Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-275/2021 14.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional vəkil bürosunun vəkili Müdafiəçi Allahverən oğlunun iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan sürücülük hüququ olmadan 27 dekabr 2020-ci il tarixdə saat 19:35 radələrində, texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21074” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti ilə üzü Sülh küçəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq, yəni işıqforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatıdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməli olduğu halda heç bir tədbir görməyərək hadisənin qaşısını almamış, nəticədə yolun sol kənarından sağ kənarına hərəkət edən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada İ.N.Ş.Şahbazova “Sağ bud sümüyünün orta 1/3-nin yerdəyişən sınığı, sol baldırın, sol dizin sıyrığı” kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az ağır dərəcəli, Zərərçəkmiş şəxs2 “Sağ baldırın yuxarı 1/3-nin diz oynağın tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Vaz 21074” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir, 27.12.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki anasıgilin yaşadığı evdən çıxıb “Vaz 21074” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib H.Əliyev prospekti ilə üzü Sülh küçəsi istiqamətində avtomobili təxminən 60 km/saat sürətlə idarə edərkən H.Əliyev prospelti ilə Sülh küçəsinin kəsişməsində olan işıqforun yaşıl işığının yandığını görüb hərəkətini davam etdirmiş, həmin vaxtı o, təxminən 15-20 metr məsafədən qarşı tərəfdə iki nəfər piyadanın yolun sol tərəfindən sağ tərəfinə doğru hərəkət etdiyini görmüş, o, həmin piyadaları vurmamaq üçün idarə etdiyi avtomobilin əyləcini basıb saxlamaq istəsə də avtomobili dayandıra bilməyib həmin piyadaları avtomobilin sol qabaq hissəsi ilə vurmuşdur. təxminən 15-20 metr məsafədən piyadaların yolu yolun sol tərəfindən sağ tərəfinə keçdiyini gördüyünü, avtomobilləri idarə etmək hüququ verən sürücülük vəsiqəsinin olduğunu, lakin 2020-ci ilin noyabr ayında yol hərəkəti qaydasını pozduğu üçün Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 10.11.2020-ci il tarixdən 06 ay müddətinə sürücülük huququndan məhrum edildiyini, həmin gün vacib işinin olduğu üçün məcbur olub “Vaz 21074” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, hadisə vaxstı spirtli içki qəbul etmədiyini, törətdiyi əməldən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslərlə barışdığını və bu səbəbdən də ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 27 dekabr 2020-ci il tarixdə saat 19:35 radələrində o, dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisi ilə 2-ci mikrorayon ərazisi istiqamətində yəni ticarət mərkəzi istiqamətində piyada hərəkət edərkən H.Əliyev prospektindəki yola çatdıqda işıqforun piyada üçün yaşıl işığının yandığını görüb yolu keçməyə başlamış, bir neçə metr yolu keçdikdən sonra yolun qarşı tərəfinə bir qədər qalmış sağ tərəfdən “VAZ 21074” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin onlara tərəf gəldiyini görmüşlər. Onlar qarşıya tərəf hərəkət etmək istəsələr də həmin avtomobil onu və Zərərçəkmiş şəxs2 qarşı tərəfi ilə vurmuşdur. Onlar yerə yıxılmışlar. Orada olan tanımadıqları şəxslər onları yoldan kənara çəkmişlər. Orada olan şəxslərdən biri təcili tibbi yardım xidmətini çağırmış, az sonra təcili tibbi yardım xidməti hadisə yerinə gəlmişdir. Təcili tibbi yardım xəstəxanasının onları Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasna gətirmişlər. Xəstəxanada həkimlər onlara tibbi yardım göstərmişlər. Həmçinin zərərçəkmiş şəxs ifadəsində təxminən 10 metr məsafədən VAZ 21074 markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfdən onlara tərəf gəldiyini gördüklərini, VAZ 21074 markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 70-80 km/saat sürətlə hərəkət etdiyini göstərərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyan ödənildiyindən sonuncudan şikayətçi olmadığını bildirərək Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 27 dekabr 2020-ci il tarixdə saat 19:35 radələrində o, dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisi ilə 2-ci mikrorayon ərazisi istiqamətində yəni ticarət mərkəzi istiqamətində piyada hərəkət edərkən H.Əliyev prospektindəki yola çatdıqda işıqforun piyada üçün yaşıl işığının yandığını görüb yolu keçməyə başlamış, onlar bir neçə metr yolu keçdikdən sonra yolun qarşı tərəfinə bir qədər qalmış sağ tərəfdən “VAZ 21074” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin onlara tərəf gəldiyini görmüşlər qarşıya tərəf hərəkət etmək istəsələr də həmin avtomobil onu və Zərərçəkmiş şəxs1 qarşı tərəfi ilə vurmuşdur. Onlar yerə yıxılmışlar. Orada olan tanımadıqları şəxslər onları yoldan kənara çəkmişlər. Orada olan şəxslərdən biri təcili tibbi yardım xidmətini çağırmış, az sonra təcili tibbi yardım xidməti hadisə yerinə gəlmiş və onları oradan Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasna gətirmişlər. Xəstəxanada həkimlər onlara tibbi yardım göstərmişlər. həmçinin zərərçəkmiş şəxs ifadəsində təxminən 10 metr məsafədən VAZ 21074 markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfdən onlara tərəf gəldiyini gördüyünü, hadisə vaxtı VAZ 21074 markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 70-80 km/saat sürətlə hərəkət etdiyini göstərmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15.01.2021-ci il tarixli 65 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ bud sümüyünün 1/3-nin yerdəyişən sınığı, sol baldırın, sol dizin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 27.12.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 01.02.2021-ci il tarixli, 8/58 saylı rəyindən görünür ki, VAZ-21074 markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 10.11.2020-ci il tarixli qərarından və Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi tərəfindən verilmiş 09.01.2021-ci il tarixli.302.174.1221 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırlmışdır. Cinayət işinin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 6965 saylı 27.12.2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. 14 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Həmçinin cinayət işinin materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 580 saylı ,16.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Sumqayıt 3 nömrəli şəhər polklinikası tərəfindən verilmiş 17.02.2021-ci il tarixli 96 saylı arayışdan görünür ki. Təqsirləndirilən şəxs poliklinikanın psixiatr kabinetində ambulator və dispanser qeydiyyatda yoxdur. DİN BƏSİİ-dən verilmiş 13.02.2021-c il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş 14.04.2021-ci il tarixli Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Buna görə Təqsirləndirilən şəxs şikayətçi deyil. Cinayət işi materiallarına əlavə edilmiş 14.04.2021-ci il tarixli Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Buna görə Təqsirləndirilən şəxs şikayətçi deyil. Cinayət işi materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 27.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və 03 ədəd fotoşəkil çəkilərək cinayət işi materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı tamamilə ödəməsi, 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Məhkəmə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmənin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04.03.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qtimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 17.03.2021-ci il tarixli (iş № 1(060)-287/2021) qərarını icra edərək, 19 mart 2021-ci il tarixli 287 saylı orderə əsasən vəkil Müdafiəçi Allahverən oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili Müdafiəçi Allahverən oğlu məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 8 (səkkiz ) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxxın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Allahverən oğlunun göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-275/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-275/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver