Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-274/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1981-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Zərnəva kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışları Şahid1 və Şahid2 ilə birlikdə tanışı Zərərçəkmiş şəxs vasitəsi ilə Sumqayıt şəhər ərazisində fəhləlik etdikləri üçün hərəsinə 70 (yetmiş) manat pul verməsini Zərərçəkmiş şəxs öz öhdəsinə götürdüyündən 08.12.2020-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs çağırıb Sumqayıt şəhər avtovağzalının yaxınlığında yerləşən «039» saylı çay evinin yanında görüşüb pullarını istədikdə Zərərçəkmiş şəxslə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs Şahid1 qarşı nalayiq ifadə işlətdiyindən sonuncu Zərərçəkmiş şəxs sol gözünün altına bir dəfə yumruqla vurub yerə yıxmış, daha sonra təpiklə, yumruqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə də vurub, yerdən qaldırmış və dizi ilə başına və qarın nahiyəsinə yenidən zərbələr vuraraq onu yerə yıxıb belinin üzərində oturaraq başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirərək, Şahid2 da onun belinin ortasından bir dəfə təpiklə vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayət olunan sol gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi; sol gözün üst qapağının və sol gözaltı nahiyənin əzilmiş yaraları; sol diz oynağı nahiyəsinin ön səthinin, sağ diz oynağı nahiyəsinin ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin və sağ baldırın aşağı 1/3-nin ön səthinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, o (Təqsirləndirilən şəxs) Zərərçəkmiş şəxs ayaqlarını tutmuş, Şahid2 da onun şalvarının arxa sağ cibində olan içərisində şəxsiyyət vəsiqəsi və təxminən 95 (doxsan beş) manat nağd pulu olan 02 (iki) manat dəyərində pul kisəsini və şalvarının qabaq sol yan cibindən üzərində 04 (dörd) manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan 250 (iki yüz əlli) manat dəyərində «Xiaomi Redmi» markalı M1908S3JG modeli mobil telefonu götürüb, onlara olan borcunu verdikdən sonra qaytaracaqlarını deyərək həmin əşyaları Zərərçəkmiş şəxs vermək üçün ortaq tanışları olan Şahid3 və Şahid4 vasitəsi ilə polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Şahid1 və onun qohumu Şahid2, Zərərçəkmiş şəxs tanıyır. Şahid1 və Şahid2la birlikdə Sumqayıt şəhərində küçə işıqlarının quraşdırılması işi ilə məşğul olmuşlar. Zərərçəkmiş şəxs də həmin işdə briqadir kimi işləmişdir. Belə ki, 2020-ci ilin noyabr ayında Ruhan Şəkurla telefonla danışarkən o, ona həmin işdə işlədiyini bildirib, həmin işdə birlikdə çalışmasını, kabelin metrini 2 (iki) manatdan danışdığını demişdir. Onlar da razılaşıb Sumqayıt şəhərinə gələrək 20-ci məhəllədə kirayə ev tutaraq ayı 180 manatdan orada yaşamağa başlamışlar, həmçinin Ruhanla birlikdə küçə işıqlarının çəkilməsində fəhlə kimi çalışmışlar. Ruhan onları işə görə dəvət etdiyi üçün pulu da müdiriyyətdən o alıb onlara vermişdir. Belə ki, işlərini yekunlaşdırıb 750 metr kabel çəkdikdən sonra pullarını Ruhandan istəyəndə, Ruhan danışdıqları kimi kabelin metrini 2 manatdan deyil, 1 manat 50 qəpikdən hesablıyıb onlara təxminən 1125 manat pul vermişdir. Ruhandan hansı səbəbdən pullarını belə verdiyini soruşduqda, onlara «müdir belə qərar veribdir, ona görə də kabelin metrini 1 manat 50 qəpikdən hesablayıb bizim zəhmət haqqımızı veribdir» sözünü demişdir. 2020-ci ilin dekabr ayının təxminən 4-də Ruhan müdir Elçinlə birlikdə onların evinə gəlmişlər, orada söhbət əsnasında da Ruhanın onlara zəhmət haqqını düzgün hesablamadığını, dediyi kimi 2 manatdan deyil, 1 manat 50 qəpikdən hesablayıb verdiyini bildirdikdə Elçin Ruhana 1 manat 50 qəpik deyil, 2 manat dediyini bildirmişdir. Ruhan da 50 qəpiyə ehtiyacı olduğu üçün özünə götürüb sərf etdiyindən onlara kabelin metrini 1 manat 50 qəpikdən hesablayıb onun pulunu verdiyini, həmin çəkdikləri 750 metr kabelin özünə götürdüyü 50 qəpikdən hesabladıqları təxminən 375 manat pulu işlədikcə qaytaracağını demişdir. Bundan sonra Ruhanla Elçin çıxıb getmişlər. 08.12.2020-ci il tarixdə saat 18 radələrində kirayədə yaşadıqları ünvanda olduqları zaman ev sahibi gəlib onlardan pulunu tələb etmişdir. Elə olmuşdur ki, onlar da əlavə işlərini qurtarmışlar, ona görə Elçinlə əlaqə saxlayıb zəhmət haqqını təşkil edən 220 manat pulu ondan istəmişlər ki, kirayə haqqını versinlər. Elçin pulu Ruhana verdiyini demişdir. Daha sonra onlar Ruhanla zəng edib danışıb demişlər ki, əlavə işlər görüb dirəklər qoyublar, onun da pulu ayrıca 220 manat təşkil edir, həmin işi də görüb qurtarıblar, 220 manat pulu versin ki, onlar pulu kirayə qaldıqları evin sahibinə versinlər, evin sahibini də tanıyır heç olmasa gəlsin danışsın 5 gün də gözləsin. Ruhan da Abşeron rayonu Ceyranbatan qəsəbəsində olduğunu, Sumqayıtın çıxışındakı dairəsinə çatanda zəng edəcəyini bildirmişdir. 08.12.2020-ci il tarixdə saat 19:00 radələrində Ruhan Şəkura zəng vurub demişdir ki, Sumqayıt şəhər avtovağzalın yanındadır, gəlsin görüşək. Şəkur da ona təklif etmişdir ki, gəlsin evə evdə söhbət edək, evin sahibi də evdədir. O isə razılaşmayaraq avtovağzalın yanına gəlmələrini demişdir. Onlar da, yəni Şəkur və Pünhan kirayə qaldıqları evdən çıxaraq Sumqayıt şəhər avtovağzalla üzbəüz olan dayanacaqda Ruhanı görüb ona yaxınlaşmışlar. Həmin vaxt dəqiq xatırlamır Ruhanın sol və yaxud sağ əli bintlə sarınmışdır, özü də telefonla danışırdı. Ruhan onları görüb salamlaşmışlar. Ruhan telefonla danışdığını bitirdikdən sonra Şəkur Ruhana demişdir ki, gedək evə söhbət edək. Ruhan da demişdir ki, öz evinə getməlidir, komendant saatıdır, onlarla gedə bilməyəcək. Şəkur Ruhana demişdir ki, gedək evə eybi yox onlarda qalar, ev sahibi ilə danışsın. Onlar söhbət edə-edə avtovağzalın yaxınlığında yerləşən “039” adlı çay evinə tərəf getmişlər və həmin çay evinə çatmamış qaranlıq yerdə dayanmışlar. Bu zaman Ruhan nalayiq ifadələr işlədərək ev sahibini söymüşdür. Şəkur da Ruhana demişdir ki, yaxşı deyil niyə ev sahibini təhqir edir, neçə vaxtdı onlara öz balası kimi baxır, heç olmasa evin pulunu versin aparıb ona versin. Həmin vaxt Ruhan Şəkuru da nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Ruhanın sarıqlı əlində pul kisəsi və «RedmiNote» markalı mobil telefon var idi. O, digər əli ilə Şəkurun yaxasından tutaraq demişdir ki, ona heç kim heç nə edə bilməz. Şəkur da onun yaxasından tutmuşdur. Ruhan Şəkuru sillə, yumruqla sifətinə bir-iki dəfə vurmuş, Şəkur da onu sifətindən yumruqla bir–iki dəfə vurmuşdur. Həmin vaxt o, Pünhanla onlara yaxınlaşıb ayırıb dalaşmağa qoymamışlar. Ruhan onlardan ayrılıb digər mobil telefonun fanarını yandırıb onlardan uzaqlaşarkən qarşıda olan dəmir barmaqlıqlara ilişərək yerə yıxılmış, daha sonra ayağa qalxmışdır. Həmin vaxt Pünhan onun əlində olan telefonla pul kisəsinin onların yanında yerdə olduğunu görüb yerdən onları götürüb demişdir ki, Ruhanın əlindən düşübdür. Ruhan da həmin vaxt onlardan ayrılıb çıxıb gedirdi. Onlar uzaqdan onu çağırmışlar ki, gəlsin telefonu ilə pul kisəsini götürsün yerə düşübdür. O isə onlara demişdir ki, telefonunu və pul kisəsini istəmir, onlardan polisə şikayət edəcək ki, guya telefonu və pul kisəsini onlar oğurlamışlar və daha sonra hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt Şəkur Ruhanın əmisi Telmanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib demişdir ki, Ruhanla bir az əvvəl sözlə mübahisələri olubdur, pul kisəsi ilə mobil telefonu yerə düşübdür, götürüblər, gəlsin görüşək versin. Telman da ona zəng edəcəyini demişdir, lakin Telmandan səs çıxmadığından, Şəkur Ruhanın digər mobil telefon nömrəsinə zəng etmiş, yəni üstündə olan 2-ci mobil telefonuna zəng etmişdir. Ruhandan pul kisəsi ilə telefonu kimə verməsini, rayona gedəcəklərini demişdir. Ruhan da ona aparıb pul kisəsi ilə telefonu Elçinə vermələrini demişdir. Şəkur Elçinin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib bir az əvvəl Ruhanla mübahisələrinin olduğunu və onun mobil telefon, pul kisəsinin yerdən götürdüklərini, Ruhanın onları ona verməsini dediyini bildirmişdir. Elçin də onlara görüşmələrini dediyi üçün onlar saat 21:00 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində yerləşən «PUB» kafedə Elçinlə görüşmüşlər, Pünhan da mobil telefonu və pul kisəsini Şəkur və onun yanında ona vermişdir. Daha sonra onlar əyləşib çay içmişlər və oradan çıxıb kirayə qaldıqları evə qayıtmışlar. Ev sahibindən xahiş etmişlər ki, onlara möhlət versin, bir müddət gözləsin evin pulunu gətirib verəcəklər, ev sahibi də razılaşmışdır. Onlar əşyalarını yığıb, 09.12.2020-ci il tarixdə o, yaşadığı İsmayıllı rayonuna, Şəkurla Pünhan isə yaşadıqları Qobustan rayonu Nabur kəndinə qayıtmışlar. 10.12.2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-dən zəng edib bölməyə çağırmışlar, o, bölməyə gəlib izahat verərək orada göstərib ki, mobil telefonu və pul kisəsisini hadisədən sonra Elçinə vermişlər. Bölmədən çıxdıqdan sonra Şəkur Elçinə zəng edib demişdir ki, gətirib pul kisəsisini və telefonu bölməyə versin, izahatını alacaqlar. Elçin Şəkuru söyüb təhqir edərək ona niyə onun adını orada hallandırdıqlarını, bölməyə də izahat vermək üçün getməyəcəni demişdir. Daha sonra onlar rayona qayıtmışlar. Sonradan ona məlum olmuşdur ki, Elçin aparıb Ruhanın pul kisəsi ilə mobil telefonunu onların əvvəllər Sumqayıt şəhərində yaşadıqları kirayə evdə qoymuş, evin sahibi Elxan da onları polisə təhvil vermişdir. Ruhanla aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmiş, mübahisə zamanı yanlarında heç kim olmamış, mübahisə vaxtı o və X4 vurmamışlar, döyməmişlər, heç bir xəsarət yetirməmişlər, sadəcə Ruhanla Şəkuru ayırmışlar. X5 əlbəyaxa olduğu zaman, onu vurarkən, sonuncu da ona bir neçə dəfə sillə və yumruq ilə sifətinə zərbə vurmuşdur. Özü isə Pünhanla birlikdə ümumiyyətlə Ruhanı vurmamışlar, döyməmişlər, heç bir bədən xəsarətləri yetirməmişlər, sadəcə onları ayırmışlar. Şəkur Pünhana deməmişdir ki, Ruhanın mobil telefonunu və pul kisəsini cibindən götürsün. Belə hal olmamışdır. Hadisə vaxtı Ruhan mobil telefonu və pul kisəsisini əlində tutmuşdur. Ruhan aralaşıb getdiyi zaman qarşıda yerə yıxılmışdır. Daha sonra özü ayağa qalxmışdır. Pünhan da onun pul kisəsisini və mobil telefonunu yerdən götürmüşdür. Lakin Ruhana onları götürməsini təklif etdikdə, o götürməmiş, polisə şikayət edərkən pul kisəsini və telefonunu da cibindən oğurladıqlarını bildirəcəyini demişdir. Mübahisədən sonra pul kisəsi və telefonu Elçinə vermişlər. Həmin vaxta qədər də pul kisəsinin içərisinə baxmamışlar. Elçinə pul kisəsini verəndə pul kisəsinin içini açdıqda görmüşlər ki, orada Ruhanın şəxsiyyət vəsiqəsi və 95 manat deyil, 13 manat məbləğində pul olmuşdur. Bunu Elçin onların yanında pulu sayarkən görmüşlər. Zərərçəkmiş şəxs mobil telefonu və pul kisəsi Şəkur ilə dalaşdığı yerdə yerə düşmüşdür. Pünhan da onları görüb yerdən götürmüşdür. Ailəlidir, himayəsində iki uşağı var, məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, təxminən 7 aydır ki, Sumqayıt şəhərində küçə işıqlarının quraşdırılmasında briqadir kimi fəaliyyət göstərir. Şəkur və Pünhanı tanıyır, onlar həmkədliləridir, Nüsrəti isə sonuncular vasitəsi ilə tanımış, onlar öz xahişləri ilə onun yanında 2020-ci ilin noyabr ayının ortalarında birlikdə işləmişlər. İşin qaydasına görə işçilər işi görür, rəhbərlik həmin işin həcmini ölçür və buna görə ona pul ödəyir, o da işçilərin pulunu verir. Həmin müddətdə o görülmüş işə görə Şəkur, Pünhan və Nüsrətə onların işlədikləri ölçdükləri həcminə görə 210 manat pul verməli olmuşdur. Lakin müdiriyyət ölçü aparmadığı üçün ona pul verilməmiş, o da işçilərinin pulunu verə bilməmişdir. 08.12.2020-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhərində olduğu zaman Pünhan onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə ona zəng edərək harada olduğunu soruşmuş, o da ona Ceyranbatanda olduğunu demişdir. Pünhan da ona Sumqayıt şəhərinin çıxışındakı dairəyə gəlməsini demiş, o da işi olduğu üçün ora gedə bilməyəcəyini demişdir. Pünhan da bir söz deməyərək telefonu qapatmışdır. Təxminən bir neçə dəqiqə sonra Şəkur ona zəng edərək harada olduğunu soruşmuş, o da ona demişdir ki, Sumqayıt şəhəri «Karvan» Ticarət Mərkəzinin yanındadır. Şəkur da ona Sumqayıt şəhər Avtovağzalın yanında yerləşən «039» adlı çay evinə getməsini, özlərinin də ora gələcəklərini bildirmişdir. Pünhan, Şəkur və Nüsrət bir yerdə Sumqayıt şəhəri 20-ci məhəllədə yerləşən fərdi evdə kirayə yaşayırlar. O saat 20:00 radələri olardı avtovağzalın ərazisinə gəlmişdir. Avtovağzalla üzbəüz olan dayanacaqda o, Pünhanın, Şəkurun və Nüsrətin dayandığını görüb onlara yaxınlaşmış, daha sonra isə onlar yaxınlıqdakı “039” adlı çay evinə keçmişlər. Şəkur irəlidə, o onun arxasınca, Pünhan və Nüsrət də onun ardınca gəlmiş, çay evinə çatmamış təxminən 2- 3 metr qaranlıq yerdə onlar dayanmışlar. Həmin vaxt Şəkur gözlənilmədən yumruqla onun sol gözünün altına bir dəfə vurmuş, zərbənin təsirindən o, bel üstə yerə yıxılmış, yerdə olduğu müddətdə də Şəkur təpiklə, yumruqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub, onu yerdən qaldırmış və dizi ilə başına və qarın nahiyəsinə yenidən zərbələr vurmuşdur. O yenidən, bu dəfə üzü üstə yerə yıxılmış, həmin vaxt Şəkur onun belinin üzərində oturaraq yenidən başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirmişdir. Həmin vaxt Pünhan da onun belinin ortasından bir dəfə təpiklə vurmuşdur. Şəkur demişdir ki, onun cibində nə varsa götürsün. Pünhan da onun şalvarının arxa sağ cibində olan pul kisəsini götürmüşdür. Pünhan şalvarının qabaq sol yan cibində olan «Redmi Note 8» markalı mobil telefonu götürmək istəyərkən, o ayaqlarını qatlamışdır ki, götürməsin. Lakin onların yanında dayanan Nüsrət ona yaxınlaşaraq iki əli ilə onun ayaqlarını açmış və ayağı ilə onun ayaqlarını sıxmışdır ki, o, ayaqlarını qatlaya bilməsin və Pünhana telefonu götürməyə şərait yaratmışdır. Pünhan da onun cibində olan həmin telefonu götürmüşdür. Lakin Nüsrət onu vurmamış, heç bir bədən xəsarəti yetirməmişdir. Pul kisəsisinin içərisində şəxsiyyət vəsiqəsi, təxminən 95 manat pulu olmuşdur. Həmin vaxt səsə çay evindən tanımadığı bir qadın və bir kişi çıxaraq, onlara yaxınlaşıb onu onlardan ayırmışlar, onlarda çıxıb getmişlər. O ayağa qalxıb yaxınlıqdakı «Asan» xidmətin qarşısına gedib orada cibində olan digər «Nokia1200» markalı mobil telefonu vasitəsi ilə Şəkurun istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsinə zəng edərək demişdir ki, nə qədər ki, şikayət etməyibdir, gətirib onun mobil telefonu ilə pul kisəsini qaytarsınlar. Şəkur da ona demişdir ki, 210 manat borclarını gətirib versin, sonra götürdükləri əşyaları qaytaracaqlar, əks halda aparıb telefonu satıb pul edəcəklər, gedib hara şikayət edirsə etsin. O da DİN-in “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra o, piyada Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində yerləşən «El» marketin qarşısına gəlmişdir. Təxminən 5 dəqiqə sonra, saat 20:30 radələri olardı orada olarkən görmüşdür ki, Şəkur, Pünhan və Nüsrət ona yaxınlaşmışlar. Həmin vaxt Şəkur demişdir ki, gedib onlardan şikayət etməsin, Pühan da telefonu və pul kisəsini ona uzadıb şikayət etməməsini xahiş etmişdir. O isə artıq DİN-nin “102” zəng mərkəzinə məlumat verdiyini və şikayət etdiyini bildirmişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları onların olduqları yerə gəldikləri üçün polis əməkdaşlarını uzaqdan görən Şəkur, Pünhan və Nüsrət dərhal hərəsi bir istiqamətə qaçmışdır. Aralarında olan mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, ona dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Şahid2 onun bibisi oğludur, Təqsirləndirilən şəxs isə Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyərkən 2020-ci ilin oktyabr ayından tanıyır. Zərərçəkmiş şəxs də tanıyır, o da onun həmkəndlisidir. Ruhan Sumqayıt şəhərində küçə işıqlarının quraşdırılması işində briqadir kimi işləyir. 2020-ci ilin noyabr ayında Ruhanla telefonla danışarkən o, ona həmin işdə işlədiyini bildirib həmin işdə birlikdə çalışmağını, kabelin metrini 2 manatdan danışdığını demişdir. Onlar da razılaşıb Sumqayıt şəhərinə gələrək 20-ci məhəllədə kirayə ev tutaraq ayı 180 manatdan orada yaşamağa, Ruhanla birlikdə küçə işıqlarının çəkilməsində fəhlə kimi çalışmağa başlamışlar. Ruhan onları işə dəvət etdiyi üçün pulu da müdiriyyətdən o alıb onlara vermişdir. İşlərini yekunlaşdırıb 750 metr kabel çəkdikdən sonra pullarını Ruhandan istəyəndə, Ruhan danışdıqları kimi kabelin metrini 2 manatdan deyil, 1 manat 50 qəpikdən hesablıyıb onlara təxminən 1125 manat pul vermişdir. Ruhandan hansı səbəbdən belə verdiyini soruşduqda, demişdir ki, müdir belə qərar veribdir, ona görə də kabelin metrini 1 manat 50 qəpikdən hesablayıb onların zəhmət haqqını veribdir. 2020-ci ilin dekabr ayının təxminən 4-də Ruhan müdir Elçinlə birlikdə onların evinə gəlmişlər, orada söhbət əsnasında Ruhanın onlara zəhmət haqqını düzgün hesablamadığını, dediyi kimi 2 manatdan deyil, 1 manat 50 qəpikdən hesablayıb verdiyini bildirdikdə Elçin Ruhana 1 manat 50 qəpik deyil, 2 manat hesabladığını demişdir. Ruhan da demişdir ki, 50 qəpiyə ehtiyacı olduğu üçün özünə götürüb sərf edibdir, ona görə də onlara kabelin metrini 1 manat 50 qəpikdən hesablayıb onların pulunu veribdir, həmin çəkdikləri 750 metr kabelin özünə götürdüyü 50 qəpikdən hesabladıqları təxminən 375 manat pulu işlədikcə qaytaracaq. Bundan sonra Ruhanla Elçin çıxıb getmişlər. 08.12.2020-ci il tarixdə saat 18:00 radələrində kirayədə yaşadıqları ünvanda olduqları zaman ev sahibi gəlib, onlardan pulunu tələb etmişdir. Elə olmuşdur ki, onlar da əlavə işi qurtarmışlar, ona görə Elçinlə əlaqə saxlayıb zəhmət haqqını təşkil edən 220 manat pulu ondan istəmişlər ki, kirayə haqqını versinlər. Elçin də pulu Ruhana verdiyini demişdir. Daha sonra onlar Ruhanla zəng edib danışıb demişlər ki, əlavə işlər görüb, dirəklər qoymuşlar, onun da pulu ayrıca 220 manat təşkil edir, həmin işi də görüb qurtarmışlar, 220 manat pulu versin ki, onlar da pulu kirayə qaldıqları evin sahibinə versinlər. Ruhan da Abşeron rayonu Ceyranbatan qəsəbəsində olduğunu, Sumqayıtın çıxışındakı dairəsinə çatanda zəng edəcəyini demişdir. 08.12.2020-ci il tarixdə saat 19:00 radələrində Ruhan ona zəng vurub Sumqayıt şəhər avtovağzalın yanında olduğunu, ora gəlmələrini demişdir. O da ona təklif etmişdir ki, gəlsin evə orada söhbət etsinlər, evin sahibi də evdədir. Ruhan isə razılaşmayaraq avtovağzalın yanına gəlmələrini dediyi üçün onlar, yəni o, Pünhan və Nüsrət kirayə qaldıqları evdən çıxaraq Sumqayıt şəhər avtovağzalına gələrək ora ilə üzbəüz olan dayanacaqda Ruhanı görüb ona yaxınlaşmışlar. Həmin vaxt dəqiq xatırlamır Ruhanın sol və yaxud sağ əli bintlə sarınmışdır, özü də telefonla danışırdı. Ruhan onları görüb salamlaşmışlar. Ruhan telefonla danışdığını bitirdikdən sonra Ruhana evə gedib söhbət etmələrini demişdir. Ruhan isə öz evinə getməli olduğunu, onlarla gedə bilməcəyini bildirmişdir. O da Ruhana «gedək evə eybi yox bizdə qalarsan, ev sahibi ilə danış» sözünü demişdir. Onlar söhbət edə-edə avtovağzalın yaxınlığında yerləşən “039” adlı çay evinə tərəf gəlmişlər və həmin çay evinə çatmamış qaranlıq yerdə dayanmışlar. Həmin vaxt Ruhan nalayiq ifadələr işlədərək ev sahibini söymüşdür. O da Ruhana «yaxşı deyil niyə onu təhqir edir, neçə vaxtdı bizə öz balası kimi baxır, heç olmasa evin pulunu versin ki, aparıb ona verək» sözünü demişdir. Həmin vaxt Ruhan artıq onu da nalayiq ifalərlə söyüb təhqir etmişdir. Ruhanın sarıqlı əlində pul kisəsi və «RedmiNote» markalı mobil telefon olmuşdur. O, onun yaxasından tutaraq demişdir ki, ona heç kim heç nə edə bilməz. O da Ruhanın yaxasından tutmuşdur. Ruhan ona sillə, yumruqla sifətinə bir-iki dəfə vurmuş, o da onu sifətindən yumruqla bir–iki dəfə vurmuşdur. Həmin vaxt Nüsrətlə Pünhan da onları ayırmışlar, dalaşmağa qoymamışlar. Ruhan onlardan ayrılıb digər mobil telefonunu fonarı ilə onlardan uzaqlaşarkən qarşıda olan dəmir barmaqlıqlara ilişərək yerə yıxılmışdır. Daha sonra ayağa qalxmışdır. Həmin vaxt Pünhan onun əlində olan telefonla pul kisəsinin yerdə olduğunu görmüşdür. Pünhan yerdən onları götürüb Ruhanın əlindən düşdüyünü demişdir. Ruhan da həmin vaxt onlardan ayrılıb çıxıb gedirdi. Onlar uzaqdan onu çağırmışlar ki, gəlsin telefonu ilə pul kisəsini götürsün yerə düşübdür. Ruhan isə onlara demişdir ki, telefonunu və pul kisəsini istəmir, onlardan polisə şikayət edəcək ki, guya telefonu və pul kisəsini onlar oğurlamışlar və uzaqlaşmışdır. Həmin vaxt o, Ruhanın əmisi Telmanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib Ruhanla bir az əvvəl sözlə mübahisələri olmuş, pul kisəsi ilə mobil telefonu yerə düşübdür, götürmüşlər, gəlsin görüşək versin. Telman da ona zəng edəcəyini demişdir. Lakin Telmandan səs çıxmadığından, o, Ruhanın digər mobil telefon nömrəsinə zəng etmiş, yəni üstündə olan 2-ci mobil telefonuna zəng etmişdir. Ruhandan pul kisəsi ilə telefonu kimə verməsini, rayona gedəcəklərini demişdir. Ruhan da ona aparıb pul kisəsi ilə telefonu Elçinə verməsini demişdir. O Elçinin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib bir az əvvəl Ruhanla mübahisələrinin olduğunu və onun mobil telefonunu, pul kisəsini yerdən götürdüklərini, Ruhanın da onları ona verməsini dediyini bildirmişdir. Elçin də görüşmələrini dediyi üçün onlar saat 21:00 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində yerləşən «PUB» kafedə Elçinlə görüşmüşlər, Pünhan mobil telefonu və pul kisəsini onun və Nüsrətin yanında ona vermişdir. Onlar əyləşib çay içmişlər. Daha sonra onlar kirayə qaldıqları evə qayıtmışlar. Ev sahibindən xahiş etmişlər ki, onlara möhlət versin, bir müddət gözləsin evin pulunu gətirib verəcəklər. Ev sahibi də razılaşmışdır. Onlar əşyalarını yığıb, 09.12.2020-ci il tarixdə o, Pünhanla birlikdə yaşadığı Qobustan rayonu Nabur kəndinə, Nüsrət isə İsmayıllı rayonuna qayıtmışlar. 10.12.2020-ci iltarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-dən zəng edib bölməyə çağırmışlar, o, bölməyə gəlib izahat vermişdir. Orada göstərmişdir ki, mobil telefonu və pul kisəsisini hadisədən sonra Elçinə vermişdir. Bölmədən çıxdıqdan sonra o, Elçinə zəng edib demişdir ki, gətirib pul kisəsisini və telefonu bölməyə versin, izahatını alacaqlar. Elçin isə onu söyüb təhqir edərək demişdir ki, niyə onun adını orada hallandırıbdır, bölməyə də izahat vermək üçün getməyəcək. O, rayona qayıtmışdır. Qobustanda olarkən Elçin ona dəfələrlə zəng edib «adam kişi olar niyə məni bu söhbətə qatmısınız, telefonu və pul kisəsini ondan gəlib götürməsək aparıb onları kirayə qaldığımız evə qoyacaq» sözünü demişdir. Həmin vaxt o, zəng edib bu barədə bölmədə onlardan izahat alan təhqiqatçı Səyyad müəllimə vəziyyəti danışmışdır. Səyyad da ona özünün onunla əlaqə saxlayacağını demişdir. O, Elçinin nömrəsini Səyyad müəllimə vermişdir. Sonradan Elçinin mobil telefonla pul kisəsini aparıb ev yiyəsinə verib-vermədiyini bilməmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Ruhan özü onu nalayiq ifadələrlə söyüb, onun yaxasından tutmuş, Ruhan onu sillə və yumruqla vurduğu üçün, o da özünü müdafiə etmək üçün onun yaxasından tutub sillə və yumruqla bir neçə dəfə sifətindən vurmuş, bundan başqa onu vurmamış, döyməmiş, yerə yıxmamışdır. Pünhan və Nüsrət ümumiyyətlə Ruhanı vurmamışlar, döyməmişlər, heç bir bədən xəsarətləri yetirməmişlər. O, Pünhana deməyib ki, Ruhanın mobil telefonunu və pul kisəsini cibindən götürsün. Belə hal olmamışdır. Hadisə vaxtı Ruhanı mobil telefonu və pul kisəsisini əlində tutmuşdur. Digəri ilə isə danışırdı.Ruhan onlardan aralaşıb getdiyi zaman qarşıda yerə yıxılmış, daha sonra özü ayağa qalxmışdır. Pünhan da onun pul kisəsini və mobil telefonunu yerdən götürmüşdür. Lakin Ruhana onları götürməsini təklif etdikdə, o götürməmiş, polisə şikayət edərkən pul kisəsini və telefonunu da cibindən oğurladıqlarını bildirəcəyini demişdir. Mübahisədən sonra pul kisəsi və telefonu müdiri olan Elçin adlı şəxsə vermişlər. Həmin vaxta qədər də pul kisəsinin içərisinə baxmamışlar. Elçinə pul kisəsini verəndə pul kisəsinin içini açdıqda görmüşlər ki, orada Ruhanın şəxsiyyət vəsiqəsi və 95 manat deyil, 13 manat məbləğində pul olmuşdur. Bunu Elçin onların yanında sayarkən görmüşlər. Məhkəmə iclasında Şahid4 göstərdi ki, Şəkur, Pünhan və Nüsrət adlı şəxsləri ona məxsus olan ünvanda kirayədə yaşaması üçün Ruhan adlı şəxs gətirmişdir. O da həmin şəxslərin hər birini yaşadığı evin qarşısında küçə işıqlarını quraşdırmaları ilə əlaqədar olaraq tanımışdır. Şəkur, Pünhan və Nüsrət 15.11.2020-ci il tarixdən etibarən ona məxsus olan ünvanda kirayədə yaşamağa başlamışlar. Onlarla aylıq 180 manat kirayə haqqına razılaşmışdır. Onlar kirayə haqqını əvvəlcədən ödəməmişdilər, iş yerindən pul aldıqdan sonra ödəyəcəklərini demişdirlər. Buna görə də o, onları çox narahat etməmişdir. Sonra yenə də onlarla danışığı zamanı Ruhandan gördükləri işə görə pul alacaqlarını bildirmişlər. Bir neçə gün evdə olmamışlar. Müdirləri Elçin də onların qonşuluğunda yaşayır. 08.12.2020-ci il tarixdə axşam saatlarında Şəkurla telefonla danışıb, evin kirayə haqqını nə vaxt gətirib verəcəyini soruşmuşdur. Həmin gün axşam saat 21:30 radələrində Şəkur, Pünhan və Nüsrət yaşadığım ünvana gəlmişlər. Şəkur Ruhandan borcunu istəyərkən Ruhan ona nalayiq ifadələr işlətdiyi üçün aralarında yaranmış mübahisə zamanı onu vurduğunu bildirmiş, o da ona düzgün hərəkət etmədiyini demişdir. Həmin vaxt onlar ona demişlər ki, kirayə haqqını verə bilməyəcəklər, səhər rayona qayıdacaqlar, əldə pul edib kirayə haqqını verəcəklər, onlara möhlət versin. O da onlarla razılaşmışdır. Səhərisi günü, yəni 09.12.2020-ci il tarixdə isə o, səhər çıxıb işə getmişdir. Ondan sonra isə onlar əşyalarını yığıb evindən çıxıb rayonlarına qayıtmışlar. 20.12.2020-ci il tarixdə günorta saatlarında o, işdə olarkən qonşuluqda yaşayan Elçin ona zəng edərək bildirmişdir ki, Şəkur Ruhanla dalaşdığı zaman sonuncunun dalaşan zaman yerə düşdüyü mobil telefon və pul kisəsini Pünhan yerdən götürmüş, Ruhana versələr də, Ruhan onları götürməmiş, onlar da aparıb pul kisəsini və telefonu ona veriblər, o da həmin pul kisəsini və telefonu götürüb onun onlara kirayə verdiyi evə gətirib çarpayının üzərində olan döşəyin altına qoyubdur. O da həmin gün axşam saatlarında evə gələndə çarpayının altında olan pul kisəsini və mobil telefonunu götürmüşdür. Pul kisəsinin içərisinə baxdıqda orada 13 manat nağd pul və Ruhanın şəxsiyyət vəsiqəsi var idi. Sonradan həmin pul kisəsini və «Redme Note 8» markalı mobil telefonu o Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarına təqdim etmişdir. Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 göstərmişdir ki, "xxxx" MMC ilə bağlanılmış müqavilə əsasında Sumqayıt şəhəri ərazisində küçə işıqlarının quraşdırılması işini həyata keçirirlər. O həmin işdə nəzarətçi kimi işləyir. Zərərçəkmiş şəxs 2020-ci ilin sentyabr ayından tanıyır. Ruhan həmin ərəfədə küçə işıqlarının quraşdırılmasını işində fəhlə kimi işlərə qoşulmuşdur. Şəkur, Pünhan və Nüsrət adlı şəxslərlə isə Ruhan vasitəsi ilə tanış olmuşdur. Həmin şəxsləri 2020-ci ilin noyabr ayında fəhlə kimi işləməyə Ruhan gətirmişdir. Onların işi yer qazıb beton tökməkdən ibarət olmuşdur, əməkhaqqı hər bir metrə görə 2 manatdan hesablanmış, o hər bir metrə görə 2 manatdan hesablayıb Ruhana pul vermişdir. Lakin Ruhanın həmin şəxslərlə gördükləri işin haqqını neçədən danışdığını bilməmiş, özləri öz aralarında danışmışlar. Sumqayıt şəhəri 20-ci məhəllədə kirayə evi də Ruhan onlara tapmışdır. 2020-ci ilin dekabr ayının təxminən 4-də o, Ruhanla birlikdə onların kirayə yaşadıqları evə getmişlər. Orada olarkən söhbət əsnasında Şəkurgil onlara bildirmişlər ki, onlar təxminən 750 metr kabel çəiblər, lakin Ruhan həmin kabelin metrini 2 manatdan deyil, 1 manat 50 qəpikdən hesablayıb ona veribdir. O da Şəkurgilə demişdir ki, Ruhana 1 manat 50 qəpik deyil, 2 manat demişdir. Ruhan da demişdir ki, 50 qəpiyə ehtiyacı olduğu üçün özünə götürüb sərf edibdir, ona görə də onlara kabelin metrini 1 manat 50 qəpikdən hesablayıb pulunu az veribdir. Həmin vaxt o çıxıb getmiş, söhbətin nəticəsini bilməmişdir. 08.12.2020-ci il tarixdə saat 18 radələrində Şəkur ona zəng edib demişdir ki, ev sahibi gəlib kirayə haqqını onlardan tələb edir, əlavə işlər də görüb qurtarıblar, 220 manat zəhmət haqlarını istəyirlər ki, kirayə haqqını versinlər. O da ona 220 manat pulu Ruhana verdiyini demişdir. 08.12.2020-ci il tarixdə saat 20:50 radələrində o, Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində yerləşən «PUB» kafesində oturub çay içərkən Ruhan ona zəng edib demişdir ki, bir az əvvəl Sumqayıt şəhəri Avtovağzalın yanında olarkən o, Şəkura evin kirayə haqqını vermədiyi üçün sonuncu onu döyüb, pul kisəsini və mobil telefonunu əlindən alıblar, DİN-in “102” xidmətini yığıb şikayət edibdir. Təxminən 10 dəqiqə sonra, saat 21 radələrində Şəkur da ona zəng edib demişdir ki, bir az əvvəl Ruhanla mübahisələri düşüb, onu döyübdür, onunla dalaşan zaman mobil telefonu və pul kisəsi yerə düşüb, götürüb ona vermək istəyiblər, lakin Ruhan götürməyib, deyib ki, aparıb onları Elçinə versinlər. O da ona olduğu yeri demişdir. Daha sonra Şəkurgil onun yanına gəlib ona Ruhanın mobil telefonunu və pul kisəsini oturduğu kafedə vermişlər. O, pul kisəsini açıb baxdıqda görmüşdür ki, orada 13 manat nağd pul, Ruhanın şəxsiyyət vəsiqəsi vardır. Pul kisəsinin içərisində başqa heç nə olmamışdır. Onlar oturub çay içdikdən sonra ayrılmışlar. Həmin vaxt o, Ruhana zəng edib bildirmişdir ki, mobil telefonla pul kisəsi ondadır, onu necə ona çatdırsın, nə vaxt və harada görüşsünlər. Ruhan da ona demişdir ki, telefon və pul kisəsini istəmir, DİN-in “102” xidmətinə artıq yığıbdır, onları oğurluqla tutduracaqdır. O isə ona «lazım deyil, şikayət etməsin, hadisədir də olubdur, bir kəndin adamısınız, bir-birinizlə qohumsunuz» sözünü demişdir. Lakin Ruhan ona pul kisəsinin içində 13 manat yox, 120 manat pul olduğunu, onlardan şikayət edib artıqlamasıyla pul alacağını, mobil telefonu və pul kisəsini nahaq onlardan götürdüyünü, aparıb özlərinə qaytarmasını, onsuz da şikayətində pul və telefonunu göstərdiyini demişdir. 10.12.2020-ci il tarixdə Şəkur ona zəng edib demişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-dən ona zəng edib bölməyə çağırdıqları üçün bölməyə gedib izahat veribdir və orada göstəribdir ki, mobil telefonu və pul kisəsisini hadisədən sonra ona veribdir. O da ona telefonu və pul kisəsini aparıb onların əvvəllər kirayə qaldıqları evə qoyacağını, gedib götürmələrini demişdir. 20.12.2020-ci il tarixdə günorta saatlarında o, Şəkurgilə evi kirayə verən ev sahibi olan Elxanın evinə gedib Şəkurgilin ona verdikləri Ruhanın pul kisəsini və mobil telefonunu çarpayının üzərində olan döşəyin altına qoymuşdur. Daha sonra o, Elxana zəng edib bu barədə demişdir. Şahid5 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisinin qaynı oğlu, Şahid1 və Şahid2 isə onun atasının dayısının nəvələridir. 08.12.2020-ci il tarixdə, saat 19:50 radələrində o işdən çıxıb evə getmək üçün Sumqayıt şəhər avtovağzalı ilə üzbəüz olan dayanacağa gəlib orada 12 saylı sərnişindaşıyan avtobusu gözləyərkən Ruhan ona zəng edib harada olduğunu soruşmuşdur. O da ona olduğu yeri demişdir. Həmin vaxt Ruhan ona «gözlə gəlirəm bir yerdə evə gedərik» sözünü demişdir. Təxminən 10 dəqiqə sonra, yəni saat 20 radələrində Ruhan yanına gəlmiş, onlar görüşmüşlər. Həmin vaxt onların yanına Şəkur, Pünhan və sonuncuların yanında olan tanımadığı oğlan da yaxınlaşmışdır. Onlar salamlaşmışlar. O görmüşdür ki, Ruhanın dəqiq xatırlamır sağ və ya sol əli sarıqlı vəziyyətdə olmuşdur. Daha sonra Ruhanla onlar ondan aralaşıb çıxıb getmişlər. O da avtobus gəldiyindən avtobusa minib çıxıb evinə getmişdir. Daha onların nə üçün görüşdüklərini, hara getdiklərini bilməmişdir. Bir neçə gün sonra Ruhanla 12 saylı sərnişindaşıma avtobusunda təsadüfən rastaşanda söhbət əsnasında ondan 08.12.2020-ci il tarixdə Şəkurgillə kənara çəkilməsinin səbəbini soruşanda, Ruhan ona onları polisə verdiyini demişdir, başqa ondan heç nə soruşmamış, Ruhan da ona heç nə deməmişdir. O onların dalaşdıqlarını görməmiş, şahidi olmamışdır. İşdə olan məhkəmə-tibb ekspertizasının 10.12.2020-ci il tarixli, 2573 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol gözün ağlı qişasına qansızma ilə müşayət olunan sol gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi; sol gözün üst qapağının və sol gözaltı nahiyənin əzilmiş yaraları; sol diz oynağı nahiyəsinin ön səthinin, sağ diz oynağı nahiyəsinin ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin və sağ baldırın aşağı 1/3-nin ön səthinin sıyrıqları bər-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 08.12.2020-ci il tarixdə dava-dalaş zamanı yumruq və təpik zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.. (i.v. 25-26) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 23.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v.156) İşdə olan “Cinayət işinin istintaq materiallarından başqa cinayət işinin ayrılması barədə” 22.02.2021-ci il tarixli qərara əsasən Şahid1 və Şahid2 Azərbaycan Respublikası CM-in 322.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 322.2-ci maddəsi ilə ayrılaraq, icraata qəbul edilməsi qərara alınmışdır. (i.v.1-2) İşdə olan “Cinayət işinin istintaq materiallarından başqa cinayət işinin ayrılması barədə” 22.02.2021-ci il tarixli qərara əsasən Şahid1 və Şahid2 Azərbaycan Respublikası CM-in 322.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 322.2-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. (i.v.1-2) İşdə olan tutulma barədə protokoldan, qərardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2021-ci ildə tutulmuş, 03 mart 2021-ci ildə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt Şəhər Pİ-nin MSYdən azad edilmişdir. (i.v.161-162, 190-193) İşdə olan materiallardan görünür ki, barəsində istintaq orqanı tərəfindən 03 mart 2021-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməkdən yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 29.06.2021-ci il tarixli qərarı ilə onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Pİ-nin 24.07.2021-ci il tarixli, 1318 saylı, Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasının 01.08.2021-ci il tarixli, 17/40-3026 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2021-ci ildə tutulmuşdur. İşdə olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu, Zərnava kəndində qeydiyyatdadır və yaşayış yerində müsbət xarakterizə edilir. (i.v.198-199) İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı (16.06.2007-ci il təvəllüdlü Leyli Tarverdiyeva, 23.02.2012-ci il təvəllədlü İsmət Tarverdiyev) var. (i.v.183-184) İşdə olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 03 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və digərlərinin əməlində Azərbaycan Respublikası CM-nin 177, 180, 181, 221-ci maddələrinin tərkibi olmadığından onların barələrində cinayət təqibinin başlanması rədd edilmiş, içərisində bir ədəd mobil telefon nömrəsi olan 01 ədəd «Xiaomi Redmi» markalı M1908S3JG modeli mobil telefon aparatı, içərisində Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi və 13 manat pul olan pul kisəsi maddi sübut kimi tanınmış, saxlanması üçün Zərərçəkmiş şəxs verilmişdir. İşdə olan 05.01.2021-ci il və 19.02.2021-ci il tarixli qəbzlərə əsasən zərərçəkmiş ona məxsus 13 (on üç) manat pul məbləğini, 01 ədəd “Redme Note-8” markalı mobil telefon aparatını və 01 ədəd pul kisəsini təhvil almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-246/2021 saylı, 02.08.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid1 və Şahid2 hər biri ayrılıqda Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişlər. Beləliklə, aparılan məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə düz tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittihamla bağlı özünü təqsirli bilməməsi və bununla bağlı göstərdiyi xüsusatlara tənqidi yanaşaraq hesab edir ki, bunlar təqsirləndirilən şəxsin məsuliyyətdən boyun qaçırmağa yönələn cəhdidir. İş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, təqsirləndirilən şəxsin göstərdiyi hallar işdəki başqa sübutlarla müqayisəli şəkildə qiymətləndirilmiş, amma təsdiq üdilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterlı tədbirlər ədalətlı olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirlı bilınən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilınən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətlı cəza təyin edilır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilır ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlılık dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törətməsini cəzanı ağırlaşdıran hal kimi müəyyən edir. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 322.2-ci maddəsinə əsasən özbaşınalıq zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmasını, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Maddi sübut kimi tanınmış içərisində bir ədəd mobil telefon nömrəsi olan 01 ədəd «Xiaomi Redmi» markalı M1908C3JG modeli mobil telefon aparatı, içərisində Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi və 13 manat pul olan pul kisəsi saxlanılması Zərərçəkmiş şəxs təhvil verilmişdir, bu nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdən 03 mart 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət, eyni zamanda 24 iyul 2021-ci il tarixdən 02 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 09 (doqquz) gün, cəmi 01 (bir) ay 10 (on) gün müddət həbsdə saxlamanın bir günü islah işləri növündə cəzanın dörd gününə bərabər tutularaq hesablanmaqla təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi islah işləri cəzası qəti olaraq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay 20 (iyirmi) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilsin. Hökmün icrası İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Maddi sübut kimi tanınmış içərisində bir ədəd mobil telefon nömrəsi olan 01 ədəd «Xiaomi Redmi» markalı M1908C3JG modeli mobil telefon aparatı, içərisində Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi və 13 manat pul olan pul kisəsi saxlanılması üçün Zərərçəkmiş şəxs tərəfindən təhvil alındığı üçün maddi sübut sahibinə qaytarılmış hesab olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulan müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-274/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-274/2021
02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver