Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-274/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri,9-cu mikrorayon, ev 7\25 mənzil 11-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 13(on üç) ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub ayrı-ayrılıqda çəkiləri 0,032 qram, 0,082 qram, 0,034 qram, 0,047 qram, 0,058 qram, 0,340 qram, 0,334 qram, 0,058 qram, 0,052 qram, 0,043 qram, 0,040 qram, 0,056 qram, 0,048 qram ümum təmizi çəkisi 1,224 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 09 (doqquz) ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub ayrı-ayrılıqda çəkiləri 0,031 qram, 0,048 qram, 0,060 qram, 0,030 qram, 0,024 qram, 0,027 qram, 0,393 qram, 0,020 qram, 0,022 qram ümumi təmiz çəkisi 0,665 qram metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 06 dekabr 2021-ci il tarixdə saat 20:25-də Sumqayıt ŞPİ-nin cinayət 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində və satışında şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, 9-cu mikrorayon,ev 7\25-in qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş və Sumqayıt ŞPİ-nin 3-cü PB-də onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindəki qara rəngli qutunun içərisindən həmin 13 ədəd bükümdə ümum təmizi çəkisi 1,224 qram narkotik vasitə heroin və 09 ədəd bükümdə ümumi təmiz çəkisi 0,665 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək bildirdi ki, təxminən 2015-ci ildən etibarən narkotik vasitələr və psixotrop maddələri inyeksiya vasitəsilə damarlarıma vurmaqla qəbul edir. 06.12.2021-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhərində 20 Yanvar dairəsi yaxınlığında olduğu zaman üzdən tanıdığı şəxsdən 60 manata 1 qram heroin və 1 ədəd “şüşə” almışdır. Həmin gün yəni 06.12.2021-ci il tarixdə təqribən saat 20:25 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində 7/25 saylı binanın yaxınlığında olan zaman 1 nəfər polis və 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşarq özlərini təqdim edib polis əməkdaşları olduqlarını və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Polis işçiləri onu araşdırma ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, etiraz etməyərək polislərlə birlikdə PB-yə gəlmişdir. Sonra üzərində iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Üzərində yalnız şəxsi istifadəsi üçün əldə etdiyi 1 qram heroin və 1 ədəd “şüşə” olmuşdur, ona elan olunan ittihamda göstərilən digər predmetlər onun üzərində olmamışdır. Həmin maddələr və qara qutu adını xatırlamadığı polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Bundan sonra o, videoçəkiliş zamanı müdafiəçinin iştirakı ilə həmin narkotik maddələrin özünə məxsus olduğunu bildirmişdir. O, həbs qətimkan tədbiri seçilməsi barədə işə baxan hakimə polis əməkdaşları tərəfindən zor tətbiq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikasi CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etmişdir. O, 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 7\25 mənzil 11-də ailəsi ilə birlikdə yaşamışdır. Təxminən 2015-ci ildən etibarən narkotik vasitələr və psixotrop maddələri iynə vasitəsilə damarlarıma vurmaqla qəbul etdiyini bildirmişdir. 06.12.2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhərində 20 yanvar dairəsi yaxınlığında olduğu zaman üzdən tanıdığı, adını, ünvanını və mobil nömrəsini bilmədiyi şəxsdən 60 manat müqabilində 13 bükümdə kakos yəni heroin və 09 bükümdə “şüşə” yəni metamfetamin almışdır. Həmin heroin və metamfetomini özündə olan kiçik plastik qara rəngli açılıb bağlanan qutunun içərisinə yığmış və əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibinə qoymuşdur ki, istədiyi zaman qəbul etsin. Həmin gün yəni 06.12.2021-ci il tarixdə təqribən saat 20:25 radələrində Sumqayıt şəhəri 9-cu mkr, ərazisi 7/25 saylı binanın yaxınlığında olan zaman 1 nəfər polis və 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşarq özlərini təqdim edib polis əməkdaşları olduqlarını və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Polis işçiləri onu araşdırma ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, etiraz etməyərək polislərlə birlikdə PB-yə gəlmişdir. 3-cü PB-də xidməti otaqda ona hüquq və vəzifələri və tutulmağının səbəbi izah edilmiş, ona vəkillərin siyahısı təqdim edilmişdir. Siyahıdan özünə X3 müdafiəçi qismində seçmişdir. Sonra müdafiəçi ilə təmin olunduqdan sonra üzərində iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmadığı soruşulan zaman o, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən Rotmans siqaret qutusunu, 1 ədəd sarı rəngli alışqanı, sağ yan kiçik cibindən isə qara rəngli plastik açılıb bağlanan qutunu çıxardıb təqdim etmiş və verilən şifahi sorğulara cavab olaraq təqdim etdiyi qutunun içərisində narkotik və psixotrop maddələr olduğunu bildirmişdir. Həmin qutu baş təhqiqatçı tərəfindən masanın üzərinə boşaldılmış, qutunun içərisindən çıxan bükümlərin içərisinə baxılanda 01 ədəd ağ rəngli selofana və 12 ədəd siqaret kağızına bükülmüş içərilərində heroin, həmçinin 01 ədəd selofana və 08 ədəd siqaret kağızına bükülmüş içərilərində metafetamin aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq üzərindən aşkar olunmuş ümumilikdə 13 bükümdə heroini və ümumilikdə 09 bükümdə metamfetamini həmin gün yəni, 06.12.2021-ci il tarixdə səhər saat 12:00 radələrində Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 60 manata aldığını və özü üçün qəbul etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş ümumilikdə 13 ədəd büküm heroin və ümumilikdə 09 ədəd bükümdə metamfetamin elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, 13 ədəd bükümdə heroinin ümumi çəkisi 2,10 qram, 09 ədəd bükümdə metamfetaminin ümumi çəkisi isə 1,25 qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün, kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 127 saylı möhürü ilə möhürlənmış, zərfin üzərində müvafiq qeydlər aparılmış və tərəflərindən imzalanmışdır. Üzərindən aşkar olunmuş siqaret, alışqan və 15 manat pul özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi öz ifadəsinin qismən etirafedici hissəsi ilə bərabər, işin halları, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nın cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantı. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə edildikdən sonra bununla bağlı əməliyyataxtarış tədbirlərinin keçirilməsindən ötrü 06 dekabr 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa o, başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri 3-cü PB-nın cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, 3-cü PB-nın sahə rəisləri, polis leytenantı Şahid3, polis leytenantı Şahid4 və Sumqayıt ŞPİ-nin inspektor-kriminalisti, polis mayoru Asəf Həbibovla birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyataxtarış tədbiri keçirməkdən ötrü təxminən saat 20 radələrində həmin şəxsin ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9cu mikrorayon, 7/25 saylı binanın yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra onlar əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamışlar və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-na aparılacağını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra 3-cü PB-nə gətirilmişdir. 3-cü PB-da Təqsirləndirilən şəxs baş təhqiqatçı, polis kapitanı X5 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş, müdafiəçi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X6 və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı Asəf Həbibov tərəfindən videokamera ilə çəkilmişdir. Baş təhqiqatçı Pərviz Babayev saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən özü “Rotmans” siqaret qutusunu, 01 ədəd sarı rəngli alışqanı, sağ yan kiçik cibindən isə qara rəngli plastik açılıb bağlanan qutunu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda həmin şəxs aşkar olunan maddələrin narkotik vasitə olduğunu, həmin maddələri, 06.12.2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını söyləmişdir. Həmin qutu baş tədqiqatçı Pərviz Babayev tərəfindən masanın üzərinə boşaldılmış, qutunun içərisindən çıxan bükümlərin içərisinə baxıldıqda 01 ədəd ağ rəngli sellofana və 12 ədəd siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər maddələr, həmçinin 01 ədəd sellofana və 08 ədəd siqaret kağızına bükülmüş içərisində ağ şəffaf rəngli psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumilikdə 13 ədəd büküm heroinə bənzər və ümumilikdə 09 ədəd ağ rəngli kristal şəkilli maddələr elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, 13 ədəd bükümdə heroinə bənzər maddələrin ümumi çəkisi 2,10 qram, 09 ədəd bükümdə metamfetaminə bənzər maddələrin ümumi çəkisi 1,25 qram olduğu müəyyən edilmişdir. Bir daha Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi xahiş edilmişdir. O, əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən özü 05 ədəd bir manatlıq və 01 ədəd 10 manatlıq əskinası təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və üzərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaret, alışqan və 15 manat pul xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdikləri həqiqəti əks etdirməmiş və özünü müdafiə xarakterli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nın cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, 3-cü PB-nın sahə rəisləri, polis leytenantı Şahid3, polis leytenantı Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan 06.12.2021-ci il tarixli protokoldan görünür ki, 06.12.2021-ci il tarixdə saat 20:25-də Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı Pərviz Babayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, törətmiş olduğu cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan 08 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində Sumqayıt şəhər Məhkəməsinin 4(060)-667/2021 saylı, 08.12.2021-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 06 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 06.12.2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən “Rothmans” siqaret qutusunu, 1 ədəd sarı rəngli alışqanı, sağ yan kiik cibindən isə qara rəngli plastik açılıb bağlanan qutunu çıxarıb təqdim etmiş və verilən şifahi sorğulara cavab olaraq təqdim etdiyi qutunun içərisində narkotik və psixtrop maddələr olduğunu bildirmişdir. Həmin qutu masanın üzərinə boşaldılmış, qutunun içərisindən çıxan bükümlərin içərisinə baxdılqda 01 ədəd ağ rəngli sellofana və 12 ədəd siqaret kağızına bükülmüş içərilərində üəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər maddələr, həmçinin 01 ədəd sellofana və 08 ədəd siqaret kağızına bükülmüş içərilərində ağ şəffaf kristal halda psxitrop maddə metanfitaminə bənzər maddələr aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş ümumilikdə 13 bükümdə heroini və üzmumilikdə 09 bükümdə metanfitamini həmin gün, yəni 06.12.2021-ci il tarixdə səhər saat 12:00 radələrində Bakı şəhəri, 20 Yanvar airəsi yaxınlığında tanımadığı şəxsdən 60 manata almış və öüznə qəbul etmək məqsədilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumilikddə 13 ədəd büküm heroinə bənzər və ümumilikdə 09 ədəd bükümdə ağ rəngli kristallik maddələr Digital Pocket scale markalı elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, 13 ədəd bükümdə heroinə bənzər maddələrin ümumi çəkisi 2,10 qram, 09 ədəd bükümdə metanfitaminə bənzər maddələrin ümumi çəkisi isə 1,25 qram olmuşdur. Həmin maddələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün kağı zərfə qoyularaq qablaşdırılmış və DİN-in 127 saylı möhürü ilə möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş 13 ədəd bükümdə heroin və 09 ədəd bükümdə metanfitamin özünə məxsusdur, 2015-ci ildəndir ki narkotik vasitə qəbul edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 07.12.2021-ci il tarixli, 6/5400 № li rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №127 ” dairəvi möhür əksləri olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 13 (on üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,082 qram, 0,034 qram, 0,047 qram, 0,058 qram, 0,340 qram, 0,334 qram, 0,058 qram, 0,052 qram, 0,043 qram, 0,040 qram, 0,056 qram, 0,048 qram ümum təmizi çəkisi 1,224 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 09 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,031 qram, 0,048 qram, 0,060 qram, 0,030 qram, 0,024 qram, 0,027 qram, 0,393 qram, 0,020 qram, 0,022 qram ümumi təmiz çəkisi 0,665 qram olan ağ rəngli kristal formada olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materillarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 08 yanvar 2022-ci il tarixli, 74 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metanfitaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 13 (on üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,082 qram, 0,034 qram, 0,047 qram, 0,058 qram, 0,340 qram, 0,334 qram, 0,058 qram, 0,052 qram, 0,043 qram, 0,040 qram, 0,056 qram, 0,048 qram ümum təmizi çəkisi 1,224 qram olan narotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,029 qramı; 09 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,031 qram, 0,048 qram, 0,060 qram, 0,030 qram, 0,024 qram, 0,027 qram, 0,393 qram, 0,020 qram, 0,022 qram ümumi təmiz çəkisi 0,665 qram olan psixotrop maddə metanfitaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,520 qramı, və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 07.12.2021-ci il tarixli rəydə qeyd olunmuşdur ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş 24 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məlumat öz təsdiqini tapmadığından toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəindən verilmiş 20.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 16.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsiilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 16.07.2019-cu il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur.Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 9 Saylı MKS tərəfindən verilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik maddələrin satış məqsədi olmadan əldə edib üzərində daşımasına və üzərində yalnız bir büküm heroin və metamfetmain olmasına dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun bu hissəsdə göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs 1 qram narkotik vasitə heroinin və metafetaminin üzərində olmasını etiraf edir, lakin narkotik vasitələrin bölünmüş bükümlər şəkilində olmadığı qeyd edir. İşin araşdırılan hallarından görünür ki, eskpert rəyi ilə müəyyən edilmiş heroinin çəkisi təqsirləndirilən şəxsin üzərində olduğunu etiraf etdiyi heroinin çəkisinə yaxındır və ekspert tərəfindən tədqiq edilmiş həmin narkotik vasitələr (heroin və metamfetamin) tərkibinə və əlamətlərinə görə eynillik təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərində aşkar olunmuş narkotik vasitələrin ayrı-ayrı bükümlərdə olmamasına dair ifadəsi ona satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamaqla daşımasına dair elan edilmiş ittihamdan yayınmaq məqsədini güdür. Gösətrilənlərə əsasən Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, üzərindən 09 (doqquz) ədəd bükümdə psixotrop maddə olan metanfitaminin və 13 (on üç) ədəd bükümdə narkotik vasitə olan heroinin aşkar olunması onun satış məqsədini təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,031 qram, 0,048 qram, 0,060 qram, 0,030 qram, 0,024 qram, 0,027 qram, 0,393 qram, 0,020 qram, 0,022 qram ümumi təmiz çəkisi 0,665 qram qram ağ rəngli kristalik hissəciklərdən ibarət psixotrop maddə metafetamin, 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,082 qram, 0,034 qram, 0,047 qram, 0,058 qram, 0,340 qram, 0,334 qram, 0,058 qram, 0,052 qram, 0,043 qram, 0,040 qram, 0,056 qram, 0,048 qram olmaqla ümumi təmiz çəkisi 1,224 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq, üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, narkotok vasitəni qanunsuz əldə edib saxladığına və daşıdığına görə peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 18.4.3-cü maddəsinə əsasən götürülmüş və ödənilmiş məhkumluqlar cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Həmçinin onun üzərində çəkilməmiş cəza yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 06.12.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən X2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 28.01.2022-ci il tarixli (iş № 1(060)-274/2022) qərarını icra edərək, 02.02.2022-ci il tarixli 302/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) Sumqayıt filialında olan hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut olan, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,029 qramı, psixotrop maddə metanfitaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,520 qramı məhv edilməli, bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 06 dekabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,029 qramı, psixotrop maddə olan metanfitaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,520 qramı məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-274/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-274/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver