Məhkəmə qərarları › İş №1(060)-273/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-273/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-273/2024 03.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 12:21 radələrində özünə məxsus BC kateqoriyalı, AE 027236 seriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai Sonata» markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə edərək svetoforun qırmızı işığında Bədəlbəyli küçəsi ilə kəsişdiyi yol ayrıcına daxil olub “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yol ayrıclarında isə svetofor qarşısında dayanmalı olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq sağ tərəfdən Bədəlbəyli küçəsi ilə svetoforun yaşıl işığında 25 km/saat sürətlə yolayrıcına daxil olan Zərərçəkmiş şəxs idarə etdiyi «X5» markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq, ehtyatsızlıqdan Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının küt travması, sol İİ-İİİ-İV qabırğaların yerdəyişən sınığı, sol ağciyərin əzilməsi, sol tərəfli pnevmohemotoroks, sol dizin sıyrığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, 41-ci məhəllədə avtomobil təmiri sexində rəngsaz işləyir. Avtomobil idarə etmək hüququ verən BC kateqoriyası vardır. ** ET *** dövlət qeydiyyat nişanlı, “Hunday Sonata” minik markalı avtomobil ona məxsus olmaqla, özü idarə edir. 17 oktyabr 2023-cü il tarixdə saat 12:20 radələrində idarə etdiyi “Hunday Sonata” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində soldan birinci hərəkət zolağında saatda 80 km/saat sürətlə hərəkətdə olarkən Bədəlbəyli küçəsi ilə kəsişmədə ehtiyyatsızlıq edib işıqforun qırmızı işığının yanmasına fikir vermədən yolu keçmək istəyəndə həmin vaxt Bədəlbəyli küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi ** TX *** dövlət qeydiyyat nişanlı “Hunday Santafe” markalı avtomobilin qabaq sol yan qapısı ilə toqquşmuş, hadisədən sonra o, hadisə yerində qalıb polis əməkdaşlarını gözləmiş, digər avtomobildə olan sürücü Zərərçəkmiş şəxs xəsarət aldığından onu X2 avtomobili ilə xəstəxanaya aparmışlar. Hal-hazırda zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəyən maddi ziyanı ödəmişdir və ona qarşı heç bir şikayət və tələb yoxdur. Ona görə də, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəyən maddi ziyanı ödəmişdir və ona qarşı heç bir şikayət və tələb yoxdur. Ona görə də, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 12:20 radələrində etibarnamə ilə idarə etdiyi «Hyundai Santafe» markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bədəlbəyli küçəsində yolayrıcına yaşıl işığa daxil olaraq 25 km/saat sürətlə hərəkətdə olarkən sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” minik markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroqlu küçəsi ilə üzü Bədəlbəyli küçəsinin kəsişməsi istiqamətində yolun soldan 1-ci hərəkət zolağında təxminən 80 km/saat sürətlə hərəkətdə olan zaman işıqforun qırmızı işığında hərəkətiniə davam edərək onun avtomobilinin qabaq sol qapısı ilə toqquşmuş, nəticədə o, bədən xəsarəti almışdır. Onu hadisə yerinə gələn X2 maşını ilə Sumqayıt şəhər TTYX-na aparmışlar. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi ziyan ödəmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi ziyan ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 1806 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının küt travması, sol İİ-İİİ-İV qabırğaların yerdəyişən sınığı, sol ağciyərin əzilməsi, sol tərəfli pnevmohemotoroks, sol dizin sıyrığmdan ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyal üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3525 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Hyundai Sonata» markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə eldiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşur. İş materiallarında olan baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş yerin fotoşəkillləri və sxemi çəkilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki. xx.xx.2023-cü il tarixdə saat 12:21 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkət edən «Hyundai Sonata» markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin küçənin Bədəlbəyli küçəsi ilə kəsişməsində yerləşən yolayrıcını svetoforun qırmızı (qadağanedici) işığında keçərkən sonuncu küçə ilə həmin yolayrıcına svetoforun yaşıl işığına daxil olub hərəkət edən «Hyundai Santafe» markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yol ayrıcında toqquşduğu müşahidə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etməklə ittihamın elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserindən daxil olmuş 5259 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:25 radələrində müayinə zamanı alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cii il tarixli, 3-13-16-8/2348/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə «BC» kateqoriyalı AE027236 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrumedənlər sırasında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materillarında olan Sumqayıt şəhər Bələdiyyəsinin 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından, həmin maddə ilə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsin və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barələrində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış baş vermiş hadisənin videogörüntüsünü əks etdirən 01 (bir) ədəd DVd disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 128,00 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Buna görə də, Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış baş vermiş hadisənin videogörüntüsünü əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 128,00 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar