Məhkəmə qərarları › İş №1(060)-275/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-275/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-275/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il Ermənistan Respublikası, Sisiyan şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkməsinin 1(060)xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, çəkilməmiş 02 il 03 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə, saat 16:40-da Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasının girişində nəzarət yoxlanışı zamanı üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün Sumqayıt şəhər MPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibində, qara rəngli plastik qutunun içərisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxlamış olduğu 03 ədəd bükümdə şəffaf sellofana bükülmüş vəziyyətdə kimyəvi komponent tərkibinə görə eyni olan, kustar üsulla hazırlanmış, ayrı-ayrılıqda təmiz çəkiləri 0,113 qram, 0,595 qram, 0,326 qram, birlikdə ümumi təmiz çəkisi 1,034 qram olan, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtını öyrənmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 16:40 radələrində Sumqayıt şəhər Məhkəmə kompleksinə getmiş, binanın girişində nəzarət aparatından keçən zaman girişdə xidmət edən polis əməkdaşları onun üzərində, daşınması, saxlanması qanunla qadağan edilmiş hər hansı bir vasitə, əşya və eləcə də, kəsici deşici alət olub-olmadığını soruşduqda o, üzərində narkotik vasitə bükümləri olduğunu bildirmişdir. Polis əməkdaşları onu saxlayaraq yaxınlıqdakı 5-ci polis bölməsinə aparmışlar. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə PB-nə getmişdir. PBnə getdikdən sonra, xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunmuş və hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Vəkil X4 ona təqdim olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış başlanılmışdır. Təhqiqatçı ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir vasitə və ya predmet vardırsa təqdim etməsini xahiş etmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli plastik qutunu çıxardıb açaraq qutunun içərisindəki 3 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə kütlə bükümlərini təqdim etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə bükümləri Bakı şəhərində tanımadığı şəxsdən, öz istifadəsi üçün xx.xx.2022-ci il tarixdə saat 14-15 radələrində 32 manata aldığını bildirmişdir. Narkotik vasitə heroin bükümləri MEM-nə göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılmış o və müdafiəçi tərəfindən imzalanmışdır. Saxlanılarkən polis əməkdaları tərəfindən heç bir fiziki zor və ya təziqə məruz qalmadığını bildirmişdir. Əməlindən peşmandır. Himayəsində azyaşlı övladı vardır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞMİ-nin polis nəfəri, polis baş serjantı Şahid1 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 16:40 radələrində, Sumqayıt Məhkəmə Kompleksində, postaçı yoldaşı polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən bir nəfər kişi Məhkəmə Kompleksinin binasının girişində nəzarət-yoxlama aparatından keçən zaman aparat xəbərdarlıq siqnalı verdiyi üçün həmin şəxsə yaxınlaşıb, məhkəməyə daxil olmazdan öncə üzəridəki əşyaları kənara qoyub nəzarət-yoxlanış aparatından keçməsini xahiş etmiş və aparatdan keçdikdən sonra əşyalarını götürə biləcəyini bildirmişdir. Bu zaman həmin şəxsin üzərində olan əşyaları təqdim etməkdə tərəddüd etdiyini başa düşüb həmin şəxslə bir qədər söhbət etdikdə sözügedən şəxs üzərində öz istifadəsi üçün narkotik vasitə saxladığını bildirmişdir. Belə olan halda həmin şəxsdən özünü təqdim etməsini xahiş edib müvafiq istintaq hərkətlərinin keçirilməsi üçün onlarla birlikdə inzibati ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getməli olduğunu dedikdə, Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə getməyə etirazının olmadığını bildirmişdir. Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getdikdən sonra PB-də xidməti otaqlardan birində təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün şəxsi axtarış istintaq hərəkətinin keçirilməsindən ötrü Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edəcək müdafiəçi təqdim edərək vəkilin iştirakı ilə şəxsin hüquq və vəzifələri ilə tanış edib yazılı bildirişi təqdim etdikdən sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir vasitə və ya predmet vardırsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli plastik qutunu çıxardıb açaraq qutunun içərisindəki 3 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə kütlə bükümlərini təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi 3 büküm şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs cavab verərək narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda hər üç bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs deməsinə görə həmin narkotik vasitə bükümlərini Bakı şəhərində tanımadığı şəxsdən, öz istifadəsi üçün xx.xx.2022-ci il tarixdə 32 manata aldığını bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 büküm narkotik vasitə heroinə bənzər kütlə bükümlərini, büküldüyü sellofanla birlikdə tərəziyə qoyulub çəkisi ölçüldükdə həmin 3 büküm narkotik vasitə heroinə bənzər kütlənin birlikdə ümumi çəkisinin 1.7 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vaitə heroinə bənzər kütlə bükümləri MEMnə göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞMİ-nin polis nəfəri, polis serjantı Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis kapitanı Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Süıh küçəsi, Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında xx.xx.2022-ci il tarixdə saat 16:40-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Vət. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, daha sonra hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olundu, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etmədi. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu qara rəngli plastik qutunu təqdim etdi. Həmin plastik qutu açılan zaman qutunun içərisində 3 ədəd şəffaf sellofan bükümlərin olduğu, həmin bükümlərin içərisində isə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddələri bu gün 14-15 radələrində Bakı şəhəri ərazisində tanımadığı şəxsdən 32 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr elektron tərəziyə qoyulub çəkilən zaman bükümlərdəki maddələrin hər birinin ayrı-ayrılıda çəkisinin 0,4 qram, 0,9 qram, 0,4 qram, həmin maddələrin ümumi çəkisinin 1,7 qram olduğu müəyyən edildi və aşkar edilmiş həmin maddələr Azərbaycan Respublikasının ƏNnin MEM-nə göndərilməsi üçün müvafiq qaydada qablaşdırılaraq DİN-nin 242 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş Magna markalı siqaretlər, içərisində 1 ədəd 20 manatlıq, 7 ədəd 10 manatlıq, 25 ədəd 5 manatlıq, 55 ədəd 1 manatlıq olmaqla ümumilikdə 270 manat pul əhəmiyyət kəsb etdiyindən özünə geri qaytarılmış, Mi markalı mobil telefon götürülərək müvafiq qaydada qablaşdırılmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/5964 saylı, xx.xx.2022ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N 242”-li dairəvi möhür əksi, “ vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş.... ” yazı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,113 qr, 0,595 qr və 0,326 qr, ümumi təmiz çəkisi 1,034 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Tədqiqata 0,12 qram sərf edildikdən sonra 0,914 qram heroin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1606 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda, «00031» rəqəmləri yazılmış qovluq müəyyən edilir ki, həmin qovluqda 17 dəqiqə 47 saniyədən ibarət videogörüntü var. Video görüntünün ilk saniyəsində otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 5-ci PBnin təhqiqatçısı polis kapitanı, Rəhman Qurbanov özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən də, özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, 1986-cı il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda anadan olduğunu, Sumqayıt şəhəri Nizami küçəsi 111də qeydiyyatda olduğunu, Saray qəsəbəsi B.Vahabzadə küçəsi fərdi evdə yaşadığını bildirir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsində şiphəli bilindiyi üçün, xx.xx.2022-ci il tarixdə, saat 16:40 radələrində Sumqayıt şəhər Məhkəmə Kompleksinin binasında, Sumqayıt şəhər mühafizə polisi əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirildiyini bildirib, Təqsirləndirilən şəxs saxlayaraq polis bölməsinə gətirmiş polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları növbə ilə özlərini təqdim edərək, Sumqayıt şəhər Mühafizə İdaəsinin əməkdaşı, polis nəfəri, polis baş serjantı Şahid1, Sumqayıt şəhər Mühafizə İdaəsinin əməkdaşı, polis nəfəri, polis serjantı Şahid2 və Sumqayıt ŞPİnin 5-ci PB-nin sahə rəisi, polis kapitanı Şahid3 olduqlarını bildirirlər. Ardınca təhqiqatçı, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edəcək müdafiəçi, Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili X3 şübhəli şəxsə təqdim edərək, vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini bildirib hər hansı bir etirazının olub-olmamasını souşduqda Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Təhqiqatçı, Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri ilə tanış edib yazılı bildirişi ona təqdim etdikdən sonra, ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir vasitə və ya pridmet vardırsa təqdim etməsini xahiş edir. Videogörüntünün 02:47-ci anında Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli plastik qutunu çıxardıb açaraq qutunun içərisindəki 3 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə kütlə bükümlərini təqdim edir. Ardınca isə təhqiqatçının xahişi ilə o, üzərində olan digər əşyaları-1 ədəd qara rəngli pul qabını, bir ədəd ağ rəngli telefonu, 1 ədəd siqaret qutusunu çıxarıb təqdim edərək masanın üzərinə qoyur. Təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi 3 büküm şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs cavab verərək narkotik vasitə heroin olduğunu bildirir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda hər üç bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş sözügedən narkotik vasitə bükümlərini Bakı şəhərində tanımadığı şəxsdən, öz istifadəsi üçün bu gün, saat 14-15 radələrində 32 manata aldığını bildirir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 büküm narkotik vasitə heroyinə bənzər kütlə bükümlərini videogörüntünün 04:10-cu anında, büküldüyü sellofanla birlikdə tərəziyə qoyulub çəkisini ölçdükdə 1-ci bükümün çəkisinin 0.4 qram, 2-ci bükümün çəkisinin 0.9 qram və 3-cü bükümün çəkisinin 0.4 qram olması müəyyən edilir. Hər üç büküm birlikdə elektron tərəziyə qoyulub çəkildikdə həmin 3 büküm narkotik vasitə heroinə bənzər kütlənin birlikdə ümumi çəkisinin 1.7 qram olması müəyyən edilir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmur. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi Maqna markalı siqaret qutusunu açdıqda içərisində siqaret dənələri, pul qabını açdıqda isə içərisində 279 manat pul olması aşkar edilir. Sözügedən 1 qutu siqaret və 270 manat pul və eləcədə pul qabı sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılsa da, onun üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılır. Həmçinin 3 ədəd narkotik vaitə heroinə bənzər kütlə bükümləri MEM-nə göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılır. Hər iki qablaşdırma şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanır. Təqsirləndirilən şəxs vəkilin suallarını cavablandıraraq, polis əməkdaları tərəfindən heç bir fiziki zor və ya təziqə məruz qalmadığını bildirir. Bundan sonra video çəkliş dayandırılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1,034 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,914 qram çəkidə narkotik vasitə olan heroin sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ- nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Abşeron rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Abşeron rayon Məhkəməsinin 7(012)-95/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı və Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarması barədə Sumqayıt şəhər Probasiya Şöbəsinin 78428/21 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkməsinin 1(060)-663/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 13073/23 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 663/2022 saylı, 02 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 02 ay 04 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 02 il 03 ay 22 gün təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 6366 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 4243 saylı, xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Rəhimsoy Hüseyn və xx.xx.2014-cü il təvəllüdlü Rəhimsoy Zəhra adlı övladları vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, həmin mobil telefon korpusu qara rəngli, sensor ekranlı, “Mİ” markalı mobil telefondur. Həmin mobil telefonu açıb içərisinə daxil olduqda içərisində olan nömrələrin və zəng siyahısının silinmiş vəziyyətdə olduğu müəyyən edildi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir məlumat aşkar edilmədi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,034 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,914 qram çəkidə narkotik vasitə heroin və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 19060)-275/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 4(012)-222/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Abşeron rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Lakin məhkumluğu ödənilməyən şəxsdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, məhkumluğu ödənilmədiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi birinci hökm üzrə məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, həmin cəzadan bir hissəsini çəkmiş və çəkilməyən hissə hazırki hökm üzrə təyin ediləcək cəzaya toplanmaqla (tam və ya qismən) ona qəti cəza verilməlidir. Birinci hökm və hazırki iş üzrə əməl eyni əməl olduğuna görə təqsirləndirilən şəxsə təyin oluna biləcək cəzalardan ən ağırı azadlıqdan məhrumetmə cəzasıdır. Başqa sözlə məhkəmə birinci hökm üzrə şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə hazırki əmələ görə azadlıqdan məhrumetmə cəzası təyin edərkən Cinayət Məcəlləsinin 66.5-ci və 68.1.1-1-ci maddələrinə tələbinə uyğun olaraq cinayətlərin məcmusu üzrə toplanmaqla qəti cəza təyin etməlidir və bu vahid cəza təyin olunarkən təqsirləndirilən şəxsin cinayət sayılan əvvəlki əməli ilə hazırki əməlinin eyni olduğunu, yəni əvvəlki və hazırki iş bir icraatda baxılacağı təqdirdə maddənin tövsifinə nüfuz etmədiyini, daha aydın ifadə etsək Cinayət Məcəlləsinin 66-cı maddəsinin təsiri altına düşmədiyi, həmin vaxt şəxsiyyətinə uyğun olaraq ona təyin oluna biləcək cəzaya dair məhkəmə təcrübəsi nəzərə almalıdır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, şəxsin təqsirli bilindiyi əmələ görə minimal azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsi ilə bərabər tutulan cəza növlərinin yuxarı həddində təyin olunan cəzadan daha ağırdır və heç təsadüfi deyil ki, azadlıqdan məhrumetmə cəza növünün müstəsnalığı, zəruriliyi və bu cəza növündən daha yüngül cəza növünün təyin olunmasının mümkünsüzlüyünün əsaslandırılması vəzifə olaraq məhkəmələr üzərinə qoyulmuşdur. Odur ki, CM-nin 66.5 və 68.1-ci maddəsi ilə nəzərdə tutulmuş düsturla az ciddi cəzanın daha ciddi cəza növünə bərabər tutulmaqla toplanarkən bu hallar diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza nəticəsində qalıq qalmış 0.914 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-275/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 094 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət və CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi 02 (iki) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) ay 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş qəti cəzadan çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza nəticəsində qalıq qalmış 0,914 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar