Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-276/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, (himayəsində 3 azyaşlı uşağı olan) orta təhsilli, fərdi fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 41ci məhəllə, yataqxana 1, otaq 174 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, X10, ev 50, mənzil 21 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxduğu halda 17 sentyabr 2021-ci il tarixdə saat 12:10 radələrində yaşadığı ünvan 7ı tərk edib ünvan 3si karantin rejimi dövründə epidemiya əleyhinə rejimin eləcə də, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 3 övladı var, övladları ilə birlikdə yaşayır, fərdi əməklə məşğuldur. 14 sentyabr 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olduğu zaman hərarətinin yüksəldiyini hiss edib, öskürdüyü üçün tibbi yardım göstərilməsindən ötrü “103” xidmətinə zəng edib təcili tibbi yardımla əlaqə saxlayıb kömək istəyib. Həmin tarixdə təcili tibbi yardım xidmətindən gələn həkim tərəfindən ondan “Covid-19” testi götürülmüş və təstin cavabını istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə sms vaistəsi ilə göndərilib məlumat veriləcəyi bildirilib. Lakin ondan testin cavabı götürüldükdən sonra səhəti yaxşı olmayıb. 15 sentyabr 2021-ci il tarixdə özünü Arzu adı ilə yaşadığı ünvanın sahə həkimi kimi özünü təqdim edən şəxs onunla istifadəsində olan mobil nömrə vasitəsilə əlaqə saxlayıb təcili tibbi yardım xidmətindən ondan Covid-19 testi götürülməsi barədə məlumat əldə etdiyini deyib. Testin cavabını alıb-almadığını soruşub. O da testin nəticəsini hələ almadığını, lakin səhətinin yaxşı olmadığını deyib, ona müalicə tətbiq edilməsini istəyib. Arzu həkim ciyərlərinin rentgen olunub-olunmadığını soruşduqda o olunmadığını bildirib. Arzu həkim də rentgen olunmadan ona müalicə tətbiq etməsinin mümkün olmadığını, bu səbəblə də rentgen olunmaq üçün xəstəxanaya getməli olduğunu deyib. O testinin cavabının pozitiv olacağı təqdirdə rentgen olunmağından ötrü evdən çölə çıxmağının problem olub-olmayacağını soruşduqda isə Arzu həkim müalicə olunmağından ötrü mütləq ciyərlərinin rentgen olunmalı olduğunu bildirdi. 16 sentyabr 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı nömrəyə “İTS. GOV.AZ”dan Covid-19 virusuna yoluxmağını təsdiq edən, yəni test analizinin cavabının pozitiv olmasını və 14 gün özünütəcrid müddətində evdən çölə çıxmağının qadağan olmasını əks etdirən mesaj göndərildiyi, yəni bununla da, Covid-19 virusuna yoluxmağı ona məlum olmuşdu. 17 sentyabr 2021-ci il tarixdə səhəti yaxşı olmadığından və ciyərlərini rentgen etdirməkdən ötrü evi tərk edib saat 12:10 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı poliklinikaya getmişdir. Poliklinikanın həyətində polis əməkdaşları tərəfindən ondan şəxsiyyət vəsiqəsi istənilib Covid-19 virus daşıyıcısı olub-olmadığı öyrənilmək istəndikdə o öz şəxsiyyət vəsiqəsini onlara verməklə bərabər portal yoxlanışından əvvəl Covid-19 virus daşıyıcısı olduğunu polis əməkdaşlarına deyib. Bundan sonra polis əməkdaşları da sistemdə baxıb onun Covid-19 virusuna yoluxmağı ilə bağlı testinin cavabının pozitiv olduğunu biliblər. Daha sonra telefonuna gələn Covid-19 testinin cavabının pozitiv olması barədə mesajı polis əməkdaşlarına təqdim edib. Həmçinin o səhətinin daha da pisləşdiyini hiss etdiyi üçün ona dəqiq müalicə tətbiq olunmasından ötrü müayinə olunmaq məqsədi ilə poliklinikaya gəldiyimi bildirib. Sonra polis nəzarəti ilə yaşadığı evə aparılıb. O Covid-19 virusuna yoluxmağından məlumatlı olduqdan sonra evdə qaldığı müddətdə səhətinin daha da pisləşdiyini hiss edib ona dəqiq müalicə tətbiq olunmasından ötrü müayinə olunmaq məqsədi ilə evi tərk etmiş. Həmçinin yaşadığı evin yerləşdiyi sahənin həkimi Arzu da ona müalicə tətbiq etməyindən ötrü mütləq ciyərlərinin rentgen olunmasını bildirdiyindən yaşadığı ünvanı tərk edib poliklinikaya getmişdir. “COVİD-19” virus daşıyıcısı olaraq ictimai yerlərdə olmağının digər şəxslərin də həmin virusa yoluxması ilə nəticələnə biləcəyini, bu əməlinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını dərk edir, sadəcə bir daha bildirir ki, ondan “Covid- 19” ilə bağlı test götürüldüyü zaman, həmçinin testin nəticəsinin pozitiv olmasından sonra səhəti kəskin şəkildə pisləşdiyindən evdən çölə çıxıb poliklinikaya, yəni ictimaiyyətin olduğu yerə getməli olmuşdur. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşaqlarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olduğunu, qaynının İİ Qarabağ müharibəsində iştirak etdiyini və təltif olduğunu qeyd edərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün polis nəfəri vəzifəsində işləyir. Polis serjantı rütbəsindədir. 17.09.2021-ci il tarixdə saat 12:10 radələrində Sumqayıt ŞPİ-nin digər polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı poliklinikada vətəndaşların vaksinasiya olub-olmamalı, həmçinin Covid-19 virus daşıyıcısı olubolmamalı ilə bağlı ictimai qaydanın qorunması və təhlükəsizliyinin təmin olunması ilə əlaqədar xidmətdə olan zaman vətəndaşların portal məlumatlarını yoxlayarkən Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana-1, otaq 174 ünvanında qeydiyyatda olmaqla ünvan 5nında yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Covid-19” virus daşıyıcısı olduğu onlara məlum olur. Təqsirləndirilən şəxs Covid-19 virusu ilə bağlı vermiş olduğu testin nəticəsinin pozitiv olması və virus daşıyıcısı olaraq yaşadığı ünvandan çölə çıxmaması barədə xəbər olunması ilə əlaqədar onun istifadəsində olan mobil nömrəyə sms gəldiyini bildirmiş və mobil telefonunda həmin mesaj mətnini təqdim etmişdir. Bundan sonra onlar baş vermiş faktla bağlı ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin növbətçi hissəsinə məlumat veriblər. Videoçəkiliş aparılaraq hadisə yerinə gəlmiş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı test nəticəsinin pozitiv çıxdığı üçün 14 gün müddətində özünütəcrid formada evdə qalmalı olduğu izah edilmiş, virus daşıyıcısı olaraq yaşadığı ünvanı tərk edib çölə çıxmasının digər şəxslərin də həmin virusa yoluxması, xəstəliyin yayılması üçün real təhlükə yaratdığı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana polis müşahidəsi ilə aparılmışdı. Təqsirləndirilən şəxs “Covid-19” virus daşıyıcısı olması müəyyən olunduqdan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin zaman istifadə etdiyi “f+” markalı, daxilində ***-***-**-** saylı mobil nömrə olan telefonun mesajlar bölməsindən “İTS. GOV.AZ”dan göndərilmiş Covid-19” virusu ilə bağlı vermiş olduğu testin nəticəsinin pozitiv olmasını əks etdirən mesaj mətninin tərəfindən fotoşəkli istifadəsində olan “Redmi Not 8” markalı mobil telefon vasitəsi ilə çəkilmişdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 3 övladı var. Sumqayıt şəhər 5 saylı Ailə Sağlamlıq mərkəzində sahə həkim terapeft işləyir. Ümumilikdə 17 ildir ki həkimlik fəaliyyəti ilə məşğuldur, hal-hazırda ünvan 6 ünvanın daxil olduğu sahə üzrə sahə həkim terapefti fəaliyyətini davam etdirir. Fəaliyyət göstərdiyi sahə üzrə “Covid-19” virusuna yoxulmuş və yaşadığı evdə özünütəcrid formasında xəstələrin müalicəsi tərəfindən aparılır. Belə ki, ambulator xəstələrə tərəfindən müalicə tədbiq olunmaqla, ağır xəstələr isə xəstəxanaya yerləşdirilmişdi. 06 sentyabr 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək olan müddətdə Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 1 saylı xəstəxanaya “Covid-19”lu xəstələrlə işləmək üçün ezam olunmuşdur, lakin poliklinikada işin həddən artıq çox, buna mütənasib olaraq həkim sayının az olduğundan iş yoldaşlarının və baş həkimin xahiş ilə sahə üzrə xəstələrlə də məşğul olub. İş fəaliyyəti müddətində telefon yanlarında olmadığından mütəmadi olaraq gələn zənglərə cavab verməmələri mümkün olmadığını bildirmişdir. 15 sentyabr 2021-ci il tarixdə saat 13 və 18 radələrində dəfələrlə tanımadığı, ***-***-**-** saylı nömrədən zəng edildiyini görüb həmin mobil nömrə ilə saat 19:07 dəqiqədə əlaqə saxlayıb. Onunla danışan şəxs özünü Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim edib, təxminən 1-2 gündür ki hərarətinin yüksək olduğunu deyib ümumi halsızlıqdan şikayətlənib, buna görə təcili tibbi yardım xidmətini çağırdığını, “Covid-19” ilə bağlı test verdiyini deyib, müalicəsi üçün köməklik istəyib. O Təqsirləndirilən şəxs “Covid-19” ilə bağlı verdiyi testin nəticəsini gözləməli olduğunu, testin nəticəsini pozitiv olacağı təqdirdə poliklinikadan “Covid-19” ilə bağlı dərman paketi götürə biləcəyini deyib, Təqsirləndirilən şəxs müayinə, o cümlədən rentgen olunmaq üçün poliklinikaya gəlmək istədiyini bildirdikdə, testin nəticəsini bilmədən evdən çölə çıxmamalı olduğunu deyib və aralarındakı danışıq bununlada qurtarmış. 17.09.2021-ci il tarixdə “Covid-19” pozitivli xəstələrin yeni siyahısında Təqsirləndirilən şəxs daxil olduğu görülmüş, bundan sonra onunla poliklinika tərəfindən əlaqə saxlanılaraq “Covid-19” virusuna yoluxması və 14 gün özünütəcrid müddətinə evdə karantində qalması barədə məlumat verilmişdir. Tərəfindən 18 sentyabr 2021-ci il tarixdə saat 16:20 dəqiqədə Təqsirləndirilən şəxs səhəti onunla əlaqə saxlanılaraq nəzarətində saxlanılması məqsədi ilə onun istifadəsində olan mobil nömrəyə zəng etdiyi zaman telefon əlaqəsinə özünü Vəfa xanımın həyat yoldaşı kimi təqdim edən şəxs telefonu Vəfa xanıma verməyərərk uzun müddət onunla mübahisə edib, mövcud nəzarəti, müalicə prinsipini bəyənmədiyini deyib lazımi qurumlara şikayət edəcəyini bildirib və aralarındakı danışıq sonlanıb. Bundan sonra aralarında telefon əlaqəsi olmayıb. Təqsirləndirilən şəxs onun barəsində bildirdikləri yalandır. İlkin olaraq onun yox, Təqsirləndirilən şəxs tərəfindən 15.09.2021-ci il tarixdə onunla əlaqə saxlanılmışdı. Həmçinin onlar şəxsin “Covid-19” testi verib-verməməsi barədə ümumiyyətlə heç vaxt təcili tibbi yardım xidmətindən məlumat almırlar və bu barədə məlumat əldə etmək üçün təcili tibbi yardım xidməti ilə əlaqə saxlamırlar. Poliklinikaya hər gün “Covid-19” testinin pozitiv olduğu şəxslərin siyahısı göndərilir və bu siyahını əldə etdikdən sonra vətəndaşla əlaqə saxlayıb “Covid-19” virusuna yoluxması və 14 gün özünütəcrid müddətinə evdə karantin qalması barədə məlumatı verib nəzarətə götürürlər. Təqsirləndirilən şəxs da testinin nəticəsinin pozitiv olması 16.09.2021-ci il tarixdə axşam saatlarında müəyyən olunduğundan, 16.09.2021-ci il tarixdə poliklinikaya göndərilmiş siyahıya adı daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs ilə onun zəngini gözləmədən poliklinika tərəfindən əlaqə saxlanılmışdı. 15.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilkin zəngi də daxil olmaqla digər telefon əlaqələri zamanı heç vaxt ona “Covid-19” virus yoluxucusu olaraq müayinə və ya başqa səbəblə evi tərk etməsi məsləhət görülməmiş, bu barədə ona heçnə deyilməmişdi. Təqsirləndirilən şəxs 15.09.2021-ci il tarixdə səhətində ümumi halsız olduğunu bildirdikdə verdiyi testin nəticəsini gözləməli olduğu bildirilmişdi. Cinayət işinin materiallarında olan 17 sentyabr 2021-ci il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, 17 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana-1, otaq 174 ünvanında qeydiyyatda olmaqla ünvan 5nında yaşayan xx.xx.1990-cı il təvəllüdlü Əmirova X1 Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən 3 saylı poliklinikanın həyətində təhqiqatçı, polis mayoru Rəşad Allahverdiyev tərəfindən sonuncunun, xüsusi geyimdə olan tibb işçilərinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı test nəticəsinin pozitiv çıxmasına görə 14 gün müddətində özünütəcrid formada evdə qalmalı olduğu izah edilmiş, virus daşıyıcısı olaraq yaşadığı ünvanı tərk edib çölə çıxmasının digər şəxslərin də həmin virusa yoluxması, xəstəliyin yayılması üçün real təhlükə yaratdığı bildirilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 16.09.2021-ci il tarixdə saat 20:02 dəqiqədə istifadəsində olan mobil nömrəyə Covid-19 ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olması barədə mesaj göndərildiyini, bu barədə məlumatlı olduqdan sonra səhətinin yaxşı olmadığı üçün müayinə olunmaq məqsədi ilə yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evi tərk edib taksi ilə Sumqayıt şəhərində yerləşən 3 saylı poliklinikaya gəldiyini, etmiş olduğu əməlin ona aydın olduğunu demişdirdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TƏBİB” Publik Hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” X11 daxil olmuş 06.01.2022-ci il tarixli 05 nömrəli məktubda göstərilmişdir ki, ünvan 5nında yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 14.09.2021-ci il tarixdə verdiyi “PZR” müayinəsinin cavabı pozitiv olmuşdur. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 5 nömrəli ASM tərəfindən 14 gün müddətində nəzarətə götürülüb karantin qaydalarının şərtlərinə əməl etməsi məsləhət görülüb. Cinayət işinin materiallarına əlavə olunmuş əməliyyat tapşırıqlarına verilmiş cavablardan görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana-1, otaq 174 ünvanında qeydiyyatda olmaqla ünvan 7da yaşayan təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə saat 12:10 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən 3 saylı poliklinikaya getdiyi zaman poliklinikada, poliklinikanın həyətində və yaxınlığındakı ərazilərdə çoxsaylı insanlar olmuşdur. Cianyət işinin materiallarına əlavə edilmiş 13.11.2021-ci il tarixli, 825 nömrəli mütəxəssis rəyindən də görünür ki, COVİD 19 xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər. COVİD19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu, damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Hal-hazırda COVİD-19 xəstəliyi yeni xəstəlik olduğu üçün dünya alimləri tərəfindən öyrənilməkdə olan bir xəstəlikdir və bunun yoluxma yollarının hava damcı, təmas ilə bərabər başqa yollarla da yoluxması istisna edilmir. Xəstəlikdən ən təhlükəli mənbə virusu gəzdirən insanlardır (kliniki əlamətlər yoxdur, lakin virus halı vardır). Vaksinasiya olunmayan insanlar isə həm xəstəliyin yayılmasının əsas mənbəyinə çevrilir, eləcə də xəstəliyin yayılmasına imkan yaradaraq ətrafa daha çox virus buraxırlar. Ailə Sağlamlıq Mərkəzlərində çoxsaylı insanlar olduğundan vaksinasiya olunmayan insanların və eləcə də, COVİD-19-infeksiyasına yoluxduğu üçün xəstə kimi qeydiyyata götürülmüş yaşı 18-dən yuxarı olan şəxslərin 14 gün müddətində evdən çıxmamaq qaydalarına əməl etməyib, evdən bayıra çıxaraq, sanitar-gigiyena qaydalarını pozmaqla insanların çox sayda olduğu həmin mərkəzlərdə olması kütləvi yoluxmaya səbəb ola bilər. Vaksinasiya olunmayan insanların və eləcə də, COVİD-19-infeksiyasına yoluxduğu üçün xəstə kimi qeydiyyata götürülmüş yaşı 18-dən yuxarı olan şəxslərin 14 gün müddətində evdən çıxmamaq qaydalarına əməl etməyib, evdən bayıra çıxaraq, sanitar-gigiyena qaydalarını pozmaqla insanların çox sayda olduğu yerlərdə olması xəstəliyin yayılması üçün real təhlükə hesab edilir. Belə ki, həmin şəxslər kliniki əlamətlər olmadan xəstəliyə yoluxmuş ola biləcəklərindən və kütləvi tədbirlər zamanı daha çox insanla təmasda olduqlarından xəstəliyin sürətlə yayılaraq daha çox insanı yoluxdura biləcəyini nəzərə alsaq, belə bir hal COVİD -19 virusunun nəzarətdən çıxaraq qarşısı alınmaz olmasına gətirib çıxara bilər. Buna görə də COVİD-19-infeksiyasına yoluxduğu üçün xəstə kimi qeydiyyata götürülmüş yaşı 18-dən yuxarı olan şəxslərin 14 gün müddətində evdən çıxmamaq qaydalarına əməl etməyib, evdən bayıra çıxaraq sanitar-gigiyena qaydalarını pozmaqla insanların çox toplaşdığı yerlərdə olması yeni növ koronavirus olan COVİD -19 xəstəliyinin yayılması üçün real təhlükə hesab edilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16.12.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları- 14.11.2010-cu il təvəllüdlü X8, 22.05.2013-cü il təvəllüdlü X6 və 05.01.2017-ci il təvəllüdlü X9 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk və 02 ədəd fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 31.01.2022-ci il tarixli (iş № 1(060)- 276/2022) qərarını icra edərək, 04.02.2022-ci il tarixli 77 saylı orderə əsasən vəkil Müdafiəçi Musa oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 06:00-dək yaşadığı Abşeron rayonu, X10, ev 50, mənzil 21 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk və 02 ədəd fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-276/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-276/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver