Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-271/2025 11.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçilər Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Kürdəmir şəhəri, Aşıq Şakir küçəsi, ev 41 qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 yaşına çatmadığını bildiyi və aralarında yeddi yaş fərqi olan, xx xxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ünsiyyət qurub, onunla şəxsi münasibətlər yaratdıqdan sonra 21 iyun 2024-cü il tarixdə öz yaşadığı Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində görüşərək, öz cinsi ehtirasını təmin etmək niyyəti ilə onu öz əmisi X3 yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi evə aparıb, könüllü razılığı ilə 22 iyun 2024-cü il tarixdə saat 02 radələrində həmin evin yataq otağındakı çarpayıda qeyri-təbii yolla cinsi əlaqədə olaraq, Zərərçəkmiş şəxs ilə qeyritəbii yolla cinsi əlaqəyə girərək on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır. Belə ki, əvvələr qonşuluqda yaşamışlar. Zərərçəkmiş şəxs 12 yaşı olandan onunla aralarında danışıqları və sevgi münasibətləri olmuşdur. Lakin, aralarında heç vaxt cinsi əlaqə olmamışdır. Onlar qonşuluqda olarkən uzun müddət bir-biri ilə sevgili kimi danışmışlar, Qiymətgil Masazıra köçdükdən sonra da aralarında olan sevgi münasibətləri davam etmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində evə gəlmiş, çimdikdən sonra yemək yemişdir. Evdə olan zaman Qiymətin bibisi və gəlinləri onlara gəlmişdir. Qapını onun anası açmış, bu zaman gələn şəxslər onun anasına Qiymətin harda olduğunu və onları polisə verəcəklərini demişlər. Onun anası isə qızın harada olması ilə bağlı hər hansı məlumatlarının olmadığını onlara demiş, sonra isə özü aşağı düşmüş və əmisi Kamranla çayxanaya getmişlər. Təxminən saat 23:00-dək orada oturmuşlar. O, əmisi ilə Qiymət haqqında söhbət etmiş, əmisinə Qiymətin bibisigilin onlara gəldiyini və Qiymətin evdən getdiyini demişdir. Həmin vaxt o, qardaşı Hüseynə zəng vumuş və harada olduğunu soruşmuş, Hüseyn də ona evdə olduğunu demişdir. O, qardaşına əmisi ilə çayxanada çay içdiklərini demiş və onu da yanına dəvət elmişdir. Onun qardaşı çayxanaya gəldikdən sonra ona blokdan çıxan zamanı 4-cü mərtəbədə Qiyməti gördüyünü və Qiymətin onu axtardığını demişdir. O, əmisi və qardaşı yaşadıqları məhləyə getmişlər. O, 4-cü mərtəbəyə qalxmış və Qiymətin blokda dayandığını görmüşdür. O, Qiymətə nə üçün qaçdığını və hamının Qiymətin evdən qaçmaqda ondan şübhələcəyini demişdir. Qiymət isə ona görə evdən qaçdığını və evə bir daha geri qayıtmayacağını bildirmişdir. O, qardaşı Hüseynə taksi çağırmağını demişdir. Hüseyn taksi çağırdıqdan sonra o, Qiymət və əmisi taksiyə əyləşmiş, əmisinin yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin evdə əmisi, əmisinin arvadı və qızı da olmuşdur. Əmisinin evi bir otaqlı olduğu üçün nə onlar, nə də əmisinin ailəsi gecəni yatmamışlar və həmin gecə onunla Qiymət arasında hər hansı yaxınlıq, yaxud cinsi əlaqə olmamışdır. Səhəri gün anası Amirə ondan Qiymətin harada olduğunu soruşmuşdur. O, anasına Qiymətin əmisi Kamranın evində olduğunu demiş və onlar birlikdə əmisinin yaşadığı ünvana getmişlər. Onun anası Qiymətə valideylərinin onu axtardığını demiş, lakin Qiymət evlərinə getmək istəmədiyini bildirmişdir. Anası onun atası Mehmana zəng etmiş və əmisinin evinə çağırmışdır. Atası gəldikdən sonra onları Qiymətin evlərinə aparmışlar. Yolda olarkən o, avtomobildən düşüb işə getmişdir. Bir neçə gün sonra isə onu Zəngilan RPŞ-dən dəvət etmişlər. O həmin vaxt izahatında Qiymətlə cinsi əlaqədə olmadığını bildirmişdir. Sonradan Qiyməti tibbi eksperlizatadan keçirtdikdən sonra onların cinsi əlaqədə olmalarını demişlər və bu barədə izahat verməli olduğunu demişlər. Ona bildirmişlər ki, etirafedici izahat yazarsa yaxşı olacaq. Ona görə də Qiymətlə cinsi əlaqədə olmadığı halda bu barədə izahat vermişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. Sadəcə bildirmişlər ki, etirafedici ifadə verərsə hər şey yaxşı olacaq. O, Zərərçəkmiş şəxs sevir və onunla gələcəkdə evlənməyi planlaşdırır. Göstərilən halları, yəni əsassız olaraq ittiham edilməsini nəzərə alaraq ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Qiyməti təxminən iki ilə yaxındır ki, tanıyır. Belə ki, onlar əvvəllər eyni məhəllədə yaşamışlar. O, ara-sıra qardaşı Hüseynin oğlunu həyətdə oynamağa çıxarmış, bu zaman qonşuları olan Qiymət də uşağa yaxınlaşmış və onu həyətdə oynatmışdır. Qiymət bir neçə dəfə uşağa yaxınlaşdıqdan sonra aralarında münasibət yaranmağa başlamışdır. Daha sonra onlar “İnstagram” və “Tik-Tok” sosial şəbəkəsində bir-birilərini izləməyə, daha sonra isə yazışmağa başlamışlar. Bir müddət keçdikdən sonra aralarında sevgi münasibəti yaranmışdır. O, Qiyməti arada məhəllədə və blokda qarşısına çıxanda görmüş və sonuncunu heç vaxt gəzməyə aparmamışdır. Təxminən 2-3 aya yaxın olar ki, Qiymətgil Masazır qəsəbəsinə köçmüşlər. Onların münasibəti davam etmişdir. O, Qiymətlə danışan zaman darıxdığını və yanında olmaq istədiyini bildirmişdir. Son günlərdə isə “İnstaqram” vasitəsilə danışan zaman Qiymətə darıxdığını və onun yanma gəlmək istədiyini demişdir. O, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində evə gəlmiş, çimdikdən sonra yemək yemişdir. Evdə olan zaman Qiymətin bibisi və gəlinləri onlara gəlmişdir. Qapını onun anası açmış, bu zaman gələn şəxslər onun anasına Qiymətin harda olduğunu və onları polisə verəcəklərini demişlər. Onun anası isə qızın harada olması ilə bağlı hər hansı məlumatlarının olmadığını onlara demiş, sonra isə özü aşağı düşmüş və əmisi Kamranla çayxanaya getmişlər. Təxminən saat 23:00-dək orada oturmuşlar. İzahatlarında o çayxanada 00:00-dək oturduqlarını səhvən göstərmişdir. O, əmisi ilə Qiymət haqqında söhbət etmiş, əmisinə Qiymətin bibisigilin onlara gəldiyini və Qiymətin evdən getdiyini demişdir. Həmin vaxt o, qardaşı Hüseynə zəng vumuş və harada olduğunu soruşmuş, Hüseyn də ona evdə olduğunu demişdir. O, qardaşına əmisi ilə çayxanada çay içdiklərini demiş və onu da yanına dəvət elmişdir. Onun qardaşı çayxanaya gəldikdən sonra ona blokdan çıxan zamanı 4-cü mərtəbədə Qiyməti gördüyünü və Qiymətin onu axtardığını demişdir. O, əmisi və qardaşı yaşadıqları məhləyə getmişlər. O, 4-cü mərtəbəyə qalxmış və Qiymətin blokda dayandığını görmüşdür. O, Qiymətə nə üçün qaçdığını və hamının Qiymətin evdən qaçmaqda ondan şübhələcəyini demişdir. Qiymət isə ona görə evdən qaçdığını və evə bir daha geri qayıtmayacağını bildirmişdir. O, qardaşı Hüseynə taksi çağırmağını demişdir. Hüseyn taksi çağırdıqdan sonra o, Qiymət və əmisi taksiyə əyləşmiş, əmisinin yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi yaşayış evinə getmişlər. O, gecəni yatıb və səhəri Qiyməti aparıb ailəsinə təhvil verməyi fikirləşmişdir. Həmin gecə onun əmisi divanda yatmış, onunla Qiymət isə eyni yerdə yatmışlar. O, gecə əmisi yuxuya getdikdən sonra Qiymətin üzündən və dodağından öpməyə başlamışdır. O, şalvarını çıxartmış, Qiymətin əynində olan şalvarını, daha sonra tumanını da dizinə qədər aşağı çəkmiş, bundan sonra onu dizi üstə qoyub öz cinsiyyət orqanını çıxarıb tüpürcəklə yaş etmiş, onun arxa keçəcəyinə salmış, bir əli ilə də onun ağzını səsini çıxartmaması və əmisi oyanmaması üçün tutmuşdur. Təxminən onlar 4- 5 dəqiqə cinsi əlaqədə olduqdan sonra o, boşalmış və onlar əynini geyinib yatmışlar. Səhəri gün əmisi və o, işə getmişlər. İşə çatandan təxminən bir saat sonra Qiymətin bibisi və bibisi oğlu onun işlədiyi yerə getmişlər. Bibisi ondan Qiymətin harada olduğunu soruşmuş, o, sonuncuya Qiymətin harada olması ilə bağlı hər hansı məlumatının olmadığını demişdir. Qiymətin bibisi onu polisə şikayət etməsi ilə hədələmişdir. Qiymətin bibisi və bibisi oğlu getdikdən sonra anası Amirə onun iş yerinə gəlmiş və Qiymətin harada olduğunu soruşmuşdur. O, anasına Qiymətin əmisi Kamranın evində olduğunu demiş və onlar birlikdə əmisinin yaşadığı ünvana getmişlər. O, qapını döymüş və qapını Qiymət açmışdır. Onun anası Qiymətə valideylərinin onu axtardığını demiş, lakin Qiymət evlərinə getmək istəmədiyini bildirmişdir. Anası onun atası Mehmana zəng etmiş və əmisinin evinə çağırmışdır. Atası gəldikdən sonra onları Qiymətin evlərinə aparmışlar. Yolda olarkən o, avtomobildən düşüb işə getmişdir. Bir neçə gün sonra isə onu Zəngilan RPŞ-dən dəvət etmişlər. O, ilk əvvəl cinayət məsuliyyətinə cəlb olunmasından qorxduğu üçün ilkin izahatında Qiymətlə cinsi əlaqədə olmadığını bildirmiş, sonradan Qiyməti tibbi eksperlizatadan keçirtdikdən sonra onların cinsi əlaqədə olmaları üzə çıxmışdır. O, polis idarəsinə özü atası ilə birlikdə getmiş, orada ona qarşı hər hansı fiziki işgəncə və ya qeyriinsani rəftar olunmamışdır. O, Qiymətin 14 yaşı olduğunu bilmiş, əvvəldən sevgili olmuşlar bə bir-birlərini tanımışlar. Həyacanlı olduğu üçün və fikrini düzgün izah elmədiyi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizadan keçirilərkən Qiymətlə təbii yolla cinsi əlaqədə olduğunu, lakin qeyri-təbii yolla cinsi əlaqədə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında mütəxəssisin və qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onlar əvvəllər Sumqayıt şəhərində yaşamışlar. Orada Fərid adlı şəxslə tanış olmuşdur. Fəridlə sevgili kimi əlaqə saxlamışlar. Sumqayıtdan köçdükdən sonra evdən Fəridin yaşadığı ünvana gəlmiş və birlikdə Fəridin əmisinin yaşadığı evə getmişlər. Həmin evdə Fəridin əmisi, əmisinin arvadı və qızı da olmuşdur. Onlar gecəni həmin evdə qalmışlar, lakin heç biri yatmamış, səhərə kimi oyaq qalmışlar. Onunla Fəridin arasında heç vaxt cinsi əlaqə olmamışdır. O, Fəridi çox sevir və onunla evlənməyi düşünür. İndiyə kimi onun Fəriddən başqa sevgilisi olmamışdır. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o və ailəsi təxminən 3 ay bundan əvvələdək Sumqayıt şəhərində yaşamışlar. O, Sumqayıtda yaşadığı dövrdə onlarla eyni məhəllədə yaşayan Fərid adlı şəxslə tanış olmuşdur. O, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində “İnstagram” sosial şəbəkəsində Fəridlə əlaqə saxlamış, Fərid ona birlikdə qoşulub qaçmağı və ailə qurmasını demişdir. O, Fəridlə razılaşmış və 19:15 radələrində yaşadığı ünvan 2 ünvanını heç kimə xəbər vermədən özbaşına tərk etmiş və Sumqayıt şəhərinə Fəridin yanına getmişdir. O, təxminən saat 22:30 radələrində Sumqayıt şəhərində Fəridin yaşadığı məhləyə çatmışdır. İlkin izahatlarında ora gəldiyi saat səhvən 21 radələrini göstərmişdir. Məhlədə olarkən Fəridin qardaşı Hüseyni görmüş və ondan Fəridin harada olduğunu soruşmuş və onun üçün buraya gəldiyini bildirmişdir. Hüseyn ona Fəridin çayxanada olduğunu bildirmiş və Fəridi çağırmağa getmişdir. Bir müddət orada gözlədikdən sonra, Hüseyn Fərid və adını bilmədiyi əmisi ilə bərabər onun yanına gəlmişdir. Bir müddəi orada söhbət etdikdən sonra Hüseyn taksi çağırmışdır. O, Fərid və Fəridin əmisi ilə birlikdə Fəridin əmisinin Sumqayıt şəhəri, Yaşıl dərə massivində yaşadığı evinə getmişlər. Onlar Fəridin əmisinin evinə çatmışlar. Evdə bir müddət söhbət etdikdən sonra Fəridlə birlikdə eyni yataqda yatmağa getmişlər. Fəridin əmisi onlara yer açmış və özü də onlarla eyni otaqda divanda yatmışdır. Fəridin əmisi yuxuya keçdikdən sonra xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində yataqda Fərid onu qucaqlamış və dodaqlarından öpmüşdür. Fərid onunla cinsi əlaqədə olmaq istədiyini demiş və o razılaşmışdır. Daha sonra Fərid onun paltarlarını çıxarldıqdan sonra o, şalvarını yarıya kimi çıxartmış və Fərid onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Aralarında olan cinsi əlaqə təxminən 5 dəqiqə davam elmişdir. Daha sonra Fərid boşaldıqdan sonra yatmış, lakin o, səhərə kimi yatmamışdır. Fərid səhər yuxudan oyandıqdan sonra onun telefonu olmadığı üçün öz telefonunu ona vermiş, daha sonra evdən çıxıb işə getmişdir. Həmin vaxt Fəridin əmisi artıq evdən çıxıb getmişdir. Bir müddəi keçdikdən sonra Fərid başqa telefonla ona verdiyi telefona mesaj yazmış və anasının oraya gələcəyini bildirmişdir. O, həmin telefondan Fəridin qardaşı Hüseynə ismarıc yazmış və bu barədə bildirmişdir. Hüseyn ona narahat olmamasını və anasının gəlib her şeyi yoluna qoyacağını bildirmişdir. Daha sonra Fəridin anası gəlmiş, onun ailəsinin Fəridi polisə verdiyini bildirmişdir. Buna görə də ona hazırlaşmağı və onu atasıgilə aparacağını demişdir. O isə etiraz edərək gəlmək istəmədiyini və burada qalmaq istədiyini demişdir. Buna görə də Fəridin anası həyat yoldaşına zəng etmiş, onun getmək istəmədiyini və atasını da həmin mənzilə çağırmışdır. Bir müddət keçdikdən sonra Fəridin atası Mehman mənzilə gəlib ondan nə baş verdiyini və nə üçün evi özbaşına tərk etdiyini soruşmuşdur. O, sonuncuya yaşadığı evə getmək istəmədiyini, ailə üzvlərindən bezdiyini və onlarla yaşamaq istəmədiyini bildirmişdir. Fəridin atası ona hər şeyi yoluna qoyacağını və narahat olmamasını demiş, daha sonra onu maşına əyləşdirib bibisigilin yaşadığı ünvana aparmışdır. Ora çatdıqda həyətdə atası, bibisi, bibisinin qızı və polis əməkdaşları orada onu gözləmişlər. Daha sonra onun atası, Fəridin atası Mehman və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. O, Sumqayıt şəhərində Fəridin əmisinin evində olarkən Fəridlə onun arasıda qeyri-təbii yolla cinsi əlaqə olmuşdur. Fəridlə eyni yataqda uzanarkən Fərid onu qucaqlayıb, dodaqlarından öpmüş, daha sonra aralarında təxminən 5 dəqiqə davam edən qeyri-təbii yolla cinsi əlaqə olmuşdur. Fəriddən başqa o, heç kimlə cinsi əlaqədə olmamışdır. Fəridlə aralarında olan cinsi əlaqə Fəridin əmisi Kamranın Sumqayıt şəhəri, Yaşıldərə massivində yerləşən evinin yataq otağında baş vermişdir. Fəridin əmisi yatdıqdan sonra Fəridlə aralarında cinsi əlaqə könüllü şəkildə olmuşdur və ona qarşı heç bir zor tətbiq edilməmişdir. Onlar 3 ay əvvəl Abşeron rayonu. Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən evlərinə köçdükdən sonra və əvvəl Fəridlə Masazır qəsəbəsi Zengilan şəhərciyində heç vaxt görüşməmişlər. Onlar Zəngilan şəhərciyinə köçməmişdən əvvəl yalnız Sumqayıt şəhərində görüşmüşlər. Sonuncu dəfə isə o, evdən könüllü çıxıb getdikdən sonra Fəridin əmisinin Sumqayıt şəhəri, Yaşıl dərə massivində yerləşən evinə getmişlər ve gecəni orada qalmışlar. Aralarında olan cinsi əlaqə də Fəridin əmisinin evində olmuşdur. Fəridlə aralarında cinsi əlaqə olduqdan sonra bu barədə Fəridin əmisinin və ya heç kimin məlumatı olmamışdır. Onun Fəridlə sevgili olduğunu Fərid və ondan başqa Fəridin atası, anası, qardaşı ve qardaşının arvadı bilmişdir. O əvvəllər Fəridlə və ya başqa heç kimlə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamış, Fəridlə ilk və son dəfə xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, Yaşıl Dərə massivində Fəridin əmisinin evində olarkən qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Fərid onun 14 yaşında olduğunu bilmiş, əvvəldən onunla sevgili olmuş, bir-birlərini tanımışlar. Ekspertizadan keçirilərkən anası yanında olduğu üçün utandığından ekspertizada Təqsirləndirilən şəxsla cinsi əlaqədə olmadığını bildirmişdir. Əsl həqiqətdə o Fəridlə qeyritəbii yolla cinsi əlaqədə olmuşlar. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, onun qızı Qiymət 9-cu sinifdə oxuyur. Onlar Fəridgilin ailəsi ilə Sumqayıt şəhəri, 15-ci məhəllədə yaşamışlar. Onun qızı Qiymətlə Fərid arasında sevgi münasibətləri yaranmışdır. Onlar bu münasibətə qarşı olduqları üçün yaşadıqları Sumqayıt şəhərindən Masazır qəsəbəsinə köçmüşlər. O, 2025-ci ilin aprel ayında qızı Qiyməti yatmış vəziyyətdə qoyaraq baldızıgilə getmişdir. Daha sonra evə gələn zaman qızının evdə olmadığını görmüş, qonşunun uşağı Qiymətin avtomobilə minib getdiyini bildirmişdir. O, ərinə zəng vurmuş və Qiymətin evdə olmadığını bildirmişdir. Daha sonra Fəridgilin ailəsindən Qiymətin harada olduğunu soruşsaq da, lakin onlar məlumatlarının olmadıqlarını bildirmişlər. O, Fəridlə əlaqə saxlamış, sonuncu ona Qiyməti sevdiyini bildirmişdir. Daha sonra Fərid və əmisi Qiyməti gətirib baldızıgilə təhvil vermişlər. Onun qızı Fəridi sevir. Qiymət əvvəlcə Fərid ilə cinsi əlaqədə olmasını etiraf etməmiş, daha sonra evdə bunu etiraf etmişdir. Hal-hazırda Fərid və onun ailə üzvləri ona qızının nigah qurmağa hüquq verən yaş həddinə çatdıqda onunla evlənəcəyinə söz vermişdir. Lakin, onun qızı hazırda uşaqdır, yetkinlik yaşına çadıqdan sonra bu mümkün ola bilər. Qızı Fəridi sevdiyi və onun həbs edilməsini istəmədiyi üçün məhkəmə iclasında aralarında cinsi əlaqə olmadığını bildirir, lakin aralarında cinsi əlaqənin olmasını qızı ona etiraf etmişdir. Hazırda Fəriddən hər hansı şikayət və ya tələbi yoxdur. Həmçinin bildirmişdir ki, qızı qırxlı olanda bağısaq problemi olmuşdur, böyük vaxtı onun səhhətində belə bir problem olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən çayxanada qardaşı oğlu Təqsirləndirilən şəxslə oturarkən Fərid ona bir qızla sevgili olduğunu, həmin qızın yaşadığı evdən qaçdığını demişdir. Bu zaman Fəridin qardaşı Hüseyn ora gəlmiş, Fəridin sevgili olduğu qızın yaxınlıqda olduğunu və onu gözlədiyini bildirmişdir. Daha sonra o, qardaşı oğulları Fərid və Hüseynlə birlikdə həmin qızın yanına getmişlər. Qız qardaşıgilin yaşadığı binanın yanında olmuşdur. O qıza evlərinə getməsini təklif etmiş, razı olmadığı üçün onlara getməsinə razılıq vermişdir. Qardaşı oğlu Hüseynə isə demişdir ki, evlərinə qalsın qardaşına desin ki, qızı gəlib onlardan götürsün. Qardaşı ilə küsülü olduğu üçün özü evə qalxmamışdır. Bundan sonra taksi ilə o, Fərid və həmin qız birlikdə Yaşıl dərədə yerləşən onun evinə getmişlər. Evdə olan zaman həmin qıza buraya nə üçün gəldiyini və etdiyi hərəkətin düzgün olmadığını bildirmişdir. Həmin gecə Fəridlə həmin qızın arasında hər hansı yaxınlıq olmamışdır. Həmin gecə nə o, nə də Fərid və Qimyət yatmamışlar, onları nəzarətdə saxlamış, aralarında heç bir yaxınlıq olmamışdır. Səhər qardaşı Mehman və arvadı oraya gələrək Qiyməti və Fəridi oradan aparmışalr. Həmçinin bildirmişdir ki, o öz evində tək yaşayır, uzun müddətdir ki, ayrıldığı üçün qızı və keçmiş arvadı ayrı yaşayırlar. Fəridlə Qiymət onlara gələn zaman da arvadı və qızı ilə ayrı yaşamışlar, onlar evdə olmamışlar. Şahid X3 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında qismən ziddiyyətlər yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən çayxanada qardaşı oğlu Təqsirləndirilən şəxslə oturarkən Fərid ona bir qızla sevgili olduğunu, həmin qızın yaşadığı evdən qaçdığını, qızın harada olduğunu və bundan Fəridin xəbərinin olmaması barədə demişdir. Bu zaman Fəridin qardaşı Hüseyn ora gəlmiş, Fəridin sevgili olduğu qızın yaxınlıqda olduğunu və onu gözlədiyini bildirmişdir. Daha sonra o, qardaşı oğulları Fərid və Hüseynlə birlikdə həmin qızın yanına getmiş, qızla bir müddət söhbət etdikdən sonra taksi ilə o, Fərid və həmin qız birlikdə Yaşıl dərədə yerləşən onun evinə getmişlər. Evdə olan zaman həmin qıza buraya nə üçün gəldiyini və etdiyi hərəkətin düzgün olmadığını bildirmişdir. Bu barədə bir müddət söhbət etdikdən sonra, o divanda oturmuş və yuxuya gedib yatmışdır. Fəridlə həmin qız isə onun oturduğu divanla üzbəüz olan yataqda uzanmışlar. Səhər tezdən yuxudan oyandıqdan sonra o, Fəridin anasına zəng edib bu barədə xəbər vermişdir. Onun işlədiyi yer yaşadığı evin yanında olduğu üçün işə getmişdir. Daha sonra. Fəridin anası həmin ünvana gəlmişdir. Həmin vaxt o da qayıtmış, bir neçə dəqiqədən sonra Fəridin atası Mehman da həmin yerə gəlmişdir. Daha sonra Fərid, həmin qız və Fəridin anası ilə birlikdə oradan çıxıb getmişlər. O, Qiymətin yaşını əvvəlcədən bilməmiş, evdə olarkən ona 16 yaşının olduğunu demişdir. Onların sevgili olduğunu əvvəlcədən bilməmiş və yalnız xx.xx.2024-cü il tarixdə çayxanada olarkən Fərid ona bu barədə demişdir. O, Fərid və həmin qız onlara gəldikdən sonra yatmış, onların nə işlə məşğul olduğundan xəbərsiz olmuşdur. Səhər açılandan sonra qızın onlarda olması barədə Fəridin anasına zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Fərid onun qardaşıdır. O, qardaşı Fəridlə Qiymətin aralarında sevgi münasibəti olduğunu bilməmiş, lakin son 2-3 ay olar ki, onların yazışdıqlarından məlumatlı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində o, işdən evə gələrkən yaşadıqları Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən binanın 5-ci mərtəbəsindəki evlərinə çıxan zaman 4-cü mərtəbədə Qiymətin onu çağırdığını eşitmiş və ona tərəf yaxınlaşmışdır. Qiymət ona evdən bezib qaçdığını və qayıtmaq istəmədiyini demişdir. Daha sonra ondan Fəridin harada olduğunu soruşmuş və o, Fəridin əmisi Kamranla birlikdə çayxanada olduğunu Qiymətə demişdir. O, qardaşı Fəridi çağırmaq üçün çayxanaya gedəcəyini Qiymətə demiş və çayxanaya getmişdir. O, çayxanaya gəldikdən sonra Fəridə Qiymətin bezib evdən qaçdığını, onların yaşadıqları binaya gəldiyini və orada gözlədiyini demişdir. Çay içdikdən sonra o, qardaşı Fərid və əmisi Kamran birlikdə yaşadıqları məhəlləyə qayıtmışlar. O, əmisi ilə aşağıda gözləmiş, qardaşı Fərid binaya qalxaraq orada Qiymətlə danışmağa başlamışdır. Bir müddət sonra Fərid onların yanına gəlmiş və Qiymətin evə getməyəcəyini demiş və buna görə də bu gecəlik əmisi Kamrangildə qalacaqlarını bildirmişdir. Əmisi Kamran buna etiraz etməmiş və Fərid ondan taksi çağırmasını istəmiş, o da taksi çağırmış və Fərid, əmisi Kamran və Qiymət birlikdə əmisigilə getmişlər. Bundan sonra o, evə gəlmiş, anası Amirə ondan Fəridin harada olduğunu soruşmuş və əmisinin içkili olduğu üçün orada qaldığını demişdir. Bundan sonra o, səhər işə getmiş və günorta saatlarında olan baş vermiş hadisə barədə atası ona məlumat vermişdir. X8 sosial şəbəkələrdə yazışdıqlarından məlumatı olmuş, lakin bir-birləri ilə görüşdüklərindən ümumiyyətlə məlumatı olmamışdır. Onun həmin gecə Fəridlə Qiymətin əmisi Kamrangildə qaldıqlarından ve orada gecələdiklərindən məlumatı olmuşdur. Çünki onların əmisigilə getməsi üçün taksi sifarişi özü etmiş, lakin bu baradə anasına və atasına heç bir məlumat verməmişdir. Fərid ona Qiymətlə aralarında cinsi əlaqə olması barədə heç vaxt heç nə deməmişdir. Qiymətgil Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyinə köçdükdən sonra və ya əvvəl Fəridin Qiymətlə görüşmək üçün ümumiyyətlə ora gedibgetmədiyi barədə məlumatı olmamışdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Fərid onun oğludur. İki ilə yaxın olar ki, oğlu Fəridlə Qiymətin aralarında sevgi münasibəti olduğunu bilmişdir. Qiymətgil bir il öncəyə kimi Sumqayıt şəhərində, 15-ci məhəllədə eyni binada qalmışlar. xx.xx.2024-cu il tarixdə saat 20 radələrində Qiymətin bibisigil onların yaşadıqları mənzilə gəlmişlər. Qiymətin evdən qaçdığını və qızının onların saxlayıbsaxlamadıqlarını soruşmuşlar. Bu vaxt yoldaşı Mehman evdə yatmış və oğlu Fərid isə hamamda çimmişdir. O, Fəridə Qiymətin bibisigilin gəldiklərini demiş və o, bundan məlumatının olmadığını bildirmişdir. Bundan sonra Fərid hamamdan çıxdıqdan sonra qaynı Kamran onlara gəlib Fəridi çağırmış ve çayxanaya getmişlər. Daha sonra oğlu Hüseyn işdən gəlmiş, o, Hüseyndən qardaşı Fəridin harada olduğunu soruşan zaman əmisi Kamrangildə olduğunu demişdir. X9 birlikdə qaynı Kamrangildə olduğundan məlumatı olmamışdır. Səhər saat təxminən 08 radələrində Fərid işdən evə gəlmiş, ona 60 manat pul vermiş ve iş yerinə getmişdir. Səhər saat 10:00 da yoldaşı Mehman zəng etmiş, Qiymətin Kamrangildə olduğunu və gecəni də orda qaldığını, Fəridi işdən götürüb Kamrangilə getməli olduğunu ona demişdir. O da Fəridin işlədiyi sexə gedərək Fəridlə birlikdə qaynı Kamranın yaşadığı mənzilə getmişdir. Mənzilə çatdıqdan sonra qapını döymüşdür. Qiymət qapını açmışdır. Bundan sonra Qiymət, yoldaşı Mehman və Fərid Qiymətin bibisigilə getmişlər. Onlar Fəridi işlədiyi sexin qarşısında qoyaraq işə getməsini tələb etmişlər. O, Mehman ve Qiymət ilə birlikdə Qiymətin Sumqayıt şəhərində yaşayan bibisigilə getmiş və Qiyməti bibisigilə vermişdir. X8 sevgi münasibətində olaraq yazışdıqlarından məlumatı olsa da, bir-birləri ilə görüşdüklərindən məlumatı olmamışdır. Onun Qiymətin evdən qaçdığı gün Fəridlə birlikdə qaynı Kamranın evində qaldıqlarından və orada gecələdiklərindən xəbəri olmamışdır. Fərid ona Qiymətlə aralarında ciddi münasibət olduğu və ya aralarında hər hansısa cinsi əlaqə olub-olmadığı barədə heç nə deməmişdir. Həmçinin bildirmişdir ki, qaynı Mehman uzun müddətdir ki, boşanmışdır, qızı və arvadı onunla yaşamır, qaynı evində tək yaşayır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, məhkəmə iclasında şahid kimi ifadə vermiş Şahid3 ifadəsinə oxşar, eyniz məzmunlu ifadə vermişdir. Cinayət işinin 64-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 88-ci vərəqəsində olan qətimkan tədbiri seçiməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad olunmuşdur. Cinayət işinin 33-35-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli, 268 saylı məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs adma tərtib edilmiş tibbi sənədə əsasən və məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir. Q.B.Dünyamahyevanın qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Q.B.Dünyamahyevanm bədən səthi üzərində və arxa keçəcək nahiyəsində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Bakı Baş Səhiyyə X10 şəxsi 1 saylı X6 tərəfindən xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs adma tərtib edilmiş arayışa əsasən, onda müayinə zamanı hər hansı bir zöhrəvi xəstəlik aşkar edilmədi. Q.B.Dünyamahyevanm vizual olaraq bədən səthində və geyimində sperma və qan izləri aşkar edilmədi. Q.B.Dünyamahyevanın arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Gərginləşmiş kişi cinsiyyət üzvünün Q.B.Dünyamahyevanın arxa keçəcəyinə yeridilməsi nəticəsində əlamətlərin əmələ gəlməsi inkar olunmur. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa, müddəti haqqında fikir söyləmək mümkün deyildir. Cinayət işinin 123-125-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli, 2665 saylı kompleks ambulator məhkəmə-psixiairik və psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs əqli ya psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kamağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs ifadə verərkən öz hərəkətlərini dərk etmək iqtidarında olmuşdur, hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. X2 fərdi-psixi xüsusiyyətlərinə görə ekstraverlə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Fərdi-psixoloji xüsusiyyətlərində yeniyetmə yaş dövrünə məxsus – sərbəstliyə və müstəqilliyə can atmaq, nümayişkaranəlik, tez qərər vermək, emosionallıq kimi xüsusiyyətlər aşkar olunur, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. İfadə verməsi ekspet tərəfindən müşahidə olunmadığından onun həmin vaxt hansı psixi-emosional halda olduğunu müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs yalan danışmağa patoloji meyillilik müəyyən olunmur. İfadəsində göstərdiyi xüsusatların həqiqəti əks etdirməsi istintaqla müəyyən olunmalıdır. Cinayət işinin 143-145-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli, 3096 saylı kompleks ambulator məhkəmə-psixiairik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Həmçinin ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kamağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəl iliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altıa düşmür. Hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, situativlik, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. İfadə verərkən psixi-emosional vəziyyətini əks etdirən material təqdim olunmadığından onun həmin dövrdə hansı psixi- emosional vəziyyətdə olduğunu müəyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs ifadə verərkən ifadəsində göstərdiyi xüsusatlarm həqiqəti əks etdirib-etdirməməsi istintaqla müəyyən edilməlidir. Təqsirləndirilən şəxs yalan danışmağa patoloji meyillilik aşkar olunmadı. Lakin, özünü psixoloji müdafiə etmək məqsədilə bəzi xüsusalları öz marağına uyğun danışa bilər. Cinayət işinin 139-141-ci vərəqələrində olan xx.xx.2024-ciı il tarixli, 479 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyət üzvü nahiyyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patalogiya, anatomiya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Cinayət işinin 137-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi düzgün tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin ibtidai istintaqı zamanı hər iki şəxs aralarında qeyri-təbii yolla cinsi əlaqə olmasını ifadələrində bildirmişlər. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ifadə verərək törətdiyi əməli etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs həmin ifadələri polis əməkdaşlarının təklifi ilə verdiyini, lakin həmin vaxt ona qarşı hər hansı təsir və ya təzyiqin olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs də ibtidai istintaq zamanı mütəxəssisin və qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində təqsirləndirilən şəxs ilə aralarında qeyri-təbii yolla cinsi əlaqə olmasını bildirmişdir. Bundan əlavə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) məhkəmə iclasında qızının təqsirləndirilən şəxslə cinsi əlaqədə olmasını təsdiq edərək qeyd etmişdir ki, qızı ibtidai istintaqda verdiyi ifadəsindən əlavə onun özünə də etiraf etmişdir ki, Təqsirləndirilən şəxsla cinsi əlaqədə olmuşdur. Yalnız, Fəridi sevdiyi üçün indi məhkəmə iclasında fərqli ifadə verir. Bundan əlavə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ifadələrində gecəni evində qaldıqları Şahid2 evində arvadı və qızının da olmasını bildirsələr də, məhkəmə iclasında şahid kimi ifadə vermiş Şahid2 (təqsirləndirilən şəxsin əmisi) uzun müddətdir nikahının pozulduğunu, keçmiş arvadı və qızı ilə ayrı yaşadığını, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun evində qaldıqları gün də keçmiş arvadı və qızının evdə olmadığını bildirmişdir. Digər Şahid3 da (təqsirləndirilən şəxsin anası) qaynı Mehman Hüseynovun uzun müddətdir ki, boşandığını, qızı və arvadı ilə ayrı yaşadığını bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadələrində həqiqəti əks etdirməyən kifayət qədər hallar da aşkar edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında verdiyi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Zərərçəkmiş şəxsin isə məhkəmə iclasında davranışlarından kifayət qədər aydın sezilmişdir ki, təqsirləndirilən şəxsə qarşı olan hislərinə görə məhkəmə iclasında sonuncunu müdafiə yönümlü ifadələr vermişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdikləri ifadələri mötəbər sübut kimi qiymətləndirilməlidir, həmin sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar mövcud deyil. Bundan əlavə məhkəmə-tibbi ekspertizasının rəyi ilə də təsdiq edilir ki, zərərçəkmiş şəxsdə qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri vardır. Zərərçəkmiş şəxs isə bu günə kimi Təqsirləndirilən şəxs başqa sevgilisinin olmamasını bildirmişdir. Müdafiə tərəfi ekspert rəyini mübahisələndirərək qeyd edilən əlamətlərin zərərçəkmiş şəxsin bağırsaq problemlərinə görə müayinə ilə əlaqədar arxa keçəcəyinə yeridilmiş tibbi cihazın təsirindən və ya qəbzlikdən yarana biləcəyini bildirmişdir. Lakin, zərərçəkmiş şəxsin ekpertizadan keçməmişdən öncə səhhətində qeyd edilən yöndə problemlərin olmasını və həmin müayinələrdən keçməsini təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) isə qızının qırxlı vaxtında səhhətində belə bir problemin olmasını, böyük vaxtı heç bir probleminin olmamasını və bununla əlaqədar müayindən keçmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, ittiham tərəfinin təqdim etdiyi sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ondan heç bir tələb və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdən 29 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi 11 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdən 29 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-271/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-271/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver