Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-276/2024 27.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəh., 49-cu məh., fərdi ev ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Dadaşov X2 Eşqin Əli oğluna sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon, 36 nömrəli binanın zirzəmisində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun baş nahiyəsində iki dəfə yumruqla zərbə vurmaqla sağ təpə nahiyyəsinin dərialtı hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanımış, onunla qohumluq münasibəti və eləcədə düşmənçiliyi və ya ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində olan zaman təsadüfən Zərərçəkmiş şəxsla qarşılaşmış, sonuncuya onun arxasınca nalayiq söyüş söydüyünü irad bildirmiş, belə bir hadisənin olmadığı dedikdə Zərərçəkmiş şəxs yenə də təkid etməyə başlamışdır. Zərərçəkmiş şəxs əsəbi olduğunu görüb bu söhbəti həmin mikrorayonda 36 nömrəli binanın zirzəmisində danışmağı təklif etmiş, Zərərçəkmiş şəxs da onunla razılaşmış və hər ikisi piyada şəkildə 36 nömrəli binanın zirzəmisinə getmişdir. Orada Zərərçəkmiş şəxs bir daha ona irad bildirmişdir ki, nə səbəbə onun arxasınca danışıb nalayiq söyüşlər söymüşdür. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Eşqinə belə bir hadisənin olmadığını bildirmiş, bu zaman aralarında mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs başına iki dəfə yumuruqla zərbə vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış, o isə qaçıb getmişdir. Zərərçəkmiş şəxs barəsində şikayət edəcəyini bildiyi üçün özü Sumqayıt ŞPİ-nin 1-ci PB-nə yaxınlaşmışdır. Həmin vaxt orada yalnız o və Zərərçəkmiş şəxs olmuş, Zərərçəkmiş şəxs ona xəsarət yetirməmiş, hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs 20 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayəti və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ilkin təhqiqat araşdırması dövründə verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, onunla qohumluq münasibəti və eləcədə düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 25 yanvar 2024-cü il tarixdə hazırda yadında qalmayan Sumqayıt şəhər sakinindən eşitmişdir ki, Təqsirləndirilən şəxs onun haqqında xoşa gəlməyən sözlər danışıb arxasınca söyüş söymüşdür. Həmin gündən etibarən Təqsirləndirilən şəxs bu məsələni aydınlaşdırmaq üçün axtarmağa başlamış, xx.xx.2024-cü ii tarixdə saat 15 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində olan zaman təsadüfən Təqsirləndirilən şəxsla qarşılaşmış, ona nə üçün arxasınca nalayiq söyüş söydüyünü soruşmuşdur. Təqsirləndirilən şəxs bu söhbəti həmin mikrorayonda 36 nömrəli binanın zirzəmisində danışmağı təklif etmiş, təkliflə razılaşmış və hər ikisi piyada şəkildə 36 nömrəli binanın zirzəmisinə getmişdir. Orada Təqsirləndirilən şəxs bir daha irad bildirdmişdir ki, o nə üçün arxasınca danışıb nalayiq söyüşlər söymüşdür. Bəxtiyar belə bir hadisənin olmadığını bildirmiş, bu zaman aralarında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs başına iki dəfə yumuruqla zərbə vurmuş. Zərbənin təsirindən yerə yıxılmış, Təqsirləndirilən şəxs isə qaçıb getmişdir. Bundan sonra oradan çıxaraq 1-ci PB-nə gələrək döyülməyi barədə müraciət etmişdir. Hadisə vaxtı orada o və Bəxtiyar Dadşov olmuş, hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X4 xx.xx.2024-cü il tarixli, 184 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ təpə nahiyyəsinin dərialtı hematoması. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla yetirilən zərbənin təsirindən yarana bilərdi və dərəcəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. (i.v. 9-12). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.13-14) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 27) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 46-47) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-276/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-276/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver