Məhkəmə qərarları › İş №1(060)-273/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-273/2022

22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-273/2022 22.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Yataqxana 3, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evdə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 3 ünvanda yaşayan barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən "Karvan Ticarət" mərkəzinin meyvə-tərəvəz satılan bazarına gələrək, orada alver edən şəxslərin arasında birlikdə oğurluq edərək əldə edilmiş əmlakı bölşüdürmək məqsədi ilə gəzən zaman Zərərçəkmiş şəxs məxsus içərisində 2295 (iki min iki yüz doxsan beş) manat məbləğində nağd pul və 348,50 (üç yüz qırx səkkiz manat əlli qəpik) manat ekvivalentində 205 (iki yüz beş) ABŞ dolları pul olan 01 (bir) ədəd dəri materialından olan 50 (əlli) manat dəyərində pul qabını piştaxtanın üzərinə qoyduğunu görüb gizli talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümümilkdə 2693,50 (iki min altı yüz doxsan üç manat əlli qəpik) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən "Karvan Ticarət" mərkəzinin meyvə-tərəvəz satılan bazarına gələrək, orada alver edən şəxslərin arasında birlikdə oğurluq edərək əldə edilmiş əmlakı bölşüdürmək məqsədi ilə gəzən zaman Zərərçəkmiş şəxs məxsus içərisində 2295 (iki min iki yüz doxsan beş) manat məbləğində nağd pul və 348,50 (üç yüz qırx səkkiz manat əlli qəpik) manat ekvivalentində 205 (iki yüz beş) ABŞ dolları pul olan 01 (bir) ədəd dəri materialından olan 50 (əlli) manat dəyərində pul qabını piştaxtanın üzərinə qoyduğunu görüb Təqsirləndirilən şəxs2 göstərmiş, sonuncu həmin pul qabını gizli talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümümilkdə 2693,50 (iki min altı yüz doxsan üç manat əlli qəpik) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respubliksı CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğurluq etməmiş, pul qabı piştaxtanın üstündə olmuşdur. Rafiq pul qabını ona göstərmiş, o da pul qabını götürərək bazardan çıxmışdır. Pulu Rafiqlə yarı-yarıya bölmüşlər və ona düşən pulu da anasının müalicəsinə xərclədiyini bildirmişdir. Pul qabını götürəndə Rafiq də görmüş və bütün hadisə kameraya düşmüşdür. Zərərçəkmiş şəxsi əvvəllər tanımadığını və pul qabıdan götürülən pulları gələcəkdə qaytaracağını bildirərək barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respubliksı CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə o tanışı Təqsirləndirilən şəxs2 ilə Sumaqyıt şəhəri, "Kolxoz" bazarın ərazisində gəzirmiş, həmin vaxt Ülvi ilə bazarda olduqları zaman, Ülvi onun yanından qəflətən, sağ tərəfə qaçmış, o isə həmin vaxt bazarı tərk etmişdir. Bir müddət sonra isə o bazardan çıxdıqdan sonra Ülvini axtarmağa başlamışdır. Bir neçə müddət sonra isə o Ülvi ilə bazarın ətrafında görüşmüşdür. Onun oğuluq etməsi üçün yanından qırağa getməsi barədə onun məlumatı həmin vaxt olmamışdır. Onlar Ülvi ilə həmin vaxt görüşdükdən sonra Ülvi ona köməklik etmək üçün 150 (bir yüz əlli) manat məbləğində pul vermişdir. Ülvinin oğurluq eldiyi barədə heç bır məlumatı olmamış və həmin vaxt bazarda ona həmin pul qabını götürməyə o heç cürə köməklik etməmişdir. Həmin zaman o başqa bir cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzası çəkdiyini və ayağında elektron nəzarət vasitəsi olduğunu bildirmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların özünü təqsirli bilməyərək verdiyi ifadələr özlərini müdafiə xarakteri daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci ıl tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, “Kolxoz” adlı bazarına ərzaq almağa getmiş, həmin vaxt orada tanışı Rafiq Allhverdiyevi görmüş və o onunla söhbət edikdə öz istifadəsi üçün narkotik vasitəsi olub-olmasını ondan soruşmuşdur. Çünki o da narkotik vasitələrin istifadəçisidir və həmin vaxt narkotik vasitədən istifadə etmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmadığını demiş və buna pul lazım olduğunu demişdir. Ona görə də, ona demişdir ki, "hərəkət etmək lazımdır". Onlar Rafiqlə bazarda gəzirmiş və “Kolxoz” bazarında piştaxtaların arasında Rafiq əli ilə orada kostyumda tanımadığı bir şəxsin meyvə-tərəvəz aldığını göstərmişdir. Həmin şəxsin yanında olan piştaxtanın üzərində qara rəngli pul çantasının da olduğunu ona demiş və onu asanlıqla oğurlamağa şanslarının olduğunu demişdir. O da həmin pul çantasını nəzarətsiz qaldığını üçün gizli olaraq piştaxtanın üzərindən oğurlamaq qərarına gəlmişdir. Ona görə də, həmin vaxt həmin piştaxtaya yaxınlaşmış və həmin pul çantasını gizli olaraq oğurlamışdır. Daha sonra o oradan dərhal uzaqlaşmış, əl çantasına uzaqlaşdıqdan sonra baxmış və içərisində təxminən 2300 (iki min üç yüz) manat məbləğində nağd pul 01 (bir) və 02 (iki) nominalında ABŞ dolları məbləğində pulun və müxtəlif plastik kartlar olduğunu görmüşdür. O pulları əl çantasından götürdükdən sonra əl çantasını içərisində olan sənədlərlə və plastik kartlarla birlikdə bazar ətrafındakı zibilliyə tullamışdır. Bazardan çıxdıqdan sonra Təqsirləndirilən şəxs1 onun yanına qaça-qaça gəlmiş və o, ona oğurladığı 2300 (iki min üç yüz) manat puldan 1100 (bir min yüz) manat pulu vermişdir. Çünki həmin vaxt onlar bazarda gəzəndə Rafiqlə danışmışlar ki, oğuluq yolu ilə nə əldə etsələr yarı böləcəklər. Ona görə də, həmin əlçantasını piştaxtanın üzərində oğurlamağa ona Rafiq köməklik etmiş, həmin çantanı əvvəldən görüb və yanında heç-kəsin olmadığını ona göstərmişdir. Əlavə olaraq qeyd etmişdir ki, müstəntiq tərəfindən video çəkilişdə baxdığı zaman orada olan ağ və qara rəngli qısa qolu köynəkdə olan şəxs odur və tünd rəngli kostyumda olan şəxsin yanında gəzən şəxs odur və həmin vaxt o həmin sözü gedən əl çantasını oğurladıqdan sonra oradan dərhal uzaqlaşdığını da görmək olur. Əlavə olaraq qeyd etmişdir, ki həmin video görüntüdə yanında olan şəxs Təqsirləndirilən şəxs1dir, o, əli ilə ona oğurladığı əl çantasının nəzarətsiz oldğunu və onun tərəfindən oğurlanmış pulu yarı-yarı bölməklərini ona demişdir. O, da həmin vaxt onunla razılığa gələrək sözü gedən əl çantasını oğurlamışdır. Digər video görüntüdə qara papaqda və qara köynəkdə qaçan şəxs Rafiq Alllahverdiyevdir. Rafiqin həmin vaxt onun yanına qaçmağının səbəbi odur ki, o həmin əl çantasını oğurladıqdan sonra orada olan pulların daha az miqdarda olmasını ona deyib ona düşən payı kəsər və nəticədə onu aldadar. Ona görə də, Rafiq ona inanmadığı üçün onun yanına qaçmışdır. O da Rafiqin yanında oğurladığı əl çantasını açmış və pulları düzgün bölmüş, orada olan puldan Rafiqə 1100 (bir min yüz ) manat vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixində saat 19:00 radələrində Sumqayıt şəhəri, Kolxoz (Karvan) bazarında alış-veriş edən zaman naməlum şəxs və ya şəxslər başının qarışıq olmasından istifadə edərək piştaxtanın üzərinə qoymuş olduğu içərisində 2295 (iki min iki yüz doxsan beş) manat, 205 (iki yüz beş) ABŞ dolları pul özünə məxsus 03 (üç) ədəd “Yelobank” kartları, özünə məxsus “Lukoil” benzin kartı, qaynı X2 məxsus “Unibank Albalı plüş” kartı, bacanağı X1 məxsus “Albalı plüş” kartı, anası X3 məxsus “Kapital Bank” kartı, “Göyçay” market plastik kartı, Metro kartı, qara rəngli 50 (əlli) manat dəyərində olan dəri pul qabı oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsinin nəticəsində ona 2295 (iki min iki yüz doxsan beş) manat dəyərində maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd elmişdir ki, həmin oğurluğu edən şəxslərin oğurluq etdiyi zaman bazarın müşahidə kameraları tərəfindən çəkilmiş video görüntülər onun tərəfindən götürülmüşdür. Həmin video görüntüləri o polis əməkdaşlarına təqdim etmiş və bu barədə Sumqayıt ŞPİ-nin 4-cü PBnə müraciət elmişdir. Həmin cinayət əməlini törətmiş şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini istəmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulan maddi ziyan ödənilməmişdir. Ona görə də, onların barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlinin törədilməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən görünür ki, "Karvan Ticarət" mərkəzinin meyvə-tərəvəz satılan bazarını görmək olur. Orada bir nəfər ağ-qara rəngli köynəkdə və qara rəngli köynəkdə, başında kepka olan şəxsi görmək olur. Daha sonra orada həmin iki nələr şəxsin bir birləri ilə söhbət etdiyini və qara rəngli köynəkdə başında qara rəngli kepka olan şəxs yanında ağ-qara rəngli paltarda olan şəxsə əli ilə kənarda dayanmış qara rəngli kostyumda olan şəxsi göstərir və əli ilə çıxışa tərəf göstərib gedir. Ağ-qara rəngli paltarda olan şəxs sonra isə ona göstərilən istiqamətdə getdiyi və oradan sürətlə uzaqlaşdığını və əlində qara rəngli əşya olduğunu görünür. Daha sonra 00 dəqiqiə 14 saniyyə davam edən növəbti video görüntüyə baxdıqda orada həmin iki nəfər şəxsin "Karvan Ticarət" mərkəzinin qarşısında qaçdığlarını görmək olur. Diskə baxış zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, həmin video çəkilişdə olan şəxs özüdür və orada yanında qara kepkada olan şəxs tanışı Təqsirləndirilən şəxs1di. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona əli ilə zərərçəkmiş şəxs R.Əhmədova məxsus piştaxtanın üzərində qoyduğu əl çantasını göstərir və daha sonra əli ilə çıxışda onu gözlədiyini deyib bazarı tərk edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-671/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəmsinin xx.xx.2021-ci il tarixli 7(060)-219/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona 02 (iki) il 05 (beş) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası təyin edilmiş, Sumqayıt Şəhər Məhkəmsinin xx.xx.2021-ci il tarixli, 7(060)-219/2021 nömrəli qərarı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Rəspublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 10 (on) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhlum edilmiş Təqsirləndirilən şəxs1 "08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən hökmlə ona təyin olunmuş cəzanın çəkilməmiş 06 (altı) ay 02 (iki) gün hissəsindən azad edilmişdir. “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Ona görə də, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.5 və 180-cı maddələrinin tərkib əlamətləri olmadığından onların barələrində cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı həbsdə olduğu 01 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı həbsdə olduğu 01 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar