Məhkəmə qərarları › İş №1(060)-270/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-270/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-270/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı: Zərərçəkmiş şəxs1, Müdafiəçi: Sumqayıt Regional Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərcüməçi: X2 iştirakı ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkum olunmamış, subay, işsiz, Sumqayıt şəhəri, 21ci məhəllə, ev 46/15 mənzil 3-də qeydiyyatda olan və ünvan 2də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə vahid niyyətlə xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 baxıcılıq edərkən yataq otağındakı dolabda olan çantanın içərisindən sonuncunun qızı Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 585 əyarlı, 60 sm uzunluğunda 8,63 qram olan, məzənnə ilə 1149,05 (bir min yüz qırx doqquz manat beş qəpik) manat təşkil edən, 46.900.00 rubl dəyərində qızıl boyunbağı, 01 ədəd 585 əyarlı, 0,806 karat brilyant qaşları olan, 4,78 qram, məzənnə ilə 9143,89 (doqquz min yüz qırx üç manat səksən doqquz qəpik) manat təşkil edən, 373.220.00 rubl dəyərində qızıl üzüyü, 01 ədəd 1970-ci il istehsalı olan, 973 əyarlı, 9 qram, 900 manat dəyərində qızıl üzüyü, 01 ədəd iki zümrüd qaşı və kənarlarında brilyant qaşları olan, 5,38 qram, məzənnə ilə 4293,87 (dörd min iki yüz doxsan üç manat, səksən yeddi qəpik) manat təşkil edən, 175.260.00 rubl dəyərində qızıl klonu və yataq otağında çarpayının yanındakı dobabda olan Zərərçəkmiş şəxs2 məxsus 660 (altı yüz altmış) manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 660 (altı yüz altmış) manat məbləğində, Zərərçəkmiş şəxs1 isə ümumilikdə 15486,81 (on beş min dörd yüz səksən altı manat səksən bir qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, hal-hazırda ünvan 2-də anası ilə birlikdə yaşayır. Anası ağır yataq xəstəsidir. Həyat yoldaşı X4 isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 2/48, mənzil 31-də yaşayan Zərərçəkmiş şəxs2 adlı yaşlı qadına baxıcı lazım olduğunu öyrənmiş, aylıq 450 manat əmək haqqı müqabilində həmiq qadına baxmağa razılaşmışdır. xx.xx.2020-ci ildən baxıcı kimi işləməyə başlamışdır. Həmin qadın tək yaşamış, o, isə evləri yığışdırıb ona qulluq etmişdir. O, bir gün Valentinanın yanında qalmış, səhəri gün isə 6-7 saat öz evinə gedib şəxsi işləri ilə məşğul olub yenidən Valentinanın evinə qayıtmışdır. İyun ayının ortalarında Valentinanın otağında təmizlik işləri apararkən paltar dolabında olan tund qırmızı rəngli dəri çantanın içərisində parıltılı nəsə görmüş, lakin fikir verməmişdir. O, növbəti dəfə otağı yığışdırarkən, təxminən xx.xx.2020-ci il tarixdə, həmin çantanın içərisinə baxmaq qərarına gəlmiş, açıb baxanda orada üzərində yaşıl rəngli qaş olan 01 ədəd klonla birlikdə olan qızıl boyunbağı, 01 ədəd ağ qaşlı və 01 ədəd qırmızı qaşlı qızıl üzük olduğunu görmüşdür. Onun pula ehtiyacı olduğu üçün həmin qızıl-zinət əşyalarını oğurlamaq qərarına gəlmiş və həmin qızılları götürüb özündə saxlamışdır. Bir müddətdən sonra təxminən iyun ayının sonralında o, həmin qızılları satmaq qərarına gəlmiş və bunun üçün Sumqayıt şəhər mərkəzi bazarına gəlmişdir. Bazar və univermaq bağlı olmuşdur. O, ətrafda olan şəxslərdən qızıl alveri ilə məşğul olan şəxslərdən kiminsə olub olmadığını soruşmuşdur. Bu vaxt orta yaşlı bir nəfər kişinin qızıl aldığını və heç bir yerin işləmədiyini bildirmişdir. Onlar bir kənara keçmiş və o, Zərərçəkmiş şəxs2 evindən oğurladığı qızıl-zinət əşyalarını həmin şəxsə göstərmişdir. O, qızıllara baxıb yoxladıqdan sonra tərəzidə çəkib qızılların hamısına 450 manat pul təklif etmişdir. O, qiymətin az olduğunu bildirmişdir. Lakin həmin şəxs qaşların adi olduğunu bildirmiş və son olaraq ona 475 manat pul təklif etmişdir. O, isə onunla razılaşmışdır. O, həmin pulun 250 manatını anasının dərmanlarına xərcləmiş, 100 manatı həbsxanaya həyat yoldaşına göndərmiş, qalan məbləği isə öz ehtiyaclarına xərcləmişdir. O, həmin şəxsə qızılların oğurluq olduğunu bildirməmiş, qızılların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını demişdir. O, oğurluğu tək etmişdir. O, Zərərçəkmiş şəxs2 300 manat borc pul istəmiş və o, ona 300 manat borc pul vermişdir. Bir neçə gündən sonra isə həmin pulu onun əmək haqqından tutmuşlar. O, izahat yazarkən ona bildirmişlər ki, bu da oğurluq sayılır, buna görə də izahatında 300 manat pulu götürdüyünü bildirmişdir. Əslində isə həmin pulu oğurlamamışdır. Törətdiyi əməldən peşmandır, zərərçəkməş şəxslərdən üzr istəmiş, onlarla barışmışdır. Mülki iddianı qəbul edir və imkanı olduqca ödəyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və Moskva şəhərində yaşayır. ünvan 1 ünvanında isə anası Zərərçəkmiş şəxs2 yaşayır. Anası yaşlı və xəstə qadındır. O, Sumqayıt şəhərindən kənarda yaşamaq istəmədiyi üçün ona baxıcı tutmaq qərarına gəlmişlər. Bakı şəhərində yaşayan bacısı Gülnarə İsmayılova Təqsirləndirilən şəxs anasına baxmaq üçün tutmuşdur. O, Mətanət adlı qadını görməmişdir. Onun anasının yaşadığı evdə qızıl zinət əşyaları olmuşdur. Həmin qızıl-zinət əşyalarını özü ilə Moskva şəhərinə aparmamışdır. O, axırıncı dəfə 2020-ci ilin təxminən 26 fevral tarixində Moskva şəhərinə getmişdir. O, qısa müddətə qayıdacağını fikirləşmişdir. Lakin dünyada baş vermiş pandemiya ilə əlaqədar olaraq bütün təyyarə reysləri təxirə salınmışdır. Buna görə də o, Azərbaycana qayıda bilməmişdir. 2020-ci ilin 12 avqust tarixində Azərbaycana qayıtmış və Sumqayıt şəhərinə anasının yaşadığı evə getmişdir. O, evdə yataq otağındakı dolabda olan qırmızı rəngli çantanın içərisində olan ona məxsus qızıl zinət əşyalarına baxmaq istəmiş və həmin qızılların yerində olmadığını görmüşdür. Buna görə də o, xx.xx.2020-ci il tarixdə bu barədə 3-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra anası ona demişdir ki, evdə qulluqçu işləyən Mətanət bir dəfə evdən 300 manat pul da oğurlamışdır. O, əmin olmuşdur ki, ona məxsus qızıl-zinət əşyalarını da Mətanət oğurlamışdır. Sonradan Mətanət özü də oğurluq etdiyini etiraf etmişdir. Mətanət ona məxsus 01 ədəd 585 əyarlı, 60 sm uzunluğunda olan, 8,63 qram, 46.900.00 rubl dəyərində qızıl boyunbağını, 01 ədəd 585 əyarlı, 0,806 karat brilyant qaşları olan, 4,78 qram, 373.220.00 rubl dəyərində qızıl üzüyü, 01 ədəd 1970-ci il istehsalı olan, 973 əyarlı, 9 qram, təxmini qiyməti 900 manat dəyərində qızıl üzüyü və 01 ədəd iki yaşıl zümrüb qaşı olan, kənarlarında brilant qaşları olan, 5,38 qram çəkidə 175.260.00 rubl dəyərində klonu oğurlamışdır. Oğurlanan əşyalardan yalnız 1970-ci il istehsalı olan qızıl üzük çoxdan alınmışdır. Digər qızıl-zinət əşyalırını isə özü Moskva şəhərindən almışdır. Buna görə də onların qiymətlərini rus pulu ilə bildirmişdir. Ona ümumılıkdə 15486,81 manat ziyan dəymişdir, həmin pulu tələb edir və mülki idiianın təmin edilməsini xahiş edir. Amma Təqsirləndirilən şəxs ilə barışmış, o dəymiş ziyanı ödəyəcəyinə söz vermişdir. Anası və özü Təqsirləndirilən şəxs həbsini istəmirlər. Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ailədə yeganə qazanc gətirən şəxsdir, üç uşaq anasıdır, o görür ki, Təqsirləndirilən şəxs artıq əməlindən peşmandır. Məhkəmədən hökm çıxarılarkın bunların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin may-iyul aylarında onun yaşadığı evdə qulluqçu işləmiş, yəni ona baxmışdır. Mətanət bir gün onunla qalmış, növbəti gün isə öz evinə gedib öz işlərini görüb yenidən onun yanına qayıtmışdır. xx.xx.2020-ci il tarixdə o, çarpayısının yanındakı dolaba baxanda görmüşdür ki, orada saxladığı 660 manat pul yoxdur. Həmin pul onun üç aylıq təqaüd pulu olmuşdur. O, ayda 220 manat təqaüd alır. Onun yaşadığı evə kənar şəxs gəlib getmədiyi üçün o, Mətanətdən şübhələnmişdir. 2020-ci ilin avqust ayında qızı Arzu Azərbaycana gəlmişdir. Arzu onun yaşadığı evə gəlib qızıllarını saxladığı yerə baxıb qızılların yerində olmadığını aşkar etmişdir. Onda o, Arzuya demişdir ki, onun da 660 manat pulu yoxdur. Bu zaman onlar bilmişlər ki, bu oğurluğu Mətanət etmişdir. Mətanətdən soruşduqda o, qızılları oğurladığını etiraf etmiş, pulu soruşanda isə başını aşağı salıb ağlamışdır. Bundan sonra Arzu oğurluqla bağlı 102 xidmətinə məlumat vermişdir. O, Mətanətə borc pul verməmişdir. O, bir dəfə Mətanətə özünə dərman almaq üçün 60 manat pul vermişdir. Onlar ondan 660 manat pulu götürüb-götürmədiyini soruşduqda o, ağlamışdır. Buna görə də o, bilmişdir ki, onun pulunu da Mətanət oğurlamışdır. Qızı Arzu isə onu düzgün başa büşmədiyi üçün ifadəsində onun 300 manat pulunun oğurlandığını bildirmişdir. Əslində isə onun 660 manat pulu oğurlanmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/3274 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı evdən Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 1970-ci il istehsalı, 973 əyarlı dairəsinin ölçüsü 20, çəkisi 9 qram olan nişan üzüyünün nəzəri qaydada orta bazar qiyməti təxminən 900 (doqquz yüz) manat təşkil etmişdir. (i.v. 44-47) Sumqayıt Şəhər Pİ-nin 3-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli 126-13565 saylı məktubundan, “Axtarışda olanın tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur. (i.v.54) İş materiallarında olan xx xxxxxx 2020-ci il və xx xxxxxx 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 79-80, 131-132) Sumqayıt Şəhər Pİ-nin 3-cü Polis Bölməsinin xx.xx.2021-ci il tarixli 126-816 saylı məktubundan, “Axtarışda olanın tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuşdur. (i.v.106-107) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 23) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (i.v.142) İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”lərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki uşağı var (xx.xx.2009, xx.xx.2012). Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona isnad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 300 manat borc pul alması, ondan pul oğurlamaması ilə bağlı göstərdiklərinə tənqidi yanaşır və bunu onun özünü müdafiə etmək üçün seçdiyi üsul kimi qiymətləndirir. Çünki onun ona isnad edilən bu əməli törətməsi işin halları, işdəki sübutlarla tam təsdiq edilir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ilk dəfə məsuliyyətə cəlb edilməsi, himayəsində yetkinlik yaşına çatmayan uşağı olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə və xx xxxxxx 2021-ci ildə tutularaq saxlandığı iki gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia barədə ərizəyə əsasən cavabdeh Təqsirləndirilən şəxs əməli nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 15480,81 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs oğurluq cinayəti törətməsi nəticəsində ona ümumilikdə 15480,81 manat ziyan vurulmuşdur. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilməsi nəticəsində Zərərçəkmiş şəxs1 ümumilikdə 15480,81 manat, yəni xeyli miqdarda ziyan vurulması təsdiq edilmişdir. Mülki iddia ilə bağlı iş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə və xx xxxxxx 2021-ci ildə tutularaq saxlandığı iki gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Mülki iddia təmin edilsin, cinayət nəticəsində dəymiş ziyanın əvəzi 15480,81 (on beş min dörd yüz səksən manat səksən bir qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs1 verilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar