Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-272/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 8-ci mikrorayon ev 17/29 mənzil 19-da qeydiyyatda olan, Abşeron rayonu Saray qəsəbəsi S.Qaziyeva küçəsi ev 31-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 08 ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 0,451 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 07 ədəd ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 0,340 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 13:15-də Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində yerləşən Köhnə tikililərin içərisində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində olan 2 ədəd sarı rəngli plastik qutulardan birinin içərisindən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 01 ədəd qara rəngli, 6 ədəd gümüşü rəngli siqaret kağızına, 01 ədəd şəffaf sellofana bükülmüş 0,016 qram, 0,017 qram, 0,037 qram, 0,008 qram, 0,019 qram, 0,019 qram, 0,040 qram və 0,295 qram cəmi 08 bükümlərdə olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,451 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, digər plastik qutunun içərisindən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 03 ədəd qara rəngli, 03 ədəd ağ rəngli siqaret kağızına bükülmüş, 01 ədəd şəffaf sellofana bükülmüş 0,039 qram, 0,021 qram, 0,036 qram, 0,056 qram, 0,046 qram, 0,037 qram və 0,105 qram cəmi 07 ədəd bükümlərdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,340 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq, götürülmüşdür. Bundan başqa, o satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,312 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 10:20 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən «Mərasim evi»nin qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli uzunqol gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,312 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:15 radələrində Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yerləşən Köhnə tikililərin içərisində tanışları X4 və X5 ilə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldıqlarını bildirib onları Sumqayıt ŞPİ-yə dəvət etmişlər, onlar da etiraz etmədən birlikdə Pİ-yə gəlmişlər. Orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Kərimxan Əsədov təqdim olunmuş, videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 02 ədəd sarı rəngli plastik qutuları təqdim etmişdir. Həmin qutular açılan zaman qutularının birinin içərisində 01 ədəd qara rəngli, 06 ədəd gümüşi rəngli siqaret kağızına, 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroinin, digər qutunun içərisində isə 03 ədəd qara rəngli, 03 ədəd ağ rəngli siqaret kağızəna bükülmüş, 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminin olması müəyyən edilmişdir. Üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 ədəd 01 manatlıq pul əskinası, 01 ədəd düymə, 01 ədəd “Samsunq” markalı mobil telefon və 05 qəpiklik pul əskinası aşkar olunmuşdur. Ondan həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini haradan əldə etdiyi soruşulduqda, o bildirmişdir ki, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından 60 manata almış, həmin şəxs narkotik vasitələri Sumqayıt şəhər Mərkəzi Poçtun qarşısına atmış, özü də həmin yerə gedərək onları şəxsi istifadəsi üçün oradan götürmüşdür. Onun üzərindən aşkar olunmuş 08 ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin və 07 ayrıayrı bükümlərdə olan psixotrop maddə metamfetamin tərəziyə qoyulub çəkilən zaman heroinin ümumi çəkisi 0,94 qram, psixotrop maddə olan metamfetaminin ümumi çəkisi isə 0,66 qram müəyyən olunmuşdur. Həmin maddələr qablaşdırılaraq möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq sənədlərə imza etmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd 01 manatlıq pul əskinası, 01 ədəd düymə özünə qaytarılmış, 01 ədəd “Samsung” markalı mobil telefon və 05 qəpiklik pul əskinası götürülmüşdür. Narkotik vasitə heroinii və metamfetamini aldığı şəxsin adını və digər anket məlumatlarını, mobil telefon nömrəsini bilməmiş, həmin şəxsə vermiş olduğu 60 manat məbləğində pul onun özünə məxsus olan pul olmuş, narkotik vasitəni satmaq niyyəti olmamış, satışla məşğul olmamışdır. Narkotik vasitəni almaqda ona kömək edən olmamış, bunu tək etmiş, o hüquqlarını bilir, ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Həmin narkotik vasitəni Asif və Namiqə satmamış, onlara pay kimi vermişdir. Tanışları Asif və Namiqin onun üzərində narkotik vasitənin olması barədə məlumatlarının olmasını dəqiq bilməmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə gecə saatlarında internet üzərindən tapdığı tanımadığı şəxslə sövdələşərək onun göndərdiyi və sonradan sildiyi kart hesabına 60 manat pul göndərməklə onun istiqamət verdiyi yerdən, Yəni Sumqayıt şəhəri Mərkəzi poçtun qarşısındakı ağacın dibindən 2 qrama yaxın bir bükümdə metamfetamini götürmüşdür. Həmin gün onun bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə əynində olan tünd göy rəngli uzunqol gödəkçənin sağ yan cibinə qoyub üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 10:20 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Mərasim” evinin qarşısı ilə piyada Sumqayıt Regional Narkoloji Dispanserə gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə həmin bölməyə gəlmişdir. Orada xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil Qoşqar Abbasov təqdim edilmiş, o vəkilə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunmuş, o da əynində olan tünd göy rəngli uzunqol gödəkçənin sağ yan cibində saxlamış olduğu içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd göy rəngli sellofan bükümü, 01 ədəd alışqanı, 04 ədəd 10 qəpiklik olmaqla 40 qəpik pul, həmin gödəkçənin sol yan cibindən üzərində ***-***-**-** mobil telefon nömrəsi olan 01 ədəd “Samsung A1” mobil telefon, bir topa qapı açarlarını çıxarıb təqdim etmişdir. Ondan həmin psixotrop maddə olan metamfetamini haradan əldə etdiyi soruşulduqda, o bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə gecə saatlarında internet üzərindən tanımadığı şəxsdən onun kartına 60 manat pul göndərməklə həmin şəxsin atdığı yerdən, yəni Sumqayıt Şəhər Mərkəzi Poçtunun qarşısındakı ağacın altından götürmüş, bir qismini şəxsi istifadəsinə sərf etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. Onun üzərindən aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin sellofan ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman 0,42 qram müəyyən olunmuş və aşkar olunmuş həmin maddə müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq sənədlərə imza etmişdir. Metamfetamin aldığı şəxsi tanımamış, onun əlaqə nömrəsini bilməmiş, metamfetamini almaqda məqsədi özü istifadə etmək olmuş, onun satmaq niyyəti olmamışdır. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, onun narkotik vasitələri satmaq niyyəti olmamış, heç kimə satış həyata keçirməmişdir. Buna görə də məhkəmədən bunları nəzərə almağı və ona yüngül cəza təyin etməyi xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin narkotik vasitələrin satışı ilə məşğul olmaması hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsinin bu hissəsi özünü müdafiə xarakteri daşıyır, çünki onun verilən ittihamlar üzrə təqsiri məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla və şahid ifadələri ilə tam təsdiq edilir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorudur, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Ramin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 13:15-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs tanışları X4 və X5 ilə birlikdə Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yerləşən Köhnə tikililərin içərisində saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişlər. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Səadət Qənbərov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Kərimxan Əsədovu təqdim etmiş, Ramin bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 02 ədəd sarı rəngli plastik qutuları təqdim etmişdir. Həmin qutular açılan zaman qutuların birinin içərisində 01 ədəd qara rəngli, 06 ədəd gümüşü rəngli siqaret kağızına, 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroinin, digər qutunun içərisində isə 03 ədəd qara rəngli, 03 ədəd ağ rəngli siqaret kağızına bükülmüş, 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminin olması müəyyən edilmişdir. Bundan başqa, Raminin üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 ədəd 01 manatlıq pul əskinası, 01 ədəd düymə, 01 ədəd “Samsunq” markalı mobil telefon və 05 qəpiklik pul əskinası aşkar olunmuşdur. Ondan həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini haradan əldə etdiyi soruşulduqda, Ramin bildirmişdir ki, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini xx.xx.2022ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından 60 manata almış, həmin şəxs narkotik vasitələri Sumqayıt şəhər Mərkəzi Poçtun qarşısına atmış, özü də həmin yerə gedərək onları şəxsi istifadəsi üçün oradan götürmüş, onun üzərindən aşkar olunmuş 08 ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin və 07 ayrı-ayrı bükümlərdə olan psixotrop maddə olan metamfetamin tərəziyə qoyulub çəkilən zaman heroinin ümumi çəkisi 0,94 qram, metamfetaminin ümumi çəkisi isə 0,66 qram müəyyən olunmuş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-in MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Bundan əlavə Raminin üzərindən aşkar olunmuş 01 ədəd 01 manatlıq pul əskinası, 01 ədəd düymə özünə qaytarılmış, 01 ədəd “Samsunq” markalı mobil telefon və 05 qəpiklik pul əskinası götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 25683 saylı məktubu ilə Sumqayıt ŞPİ-nin İŞ-yə daxil olunmuş 01 ədəd diskə baxış keçirilməsi haqqında protokolda onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrənin anten dairəsinin xx.xx.2022-ci il tarixdə saat 13:19-da Sumqayıt şəhəri Sülh küçəsi Azercell Depo ərazisində qeyd olunması barədə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13:15-də Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yerləşən Köhnə Tikilələrin içərisində saxladıqdan sonra, o onlardan aralanıb şəxsi işi ilə əlaqədar Sumqayıt şəhəri “Kolxoz bazarı”nın yaxınlığına getmiş, sonra yenidən Sumqayıt şəhər polis idarəsinə qayıtmışdır. Bu səbəbdən də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2022-ci il tarixdə saat 13:19-da Sumqayıt şəhəri Sülh küçəsi Azercell Depo ərazisində qeyd edilmişdir. “Kolxoz bazarı” ilə 9-cu məhəllə bir-birinə yaxın ərazidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini, polis mayoru Şahid1 da Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Ramin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 10:20-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən “Mərasim evi”nin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor- kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zamiq Quliyev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Namiq Quliyev ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Qoşqar Abbasovu təqdim etmiş, Ramin bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan tünd-göy rəngli uzunqol gödəkçənin sağ yan cibində saxlamış olduğu içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd göy rəngli sellofan bükümü, 01 ədəd alışqanı, 04 ədəd 10 qəpiklik olmaqla 40 qəpik pul, həmin gödəkçənin sol yan cibindən üzərində ***-***-**-** mobil telefon nömrəsi olan 01 ədəd «Samsunq A1» mobil telefon, bir topa qapı açarlarını çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı Namiq Quliyev tərəfindən onun üzərinə şəxsi axtarış davam etdirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sol arxa cibindən ağ rəngli salfet kəsiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən bundan əlavə hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Ondan həmin psixotrop maddə olan metamfetamini haradan əldə etdiyi soruşulduqda, Ramin bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə gecə saatlarında internet üzərindən tanımadığı şəxsdən onun kartına 60 manat pul göndərməklə həmin şəxsin atdığı yerdən, yəni Sumqayıt şəhər Mərkəzi Poçtunun qarşısındakı ağacın altından götürmüş, bir qismini şəxsi istifadəsinə sərf etmiş, qalan hissəsini isə üzərində saxlamışdır, metamfetaminin istifadəsinə 2 aydır ki, başlayıbdır, metamfetamini yandırıb çəkmə yolu ilə qəbul edir. Onun üzərindən aşkar olunmuş 01 bükümdə olan psixotrop maddə olan metamfetamin tərəziyə qoyulub çəkilən zaman çəkisi 0,42 qram müəyyən olunmuş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-in MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 127 saylı möhürü ilə möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparıldı və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Bundan əlavə Raminin üzərindən aşkar olunmuş 01 ədəd alışqan, 04 ədəd 10 qəpiklik olmaqla 40 qəpik pul, bir topa qapı açarları, 01 ədəd salfet kəsiyi özünə qaytarılmış, üzərində ***-***-**-** mobil telefon nömrəsi olan 01 ədəd «Samsunq A1» mobil telefon isə ona qaytarılmayaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı X2 İsmayılovun ifadəsinə oxşar ifadələr vermişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:15-də Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində yerləşən Köhnə tikililərin içərisində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” protkollardan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Ramin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 13:15-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs tanışları X4 və X5 ilə birlikdə Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yerləşən Köhnə tikililərin içərisində saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişlər. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Səadət Qənbərov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Kərimxan Əsədovu təqdim etmiş, Ramin bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 02 ədəd sarı rəngli plastik qutuları təqdim etmişdir. Həmin qutular açılan zaman qutuların birinin içərisində 01 ədəd qara rəngli, 06 ədəd gümüşü rəngli siqaret kağızına, 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroinin, digər qutunun içərisində isə 03 ədəd qara rəngli, 03 ədəd ağ rəngli siqaret kağızına bükülmüş, 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminin olması müəyyən edilmişdir. Bundan başqa, Raminin üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 ədəd 01 manatlıq pul əskinası, 01 ədəd düymə, 01 ədəd “Samsunq” markalı mobil telefon və 05 qəpiklik pul əskinası aşkar olunmuşdur. Ondan həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini haradan əldə etdiyi soruşulduqda, Ramin bildirmişdir ki, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından 60 manata almış, həmin şəxs narkotik vasitələri Sumqayıt şəhər Mərkəzi Poçtun qarşısına atmış, özü də həmin yerə gedərək onları şəxsi istifadəsi üçün oradan götürmüş, onun üzərindən aşkar olunmuş 08 ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin və 07 ayrı-ayrı bükümlərdə olan psixotrop maddə olan metamfetamin tərəziyə qoyulub çəkilən zaman heroinin ümumi çəkisi 0,94 qram, metamfetaminin ümumi çəkisi isə 0,66 qram müəyyən olunmuş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-in MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Bundan əlavə Raminin üzərindən aşkar olunmuş 01 ədəd 01 manatlıq pul əskinası, 01 ədəd düymə özünə qaytarılmış, 01 ədəd “Samsunq” markalı mobil telefon və 05 qəpiklik pul əskinası götürülmüşdür. Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/5903 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş 15 ədəd büküm...” yazısı və imzalar olan zərfdəki, -07 ədəd kağız və 01 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,016 qram, 0,017 qram, 0,037 qram, 0,008 qram, 0,019 qram, 0,019 qram, 0,040 qram və 0,295 qram ümumi təmiz çəkisi 0,451 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -06 ədəd kağız və 01 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,021 qram, 0,036 qram, 0,056 qram, 0,046 qram, 0,037 qram və 0,105 qram ümumi təmiz çəkisi 0,340 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:20 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə Mərasim evinin qarşısında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollafrdan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Ramin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 10:20-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən “Mərasim evi”nin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor- kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zamiq Quliyev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Namiq Quliyev ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Qoşqar Abbasovu təqdim etmiş, Ramin bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan tünd-göy rəngli uzunqol gödəkçənin sağ yan cibində saxlamış olduğu içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd göy rəngli sellofan bükümü, 01 ədəd alışqanı, 04 ədəd 10 qəpiklik olmaqla 40 qəpik pul, həmin gödəkçənin sol yan cibindən üzərində ***-***-**-** mobil telefon nömrəsi olan 01 ədəd «Samsunq A1» mobil telefon, bir topa qapı açarlarını çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı Namiq Quliyev tərəfindən onun üzərinə şəxsi axtarış davam etdirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sol arxa cibindən ağ rəngli salfet kəsiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən bundan əlavə hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Ondan həmin psixotrop maddə olan metamfetamini haradan əldə etdiyi soruşulduqda, Ramin bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə gecə saatlarında internet üzərindən tanımadığı şəxsdən onun kartına 60 manat pul göndərməklə həmin şəxsin atdığı yerdən, yəni Sumqayıt şəhər Mərkəzi Poçtunun qarşısındakı ağacın altından götürmüş, bir qismini şəxsi istifadəsinə sərf etmiş, qalan hissəsini isə üzərində saxlamışdır, metamfetaminin istifadəsinə 2 aydır ki, başlayıbdır, metamfetamini yandırıb çəkmə yolu ilə qəbul edir. Onun üzərindən aşkar olunmuş 01 bükümdə olan psixotrop maddə olan metamfetamin tərəziyə qoyulub çəkilən zaman çəkisi 0,42 qram müəyyən olunmuş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-in MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 127 saylı möhürü ilə möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparıldı və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Bundan əlavə Raminin üzərindən aşkar olunmuş 01 ədəd alışqan, 04 ədəd 10 qəpiklik olmaqla 40 qəpik pul, bir topa qapı açarları, 01 ədəd salfet kəsiyi özünə qaytarılmış, üzərində ***-***-**-** mobil telefon nömrəsi olan 01 ədəd «Samsunq A1» mobil telefon isə ona qaytarılmayaraq götürülmüşdür. Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 6/6159 saylı, xx.xx.2022ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün №127”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,312 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqınnda” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,262 qram metamfetamin maddi sübuta kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,348 qram narkotik vasitə olan heroin, 0,270 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Saray qəsəbə İƏD-nin 3406 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 6351 saylı, 26.0.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi malicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada 2449-xx.xx.2022 adlı papka var. Həmin papkaya daxil olduqda orada «502223080-SMS», «553040602-SMS», «**********80», «**********84», «**********02», «abuneciler», «antenna»-xx.xx.2022xx.xx.2022, antenna-xx.xx.2022-xx.xx.2022 adlı dokumentlər var. Polis əməkdaşları Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrənin anten dairəsi xx.xx.2022-ci il tarixdə saat 13:05, 13:39, 13:40 Sumqayıt şəhərində, Şahid2 istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsinin antenn dairəsi həmin gün saat 13:19-da Sumqayıt şəhəri Sülh küçəsi «Azercell Depo» ərazisində müəyyən olunur. Sumqayıt şəhəri Sülh küçəsi «Azercell Depo» ərazisi Sumqayıt şəhəri 9-cu məhəllə ərazisinə yaxın ərazidə yerləşir. Bundan başqa, həmin dokumentlərə daxil olduqda orada iş üçün əhəmiyyət kəsb edən sms-lər, telefon danışıqları aşkar edilmir. İş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən Vyetnam dövlətinin istehsalı olan 01 ədəd qara rəngli “Samsung A1” markalı mobil telefon aparatıdır. Həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi var. Mobil telefon aparatının arxasında qara rəngli kabura var. Mobil telefon aparatına baxış keçirilən zaman iş üçün sübut əhəmiyyətli telefon danışıqları, mesaj mübadiləsi, votsap yazışmaları, səsli mesajlar, videogörüntülər, fotoşəkillər aşkar edilməmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,262 qram metamfetamin maddi sübuta kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,348 qram narkotik vasitə olan heroin, 0,270 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 25683 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi ilə əldə etdiyi 01 ədəd qara rəngli, 6 ədəd gümüşü rəngli siqaret kağızına, 01 ədəd şəffaf sellofana bükülmüş, cəmi 08 bükümlərdə olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,451 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, digər plastik qutunun içərisindən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 03 ədəd qara rəngli, 03 ədəd ağ rəngli siqaret kağızına bükülmüş, 01 ədəd şəffaf sellofana bükülmüş, cəmi 07 ədəd bükümlərdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,340 qram psixotrop maddə olan metamfetamini daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin və tərkibində güclü təsir edən maddələrin növlərinin müxtəlif olması, ayrı-ayrı bükümlərə bölməsi, bükümlərin sayı onun satış məqsədini təsdiq edir. Həmçinin onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,312 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması da iş materialları və işdə olan sübutlarla tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə üzərindən götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin satış üçün deyil, özü istifadə etməsi üçün əldə edib saxlaması barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək və məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Həmin hallar məhkəmə iclasında araşdırılsa da təsdiq olunmadı. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-nin 234.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-372/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə toplanılmalıdır. Cəzanın əvvəli 30 yanvar 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübutlar-Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,348 qram narkotik vasitə heroin və 0,532 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, əməliyyat-axtarış tədbirini və "xxxx" MMC-nin telefon danışıqlarını özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokollardan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək və 24 oktyabr 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixədək tutularaq saxlanmış və azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-372/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdən 14 oktyab 2022-ci il tarixədək və 24 oktyabr 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 04 (dörd) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəzanın əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,348 qram narkotik vasitə heroin və 0,532 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, əməliyyat-axtarış tədbirini və "xxxx" MMC-nin telefon danışıqlarını özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxs aldığı gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-272/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-272/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver