Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-276/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1975-ci il Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,089 qram və 0,473 qram olmaqla, ümumi çəkisi 0,68 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin narkotik vasitənin bir qismini, yəni 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram və 0,089 qram, ümumi çəkisi 0,207 qram narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə tanışı Şahid4 10 (on) manat müqabilində satmış, 22 iyul 2022-ci il tarixdə, saat 21:13 radələrində Sumqayıt ŞPİ-nin 2ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 15B saylı evin qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİnin 2-ci PB-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroinin digər qismi, yəni 01 (bir) ədəd bükümdə ümumi çəkisi 0,473 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 22 iyul 2022-ci il tarixdə saat 21:00 radələrində yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsində olduğu zaman mülki geyimli bir neçə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə polis bölməsinə getməli olduğunu demişlər, o da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. O heç kimə narkotik vasitə satmamış və ya pulsuz verməmişdir. Polis Bölməsinə aparılarkən onun üzərində narkotik vasitə olmadığını bildirmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən ona qarşı təzyiq olunmuş və ona görə də, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat və ilkin məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid4 xeyli müddətdir tanıyır. Onun kimi Fuad da narkomaniya xəstəliyindən əziyyət çəkir. Onlar hər ikisi narkotik vasitə heroindən istifadə edirlər. 2022-ci ilin iyul ayının 10-da Bakı şəhəri, 20 Yanvar Dairəsi adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 (əlli) manat müqabilində narkotik vasitə heroin almışdır. 17 iyul 2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsində Şahid4lə görüşən zaman Fuad ondan narkotik vasitə heroin istəmişdir. O öz şəxsi istifadəsi üçün almış olduğu narkotik vasitə heroindən 02 (iki) bükümünü ona vermişdir. Fuad həmin narkotik vasitəyə görə ona hansı məbləğdə pul ödəməli olduğunu soruşduqda o, Fuada narkotik üçün hər hansı pul istəmədiyini, yalnız Bakı şəhərinə narkotik vasitə almaq üçün taksi ilə getdiyini və həmin taksiyə ödədiyi 10 (on) manat pulu ondan istəmişdir. Fuad da həmin pulu ona vermişdir. 22 iyul 2022-ci il tarixdə saat 21:00 radələrində yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsində olduğu zaman mülki geyimli bir neçə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə polis bölməsinə getməli olduğunu demişlər. O polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Orada ona növbədə olan vəkillərin siyahısı təqdim olunmuş və o həmin siyahıda adı qeyd olunmuş Nigar Hüseynovanın hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O özü əynində olan qara rəngli idman şalvarın sağ yan cibində saxladığı bükümü təqdim edib həmin bükümdə narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni təxminən bir həftə əvvəl Bakı şəhəri, 20 Yanvar Dairəsi adlanan ərazidə tanımadığı şəxsdən 50 (əlli) manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını, həmin narkotik vasitədən 02 (iki) bükümü tanışı Şahid4 verdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şahid4 narkotik vasitə satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yer tərəflərindən müəyyən olunaraq onun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 15B saylı evin qarşısında olduğunu öyrənmişlər. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və əməliyyat istintaq qrupu yaradılmışdır. Əməliyyat istintaq qrupunun üzvvləri ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi, 15B saylı evin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlamışlar. Onlar özlərini təqdim etdikdən sonra dəqiqləşdirmə aparmaq üçün Bəhruzdan da özünü təqdim etməsini tələb etmişlər. Bəhruz Təqsirləndirilən şəxs olduğunu onlara demişdir. Onlar Təqsirləndirilən şəxs saxlama səbəblərini izah edib ona onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. PB-də təhqiqatçı özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildiriş təqdim etmiş, Təqsirləndirilən şəxs bildirişi oxuduqdan sonra təhqiqatçı ona özünün seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təqdim etmişdir. Müdafiəçiyə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs təklif etdi ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə heroin olduğunu və bükümü təxminən bir həftə əvvəl Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən 50 (əlli) manat müqabilində aldığını, aldığı həmin narkotik vasitədən müəyyən bir qismini tanışı Şahid4 verdiyini, Fuadın narkotikin qarşılığında ona taksi xərci kimi 10 (on) manat pul ödədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə ekpsertiza mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkilli Şahid3 da ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, təhqiqatçı Fərhad Bayramov şübhəli şəxs qismində saxlanılmış şəxsə özünü təqdim etdiyi görsənir. Bundan sonra Fərhad Bayramlı şübhəli şəxs qismində tutulmuş şəxsə tutulmasının səbəblərini izah edib polis əməkdaşlarından özlərini təqdim etmələrini tələb edir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildirişi təqdim edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə tanış olduqdan sonra təhqiqatçı ona hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçiriləcəyini bildirib hər hansı bir etirazının olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını dedikdən sonra təhqiqatçı ona təklif edir ki, üzərində narkotik vasitə, psixotrop maddə, həmçinin qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümün təqdim edir. Bükümün içərisinə baxılan zaman orada qəhvəyi rəngli maddə, narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən edilir. Təhqiqaçının sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, təxminən bir həftə əvvəl Bakı şəhərində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 (əlli) manat müqabilində aldığını, həmin bükümdən əlavə 02 (iki) ədəd də bükümün olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə elektron tərəzinə çəkilərkən çəkisinin 0,64 qram olması müəyyən olunur. Həmin narkotik vasitəyə bənzər maddə ekspertiza mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənir. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki zorakılığa və ya qeyriinsani rəftara məruz qalmadığını bildirir. Təhqiqatçı Şahid4 polis əməkdaşları tərəfindən saxlanılıb PB-nə gətirilən zaman üzərindən aşkar olunmuş narkotik vasitə heroini ondan 10 (on) manat müqabilində aldığını bildirdiyini qeyd edir və Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə satıb-satmadığını soruşur. Təqsirləndirilən şəxs verilən suala cavab olaraq bildirir ki, Şahid4 xeyli müddət tanıyır, həmin şəxsin xəstə olduğu üçün sonuncunun xahişi ilə ona 02 (iki) ədəd bükümdə narkotik vasitə heroin vermiş, Şahid4 isə onun əziyyət çəkməsini nəzərə alaraq 10 (on) manat pul vermişdir. Üzərindən aşkar olunmuş narkotik vasitədən savayı heç bir yerdə narkotik vasitəsi mövcud deyildir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4002 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün N 126” dairəvi möhür əksi olan, “Şübhəli şəxs ... A.Bəhruz...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,473 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi - 0,473 qram, tədqiqata sərf edilən miqdar - 0,050 qram, qalıq - 0,423 qram. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15 avqust 2022-ci il tarixli, 6/4192 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs ... A.Bəhruz...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,423 qram olan heroin üzərində “Şübhəli şəxs: (imza) Şahid4” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdəki 2 (ikiq ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,088 qram, 0,059 qram, ümumi təmiz çəkisi 0,147 qram olan heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Qeyd: 1 №-li zərfdəki heroinin təmiz çəkisi - 0,423 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,373 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X7" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022-ci il tarixli, 4112 saylı rəyindən göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,473 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,423 qram narkotik vasitə olan heroin və 0,423 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,373 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağı vardır (xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2). İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan "xxxx" MMC-dən daxil olan 01 ədəd “CD” diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021 saat 19:48:43 ********** nömrəli mobil telefondan daxil olmuş sms mətn: Biyagki azidi qaqa bunu dobru ela gunda 1-2 dana gotururamda qaqam san allah dobru ela qaqam, xx.xx.2021 saat 13:56:50 ********** nömrəli mobil telelfondan daxil olmuş sms mətn: Birdan o fort sandan sorusar heçna goturmamisam dalasdim didim isini qutar xabar et qaqam sokarda gorusarik ama qaqas, xx.xx.2021 saat 10:16:29 ********** nömrəli mobil telelfondan daxil olmuş sms mətn: aqas gor na eliya bilrsan gotura bilsan xabar ela. Qaqas. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilməsini özündə əks etdirən 01 (bir) ədəd DVD Compact disk və "xxxx" MMC-dən daxil olan 01 (bir) ədəd CD Compakt disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, onun cinayət əməlini törətməsi şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlarla təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilməsini özündə əks etdirən 01 (bir) ədəd DVD Compact disk və "xxxx" MMC-dən daxil olan 01 (bir) ədəd CD Compakt disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,473 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,423 qram narkotik vasitə olan heroin və 0,423 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,373 qram narkotik vasitə olan heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 130,00 (bir yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkiləri 0,423 qram və 0,373 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilməsini özündə əks etdirən 01 (bir) ədəd DVD Compact disk və "xxxx" MMC-dən daxil olan 01 (bir) ədəd CD Compakt disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 130,00 (bir yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-276/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-276/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver