Məhkəmə qərarları › İş №1(060)-273/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-273/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-273/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhərində yerləşən «Riyad» Ticarət Mərkəzində D23 saylı cərgədə olan 46D saylı «Zirvə 999 mebel evi» dükanından sifariş etdiyi yataq dəstini gətirəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2024-cü il tarixdə, saat 11:42-də Sumqayıt şəhəri 34-cü məhəllə, Nizami küçəsi, Nizami parkı ərazisində quraşdırılmış «Million» ödəmə terminalı vasitəsi ilə onun göndərdiyi «ABB»-yə məxsus 5522-0993-6093-1877 nömrəli tam kartına 1000 manat, xx.xx.2024-cü il tarixdə, saat 17:38-də yaşadığı ünvan 2 ünvanda istifadəsində olan mobil telefonunda quraşdırılmış «Kapitalbank»a aid Birbank mobil tətbiqi vasitəsi ilə adına olan həmin banka məxsus 5239-1517-5904-0333 nömrəli bank kart hesabından onun göndərdiyi «ABB»-yə məxsus bank kart hesabına 300 manat pulunu vahid qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 1300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildən Abşeron rayonu ərazisində yerləşən «Riyad» ticarət mərkəzində icarəyə götürdüyü dükanda mebel satışı ilə məşğul olur. Borclarının olması səbəbindən xx.xx.2024-cü il tarixdən etibarən o, həmin dükanı bağlamışdır. İşlədiyi müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əvvəllərdə dükanının müştərisi olmuş Nurlan və qaynanası dükanına gəlmişdir. Onlar mağazada cehizlik yataq dəstini bəyənib sifariş etmişlər. Onlarla 3800 manata razılaşmışlar. Razılaşmaya əsasən 1000 manat ilkin ödəniş etməli və qalan məbləği də toydan sonra ödəməli idilər. O da xx.xx.2024-cü il tarixdə yataq dəstini onlara göndərməli idi. Həmin vaxt onların üzərində pul olmadığı üçün Nurlan ondan kartını istəmiş, o, özünə məxsus olan ABB-yə aid olan 5522-0993-6093-1877 nömrəli kartının məlumatlarını Nurlana vermişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Nurlan onun kartına 1000 manat pul köçürmüş, özü isə həmin pulu nağdlaşdıraraq ehtiyacı olduğu üçün ələ keçirərək özünə sərf etmişdir, həmin puldan heç kimə verməmişdir. Bundan sonra yenidən Nurlan ilə əlaqə saxlayıb əlavə olaraq 1000 manat pul da göndərməli olduğunu bildirmiş, lakin Nurlan ona imkanı olmadığı üçün onu kartına 300 manat pul göndərə biləcəyini deyib, xx.xx.2024-cü il tarixdə saat 17:40 radələrində 300 manat pul da göndərmişdir. O həmin pulu da nağdlaşdırıb ələ keçirərək, özünə sərf etmişdir, həmin puldan heç kimə verməmişdir. Lakin Nurlan görəndə ki, sifariş verdiyi yataq dəstini ona göndərməmiş, ondan pulunu geri tələb etmişdir. O da ona müxtəlif bəhanələr gətirərək pulunu qaytaracağını bildirsə də, qaytara bilməmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirmiş, qeyd edilən halları nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xeyir işlə əlaqədar Rahimin dükanından mebel almış, lakin, Rahim mebeli göndərməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 11:40 radələrində o, Sumqayıt şəhəri, 34-cü məhəllə, Nizami küçəsi, Nizami parkında quraşdırılmış «Million» ödəmə terminalı vasitəsi ilə Rahimin ona verdiyi həmin bank kart hesabına 1000 manat göndərmiş, bundan sonra Rahimin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon ilə əlaqə saxlamış, Rahim bir daha xx.xx.2024-cü il tarixdə yataq dəstini onlara göndərəcəyinə dair söz vermişdir. xx.xx.2024cü il tarixdə saat 17 radələrində Rahim onunla əlaqə saxlayaraq yataq dəstini göndərilməsi üçün əlavə olaraq ödəniş etməli olduğunu deyib ondan 1000 manat pul istəmiş, o da imkanı olmadığı üçün 300 manat pul verə biləcəyini bildirmişdir. Rahim onunla razılaşmış və 300 manat pulu bank kart hesabına göndərməsini xahiş etmişdir. O, həmin gün saat 17:40 radələrində yaşadığı evdə olarkən istifadəsində olan mobil telefonuna yüklədiyi «Kapital bank»a məxsus Bir Kart tətbiqi vasitəsi ilə adına olan 5239-1517-5904-0333 nömrəli kartdan yenə də Rahimin kartına əlavə olaraq 300 manat da göndərmişdir. Lakin, Rahim onlara dediyi vaxt, yəni xx.xx.2024-cü il tarixdə yataq dəstini göndərməmişdir. Hazırda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənildiyindən ona qarşı hər hansı şikayəti və tələbinin olmadığının nəzərə alınmasını, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kürəkənidir. X1 xx.xx.2024-cü il tarixdə xeyir işi olacaqdır. Bu səbəbdən ona cehizlik mebel almaq üçün xx.xx.2024-cü il tarixdə kürəkəni Nurlanla birlikdə Abşeron rayonu ərazisində yerləşən «Riyad» Ticarət mərkəzinə getmişlər. Orada mebel dükanı işlədən Rahim adlı şəxslə danışıb razılaşaraq mebeli 3800 manata almağı razılaşmışlar. Razılaşmaya əsasən Nurlan 1000 manat ilkin ödəniş etməli, qalan məbləği isə toydan sonra ödəməli, Rahim isə xx.xx.2024-cü il tarixdə yataq dəstini göndərməli idi. Nurlan həmin gün Rahimin bank kart hesabına 1000 manat pul, daha sonra isə 300 manat pul da göndərmişdir. Lakin Rahim onları aldadaraq söz verdiyi kimi xx.xx.2024-cü il tarixdə yataq dəstini göndərməmişdir. Nurlan Rahimə zəng vursa da, sonuncu müxtəlif bəhanələr gətirərək onu aldatmış, pulu geri tələb etdikdə isə, qaytarmağa söz versə də pulu da geri qaytarmamışdır. Ona görə Nurlan məcbur olub bu barədə polisə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti üzrə toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.1ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1) Şəxsin zərərçəkmiş şəxs kimi tanınması barədə xx.xx.2025-ci il traixli qərara əsasən Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.14) Zərərçəkmiş şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il traixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qismində ifadəsi alınmışdır. (i.v.20-21) Ödəniş qəbzinin surətinə əsasən xx.xx.2024-cü il tarixdə, saat 11:42-də Sumqayıt şəhəri 34-cü məhəllə, Nizami küçəsi, Nizami parkı ərazisində quraşdırılmış «Million» ödəmə terminalı vasitəsi ilə «ABB»-yə məxsus 5522-0993-6093-1877 nömrəli tam karta 1000 manat ödəniş edilmişdir. (i.v.24) Şəxsin məcburi gətirilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs məcburi qaydada Sumqayıt ŞPİ-nin İŞ-yə gətirilməsi qərara alınmışdır. (i.v.28) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.31) Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.32) Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutularkən Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. (i.v. 34) Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00-da Bakı şəhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilmişdir. (i.v.38) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.55-56) Təqsirləndirilən şəxsin X4 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X4 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.57-58) Sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi ödəniş qəbzləri və “ABB” Tam kartının şəkilləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanması qərara alınmışdır. (i.v.61-65) Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar