəyi rəngli qançırın aşkar edildiyi müəyyən edilmişdir. Bundan başqa “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 iyun 2023-cü il tarixli qərarın təsviri hissəsində istinad edilmiş Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 32T/S saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tibb məntəqəsində müayinə olunan zaman onun bədən səthində sağ kürəküstü, sağ almacıq və sağ gözaltı nahiyyələrinin qançırları xəsarətləri aşkar olunmuşdur, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, 05 may 2023-cü il tarixdə tibb məntəqəsində müayinəsindən 2-3 gün əvvəl olmaqla 02 may 2023-cü tarixdə əmələ gəlməyə uyğundur və sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Göründüyü kimi prokurorluqda aparılan araşdırma zamanı şahidlər Şahid1 və Şərail Quliyev təqsirləndirilən şəxsin bədəni üzərində qeyd edilən gözlə görünən xəsarətlərin olduğunu müşahidə etdikləri bildirsələr də, nədənsə təhqiqatçı müvafiq istintaq hərəkətləri apararkən bunları görməmiş və ya görməzdən gələrək əhəmiyyət verməmiş, xəsarətlərin nədən və haradan haradan yaranmasını müəyyən etməmiş və ya hər hansı tədbir görməmişdir. Məhkəmə bu halla bağlı bir məsələni də vurğulayır ki, Sumqayıt şəhər prokuroluğunda xüsusi məlumat əsasında müvafiq araşdırma aparılanadək tədbirdə iştirak edən əməliyyatçılar təqsirləndirilən şəxsin bədəni üzərində gördükləri gözlə görünən qançır xəsarətlərinin olması barədə müvafiq istintaq hərəkətləri həyata keçirilərkən, nə də bundan sonra bir dəfə də olsun nə təhqiqatçıya, nə də müstəntiqə bildirməmişlər. Məhkəmə vurğulayır ki, zorakılıq, işgəncə və qəddar, qeyri-insani hərəkətlərin tətbiq edilməsi yolu ilə əldə edilmiş məlumatların, sənədlərin və əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmədiyi kimi məhz hədə-qorxu yolu ilə əldə edilmiş məlumatların da CPM-nin 125.2-ci maddəsi ilə sübut qismində qəbul edilməsinin yol verilməzliyi təsbit edilmişdir Məhkəmə bununla bağlı qeyd edir ki, həm Təqsirləndirilən şəxs həm də onun arvadı Günay Əliyevanın məhkəmə iclasında 02 may 2023-cü il tarixdə ilk dəfə mənzilə baxış keçirilən zaman polislərdən biri “xanımı da götürün” dedikdə, Mətləb bu zaman əşyanın ona aid olduğunu dediyini bildirmişdir. Göründüyü kimi şahid Günay Əliyevanın da qeyd etdiyi kimi, polis əməkdaşının “xanımı da götürün” deməsi ilə Təqsirləndirilən şəxs hədə qorxu gəlmiş nəticədə polis əməkdaşlarının dediklərini edə biləcəklərindən qorxaraq ailəsini mühafizə etmək məqsədilə həmin əməlin törədilməsini öz boynuna götürmüşdür. Məhkəmə araşdırmasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülməsi, ona işgəncə verilməsi, hətta ona hədə-qorxu gəlmələri öz təsdiqini tapmış, nəticədə sonuncu polis əməkdaşlarının təsiri və təzyiqi altında özüözünə qarşı ifadələr vermişdir. Belə ki, məhkəmə araşdırması zamanı ona ibtidai istintaq zamanı nədən etirafedici izahat və ifadə verdiniz, barənizdə həbs qətimkan tədbiri seçilən zaman hansı səbəbə bu barədə hakimə məlumat verməmisiniz sualına Təqsirləndirilən şəxs “qorxdum ki, məni tutulduğum zaman döyüldüyüm kimi yenidən döyərlər bu səbəbdən heç kimə bir söz demədim” deyə cavab vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, digər sübutlar əldə edilmədən, hər hansı əsaslandırma aparılmadan, araşdırma aparmış prokuror əldə etdiyi ekspert rəyini yalnız təsvir etməklə kifayətlənmiş, ekspert rəyinə və Təqsirləndirilən şəxs xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə isə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə göstərilənlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Polis İdarəsinə aparılan zaman tam sağlam olmuş, lakin 3 saylı İstintaq Təcridxanasına daxil olarkən onda aşkar edilən xəsarətlər məhz 02 may 2023-cü il tarixdə Sumqayıt ŞPİ-də alması araşdırma zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materillarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şübhəli şəxs qismində verdiyi ifadəsi, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi kompyuterdə yazılmaqla cümlə bə cümlə eynilik təşkil edir. Bu kimi hallar Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılarkən videogörüntü altında izahat verərkən, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ittiham üzrə qismən təqsirli bilməsi zamanı sonuncunun özünə qarşı alnmış ifadələrinin zorakılıq, işgəncə və digər qəddar qeyri insani, hədə qorxu hərəkətlərinin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu səbəbdən həmin ifadələr, video diskə baxış keçirilməsi haqqında protokol, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Şəxsi axtarışın keçirilməsi barədə”, “Baxış və götürmə keçirilməsi barədə” protokollar, o cümlədən Təqsirləndirilən şəxs ilkin izahatı, onun “təqsirləndirlən şəxs qismində dindirilməsi barədə” protokol mötəbərliliyi şübhə altına alınan sübutlar olduğundan təqsirləndirlən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin izahat və protokollar ilə müəyyən edilmiş hallar etibarsız hesab edilməlidir. Təqsirləndirilən şəxs özünə qarşı alınmış etirafedci ifadələrə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 126.6cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini qismən etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təzyiqə məruz qala bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm özünün, həm də şahidlərin dediyi kimi və müvafiq tibb kitabçasında və ekspert rəyində öz təsdiqini tapmış yəni şübhəli şəxsin bədən səthində yəni sağ kürəküstü, sağ almacıq və sağ gözaltı nahiyyələrinin qançırları xəsarətlərinin olması kifayət qədər ciddi xəsarətlər olduğu halda görünən odur ki, araşdırma Cinayət Prossesual Qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında eyni məzmunlu ardıcıl detallı ifadələri, məhkəmənin istintaqının gedişində çoxsaylı müraciətləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının Sumqayıt şəhər prokuroruna ünvanladığı Xüsusi məlumat, Məhkəmə-tibbi ekspertizası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 32 T/S saylı ekspert rəyi kimi mötəbər sübutların mövcudluğu şəraitində təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin səbəblərinə dair heç bir ağlabatan izahatın olmaması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, həmin xəsarətlər polis orqanlarının məsuliyyət daşıdığı pis rəftarın formasına aid edilməlidir. Pis rəftarın xarakterini nəzərə alaraq, məhkəmə hesab edir ki, bu, yalnız qəsdən törədilə bilərdi, çünki onun yerinə yetirilməsi üçün gücün tətbiqi tələb olunurdu. Təsvir olunan mənzərə o qənaətə gəlmək üçün əsaslar yaradır ki, Təqsirləndirilən şəxs aşkar olunmuş çoxsaylı xəsarətlərin onun saxlanmasından sonra üzərində şəxsi axtarış və götürmənin, o cümlədən Baxış keçirilməsi və götürülmənin rəsmiləşdirilməsi, izahatının alınması prosesində narkotik vasitənin ona məxsus olmasının etirafı üçün yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və X6 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqlarının və X6 X4 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” (28 oktyabr 1998-ci il) “Selmuni Fransaya qarşı” (04 may 1999-cu il) işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Bеlə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tariхli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar еdilən еtirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə pеrspеktivləri üçün hər hansı həllеdici nəticələr doğurmur. (bеlə bir mövqе Con Mürrеyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə bu məsələ ilə bağlı digər bir halı vurğulamağı vacib hesab edir, belə ki, məhkəməyədək icraatda Təqsirləndirilən şəxs polis tərəfindən 02 may 2023-cü ildə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Sumqayıt şəhər Prokurorunun köməkçisinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 iyun 2023-cü il tarixli qərarının olması cinayət işinə mahiyyəti üzrə baxan məhkəməni CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının, o cümlədən öz mövqeyini işgəncə (pis rəftar) barədə iddiaların araşdırılmış olması kimi dəlillə əsaslandıran dövlət ittihamçısının vəzifəsidir. Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başılıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı iş”də Konvensiyanın 3cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gələrkən xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, səmərəli rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istintaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə səmərəsiz olacaqdır və bəzi hallarda dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. Eynilə, “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, Dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər Dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Araşdırmanın adekvatlığı və səmərəliliyini təmin etməli olan şərtlər barədə fikirlərini isə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş”də belə ifadə etmişdir: “Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir” (qərarın 52-ci bəndi). Qərarın 53-cü bəndində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar”. Odur ki, məhkəmə milli qanunvericiliyin, yuxarıda adı çəkilən plenum qərarının müvafiq bəndlərinin, Avropa məhkəməsinin yuxarıda sadalanan qərarlarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs tutularkən döyülməsi və nəticədə xəsarətlər alması məhkəmə araşdırması zamanı sübuta yetirilmiş, bu səbəbdən şəxsin özü özünə qarşı verdiyi ilkin izahatı, “təqsirləndirlən şəxs qismində verdiyi ifadəsi”, “şəxsi axtarış və götürmə”, “Baxış keçrilməsi və və götürülməsi” istintaq hərəkətləri protokolları ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilə bilməz və həmin subutlar etibarsız hesab edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan hallardan başqa Təqsirləndirilən şəxs təqsirliliyinə real şübhə yaradan məhkəmə istintaqı zamanı müəyyən edilmiş digər sübutların da mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. İlk olaraq məhkəmə ibtidai araşdırma zamanı həyata keçirilən “Baxış keçrilməsi və götürülməsi” istintaq hərəkətinin aparılması və bu barədə tərtib edilmiş protokolun qəbul edilməz sübut olması ilə bağlı bir sıra digər məsələlərin vurğulanmasını zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Baxış keçirilməsi və götürülməsi” barədə istintaq hərəkəti protokolunun Sumqayıt ŞPİ-də 02 may 2023-cü il tarixdə saat 16:45-də təhqiqatçı tərəfindən tərtib edilməyə başlanıldığı, həmin gün saat 17:15-də isə bitdiyi göstərilmişdir. Həmin protokolda Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman video çəkilişdən istifadə edildiyi və video çəkilişin saat 16:10-dan 16:26-dək davam etdiyi göstərilmişdir. Lakin məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evinə həmin gün qeyd olunan saatda gedilmədiyi, protokolun da göstərilən vaxtda tərtib edilmədiyi əldə edilmiş təkzibedilməz və mötəbər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir. Bunun əksinə olaraq isə müəyyən edilmişdir ki, əməliyyat qrupunun üzvü olan Şahid3 Təqsirləndirilən şəxs və əlavə şahid Günay Əliyevanın da israrla qeyd etdikləri kimi 02 may 2024-cü il tarixdə saat 11:00-dan saat 12:00-dək olan müddətdə Sumqayıt şəhəri, Yashil Dərə bağlar massivi, Samur-ünvan 4 ünvanında həqiqətən də olmuşdur. Belə ki, "xxxx" mobil operatorunun anten məlumatları barədə verilmiş sorğuya ətraflı və detallı cavabından əməliyyat qrupunun üzvlərindən Şahid3 istifadəsində olan ***- ***-**-** mobil nömrənin qeyd edilən saat aralığında yəni 02 may 2023-cü il tarixdə, saat 11:42:33-11:47:17 radələrində anten yeri kimi LABS0136O1/LABS0136 Sumgayit_Yashil Dere/"Sumqayıt şəhəri, Samur-ünvan 4”/Sumgayit/40.558xx/xx.67378 ünvanının olması müəyyən edilmişdir. Davam edən məhkəmə prosesində müdafiə tərəfi arayış təqdim edərək Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Yeni Yaşayış massivi fərdi evdə yaşadığını bildirmiş və məhkəmə Yeni Yaşayış massivinin şəxsin yaşayış yeri kimi göstərilən Yaşıldərə qəsəbəsinə aidiyyatının olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğu vermişdir. xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda “Yaşıl Dərə” bağlar massivinin “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi adlandırılmış ərazi olduğu qeyd olunmuşdur. Məhkəmə xüsusilə vurğulayır ki, “Baxış keçirilməsi və götürülməsi” barədə tərtib edilmiş protokolda təqsirləndirlən şəxsin yaşadığı evdə əməliyyat qrupunun üzvlərinin, təhqiqatçı və müdafiəçinin iştirakı ilə 02 may 2024-cü il tarixdə video çəkilişlə saat 16:10dan 16:26-dək müvafiq istintaq hərəkətinin aparıldığını nəzər alsaq iştirakçıların həmin saat aralığında Təqsirləndirilən şəxs ünvanında olmalı olduğu qənaətinə gəlmək olar. Lakin məhkəmə araşdırması zamanı əldə edilmiş anten məlumatından Şahid3 ümumiyyətlə həmin saatlarda Yaşıldərə qəsəbəsində olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında “Baxış və götürmə” istintaq hərəkətlərinin aparıldığı saatlarda yəni 02 may 2023-cü il tarixdə, saat 16:12:19-dən həmin gün saat 16:36:41-dək Şahid3 anten yeri LABS3593O2/LABS3593 Sumgait_M.Husaynzade_str/"Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi"/Sumgayit/ (40.59xx/xx.66822) ərazisi göstərilmişdir. Göründüyü kimi Şahid3 02 may 2023-cü il tarixdə saat 16:10-dan 16:26-dək Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Yaşıldər Bağlar massivi ünvanında yerləşən fərdi yaşayış evində olmalı olduğu halda o, tamamilə fərqli yəni Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsində olmuşdur. Eyni zamanda əməliyyat qrupunun üzvləri Şahid3 və Şərail Quliyevin Təqsirləndirilən şəxs, əlavə şahidlər Günay Əliyeva və Şahid5 israrla qeyd etdikləri kimi 02 may 2024-cü il tarixdə saat 16:10-dan 16:26-dək deyil, həmin gün məhz 18:00-19:00 aralığındakı saat müddətində Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivi, Samur-ünvan 4 ünvanında olduqları da, bir daha təkzib edilməz sübutlarla müəyyən edilmişdir. Anten sorğularına verilmiş cavablardan əməliyyat qrupunun üzvlərinin “Baxış keçirilməsi və götürülməsi” istintaq hərəkəti protokolunda göstərilən saatlarda, yəni 02 may 2024-cü il tarixdə saat 16:10-dan 16:26-dək ümumiyyətlə Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmadıqları müəyyən edilmişdir. Belə ki, "xxxx" mobil operatorundan əməliyyat qrupunun üzvü Şahid3 02 may 2023cü il tarixdə, saat 18:03-dən həmin gün 18:39-dək olan müddətdə anten yeri kimi LABS0136O1/LABS0136 Sumgayit_Yashil Dere/"Sumqayıt şəhəri, Samur-ünvan 4”/Sumgayit/40.558xx/xx.67378 ünvanının olması göstərilmişdir. Bundan başqa qrup üzvlərindən Şərail Quliyev barəsində sonuncunun 02 may 2024-cü il tarixə istifadəsində olan 055 *** ** ** mobil nömrənin anten yer "xxxx" MMC-nin cavabında sonuncunun saat 18:49:14-dən həmin gün sat 18:49: 14-dək olduğu ünvan kimi Sumqayit sh. Yashildere, XDMX-nin erazisi göstərilmişdir. Məhkəmə əlavə şahid Günay Əliyevanın məhkəmə iclası zamanı verdiyi ifadələrin həqiqətə nə dərəcədə uyğun olub-olmaması yoxlamaq məqsədilə sonunucunun da istifadəsində olan mobil nömrənin antenləri barədə "xxxx" MMC-yə sorğu vermiş, sorğuya əlavə edilən 1 ədəd CD diskdə şahidin həmin günə aid olan antenləri tam göstərilmişdir. Həmin bir ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərkən şahidin 02 may 2024-cü il tarixdə saat 12:16:22-dən həmin gün saat 15:56:55-dək olan müddətdə və 02 may 2024-cü il tarixdə saat 17:17:39-dan həmin günün sonunadək UABS0136A/UABS0136 Sumgayit_Yashil Dere/"Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, yeni yaşayış massivi, 3-ci məhəllə, ev 90”/Sumgayit/40.558xx/xx.67378 ünvanında olduğu müəyyən edilmişdir. Göründüyü kimi həm ittiham tərəfinin şahidi Şahid3 və əlavə şahid Günay Əliyevanın 02 may 2023-cü il tarixdə günün həm birinci, həm də ikinci yarısı anten yeriləri hətta mənzil nömrəsinədək tam üst-üstə düşməsi yəni Sumqayıt şəhəri Yaşıl Dərə qəsəbəsi, Samur-ünvan 7 ünvanın olması əməliyyat qrupunun üzvlərinin həqiqətən də ittihamın tərəfinin şahidlərinin göstərikləri, o cümlədən iş materiallarında olan və rəsmiləşdirilmiş protokollarda göstərilən saatlarda deyil, məhz Təqsirləndirilən şəxs, əlavə şahidlər Günay Əliyeva və Şahid5 ifadəsində göstərdikləri qaydada və saatda həyata keçirildiyi bir daha öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, əlavə şahidlər Günay Əliyeva və Şahid5 məhkəmə baxışı zamanı heç bir həyəcan keçirmədən, təsirə məruz qalmadan, fikrini ifadə edərkən hətta heç bir səhfə yol vemədən, yəni biri-digəri ilə uzlaşan cümlələrdən istifadə etməklə sərbəst ifadə vermiş və verilən suallara səlist cavab vermişdir. Məhkəmə bir halı da qeyd edir ki, qrup üzvləri məhkəmə iclasında ifadə verərkən hər üçü əməliyyat tədbiri zamanı mobil telefonlarının daima üzərlərində olduğunu və daşıdıqlarını bildirmişdir. AR Cinayət Prossesual Məcəlləsinə əsasən əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. (maddə 242.1.) Həmin məcəllədə göstərilir ki, toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər. (maddə 242.3) Bundan başqa məcəllədə qeyd edirlir ki, axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. (maddə 243.1.) Təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini, yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını, yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: (maddə 243.3.) Şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. (maddə 244.2.) Məcəllədə qeyd olunur ki, müstəntiq axtarış və ya götürmə haqqında qərara əsasən yaşayış binasına, yaxud digər binaya daxil olmaq hüququna malikdir. Axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. Müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. (maddə 245)https://e-qanun.az/framework/46950 Göründüyü kimi əməliyyat qrupunun üzvləri təqsirləndirilən şəxsin yaşadığı ünvana 02 may 2023-cü il tarixdə saat 11:00-12:00 radələrində getməklə Cinayət Prosessual Qanunverciliyin tələblərinə riayət etmədən, qanunsuz olaraq istintaq hərəkətləri aparmış, daha sonra həmin gün təxminən 6 saat sonra yəni saat 18:00-19:00 radələrində iştirakçılarla və vəkilin iştirakı ilə bir daha həmin ünvana gedib videoçəkilişdən istifadə etməklə obrazlı şəkildə ifadə olunarsa “qanunsuz keçirilmiş istintaq hərəkətini yenidən keçirməklə sanki səhnələşdirmiş və həmin istintaq hərəkətinə qanuni don geyindirməyə cəhd etmişlər”. Qeyd edilənlərə əsasən “Baxış keçirilməsi və götürməsi barədə” 02 may 2023-cü il tarixli protokol bu əsaslara görə də mötəbərliyi şübhə altına alınan sübut olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş hallar etibarsız hesab edilməlidir. Məhkəmə “Baxış keçirilməsi və götürməsi barədə” 02 may 2023-cü il tarixli protokolun yuxarıda sadalanan əsaslardan başqa daha bir əsas üzrə təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməzliyi və həmin protokol ilə müəyyən edilmiş halların etibarsız hesab edilməli olduğunu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, qeyd ediləcək xüsusat üzrə də həmin sübut mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilmələdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşı Şahid1 məhkəmə tərəfindən ona verilən suallara cavab verərkən Mətləbin evinin həyətində olan itlərin yerini və ölçüsü səlis şəkildə bildirmiş, hətta narkotik vasitənin aşkar edildiyi it yuvasının yerləşdiyi yerdə böyük bir itin olduğunu, həmin iti Mətləbin kənara çəkdiyini, itin böyüklüyünə görə ora yaxınlaşmağın qeyri-mümkün olduğunu, bu səbəbdən narkotik vasitəni Mətləbin özünün təhqiqatçıya təqdim etdiyini bildirmişdir. Həmçinin şahid qismində dindirilən polis əməkdaşları Şahid3 böyük itin, Şərail Quliyev narkotik vasitənin aşkar ediliyi it yuvasının içərisində vəhşi bir itin olduğunu, ora yaxınlaşmağın mümkün olmadığını qeyd etmişlər. Bundan başqa X13 yoldaşının da evdə olduğunu bildirmişdir. Məhkəmə tərəfindən cinayət işi materiallarında olan, ibtidai istintaq orqanın sübut kimi istinad etdiyi “baxış keçirilməsi və götürülməsi barədə” 02 may 2023-cü il tarixli protokola əlavə edilən DVD diskə baxış keçirilən zaman məlum olur ki, təhqiqatçı Elsevər Quliyev və əməliyyat qrupunun üzvləri Şahid1, Şahid3 Şərail Quliyev, inspektor kriminalist Elnur Qocayev, müdafiəçi Günay Cəfərova və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs sonuncunun yaşadığı ünvanda, həyətə giriş qapısının qarşısında əvvəlcə qapını döyürlər, heç kim cavab vermədikdə həyətə daxil olurlar. Həyətin sol tərəfində yarımtikili mövcuddur. Yarımtikiliyə bitişik yaşayış evi mövcuddur. Diskə baxış zamanı görünür ki, təhqiqatçı, həm Təqsirləndirilən şəxs, həm də digər polis əməkdaşları və müadafiəçi, öndə əməliyyat müvəkkili Şahid1 olmaqla sanki hər şeydən məlumatlı şəxs kimi evin qarşısından irəli hərəkət etməklə daha sonra hər biri sağa dönərək evin yanında həyətyanı sahədə yerləşən it yuvasına yaxınlaşırlar. Baxış zamanı iştirakçıların hər birinin Mətləbin onlara təqdim etdiyi narkotik vasitənin saxlanıldığını it yuvasına rahatlıqla yaxınlaşırlar, hətta təhqiqatçının özü və sonuncunun göstərişi ilə Şahid3 özü də damın altında hər hansı digər maddənin olub-olmamasını yoxlayır. Həmin videodan görünür ki, Mətləb heç bir “böyük və ya vəhşi iti” kənara çəkmir, baxış keçirilməsində iştirak edən hər bir polis əməkdaşı rahatlıqla, heç bir təhlükə olmadan it yuvasına yaxınlaşırlar. İt yuvasının qapısının Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə uyğun olaraq bağlı olduğu müəyyən edilir. Göründüyü kimi Mətləbin saxlanılmasında iştirak edən polis əməkdaşları, xüsusi ilə Şahid1 və X13 yaşadığı fərdi yaşayış evində üç ədəd itin olduğunu, narkotik vasitənin aşkar edildiyi it yuvasında oraya yaxınlaşmağa imkan verməyən böyük və vəhşi bir itin olduğunu bildirsələr də, “baxış keçirilməsi və götürülməsi barədə” 02 may 2023-cü il tarixli DVD diskə məhkəmə iclasında baxış keçirilərkən sonuncuların söylədikləri öz təqdiqini tapmamış əksinə tam təkzib olunmuşdur. Məlum olmuşdur ki, it yuvasının ağzı bağlıdır, ətrafda heç bir böyük, iri və vəhşi it yoxdur. Bu da əməliyyat qrupunun üzvlərinin videoçəkilişlə və müdafiəçinin iştirakı ilə təqsirləndirlən şəxsin yaşadığı ünvana baxış keçirilməzdən öncə saat təxminən 11:00-12:00 radələrində olmalarını bir daha təsdiq edən fakt olmuşdur. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş X17 Əliyevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman evdə sonuncunun arvadının olduğunu bildirsə də, “baxış keçirilməsi və götürülməsi barədə” 02 may 2023-cü il tarixli protokola əlavə edilən DVD diskə baxış keçirən zaman evin həyətdində polis əməkdaşları, müdafiəçi və Mətləbdən başqa heç kəsin olmadığı məlum olur. Göründüyü kimi qeyd olunan bu halda Mətləbin və onun yoldaşı Günay Əliyevanın izahatında söylədikləri-yəni polis əməkdaşlarının onların evinə iki dəfə gəlmələri, əvvəlcədən həyətyanı sahəyə baxış keçirilməsi və nəticədə tqsirləndirlən şəxsin evində it yuvasından aşkar edildiyi iddia edilən narkotik maddənin ona məxsus olmaması ehtimalını daha da artırmış olur. Bununla da məhkəmə araşdırması zamanı müəyyən edilmişdir, əməliyyat qrupunun üzvləri həqiqətən də həm təqsirlədirilən şəxsin, həm də əlavə şahidlər Günay Əliyeva və Şahid5 dedikləri kimi 02 may 2023-cü il tarixdə saat 11:00-12:00 radələrində Təqsirləndirilən şəxs evinə gələrək qanunsuz olaraq istintaq hərəkətləri həyata keçirmiş, daha sonra yuxarıda da qeyd edildiyi kimi həmin gün saat 18:00 və 19:00 radələrində yenidən həmin ünvana gələrək etdikləri qanunsuzları qanuniləşdirməyə çalışaraq, formal olaraq keçrilmiş “Baxış keçirilməsi və götürülməsi” istintaq hərəkəti təhqiqatçı tərəfindən protokollaşdırılmışdır. Göründüyü kimi əməliyyat qrupunun üzvləri olan şahidlər məhkəmə iclasında ifadə verərkən şəxsin təqsirliliyinə real şübhə yaradan, həm ibtidai istintaq həm də məhkəmə baxışı zamanı biri digəri ilə uzlaşmayan ifadələr vermişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxış zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Qanunun bu tələbini rəhbər tutub Günay Əliyeva və Şahid5 məhkəmə baxışı zamanı verdikləri ifadələrlə əməliyya qrupunun üzvlərinin həm məhkəmə baxışı həm də ibtidai istintaq zamanı verdikləri ifadələri bir-birilə əlaqəli və müqayisəli şəkildə təhlil etdikdə sonuncuların ibtidai istintaq zamanı verdikləri ifadələrin və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı ifadələrin həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən “Baxış keçirilməsi və götürülməsi barədə” 02 may 2023-cü il tarixli protokol bu əsasla da mötəbərliyi şübhə altına alınan sübut olduğundan təqsirləndirlən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol etibarsız hesab olunmalıdır. Məhkəmə tərəfindən işin halları ilə bağlı məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə bağlı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın saxlaması və gəzdirilməsi, narkotik vasitələrin satılması ilə məşğul olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə Cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İstintaq orqanı tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, müdafiə tərəfinin irəli sürdüyü, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda it yuvasının damının altına qoyulmuş narkotik vasitələrin onun olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və daha qəbul edilən hesab edilməlidir. Məhkəmə, cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq ibtidai istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mənsubiyyətinə, mümkünlüyünə və mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair şübhələr digər sübutlarla aradan qaldırıla bilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılmış cinayət işində olan materiallar və məhkəmə istintaqının gedişində əldə edilmiş sübutların tədqiqi onu deməyə əsas verir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqları, xüsusilə də, müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsası kimi qoyulmuş sübutlar müdafiə hüququ pozulmaqla, eyni zamanda hədə qorxu gəlmək yolu ilə, o cümlədən təqsirləndirilən şəxsə işgəncə və digər qəddar hərəkətlərin tətbiq edilməsi nəticəsində əldə edilmişdir. Bununla da, faktiki olaraq cinayət işi materiallarında mövcud olan sübutlar təqsirləndirilən şəxsin lehinə və əleyhinə olan sübutlar qismində iki kateqoriyaya ayrılmışdır. Cinayət işi materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının irəli sürdüyü ittihamın əsasını onun əleyhinə olan sübutlar olaraq şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti və onun nəticəsində tərtib edilmiş protokol, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəmə-bioloji ekspertizasının rəyi, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları təşkil etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cinayət işi materiallarında mövcud olan 02 may 2023-cü il tarixli “şəxsi axtarış” və “baxış keçirilməsi və götürülmə barədə” istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.2 və 125.2.3-cü maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən mümkünsüz sübutlardır. Sözügedən maddələrin tələblərinə əsasən, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iclasında təkzibedilməz sübutlar əsasında əməliyyat qrupunun üzvlərinin təqsirləndirilən şəxsin yaşadığı ünvana 02 may 2023-cü il tarixdə saat 11:00 12:00 radələrində getdikləri öz təsdiqini tapsa da görünən odur ki, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvanda olarkən sonuncunun müdafiə hüquqları kobud surətdə pozulmuşdur. Məhkəmə qeyd edir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsinin tələblərinə əsasən, şübhəli şəxs statusuna düşməklə, həmin vəziyyətdə şübhəli şəxsin bütün mümkün hüquq və vəzifələrinə malik olur. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 92.3.9-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə) cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Həmin Məcəllənin 92.11.1-ci maddəsinə əsasən, müdafiəçi bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edərkən qanunun tələblərini rəhbər tutmaq; şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsini bütün qanuni üsullarla həyata keçirmək; onun vəziyyətində işin mümkün dərəcədə xeyrinə başa çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlər vermək və müdafiə tərəfin seçdiyi mövqe üzrə hərəkət etmək; vəkil sirrini qorumaq və vəkil andına riayət etmək vəzifələrini yerinə yetirməlidir Göründüyü kimi şübhəli (təqsirləndirilən) şəxsin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi müdafiəçinin vəzifəsi kimi təsbit edilmişdir. Amma hazırkı cinayət işi üzrə bütün halların obyektiv tədqiqindən sonra müəyyən edilir ki, şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə yaşadığı evə ilk dəfə saat 11:00 və 12:00 radələrində gedərkən orada “baxış keçrilməsi və götürülməsi” istintaq hərkəti aparılarkən ümumiyyətlə müdafiəçi ilə təmin edilməmişdir. Eyni zamanda, məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs əlavə şahid Günay Əliyeva məhkəmə istintaqı zamanı israrla bildirmişdir ki, Mətləb ilk dəfə yaşadığı ünvana gətirilərkən müdafiəçi ilə təmin edilməmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Lakin əslində müəyyən edilmişdir ki, faktiki olaraq şübhəli şəxsin yaşadığı evdə ilk dəfə baxış və götürmə həyata keçirilərkən Təqsirləndirilən şəxs bu hüquqlara malik olması izah edilməmiş, onun müdafiə hüquqları tamamilə pozulmuşdur. Məhz bu pozuntuların sanki aradan qaldırılması və onun müdafiə hüquqlarının da guya təmin edilməsi görüntüsü yaratmağa cəhd etməklə və bu məqsədlə şübhəli şəxsin evinə təkrarən 02 may 2023-cü il tarixdə 18:00-19:00 radələrində təkrar gedilmişdir. İttiham tərəfindən şəxsin təqsirliliyi barədə təqdim edilmiş digər bir sübut məhkəməbioloji ekspertizasının 03 may 2023-cü il tarixli rəyinə münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən “Şəxsi axtarışın keçirilməsi barədə” istintaq hərəkəti aparılan zaman aşkar edilmiş narkotik vasitə marixuananın növü ilə yaşadığı ünvana “Baxış keçirilməsi və götürülməsi” istintaq hərəkəti aparılarkən aşkar edilmiş narkotik vasitə olan marixuananın növünün eynilik təşkil etməsi şəxsin təqsirli olması qənaətinə gəlmək üçün əsas hesab edilə bilməz. Belə ki, həmin ekspert rəyi mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü hər biri ayrılıqda tədqiq edilmiş həm digər sübutların fonunda, həm də aşağıda qeyd edilənlərə əsasən qəbul edilən hesab edilməməlidir. Məhkəmə bir halı xüsusi olaraq vurğulayır ki, “Şəxsi axtarışın keçirilməsi barədə” istintaq hərəkətinin görüntüsünü özündə əks etdirən bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilərkən aydın sürətdə görünür ki, təhqiqatçı tərəfindən aşkar edilmiş narkotik vasitə qablaşdırılarkən qablaşdırma qanunun tələbinə uyğun həyata keçirilməmişdir. Belə ki, təhqiqatçı tərəfindən aşkar olunaraq götürülmüş narkotik vasitə zərfə qoyulduqdan sonra üzərində möhür əksi olan kağız parçası arxa hissəsi kleylənmədən və zərfə möhkəm surətdə yapışdırılması təmin edilmədən sadəcə qatlanaraq zərfin üzərinə dəlgəclə tikilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ünvanda “Baxış keçirilməsi və götürülməsi” istintaq hərəkəti aparılarkən qablaşdırmanın təxminən eyni qaydada yəni A4 formatlı kağızı iki hissəyə qatlayıb və kənarı dəlgəclə tikilməklə zərf halına salındığı müəyyən edilmişdir. Baxış keçirilərkən diqqət çəkən digər məqam isə aşkar edilmiş narkotik vasitələrin təhqiqatçı tərəfindən hazırlanmış zərfə yerləşdirildikdən sonra bu dəfə həmin zərfin ağzını üzərində möhür əksi olan kağızla kleylənərək yapışdırılması olmuşdur ki, ondan əvvvəl şəxsi axtarış və götürmə istintaq hərəkəri aparılarkən təhqiqatçı göründüyü kimi qablaşdırmanı yuxarıda qeyd olunan fərqli qaydada aparmışdır. Belə ki, təhqiqatçı tərəfindən tərtib edilmiş həmin istintaq hərəkəti protokolunda hətta Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı mobil telefon və elektron tərəzi aşkar edildiyi və götürüldüyü qeyd edilsə də, bu hal video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilməmiş, yəni həmin əşyaların qablaşdırması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosseual Məcəllənin 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Lakin görünən odur ki, təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaqı hərəkəti aparılarkən qanunun yuxarıda göstərilən tələbi kobud şəkildə pozulmuş, götürülmüş kimi təqdim edildiyi sübut əhəmiyyətinə malik olan predmetlər əslində götürülməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zaman müstəntiq tərəfindən 01 iyul 2023-cü il tarixdə “Mobil telefona baxış keçirilməsi” protokolunda, Təqsirləndirilən şəxs məxsus Samsunq markalı, mobil telefona Sumqayıt ŞPİ-də xidməti otaqda baxış keçirildiyi göstərilsə də, həmin protokolda mobil telefonun hansı zərfdən, hansı qaydada çıxarıldığı, telefonun müstəntiqə hansı qaydada ötürülməsi və ya çatdırılması barədə xüsusatlar öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallarda yəni 1-ci halda zərfin ağzının yapşdırıcı maddə ilə kleylənmədən dəlgəclə ikilərək bağlanması, 2-ci halda isə A4 formatlı kağızı iki hissəyə qatlayıb dəlgəclə tikərək zərfin hazırlanması qablaşdırmanın tamlığının pozulmasını istisna etməyən hal kimi qiymətləndirilməlidir. Məhkəmə belə olan halda narkotik vasitənin qablaşdırıldığı zərfin tamlığının sonradan pozulmasına dair ehtimalların olmasını kifayət qədər əsaslı sayır və bu səbəbdən hesab edir ki, həmin sübut da etibarsız sayılmaqla, şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bununla da, məhkəmə yekun nəticəyə gələrkən ibtidai istintaqın yekunu olaraq əldə edilmiş həmin sübutlara mötəbər sübutlar qismində istinad edə bilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılması yolu ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz.. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cinayət işi materiallarında mövcud olan “şəxsi axtarış keçirilməsi” və “baxış keçirilməsi və götürmə aparılması haqqında” 02 may 2023-cü il tarixli istintaq hərəkətlərinin gedişatını özündə əks etdirən disk və onun əsasında tərtib edilən həmin tarixli protokollar, sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X11rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, habelə cinayət prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi aşkar şəkildə cinayət prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Cinayət-Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəllənin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ittiham edərkən prosessual təminatları kobud surətdə pozaraq əsassız nəticəyə gəlmiş, şahidlərin kifayət qədər uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Beləliklə məhkəmə, ibtidai istintaq zamanı toplanmış və məhkəmə icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxnasından həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 25.61 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi və yaşadığı mənzilə axtarış keçirilməsini əks etdirən 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, 24691 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-ci il tarixli, 3205 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-ci il tarixli, 5339 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, BKC/LGL-15215/23 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-ci il AZF/LGL- 4589/2024 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-ci il AZF/LGL-4590/2024 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-ci il AZF/LGL-4598/2024 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk- ümumilikdə 08 (səkkiz) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 68 (altmış səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 408 (dörd yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da, əsaslı hesab edir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxnasından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 25.61 qram narkotik vasitə olan qurudulmuş marixuana həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxs(lər) müəyyən olunanadək Sumqayıt ŞPİ-də saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Narkotik vasitə ilə bağlı keçirilmiş ekspertiza ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs üzərinə şəxsi və yaşadığı mənzildə axtarış keçirilməsini əks etdirən 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, 24691 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-ci il tarixli, 3205 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-ci il tarixli, 5339 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, BKC/LGL-15215/23 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-ci il AZF/LGL- 4589/2024 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-ci il AZF/LGL-4590/2024 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-ci il AZF/LGL-4598/2024 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk- ümumilikdə 08 (səkkiz) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 408 (dörd yüz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar