Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-272/2021 22.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 16.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CMnin 67.1 və 69.3-cü maddələrinə əsasən 2 il 4 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə 26 avqust 2020-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı evin yaxınlığındakı, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Fətəlixan küçəsi, ev 16 A, mənzil 1-də həyət evində yaşayan tanışı Zərərçəkmiş şəxs2 məxsus “Doberman Pinçer” cinsli itin onu tanınasından istifadə edərək, həyətin daş hasarının taxtadan olan hissəsindən çölə çağırıb, gizli yolla talayıb, zərərçəkmiş Rinat Ruslanoviçə 550(beş yez əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 17.11.2020-ci il tarixdə saat 23-24 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X3 küçəsi, ev 16, mənzil 1 ünvanına hasardan aşma yolu ilə qanunsuz daxil olub evin həyətyanı sahəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus toyuq hinindən ümumi dəyəri 120 manat olan 8 ədəd(onlardan biri qara rəngli xoruz olmaqla, digərləri rəngbərəng olmaqla, yumurtlayan 7 ədəd toyuq) ev quşunu, həyətyanı sahədə yerləşən saxlanc yerindən dəyəri 500 manat olan, 1 ədəd Almaniya istehsalı, qırmızı rəngli, Stink markalı, işlənmiş odun doğrayan aparatı, dəyəri 250 manat olan, 1 ədəd kiçik çaplı, 1960cı ildə Rusiya SSRİ-də istehsal olunmuş, yivsiz pnevmatik tir tüfəngini, dəyəri 50 manat olan 1 ədəd fişəngi, dəyəri 11,30 manat olan 226 ədəd pistonu, dəyəri 20 manat olan 1 ədəd ov bıçağını, həyətyanı sahədə yerləşən qapısı olmayan saxlanc yerindən dəyəri 40 manat olan Rusiya istehsalı maşın təmiri açarlarını, dəyəri 80 manat olan, 1 ədəd Rusiya istehsalı, işlənmiş kirakeş, dəyəri 20 manat olan, 1 ədəd Rusiya istehsalı, işlənmiş yaba(sapı ilə birlikdə) və ümumili dəyəri 60 manat olan hər biri iki yaşında olmaqla 4 ədəd boz rəngli dovşanı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1151,30 (min yüz əlli bir tam yüzdə otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs2 uşaqlıqdan tanıyır, onunla Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi ərazisində bir məhəllədə yaşayırlar. Belə ki, Zərərçəkmiş şəxs2 yaşadığı həyət evi onun yaşadığı evdən təxminən 50 metr məsafədə yerləşir, Zərərçəkmiş şəxs2la aralarında həmişə normal yoldaşlıq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs2 yaşadığı həyət evində 2 ədəd it saxlayırdı, həmin itlərdən biri «Doberman Pinçer» cinsli, digəri isə adi it idi. Zərərçəkmiş şəxs2 tez-tez özünə məxsus «Doberman Pinçer» cinsli itini gəzdirməyə küçəyə çıxarmış, o da həmin iti oynatmış, yemək vermiş və it ona öyrəşmişdir. 26 avqust 2020-ci il tarixdə, saat 21:00 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Fətəlixan küçəsi, ev 16 A, mənzil 1-də yerləşən Rinatın yaşadığı həyət evinin yanından keçən zaman itin hürdüyünü eşidib, həyətin daş hasarının taxtadan olan təxminən 2-3 metr hissəsindəki boşluqdan Zərərçəkmiş şəxs2 məxsus «Doberman Pinçer» cinsli itin açıq vəziyyətdə olduğunu görmüş və onda həmin iti oğurlamaq fikri yaranmışdır. Hasarın həmin taxtadan olan hissəsindəki boşluğundan Zərərçəkmiş şəxs2 «Doberman Pinçer» cinsli itini çağırmış, it boşluqdan çıxıb onun yanına gəlmişdir. O, iti götürüb, oynada-oynada, Rinatgilin evlərindən uzaqlaşdırmış, sonra, iti dəniz kənarına aparmış, səhərə kimi iti dəniz kənarında oynadıb gəzdirmişdir. Sonra gəzə-gəzə, 27 avqust 2020-ci il tarixdə, saat 11:00 radələrində iti satıb pul əldə etmək üçün Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən Sumqayıt Kolxoz Bazarına apararaq orada yolun kənarında iti iplə ağaca bağlamışdır ki, qaçmasın və insanlara hücum etməsin. Saat 13:00 radələrində bazarın içinə keçmiş və 5-10 dəqiqədən sonra iti bağladığı yerə qayıdaraq bir nəfər təxminən 40 yaşlı tanımadığı cavan oğlanın itlə maraqlandığını görmüşdür. Həmin oğlan özünü Rəfayıl kimi təqdim edərək itin ona məxsus olub-olmadığını soruşmuş, o itin ona məxsus olduğunu və saxlamağa imkanı olmadığı üçün 100 manata satdığını bildirmişdir. Rəfayıl ona 50 manatı olduğunu bildirmiş, o, Rəfayıla itə görə heç olmasa 70 manat pul verməyini demiş, Rəfayıl isə yalnız 50 manat pulu olduğunu bildirmiş və onlar razılaşmışlar. Rəfayıl ona 50 manat pul verib iti götürüb aparmış, o, Rəfayıla öz ünvanını demiş və ondan aldığı 50 manat pulu öz tələbatlarına xərcləmişdir. Bundan sonra, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yaşadığı məhəllənin yaxınlığında olarkən, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları ona yaxınlaşaraq Zərərçəkmiş şəxs2 məxsus «Doberman Pinçer» cinsli iti oğurladığını soruşduqda Zərərçəkmiş şəxs2 məxsus «Doberman Pinçer» cinsli iti oğurladığını etiraf etmişdir. Polis əməkdaşları onu Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə aparmış, orada izahat verərək hər şeyi olduğu kimi göstərmiş və Zərərçəkmiş şəxs2 «Doberman Pinçer» cinsli itini 50 manata satdığı Rəfayıl adlı oğlanın, Sumqayıt Kolxoz Bazarının yanında, Sülh prospektində yerləşən mobil telefonların satışı mağazasında işləyən şəxs olduğunu bildirmişdir. Maddi vəziyyəti yaxşı olmadığına görə yenə oğurluq etmək qərarına gəlmişdir. 17.11.2020-ci il tarixdə saat 23-24 radələrində Tağıyev qəsəbəsində gəzərkən Xoyski küçəsində bir evin işıqlarının yanmadığını görmüşdür. Həmin evdə yaşayan şəxsin Nikolay adlı şəxs olduğunu bilmiş və onu tanımışdır. Həmin evdən oğurluq etmək qərarına gəldiyi üçün əvvəlcə ətrafa göz gəzdirmiş, yaxınlıqda heç kim olmadığına görə həmin həyət evinin daş hasarından aşaraq həyətə daxil olmuşdur. Sonra toyuq hininin açıq olan, yəni qıfılla bağlanmayan qapısını itələyib açaraq içəri daxil olmuşdur. Orada olan 4 ədəd dovşanı, 8 ədəd toyuğu, 1 ədəd odun doğrayan aparatı, divardan asılmış tir tüfəngini, maşın təmiri açarlarını, 1 ədəd ov bıçağını, 1 ədəd yabanı, bir ədəd kirakeşi, 1 ədəd fişəngi və çoxlu sayda pistonları götürüb oradan uzaqlaşmış və həmin əşyaları yaşadığı mənzilə aparmışdır. Ertəsi gün yəni 18.11.2020-ci il tarixdə saat 10 radələrində dovşan və toyuqları, eləcə də fişəng və pistonları mənzildə saxlayaraq qalan digər əşyaları tanımadığı taksi ilə Sumqayıt şəhərində yerləşən Bazar ərazisinə gətirmiş, orada tanımadığı şəxsə 50 manata satmışdır. Sonra yaşadığı mənzilə qayıdıb fişəng və pistonları götürüb Tağıyev qəsəbəsində yaşayan tanışı Xəyyamın evinə gedib qeyd olunan əşyaları ona hədiyyə etmiş və Xəyyama həmin əşyaları tapdığını demişdir. Evdə olan toyuq və dovşanın hamısını bişirib yemişdir. 50 manat pulu isə şəxsi tələbatı üçün xərcləmişdir. Oğurluq əməlini tək törətmiş, qeyd olunan əşyaları və ev heyvanlarını hissə-hissə bir neçə dəfəyə yaşadığı mənzilə aparmışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs2 vurulmuş maddi zərəri ödədiyini, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışdığını, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, digər zərərçəkmiş Nikolaya vurulmuş maddi zərəri ödəməyə imkanının olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 17.11.2020-ci il tarixdə saat 23:30 radələrində yaşadığı evdə yatmış, 18.11.2020-ci il tarixdə saat 06:30 radələrində yuxudan durub toyuq-cücəyə yem vermək istədikdə evin həyətyanı sahəsində yerləşən toyuq hinindən ümumi dəyəri 120 manat olan 8 ədəd (onlardan biri qara rəngli xoruz olmaqla, digərləri rəngbərəng olmaqla, yumurtlayan 7 ədəd toyuq) ev quşunun, həyətyanı sahədə yerləşən saxlanc yerindən dəyəri 500 manat olan, 1 ədəd Almaniya istehsalı, qırmızı rəngli, Stink markalı, işlənmiş odun doğrayan aparatın, dəyəri 250 manat olan, 1 ədəd kiçik çaplı, 1960-cı ildə Rusiya istehsalı, yivsiz pnevmatik tir tüfənginin, dəyəri 50 manat olan 1 ədəd fişəngin, dəyəri 10 manat olan 226 ədəd pistonun, dəyəri 20 manat olan 1 ədəd ov bıçağının, həyətyanı sahədə yerləşən qapısı olmayan saxlanc yerindən dəyəri 40 manat olan Rusiya istehsalı maşın təmiri açarlarının, dəyəri 80 manat olan, 1 ədəd Rusiya istehsalı, işlənmiş kirakeş, dəyəri 20 manat olan, 1 ədəd Rusiya istehsalı, işlənmiş yaba (sapı ilə birlikdə) və ümumi dəyəri 60 manat olan hər biri iki yaşında olmaqla 4 ədəd boz rəngli dovşanın oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi 17.11.2020-ci il tarixdə saat 23:30 radələrindən 18.11.2020-ci il tarixdə saat 06:30 radələrinədək olan müddət ərzində baş vermişdir. Oğurluq etmiş şəxs evin həyətyanı sahəsinə hasardan aşma yolu ilə daxil olmuş, çünki evin həyətyanı sahəsində yerləşən darvazanı qıfılla bağlamışdır. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tam olaraq ödənilmədiyi üçün Təqsirləndirilən şəxs barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə digər zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun oğludur, birlikdə yaşayırlar. Oğlu Zərərçəkmiş şəxs2 hazırda Litva Respublikası, Vilnüs şəhərindədir. Oğlu Rinata məxsus “Doberman Pincer” cinsli it 2019-cu ildə doğulmuş, 1 yaş 3 aylıq olmuşdur. Oğlu Rinat həmin iti 260 manata almışdır. Həmin iti yaşadıqları evin həyətyanı sahəsində saxlamışlar. İti heç vaxt bağlamamışlar, mütəmadi olaraq açıq vəziyyətdə olmuşdur. Yaşadıqları evin həyətyanı sahəsinin hər tərəfi daş hasarlıdır. Həyətyanı sahədən giriş-çıxış yalnız həyətyanı sahənin qapısından mümkündür. 26.08.2020-ci il tarixdə saat 20 radələrində oğlu Rinatla birlikdə evdən çıxıb həyətyanı sahənin qapısını açarla bağlayıb getmişlər. Həmin qapının açarı isə oğlu Rinatda qalmışdır. “Doberman Pincer” cinsli it isə həyətyanı sahədə açıq vəziyyətdə olmuşdur. Eyni tarixdə saat 23 radələrində yaşadığı ünvana getdikdə “Doberman Pincer” cinsli iti həyətyanı sahədə görməmişdir. Oğlu Rinat saat 22 radələrində yaşadıqları ünvana getdikdə itin həyətyanı sahədə olmadığını aşkar etmişdir. 27.08.2020-ci il tarixdə həmin it tapılaraq oğluna təhvil verilmişdir. Eləcə də məlum olmuşdur ki, həmin iti əvvəllər tanıdıqları Təqsirləndirilən şəxs oğurlamışdır. Həyətyanı sahənin 4 tərəfi də mişar daşları ilə hasarlanmışdır. Hasarların hündürdüyü təxminən 2 metrdir. Onlar evdən çıxarkən həyətyanı sahənin qapısını açarla bağlamışlar. Buna görə də qeyd edilən itin özünün həyətyanı sahədən çıxması qeyri-mümkündür. İti oğurlayan şəxs yalnız hasardan aşma yolu ilə həyətə daxil olub iti oğurlaya bilərdi. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən nümayəndəsi olduğu şəxsə vurulmuş zərərin aradan qaldırıldığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid3 ifadəsində göstərmişdir ki, 27 avqust 2020-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində, Sülh prospektində yerləşən işlədiyi mobil telefonların satışı mağazasının qarşısında siqaret çəkməyə çıxarkən çöldə qara rəngli “Doberman Pinçer” cinsli bir itin iplə ağaca bağlandığını görmüşdür. Onun ev heyvanlarına, əsasən də itlərə böyük marağı olduğu üçün orada olan marşrut avtobuslarına nəzarət edən təxminən 60 yaşlı tanımadığı kişidən ağaca bağlanan həmin itin kimə məxsus olduğunu soruşmuş, həmin kişi də itin bir nəfər cavan oğlana məxsus olduğunu, həmin oğlanın bazara getdiyini, itini ona tapşırdığını və həmin iti satdığını bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra təxminən 30 yaşlı cavan oğlan Sumqayıt Kolxoz Bazarı tərəfdən yaxınlaşaraq, ağaca bağlanmış həmin itin ona məxsus olduğunu, adının Səbuhi olduğunu və itə baxa bilmədiyi üçün onu 100 manata satdığını bildirmişdir. O, həmin “Doberman Pinçer” cinsli itə nəzər yetirərək ona yaxşı baxılmadığından zəif olduğunu görüb Təqsirləndirilən şəxs onu bir az aşağı qiyməyə satmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs iti 70 manata sata biləcəyini bildirmiş o isə Səbuhiyə itə görə 50 manat pul verib ondan ala biləcəyini bildirmişdir. Bir az fikirləşdikdən sonra Təqsirləndirilən şəxs onunla razılaşmış və ona 50 manat pul verərək həmin iti ondan alıb yaşadığı həyət evinə aparmışdır. O, Təqsirləndirilən şəxs aldığı “Doberman Pinçer” cinsli it üçün bəzi lazımi dərmanlar və ləvazimat almış və ona qulluq etməyə başlamışdır. Səhəri gün, yəni 28 avqust 2020-ci il tarixdə saat 11 radələrində işlədiyi mağazada olduğu zaman təxminən 20 yaşlı cavan oğlan onun yanına gələrək özünü Rinat kimi təqdim edib, dünən Səbuhidən aldığı itin ona məxsus olduğunu bildirmiş və iti ona qaytarmağını tələb etmişdir. O, Zərərçəkmiş şəxs2 onun itinə görə Təqsirləndirilən şəxs 50 manat pul verdiyini, onun pulunu qaytaracağı halda itini özünə qaytaracağını bildirmişdir. Buna cavab olaraq Zərərçəkmiş şəxs2 ona yaxşı olmayacağını bildirərək çıxıb getmişdir. Təxminən 1 saat sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkaşları onun iş yerinə gəlib Təqsirləndirilən şəxs aldığı Zərərçəkmiş şəxs2 məxsus “Doberman Pinçer” cinsli itin harada olduğunu soruşaraq, həmin iti onlara təhvil verməyini bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedərək iti onlara təhvil vermişdir. Bu barədə protokol tərtib edilərək itin fotoşəkilləri çəkilmiş, o da həmin protokola imza etmişdir. Səbuhi ona həmin itin özünə məxsus olduğunu, 8-9 ay ona baxdığını və həmin itə baxa bilmədiyinə görə itin zəiflədiyi üçün onu ucuz qiymətə, yəni 100 manata satdığını bildirmiş, sonra 50 manata satmağa razı olmuşdur. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yaşayır. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yaşayan Şahid1 bir sakin kimi tanıyır, onunla sıx münasibəti olmamışdır. Sadəcə olaraq həmyaşıd kimi hər dəfə qəsəbə ərazisində gördükdə salamlaşıb ayrılmışdır. Təxminən 2020-ci ilin noyabr ayının ortalarında Şahid1la Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Məscid”in yaxınlığında rastlaşmış, ona salam verən zaman Şahid1 onu saxlayaraq özündə satmaq üçün 1 ədəd fişəng və bir neçə piston olduğunu bildirmiş, o, Şahid1 həmin əşyaları haradan əldə etdiyini soruşduqda həmin əşyaları qəsəbə sakini kimi tanıdıqları Təqsirləndirilən şəxs aldığını bildirmişdir. O da öz növbəsində Şahid1 inanaraq bir ədəd fişəngi və 226 ədəd pistonu götürüb saxlayacağını, onda qaldığı müddət ərzində satacağını, sata bilməyəcəyi halda isə özünə qaytaracağını bildirmişdir. 25.11.2020-ci il tarixdə yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib son zamanlar ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı olaraq onu polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq onlarla birlikdə 2-ci PB-yə getmişdir. Bölmədə olarkən ona məlum olmuşdur ki, Şahid1 ona verdiyi fişəng və pistonlar oğurlanmışdır. Bu səbəbdən də həmin əşyaları polis bölməsinə aparıb təhvil vermişdir. Həmin əşyaları Şahid1 ona verərkən onların oğurlandığını ona deməmişdir. Buna görə də həmin əşyaları özündə saxlamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18.12.2020-ci il tarixli, 9/5279 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, ekspertizaya təqdim edilməyən tədqiq edilən tədqiqat obyektlərinin, 2020-ci ilin noyabr ayına, respublika daxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: - 4 ədəd boz rəngli dovşan, hər biri 2 yaşında olmaqla dovşan 60,00 manat; - Ümumilikdə 8 ədəd(onlardan 1-i qara rəngli xoruz olmaqla, digərləri rəngbərəng olmaqla, yumurtlayan 7 ədəd toyuq) 120,00 manat; - 1 ədəd Rusiya istehsalı işlənmiş yaba(sapı ilə birlikdə) 20,00 manat. Ekspert qeyd edir ki, tədqiqata təqdim edilməyən, qərarın təsviri hissəsində göstərilən lakin qiymətləndirilməyən aşağıdakı göstərilən digər əmlak faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq markasını, modelini, əmtəə görünüşünü, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmadı: -1 ədəd Almaniya istehsalı, qırmızı rəngli, Stink markalı, 1990-cı il, işlənmiş odun doğrayan aparat; - Rusiya istehsalı maşın təmiri açarları; -1 ədəd Rusiya istehsalı işlənmiş kirakeş; -1 ədəd kiçik çaplı, 1960-cı il, Rusiya istehsalı, yivsiz pnevmatik tir tüfəngi; -1 ədəd ov bıçağı. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 sentyabr 2020-ci il tarixli, 9/3362 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ev heyvanlarının saxlanılması və satışı məntəqələrində mövcud olan qiymətlərə, eləcə də internet sayıtlarının məlumatlarına əsasən, tədqiq edilən erkək cinsli, yaşı 1 il 3 ay olan “Doberman Pinçer” cinsli itin, 2020ci ilin sentyabr ayına, respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə təxminə 550,00 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 fevral 2021-ci il tarixli, 9/701 nömrəli rəyindən görünür ki, zavod üsulu ilə istehsal olunmuş hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronlarının bir hissəsi olan alışdırıcı kapsulların 1 ədədinin 2020-ci il noyabr ayına olan orta bazar qiyməti 0,05 manat, 216 ədədinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11,30(0,05 manat x 226 ədəd) manat müəyyən olunur. 1 ədəd xüsusi təyinatlı ROP-40 modelli işıqlandırıcı patron istehlak bazarında satışda olmadığından və onun qiyməti barədə Mərkəzdə məlumat olmadığından bu suala cavab vermək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 16.12.2020-ci il tarixli, 20/669R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silindrik əşya, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, xüsusi təyinatlı ROP-40 modelli işıqlandırıcı siqnal vermək üçün nəzərdə tutulmuş 40 mm-lik reaktiv işıqlandırıcı patronudur, döyüş sursatı və odlu silah hesab edilmir. Sınma, qopma, deformasiyaya uğrama izləri olmamasına və tam şəkildə olmasına görə həmin patron təyinatı üzrə istifadə üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 226 ədəd alışdırıcı kapsullar zavod üsulu ilə istehsal olunmuş hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronların bir hissəsidir, alışdırıcı kapsullarıdır, döyüş sursatı və odlu silah hesab edilmir. Sınma, qopma, deformasiyaya uğrama izləri olmamasına və tam şəkildə olmasına görə həmin alışdırıcı kapsullar təyinatı üzrə istifadə üçün yararlıdır. Qeyd: Tədqiqata təqdim edilmiş 226 ədəd alışdırıcı kapsullardan 10 ədədi DİN-in KTİ-nin kolleksiyasında saxlanıldı. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 03.11.2020-ci il tarixli arayışdan (tələbnamədən) və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-333/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Sumqayıt şəhər probasiya şöbəsinin 13.04.2021-ci il tarixli 1241 №li məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırki müddətə kimi çəkməmişdir, sonuncu şöbəyə müraciət etmədiyindən ümumiyyətlə qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törədən zaman üzərində Sumqayıt şəhər Məhkəməsinin 16.10.2020-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı aradan qaldırdığını, Zərərçəkmiş şəxs2 nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Nikolay Aşırova qarşı törətdiyi oğurluq cinayətini 17.11.2020-ci ildə yəni, Sumqayıt Şəhər Məhkəməsinin onun barəsindəki 16 oktyabr 2020-ci il tarixli hökmündən sonra törətdiyindən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 333/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin olunmuş 02 (iki) il 04 (dörd) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 02 (iki) il 04 (dörd) ayı CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona hökmlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri qaydasında qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 25.01.2021-ci il tarixdə tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 27.01.2021-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 25.01.2021-ci il tarixdən hesablanmaqla 26 mart 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və eyni məhkəmənin 19.03.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd ROP-40 modelli işıqlandırıcı patron və 216 ədəd alışdırıcı kapsulların Zərərçəkmiş şəxs1 və 01 ədəd “Doberman Pinçer” cinsli itin Zərərçəkmiş şəxs2 sərəncamlarına verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 13 mart 2021-ci il tarixli (iş № 1(060)- 272/2021) qərarını icra edərək, 16 mart 2021-ci il tarixli 266 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 05 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-333/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təyin olunmuş və ümumiyyətlə çəkilməmiş 02 (iki) il 04 (dörd) ay azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd ROP-40 modelli işıqlandırıcı patron və 216 ədəd alışdırıcı kapsulların Zərərçəkmiş şəxs1 və 01 ədəd “Doberman Pinçer” cinsli itin Zərərçəkmiş şəxs2 sərəncamlarına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-272/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-272/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver