Məhkəmə qərarları › İş №1(060)-275/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-275/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-275/2025 07.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X1, Məhkəmə iclas katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 26 mart 2024cü il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, 60 saylı evin, 8 saylı mənzilin dəhlizində bacısının əri Zərərçəkmiş şəxs atası Bulut Əliyevin ünvanına nalayiq ifadələr işlədib boğaz nahiyəsindən yapışaraq sonuncunu boğmasından, həmçinin dəhlizdə olan masanın üzərindəki qənd qabını bacısı Şəbinə Səmədlinin sifət nahiyəsinə atması nəticəsində sonuncunun sağ burun qanadının, sağ əlin arxa səthinin və sağ saidin ön səthinin sıyrıqları xəsarətləri ilə müşayət olunan, sağlamlığa zərərvurmayan xəsarətlər yetirməsindən əsəbləşərək intiqam almaq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir zərbə vuraraq, sonuncuya burun sümüyünün burunla tənəffüsü pozan sınığı, hər iki gözaltı nahiyyənin burnun üstünü tutan qançırı kimi az ağır və sağ yanağın sıyrığı ilə müşayət edilən, dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 60, mənzil 8 ünvanında yaşayır, İlkin onun bacısının yoldaşıdır. Bacısı ilə İlkin arasında münaqişə olduğundan bacısı uşaqları ilə birlikdə onların evində qalırdı. Həmin ünvanda öz otağında yatan zaman səs-küyə oyanmış, digər otağa keçən zaman İlkinin onun atasının boğazından yapışdığını görmüş, o da məcbur qalıb atasını müdafiə etmək üçün İlkinə iki yumruq vurmuşdur. O, sadəcə ailəsini müdafiə etmək istəmişdir, atası iki dəfə infarkt keçirmiş, anası şəkər xəstəsidir, həyat yoldaşı hamilədir. Bu hadisədən əvvəl də bu cür münaqişələr baş vermiş, bacısının toy günündən mübahisə yaranmış, o gündən bəri münaqişələr davam edir. Bacısının telefonu evdə qalmış, İlkin həmin telefonla onların qohum-əqrəbalarına zəng edərək nalayiq ifadələr işlədir. O, İlkini vurduqdan sonra DİN-nin 102 xidmətinə məlumat verilmiş, onları qonşular aralamış, daha sonra polis əməkdaşları gəlmiş, 1-ci Polis Bölməsinə getmişlər. Bu hadisədə o da zərərçəkmişdir. Himayəsində körpə uşağı vardır, valideynləri xəstədir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs bacısı Səbinənin əridir. Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nə yazdığı ərizə ilə tanışdır. X7 Səmədli ilə 2022-ci il tarixdə rəsmi nikahla ailə həyatı qurmuş və 2023-cü il tarixdə birgə nikahlarından Əminə adlı övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqları ilk gündən etibarən onların ailəsində mübahisələr bitmirmiş. Belə ki, İlkinin külli miqdarda borcu olduğundan həmin borc sahibləri bacısı Səbinəni də narahat edirmişlər. Bir neçə dəfə hətta Şəbinə bezib onların yaşadıqları ata evinə də gəlmişdir. Lakin sonradan İlkin üzrxahlıq edərək gəlib ailəsini öz evinə aparmışdır. Sonuncu dəfə yenidən aralarında mübahisə baş verdiyindən Şəbinə qızı ilə birlikdə onların yanına gəlmişdir. Onlarla eyni ünvanda yaşadığı müddətdə İlkin uşağı görmək üçün gəldiyi vaxtlarda X7i övladı ilə görüşdürmüş, əlavə mübahisənin baş verməsinə zəmin yaratmamışdır. Onlar rəsmi qaydada boşanmaq istəsələr də övladlarının yaşı tamam olmadığından məhkəməyə müraciət edə bilməmişlər. Bacısı onların yanına gəldikdən sonra öz mobil telefonu İlkinin yanında qaldığından İlkin həmin mobil telefonda olan onların qohumlarına aid mobil telefon nömrələrinə zəng edib həmin şəxsləri nalayiq ifadələrlə təhqir edirmiş. xx.xx.2024-cü il tarixdə yorğun olduğundan öz otağında yatmışdır. Qəfildən İlkinin uca səslə ailə üzvlərini təhqir etdiyini eşitmiş və yerindən qalxıb dəhlizə keçmişdir. O, dəhlizə keçdiyi anda İlkinin atasını nalayiq ifadələrlə təhqir edib boğazından yapışdığını, daha sonra isə dəhlizdə olan qənd qabını bacısı Səbinənin üzərinə doğru atdığını görmüşdür. Səs-küyə qonşular da öz evlərindən çıxmışdırlar. İlkinin bu cür hərəkətlərdən bezdiyi üçün onun üzərinə doğru gəlib yumruqla sifət nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra digər bacısı Gülnar Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs ilə aralarında hər hansı ədavət və ya düşmənçilik olub-olmaması ilə bağlı verilmiş suala cavab verərkin bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə heç bir ədavət və ya düşmənçiliyi olmasa da, bacısı Şəbinə ilə ailə həyatı qurduqdan sonra onların ailəsində mübahisələr baş vermiş və bu mübahisələrdən dolayı bacısı onların yaşadığı ünvana gəlmişdir. İlkin onların ünvanına gələrək ailə üzvlərini təhqir etmiş və uşağı ilə görüşmək istədiyini bildirmişdir. İlkin səbəbsiz yerə mübahisə yaratmışdır. Çünki ondan əvvəl nə vaxt istəsə gəlib uşağı ilə görüşmüşdür. Dava-dalaş təxminən 6-7 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı orada o, Şəbinə, atası Bulut, digər bacısı Gülnar, İlkin və Şahid4 olmuşdur. Dava-dalaş zamanı İlkinə o, yumruqla vuraraq xəsarət yetirmişdir. Dava-dalaş zamanı o, xəsarət almamışdır. Həmin vaxt İlkin uca səslə ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Həm də bacısı Şəbinə ona İlkinin atasına qarşı zor tətbiq etdiyini, belə ki, atasının boğazından yapışdığını ona demişdir. İlkinin bu cür hərəkətlərindən bezdiyi üçün, həmçinin qonşular arasında onları rüsvay etdiyi üçün o, onun sifət nahiyəsinə bir zərbə vurmuşdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, mart ayının 25-i bacısı onlarda olmuş, Əliyev Bulut bacısının əri X3 zəng edərək nalayiq şəkildə onu təhqir etmiş və demişdir ki, ailəsini götürüb getsin, qızı oraya gəlsin. 26 mart 2024-cü ildə bu məsələni bildikdən sonra aydınlaşdırmaq və həmçinin həyat yoldaşı və uşağı orada olduğu üçün onların evinə getmişdir. Söhbət zamanı təqsirləndirilən şəxsin atası Əliyev Bulut onu təhqir etmiş və onun boğazından yapışmışdır. Bu zaman Təqsirləndirilən şəxs yarıçılpaq vəziyyətdə yan otaqdan çıxaraq onun üzərinə gəlmiş və ona yumruq zərbələri endirmişdir. Təqsirləndirilən şəxs gəldikdə o, onun atasının deyil, atası onun boğazına əl atmışdı və onu boğurdu. Bundan əlavə Natəvan da, Gülnar da, Səbinə də onun üzünə əl ataraq cırmışlar. Şahidlərin hamısı yalan ifadə vermişdir. Teymur onu sakitləşdirmək məqsədi ilə deyil, öldürmək məqsədi ilə vurmuşdur. Həmçinin zəng edərək onu öldürməklə hədələmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmədən təqsirləndirilən şəxsə ən yuxarı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Bulut Nicat oğlu ifadəsində göstərdi ki, Teymur onun oğludur. Evdə oturan zaman Zərərçəkmiş şəxs gəlmiş, qapını o açmışdır. Bu zaman İlkin nalayiq hərəkətlər edərək uşağını istəmişdir. Mübahisə edə-edə içəriyə daxil olmuşdur. Bu zaman İlkin stolda olan qabı götürərək onun başına vurmaq istəmişdir. Bunu da oğlu Teymur görmüş, onu müdafiə etmək üçün müdaxilə etmiş, bu zaman Teymurla İlkin arasında münaqişə yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Bulut qızı ifadəsində göstərdi ki, Teymur onun qardaşıdır. Həyat yoldaşı İlkinin borcları olduğundan tez-tez evdə mübahisələr yaranır, buna görə də çıxıb atasının evinə gəlmişdir. Bir gün İlkin səhər atasının evinə gəlmiş, qapını atası açmış və bu zaman İlkin atasının üzərinə hücum çəkmişdir. O, səs-küyü eşidərək atasını müdafiə etmək üçün onlara yaxınlaşmış, bu zaman İlkin mebelin üzərində olan qabı götürüb ona atmışdır. Buna görə qardaşı Teymur da gəlib İlkini yumruqla vurmuşdur. Bu hadisədə o da zərər çəkmiş, polisə də, ekspertizaya da getmiş və olduğu kimi ifadə vermişdir. Bundan əlavə İlkin hər gün onlara zəng edərək onları təhqir edir. Məhkəmə iclasında videogörüntü vasitəsi ilə şahid qismində dindirilmiş Şahid2 Bulut qızı ifadəsində göstərdi ki, hadisə vaxtı o, atası, bacısı və gəlini ilə birlikdə evdə oturmuşlar. Qardaşı Teymur digər otaqda yatmış vəziyyətdə olmuşdur. Qapı döyülən zaman onlar eşitməmiş, atası qapını açmışdır, qapı açıldıqda İlkin zorla içəriyə daxil olmuşdur. Onlar səs-küyü eşitmiş və görmüşlər ki, İlkin evə daxil olmuş və atasının boğazından yapışmışdır. Onlar nə qədər çalışsalar da İlkini uzaqlaşdıra bilməmişlər. Hətta İlkin onun atasını vurmaq istəmiş və əlini mebelin üzərində olan qaba atmış, bu zaman səs-küyə qardaşı Teymur gəlmişdir. İlkin həmin vaxt bacısı Səbinənin də üzərinə hücum çəkmiş, bacısı da həmin vaxt üzündən, qolundan xəsarət almışdır. İlkin onların ünvanına nalayiq ifadələr işlətmişdir. Qardaşı Teymur gəldikdə İlkinlə əlbəyaxa olmuşlar. İlkin onun atasını boğduğundan Teymur onları aralamaq istəmiş, İlkin atasını buraxaraq Teymuru vurmuş, buna görə Teymur da yumruqla onu vurmuşdur. Məhkəmə iclasında videogörüntü vasitəsi ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Teymurla qonşudur, o, binanın 5-ci mərtəbəsində, Teymur isə 4-cü mərtəbədə yaşayır. Evdə olan zaman qonşuluqdan səs-küy gəlmiş, həmçinin Səbinə xanım gəlmiş, İlkinin gəldiyini və onun atasını vurduğunu deyərək kömək istəmiş, o da kömək üçün getmiş, dava-dalaş olduğunu görmüş və onları ayırmışdır. O, içəri girdikdə Teymurla İlkin bir-birinin yaxasından tutmuş vəziyyətdə olmuş, kimin kimi vurmasını görməmişdir. O, onları ayırdıqdan sonra İlkin getmiş, təxminən 10-15 dəqiqə sonra polislərlə birlikdə gəlmişdir. Bundan əvvəl də bu cür hadisələr baş vermiş, dava olmasa da İlkin həmin ünvana gələrək səs-küy salmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - “Hadisə yerinə baxış keçirilməsi" haqqında xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 60, mənzil 8 ünvanında baş vermişdir. - məhkəmə-tibbi ekspertizasının 482 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “burun sümüyünün burunla tənəffüsü pozan sınığı, hər iki gözaltı nahiyyəsinin burnunun üstünü tutan qançırı, sağ yanağın sıyrığı” xəsarətlə aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqda vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə burun sümüyünün burunla tənəffüsü pozan sınığı, hər iki gözaltı nahiyyənin burnun üstünü tutan qançırı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Sağ yanağın sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi, yıxılarkən əmələ gəlməsi inkar olunur. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli üzləşmədə dindirmə protokolundan görünür ki, iş üzrə Şahid1 Bulut qızı ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs ilə aralarında keçirilmiş üzləşmə istintaq hərəkəti zamanı sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. - xx.xx.2024-cü il tarixli üzləşmədə dindirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs ilə aralarında keçirilmiş üzləşmə istintaq hərəkəti zamanı sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən cəzasının qalan 8 ay 24 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya qərarının 1.3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. - xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qıtimkan tədbiri seçilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı MKS tərəfindən verilmiş 543 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 60, mənzil 8 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraatın başlanması üçün sübutların qiymətləndirilməsi haqqında qərarın surəti Sumqayıt ŞPİ-nin İTŞ-nə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 130.1 və 221.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 157-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraatın başlanması üçün Sumqayıt ŞPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı İlkin Nurizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın surətinin Sumqayıt ŞPİ-nin İTŞ-nə göndərilməsi nəzərə alınmışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə ittihama əlavələr və dəyişikliklər edilərək Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə və daha sonra sonuncunun xəsarət alması ilə nəticələnən cinayət hadisəsinin motivi şəxsi münasibətlər zəminindən yaranmış, hadisənin yaranmasına zərərçəkmiş şəxsin hərəkətləri zəmin yaratmış, zərərçəkmiş şəxsin xəsarət alması hadisənin gedişatı zamanı baş vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” - 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-275/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 354 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 154 (bir yüz əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 60, mənzil 8 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar