Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-271/2022 10.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Saray bağlar massivi, fərdi həyət evdə yaşamış və barəsində hazırki cinayət işi üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 13.03.2022-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 2021-ci ilin iyul ayının ortalarında axşam saatlarında Sumqayıt şəhəri, Saray bağ massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi evin mətbəxinin pəncərəsində olan dəmir barmaqlıqları yerdən götürdüyü dəmir parçası ilə sındırıb plastik pəncərəni sıxıb açmaqla içəri qanunsuz daxil olub qonaq otağında olan bir ədəd 700 (yeddi yüz) manat dəyərində “LG” markalı “Led 43UP78006LC” modelli televizoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs 13.03.2022-ci il tarixdə ölmüşdür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur. O, heç bir yerdə işləmədiyi üçün öz şəxsi ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Təxminən 2021-ci ilin iyul ayının ortalarında axşam saatlarında yaşadığı evdən çıxıb piyada gəzən zaman həmin ərazidə, yəni Sumqayıt şəhəri Saray bağları, “Qurd dərəsi” bağ massivində qaranlıq küçələrin birində yerləşən işıqları yanmayan ev görmüş, bir müddət ətrafa göz gəzdirmiş, bundan sonra ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin evə girib oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə evin arxa tərəfinə keçmişdir. Orada yerdən tapdığı dəmir parçası ilə evin pəncərəsinin dəmir barmaqlıqlarını aralayıb sındırmış, bundan sonra orada olan plastik pəncərəni sıxıb açaraq evin mətbəx otağına daxil olmuş, oradan isə qonaq otağına keçmiş və həmin otaqda olan “LG” markalı plazma televizoru götürüb yenidən mətbəxə qayıdıb pəncərədən çıxıb getmişdir. Səhəri gün həmin televizoru Abşeron rayonu, Xırdalan şəhərində 50 manata tanımadığı şəxsə satmışdır. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində ona verilən suallara cavab olaraq həmin oğurluğu tək törətdiyini, on heç kimin köməkilik göstərmədiyini, heç bir yerdə işləmədiyi üçün həmin televizoru sataraq əldə etdiyi 50 (əlli) manat pulu öz şəxsi ehtiyaclarıma xərclədiyini, oğurladığı televizoru satan zaman alan şəxə həmin televizorun özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satdığını söylədiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Azərbaycan Respublikası CPM-nin 106-1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qardaşı X4 18.03.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin hüquqi varis qismində tanınması barədə müvafiq qərar qəbul olunmasını və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12.11.2021-ci il tarixli 9/7297 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarda, təzə və köhnə televizor satışı şəbəkələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən əvvəllər istifadə olunmuş bir ədəd “LG” markalı “Led 43UP78006LC” modelli televizorun hazırki işlənmiş vəziyyətdə, 2021-ci ilin iyul ayının ortalarına köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar satış qiyməti təxminən 700,00 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 18.10.2021-ci il tarixli 3/1708 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri və 2 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 3 saylı daktilolentin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığına görə şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağından, 1 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi onun sağ əlinin orta barmağından və 2 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin baş barmağından qalmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evin mətbəx otağının plastik pəncərəsindən götürülmüş əl-barmaq izləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 tərəfindən verilmiş 24.02.2022-ci il tarixli, 17/34-668 saylı məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs 13.02.2022-ci il tarixdə xəstəliyi ilə əlaqədar olaraq həmin müəssisədə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon prokurorluğunun 12.03.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 65.2, 69.3-cü maddələrinə əsasən 1 il 8 ay 14 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Təqsirləndirilən şəxs 13.02.2022-ci il tarixdə, saat 10 radələrində müalicə olunduğu intensiv terapiya şöbəsində, “hər iki ağ ciyərin infiltrativ vərəmi, dağılma və səpələnmə mərhələsində, VM pozitiv, ÇDD forma, tənəffüs çatışmazlığı İİ- İİİ dərəcə, HCV infeksiyası, subklinik forma. Obstruktiv bronxit. Anemiya” xəstəliyindən ölmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs hüquqi varisi X3 18.03.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs cinayət işinin məhkəmənin icraatında olduğu müddətdə göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli cinayət işinin materialları ilə tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinin tələbinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evin mətbəx otağının plastik pəncərəsindən götürülmüş əl-barmaq izləri cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 221,11 manat məbləğində pul dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 43.3-1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata o, öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evin mətbəx otağının plastik pəncərəsindən götürülmüş əl-barmaq izləri cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 221,11 manat məbləğində pul dövlət büdcəsinə aid edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-271/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-271/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver