Məhkəmə qərarları › İş №1(060)-275/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-275/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-275/2022 21.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 28 avqust 1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,552 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 26 noyabr 2021-ci il tarixdə saat 12:05-də Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən 36 nömrəli binanın yanında saxlanılıb 3-cü polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli şalvarının sol yan cibindən həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla havadamcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bilə-bilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 73-1 №-li, xx.xx.2020-ci il tarixli 336 №-li, xx.xx.2020-ci il tarixli 427 №-li və xx.xx.2020-ci il tarixli 450 №-li qərarlarının tələblərini yəni, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimləri qaydalarını, habelə özünü təcrid qaydalarını qəsdən pozaraq insanların yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmasına real təhlükə yaratmaqla xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edib insanların hərəkətdə olduğu küçə ilə piyada 9-cu mikrorayon ərazisində yerləşən ərzaq mağazasına getmiş, satıcıya nəğd pul ödəməklə siqaret alaraq oradan çıxıb insanların hərəkətdə olduğu küçə ilə piyada yaşadığı evə qayıdarkən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı ünvana aparılması təmin edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 139-1.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə olan heroin istifadə etmişdir. Ailəsi uşaqları ilə birlikdə Xırdalan şəhərində yaşayır. 25 noyabr 2021-ci il tarixdə, təxminən saat 20 radələrində şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhəri Corat qəsəbəsinə getmiş, Corat qəsəbəsində olduğu zaman orada təsadüfən bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxslə söhbət zamanı həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş, eləcədə o da həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Ona görə də həmin şəxsdən üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, həmin şəxs də ona üzərində bir ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu və 5 (beş) manata sata biləcəyini demişdir. O, da həmin şəxsə 5 manat pul verərək ondan bir ədəd bükümdə narkotik vasitə olan heroin almış və həmin narkotik vasitəni cibinə qoymuşdur ki, sonra istədiyi vaxt istifadə edər. 26 noyabr 2021-ci il tarixdə, təxminən saat 12 radələrində yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində piyada gəzdiyi zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitədən istifadə etməyində şübhəli olduqları üçün Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər. Orada vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində qanunla qadağan olunmuş hər-hansı əşya varsa könüllü olaraq təqdim etsin. O, da həmin vaxt şalvarının sol yan cibinə qoymuş olduğu bir ədəd bükülüdə narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükülü tərəzidə çəkilmiş və sonra həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. 26 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra 27 noyabr 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerində “COVİD-19” virusuna yoluxub yoluxmadığını müəyyən etmək üçün ondan yaxma nümunələri götürülmüşdür. Həmin günü müvəqqəti saxlama yerindən buraxılmışdır. Sumqayıt şəhər Polis İdarəsnin 3-cü PB-nin əməkdaşları tutduqdan sonra bir gün saxlayıb 27 noyabr 2022-ci il tarixdə buraxmışlar. Orada olarkən sənədlərə imza etmişdir, lakin sənədlərin mahiyyətini bilmədiyi üçün nəyə imza atmasını izah edə bilmir. Buraxılarkən ona nə müstəntiq nə də ki başqa şəxslər tərəfindən onun COVİD xəstəsi olması barədə məlumat verilməmişdir. O, müvəqqəti saxlama yerindən çıxdıqdan sonra 7 nömrəli marşruta minərək evinə getmişdir. Müvəqqəti saxlama yerində olarkən ona marşrutdan istifadə etməməsi, evdə qalması, özünü təcrid etməsi barədə heç nə deyilməmişdir. Oradan çıxdıqda heç bir qoruyucu vasitə ilə təmin edilməmiş, heç kim onu müşayiət etməmişdir. Həmin vaxt səhhətində heç bir problem olmamış, özünü yaxşı etmiş və “Covid” xəstəliyinin əlamətlərini hiss etməmişdir. Təxminən 1 həftədən sonra siqaret almaq üçün həyətə çıxdıqda əməliyyatçılar tərəfindən saxlanılmış, ona Covid-19 virusu olduğu halda nə üçün evdən çıxdığı soruşulduqda aktiv koronavirus xəstəsi olduğu barədə məlumatının olmadığını, bunu həmin an öyrəndiyini bildirmişdir. Həmin keçən 1 həftə ərzində istintaq orqanı tərəfindən dəvət olunmamış, ondan heç bir izahat alınmamışdır. İstintaq zamanı verdiyi ifadəni oxumamış, yalnız imza itmişdir. Həmçinin hər hansı təzyiq və işgəncəyə məruz qalmamışdır. Buna görə də həmin hissədə ona bəraət verilməsini xahiş etdi. Digər hissədə isə əməlindən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 26 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, istifadə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək onun yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən 14 nömrəli, eləcədə həmin binanın ətrafındakı binaların yaxınlığı əməliyyat müşahidəsinə götürülmüşdür. Saat 12 radələrində Təqsirləndirilən şəxs 36 nömrəli binanın arxası ilə piyada hərəkət etdiyini görmüşlər, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək Təqsirləndirilən şəxs 3-cü polis bölməsinə dəvət etmişlər. Xidməti otaqların birində kriminalist Rasim Paşayevin video görüntüyə alması ilə müdafiəçinin iştirakı ilə təhqiqatçı Mustafa Mustafazadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs özü əynində mavi rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü, şalvarının sağ yan cibindən isə siqaret qutusunu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olduğu soruşulduqda bildirmişdir ki, bükülünün içərisində narkotik vasitə olan heroin vardır, həmin heroini 25 noyabr 2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 5 manat pul verərək şəxsi istifadəsi üçün almışdır. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli, xüsusi iyə malik narkotik vasitə olan heroinə bənzər maddə olması aşkar olunmuşdur. Siqaret qutusuna baxıldıqda isə içərisindən qanunla qadağan olunmuş maddə aşkar olunmamışdır. Həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkildikdə təxmini çəkisinin 0,87 qram olması müəyyən olunmuşdur. Həmin maddədən başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Sonra narkotik vasitəyə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Məmmədov X5 Hacızadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 01 dekabr 2021-ci il tarixdə təxminən saat 15 radələrində xidməti vəzifəsilə əlaqədar olaraq 3-cü polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Vasif Quliyevlə birlikdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Aygün” mərasim evinin yaxınlığında olduğu zaman aktiv COVİD-19 xəstəsi olan Təqsirləndirilən şəxs həmin ərazidə piyada hərəkətdə olduğunu görmüşlər. Dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb, onunla 2-3 metr məsafə saxlayaraq özlərini təqdim etmişlər. Sonra isə ondan COVİD-19 xəstəsi olduğu halda nə üçün yaşadığı evi tərk etməsini soruşmuşlar. Təqsirləndirilən şəxs isə siqaret almaq üçün mağazaya getdiyini bildirmişdir. Bundan sonra 3-cü polis bölməsinə, X10 xəstəxanasına və post patrul xidməti taboruna məlumat vermişlər. Bir neçə dəqiqədən sonra onların yanına PPXT-nin xüsusi qoruyucu geyimdə olan polis nəfərləri, X10 xəstəxanasının avtomobili ilə həkimlər, Sumqayıt ŞPİ-nin YYÇİB-nin rəisi Azər Bağırov və 3-cü polis bölməsinin təhqiqatçısı Səbuhi Dadaşov gəlmişlər. X8 video görüntüyə alması ilə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs COVİD-19 xəstəsi olmasına baxmayaraq siqaret almaq üçün yaşadığı evi tərk etdiyini və etmiş olduğu əməlindən peşiman olduğunu bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs X10 avtomobili ilə yaşadığı evə yola salınmışdır. Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu yalnız qoruyucu maska taxmış, onun digər qoruyucu vasitələrdən istifadə etməsi müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs saxlamamışdan əvvəl sonuncunun yanından başqa şəxslər ötüb keçmiş, lakin onun yanında heç kim olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin müstəntiqi, polis kapitanı X1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə həbs olunaraq Sumqayıt ŞPİ-nin MSY-də saxlanılırdı. O, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün tədbirlər görərkən TƏBİB-dən daxil olmuş zəng əsasən Təqsirləndirilən şəxs “Covid-19” xəstələyinin aşkar olunduğunu bilmişdir. Buna görə xüsusi avadanlıqlar geyinərək Təqsirləndirilən şəxs yanına getmiş, onda “Covid-19” xəstələyi aşkar olunduğu üçün barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edildiyini, çölə çıxmamasını, xüsusi karantin rejiminə əməl etməsini, ev şəraitində müalicə almasını bildirmişdir. Həmin vaxt Sumqayıt ŞPİ MSY-da saxlanılan şəxslərin uçotu kitabında şəxsin “Covid-19” virusuna yoluxması, xüsusi karantin rejiminə əməl etmədiyi təqdirdə cinayət məsuliyyəti daşıması barədə qeyd aparılmış, şəxsə təqdim olunmuş və onun şəxsi imzası ilə imzalanmışdır. Həmin uçot kitabında qeyd aparıldığı üçün Təqsirləndirilən şəxs iltizam almamış, başqa heç bir yerdə qeyd aparmamışdır. Şəxsdən yaxma götürüldükdən sonra təxminən 2-3 saat ərzində nəticə barədə məlumat gəlmişdir. Şəxsin MSY-dan azad olunması üçün müstəntiqin, prokurorun və yaxud məhkəmənin qərarının mütləq olduğunu bildirdi. Ona görə də, şəxsin MSY-dən azad olunması barədə qərar qəbul etmiş, lakin qərarda tarixin texniki səhv olaraq “28 noyabr 2021-ci il” yazıldığını, əslində isə qərarın 27 noyabr 2021-ci il tarixdə qəbul edildiyini və Təqsirləndirilən şəxs 24 saatdan bir az cox vaxt saxlanıldıqdan sonra 27 noyabr 2021-ci il tarixdə azad edilmişdir. Təqsirləndirilən şəxs MSY-dən azad edildikdən sonra evə hansı nəqliyyat vasitəsi ilə yola salındığı barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs evə yola salınması onun səlahiyyətində aid deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin MSY-də növbətçi, polis serjantı X7 ifadəsində bildirdi ki, həmin gün MSY-də növbətçi olmuşdur. Şəxs MSY-nə daxil olduqdan sonra tərəflərindən X10 çağırıldığını və şəxsdən yaxma götürüldüyünü bildirdi. Həmin tarixdə Təqsirləndirilən şəxs “Covid-19” xəstəsi olması ilə bağlı onların əməkdaşı olan Rəşadət adlı şəxsin ***-***-**-** telefon nömrəsinə məlumat gəldiyini, bu barədə Təqsirləndirilən şəxs məlumat verildiyini, ona xəbərdarlıq edildiyini və bununla bağlı Sumqayıt ŞPİ MSY-da saxlanılan şəxslərin uçotu kitabında onun tərəfindən qeyd aparıldığını bildirdi. Şəxsin MSY-dən müstəntiqin, prokurorun və yaxud məhkəmənin qərarı ilə azad olunduğu, qərar olmadan şəxsin buraxılmadığını, qərar onlara təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs buraxıldığını bildirdi. Təqsirləndirilən şəxs MSYdən azad edildikdən sonra evə nə ilə yola salınmasını xatırlamamır. Eyni zamanda Təqsirləndirilən şəxs MSY-dən 27 noyabr 2022-ci il tarixdə azad edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 12:05-də Sumqayıt şəhəri, 9-cu mikrorayon, 36 saylı binanın arxasında şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona narkotik vasitələrin qanunsuz qəbulu və üzərində gəzdirməsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün saxlanıldığı bildirilmiş, daha sonra isə hüquq və vəzifələr barədə bildiriş, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 təqdim olunmuş və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sol yan cibindən çıxartdığı 1 ədəd gümüşü rəngli kağızı təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, həmçinin əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd göy rəngli “Prima” siqaret qutusunu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd gümüşü rəngli kağız bükümün içərisinə baxdıqda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “Prima” siqaret qutusunun içərisində, həmçinin keçirilən şəxsi axtarış zamanı Hüsenov Rövşən Fərman oğlunun üzərindən cinayət xarakterli heç bir predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 2 ilə yaxındır ki, narkotik maddələri iynə vasitəsilə damarlarına vurur, üzərindən aşkar olunmuş 1 bükümdə heroini dünən, yəni xx.xx.2021-ci il tarixdə axşam saatlarında Corat qəsəbəsində tanımadığı şəxsdən 5 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə heroinə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 0,87 qram olmuşdur. Həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi “Prima” siqaret qutusu papiroslarla birlikdə özünə qaytarılmışdır. İş materiallarında olan məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5264 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ “Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,552 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,502 qram qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı Mustafa Mustafazadə özünü təqdim edərək iştirakçılara özlərini təqdim etməsini bildirir və onlar da özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə, saxlama və gəzdirməkdə şübjəli bilindiyini, ona görə də Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirir. Sonra təhqiqatçı ona hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 tərəfindən müdafiə edəcəyəni deyərək vəkili ona təqdim edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirirərək şəxsi axtarış aparılmazdan əvvəl üzərində qaunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şlavarının sol yan cibindən 1 ədəd kağız bükülünü, sağ yan cibindən “Prima” markalı siqareti çıxararaq təqdim edir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olduğu soruşulduqda o, həmin bükülünün içərisində “kakos” adlandırdığı heroin olduğunu bildirir. Həmin bükülü təhqiqatçı tərəfindən açılaraq içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə olması bildirilir. “Prima” markalı siqaret qutusunun içərisinə baxıldıqda isə oradan qanunla qadağan olunmuş hər hansı maddə aşkar olunmadığı görünür. Təqsirləndirilən şəxs üzərində şxəsi axtarış aparılır, lakin onun üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni kimdən əldə etdiyi soruşulur, sonuncu isə həmin maddəni 25 noyabr 2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 5 manat müqabilində aldığını bildirir. Bundan sonra həmin maddə elektron tərəzidə çəkilir və çəkisinin 0,87 qram olması müəyyən olunur. Daha sonra isə narkotik vasitə olan heroinə bənzər maddə qablaşdırılır, möhürlənir, Rövəşən Hüseynov tərəfindən imzalanır və sonda çəkiliş dayandırılır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlyazma şəklində olan iltizamdan görünür ki, Təqsirləndirilən şəxs “Covid 19” aktiv xəstəsi olduğu üçün 14 gün müddətində yaşadığı ünvan 3 ünvanını tərk etməyəcəkdir, əks halda cinayət məsuliyyəti daşıdığı ona izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli 5209 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təhqiqatçı Səbuhi Dadaşov özünü təqdim edərək xx.xx.2021-ci il tarixdə, təxminən saat 15 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən “Aygün” şadlıq evinin yaxınlığında olduqlarını və vətəndaşa özünü təqdim etməsini bildirir. Vətəndaş özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra isə təhqiqatçı Təqsirləndirilən şəxs aktiv COVİD-19 xəstəsi olduğu və polis əməkdaşları tərəfindən onun yaşadığı evi tərk etməsinin aşkar edildiyini bildirib polis əməkdaşlarına özlərini təqdim etməsini deyir. Polis əməkdaşları da özlərini təqdim edirlər. Sonra isə təhqiqatçı Təqsirləndirilən şəxs xx.xx.2021-i il tarixdən etibarən aktiv COVİD-19 xəstəsi olmasına baxmayaraq yaşadığı evi tərk etdiyini bildirib ona hüquq və vəzifələrini, eləcədə bununla bağlı məsuliyyətə cəlb olunacağını izah edir. Daha sonra isə Təqsirləndirilən şəxs X10 avtomobili vasitəsi ilə evinə aparılır. “Sumqayıt Tibb Mərkəzi” PHŞ-i tərəfindən verilmiş 82 №-li, xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “COVİD-19” virusuna görə “PZR” müayinəsindən keçmiş və nəticəsi pozitiv çıxdığı üçün onun ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlanılmış, məlumat verilmiş və bu şəxs təcridxanadan buraxılmışdır. Təqsirləndirilən şəxs telefon nömrəsinə (077-31-44-80) dəfələrlə zəng edilməsinə baxmayaraq telefon şəbəkə xaricində olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsindən həmi məcəllənin 139-1.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 139-1.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünavnında yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükülüdə təmiz çəkisi 0,552 qram narkotik vasitə olan heroin və 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması, 2 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,502 qram narkotik vasitə olan heroin isə saxlanılması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 1(060)-275/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan 1(060)-275/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin ***-**** saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat təxminən 10:20 radələrində Sumqayıt şəhərində yaşadığı evin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 1(060)-275/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 139-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx- 1382 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verilmiş 125 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısıdır və müharibə veteranıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Suqmayıt şəhər Polis İdarəsinin 123-29951-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, MSY-nin qeydiyyat bazasında Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 18:15də MSY-nə daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 18:10-da Covid-19 testi pozitiv çıxdığından istintaq şöbəsinin müstəntiqi Yusif Süleymanovun qərarı əsasında MSY-dən azad olunaraq müstəntiq Yusif Süleymnaova təhvil verilmişdir. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” PHŞ X10 Xəstəxanasının 389 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər X10 xəstəxanasına müraciət etməmişdir. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” PHŞ X10 Stansiyasının xx.xx.2022ci il tarixli məktubundan görünür ki, stansiyaya Polis İdarəsinə xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına çağırış daxil olmamışdır. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsi ilə təqsiri müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs isintaq zamanı “26 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldıqdan və narkotik vasitələrin qanunsuz döriyyəsi ilə məşğul olduğuna görə şübhəli şəxs qismində tutulduqdan sonra 27 noyabr 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerində “COVİD-19” virusuna yoluxub yoluxmadığını müəyyən etmək üçün ondan yaxma nümunələri götürülmüşdür. Analizin nəticələri verildikdən sonra ona bildirilmişdir ki, o “COVİD-19” virusuna yoluxmuşdur. 28 noyabr 2021-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmiş və onu X10 avtomobili vasitəsi ilə yaşadığı ünvana aparmışlar. Orada həkimlər ona ən azı 14 gün müddətində yaşadığı evi tərk etməməyi, tərk etdiyi halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi, eləcədə özünü ailə üzvlərindən təcrid etməyi, qoruyucu vasitələrdən istifadə etməsini izah etmişlər. O, yaşadığı evdə qalaraq müalicə almağa başlamış və həkimlərin göstərişlərinə əməl etmişdir. 01 dekabr 2021-ci il tarixdə, təxminən saat 15 radələrində yaşadığı evdə olduğu zaman siqareti qurtarmış, evdə heç kim olmadığından heç kimi özünə siqaret almağa göndərə bilməmiş və qərara gəlmişdir ki, özü evdən çıxaraq təxminən 150-200 metr aralıda, “Aygün” şadlıq sarayının yaxınlığında yerləşən mağazadan siqaret alsın. Qoruyucu maska taxaraq yaşadığı ünvan 1 ünvanını tərk edib “Aygün” şadlıq sarayının yaxınlığındakı mağazaya tərəf piyada getməyə başlamışdır. Mağazaya gedərkən yanından tanımadığı şəxslər ötüb keçmiş, lakin o heç kimlə ünsiyyətdə olmamışdır. Mağazaya çatıb oradan nəğd pul verərək özünə siqaret almışdır. Sonra isə mağazadan çölə çıxıb yenidən piyada yaşadığı evə tərəf getməyə başlamışdır. “Aygün” şadlıq sarayının yanına çatanda bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə ondan COVİD- 19 xəstəsi olduğu halda nə səbəbə yaşadığı evi tərk etdiyini soruşmuşlar. O, isə onlara siqaret almaq üçün evini tərk etdiyini demişdir. Polis əməkdaşları isə həmin yerə X10 avtomobili, 2 nəfər xüsusi qoruyucu geyimli polis əməkdaşı və bir nəfər təhqiqatçını dəvət etmişlər. TTY avtomaşını və polis əməkdaşları gəldikdən sonra video çəkiliş aparılmaqla təhqiqatçı tərəfindən bir daha ondan nə səbəbə yaşadığı evi tərk etdiyi soruşulmuşdur. O, isə onlara yenədə siqaret almaq üçün evini tərk etdiyini, etdiyi əməlindən peşiman olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən isə ona hüquq və vəzifələri izahat edilərək məsuliyyətə cəlb olunacağı və sağalanadək bir daha yaşadığı evi tərk etməməsi bildirilmişdir. Sonra isə onu TTY avtomobili ilə yaşadığı evə aparmışlar. Narkotik vasitə olan heroini 25 noyabr 2021-ci il tarixdə, təxminən saat 20 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 5 manat pul verərək şəxsi istifadəsi üçün almışdır. Həmin narkotik vasitəni üzərində saxlamaqda məsədi özüm istifadə etmək olmuşdur. Narkotik vasitəni satmaq və ya kiməsə vermək fikri olmamışdır. Narkotik vasitəni aldığı şəxsi əvvəllər tanımamış, onunla təsadüfən tanış olmuşdur. Həmin şəxsin onda telefon nömrəsi olmamışdır. Əvvəllər həmin şəxsdən narkotik vasitə almamışdır. Həmin şəxs orta boylu, qarayanız, üzündə saqqalı olan şəxs olmuşdur. Ümumiyyətlə heç vaxt narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki qüvvə tətbiq olunmamışdır. 3-cü polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmamışdır. xx.xx.2021-ci il tarixdə evdən çıxıb siqaret almaq məqsədi ilə mağazadan başqa hər hansı bir yerə getməmişdir. Virusa yoluxduqdan sonra ailə üzvlərindən başqa heç kimlə təmasda olmamışdır. Ailə üzvləri ilə yalnızca qoruyucu maska taxaraq və məsafə saxlayaraq ünsiyyət qurmuşdur. Yaşadığı evi tərk edərkən təkcə qoruyucu maska taxmışdır. Mağazaya getdiyi zaman yanından tanımadığı şəxslər gəlib keçmiş, lakin heç kimlə ünsiyyətdə olmamışdır. Eləcədə mağazada olduğu zaman satıcı ilə yaxın təmasda olmamış və siqareti satıcıdan nəğd pul verərək almışdır” şəklində ifadə verdiyi göstərilsə də, məhkəmə iclası zamanı bu şəkildə ifadə verdiyini təsdiq etməmiş, ifadəsini oxumadığını, orada nə yazıldığı barədə məlumatı olmadığını bildirmişdir. Sadəcə olaraq qarşısına sənədlər qoyulmuş o da imza etmişdir. Cinayət işində olan xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin dindirilməsi”, “təqsirləndirilən şəxsin dindirilməsi” barədə protokollarda, qətimkan tədbirinin seçilməsi haqqında qərarda və ya işin digər materiallarında Təqsirləndirilən şəxs “Covid-19” virusu barədə yaxma götürülməsi nəticəsində onda “Covid-19” virusu aşkar edilməsi barədə şəxsə məlumatın verilməsi və hər hansı bir tədbir görülməsi barədə heç bir qeyd aparılmamışdır. Həmçinin Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxması barədə məlumatlandırılması Sumqayıt ŞPİ-nin MSY-də saxlanılan şəxslərin uçot kitabındakı qeydlə əsaslandırılsa da, həmin uçot kitabına nəzər saldıqda açıq aşkar görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” xəstəsi olmasının bildirilməsi, yaşadığı yeri tərk etməməsi barədə xəbərdarlıq olunması, tərk edəcəyi təqdirdə cinayət və inzibati məsuliyyətə cəlb olunması barədə məlumat verilməsinə dair qeyd sonradan əlavə edilmişdir. Belə ki, həmin uçot kitabında aparılan qeydlərin sıralamasına nəzər yetirdikdə Təqsirləndirilən şəxs adından əvvəl və sonrakı şəxslər barədə qeydlərin eyni qələmlə, lakin Təqsirləndirilən şəxs xəbərdarlıq barədə qeydin isə fərqli qələmlə yazıldığı (mürəkkəblərin rəngi) mübahisəsizdir və yazılan qələmlə Təqsirləndirilən şəxs imza etməmişdir. Eyni zamanda onun imza etməkdən imtina etməsinə dair qeyd kitabda yoxdur. Bu da onu göstərir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 139-1.1-ci maddəsinə elan edilmiş ittihamın müdafiə edilməsi məqsədi ilə həmin qeydi kitaba sonradan yazmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4-1.3-cü bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır. Bundan başqa ibtidai araşdırma tərəfindən Təqsirləndirilən şəxs “Covid-19” xəstəsi olamasına dair məlumat daxil olduqdan sonra güya X10 avtomobili vasitə ilə onu evə aparılmasını müəyyən olunmuş hal kimi qeyd etsə də, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs “Covid-19” xəstəsi olmasına dair edilmiş xəbərdarlıq barədə, onun Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərkən yaşadığı evə TTY avtomobili vasitəsilə aparılmasına dair heç bir sübut əlavə edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edilən halların müəyyənləşdirilməsi üçün Sumqayıt şəhər X10 Xəstəxanasına sorğu verilmişdir. Sorğuya cavab olaraq Təqsirləndirilən şəxs 28 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhər X10 Xəstəxanasına müraciət etmədiyi bildirilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş “Sumqayıt Tibb Mərkəzi” PHŞ X10 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan da görünür ki, stansiyaya Polis İdarəsinə xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına çağırış olmamışdır. Bütün bunlar bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs “Covid-19” xəstəsi olduğu barədə məlumatı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin tərkibinin olması, yəni təqsiri sübuta yetirilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 139- 1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən CM-nin 139-1.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ailəsinə baxmaq üçün işlə təmin edilməsinə şəraitinin daha əlverişliyinin təmin edilməsi, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazi bölgüsünü və uşaqlarının yaşayış yerini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlıdir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilındə müəyyən yerlərə getməmək, alkoqolızmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəlıklərdən müalıcə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 (beş) ay 29 (iyirmi doqquz) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,502 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 91,76 (doxsan bir manat, yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)- 275/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 300 saylı orderən əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 40 (qırx) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,502 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 91,76 (doxsan bir manat, yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 40 (qırx) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar