Məhkəmə qərarları › İş №1(060)-271/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-271/2021

23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-271/2021 23.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1951-ci ildə Lerik rayonunda anadan olamuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 3/66, mənzil 5də qeydiyyatda olan, Sumqayıt şəhəri, 29cu məhəllə, ev 9/20, mənzil 4-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08.08.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı binanın dəhlizində oğlu X1 onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs tərəfindən döyülməsi səbəbindən aralarında baş vermiş münaqişə zamanı sonuncunu evindən götürdüyü taxta ilə baş və göz nahiyyəsinə qəsdən vuraraq ona “başın sol təpə nahiyyəsinin, sol gözaltı nahiyyənin çapığı, gözün ağlı qişasına qansızma, göz qapaqlarının göz bucağı nahiyyəsində qançırı” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, 08.08.2020ci il tarixdə təxminən saat 15:30 radələrində yaşadığı evdə olan zaman ona məlum olmuşdur ki, günorta saatlarında qonşuluqda yaşayan Elmirin həyat yoldaşı ilə onun gəlini arasında mübahisə yaranmış, hadisə zamanı gəlini X2 və nəvəsi X3 bədənlərinin müxtəlif nahiyələrindən xəsarət almışdır. Həmin gün Elmir onun yaşadığı evə gəlib üzrxahlıq edərək, polisə şikayət etməməyini xahiş etmiş, o isə şikayət söhbətinin olmadığını deyərək Elmiri yola salmışdır. Həmin gün saat 19:00 radələrində yaşadığı evdə olduqları zaman qapının döyüldüyünü eşidib, qapıya çıxaraq qapını açmış, bu zaman Elmir oğlu Şəhriyarın söhbət adı ilə çölə çıxmasını istəmiş, lakin Şəhriyarın və ailə üzvlərin bayıra çıxmasına icazə verməmiş, lakin Elmir onu və 2-ci qrup ankoloji xəstə olan yoldaşını kənara itələyərək evə basqın edib əl ataraq oğlu Şəhriyarı qapılarının ağzına çıxartmış və nəticədə aralarında mübahisə yaranmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, aralarında əvvəllər heç bir düşmənçilik və ədavət olmamışdır. 08.08.2020-ci il tarixdə təxminən saat 15:30 radələrində onun həyat yoldaşı Nahidə ilə Ağabalanın gəlini Cəmilə arasında mübahisə yaranmışdır. O, həmin gün evə gəldikdən sonra bu məsələni yoldaşı ona danışmış, mübahisənin dərinləşməməsi üçün söhbət etmək üçün Ağabalanın evinə getmiş, sonuncu ilə bu barədə söhbət etdikdən sonra ona mübahisənin böyüməyəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında Ağabalanın oğlu Şəhriyar onun həyat yoldaşı Nahidənin yanına gələrək onunla mübahisə etməyə başlamış, o bunu eşidib Ağabalanın yaşadığı evə gedərək onu və oğlu Şəhriyarı söhbət etmək üçün bayıra çağırmış, bu zaman onlar heç bir səbəb olmadan səs-küy salmağa başlamış, o Şəhriyar ilə söhbət edən zaman Ağabala mənzilə daxil olub onun baş və göz nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsinə məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25.08.2020-ci il tarixli 987 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın sol təpə nahiyyəsinin, sol gözaltı nahiyyənin çapığı, gözün ağlı qişasına qansızma, göz qapaqlarının göz bucağı nahiyyəsində qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 15-17 gün əvvəl olmaqla 08.08.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edilir. Xəsarətlərin özü tərəfindən yetirilməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, 10.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 07 saat vaxt sərf etmişdir. Ona görə də 42 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 13 saat vaxt sərf etmişdir. Ona görə də 78 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar