Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-277/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Hüseyn oğlunun, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Yəhya oğlunun iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 31.12.2021-ci il tarixdə saat 18 radələrində əvvəldən tanıdığı Zərərçəkmiş şəxs Yəhya oğlu ilə aralarında baş vermiş mübahisə zamanı H.Z.Tağıyev qəsəbəsi, Komendaturanın yaxınlığında yerləşən marketin bayır tərəfində yumruqla sonuncunun sifət nahiyyəsinə vuraraq ona sol gözaltı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, sol qulaq seyvanının qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirdi ki, 31.12.2021-ci il tarixdə saat 18 radələrində Ələsgər adlı müştəriləri işlətdiyi marketə gələrək onlara olan borcunu qaytararkən onunla aralarında onun kobud rəftarına görə mübahisə yaranmış, bundan sonra o, Ələsgərə marketdən bayıra çıxmağı bildirərkən o çıxmamış, bundan sonra mübahisə daha da gərginləşmişdir. Bu zaman qardaşları Şahin və Ravil də orada olmuşdur. Marketin bayır hissəsində Ələsgərlə aralarında mübahisə davam etmişdir. Münaqişə vaxtı Ələsgərin göz və qulaq nahiyyəsinə zərbə vurmuşdur. Münaqişə vaxtı yanlarında kənar şəxs olmamışdır. Münaqişə vaxtı qardaşları Şahin və Ravil onlara yaxınlaşaraq onları ayıraraq münaqişənin dərinləşməsinə imkan verməmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmandır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs Yəhya oğlu bildirmişdir ki, 31.12.2021-ci il tarixdə saat 18 radələrində H.Z.Tağıyev qəsəbəsi, Komendaturanın yaxınlığında olan mini marketə borcunu ödəməyə gedərkən marketi işlədən Tərlanın onunla kobud rəftar etdiyinə görə onunla aralarında mübahisə düşmüşdür. Bu zaman Tərlanın qardaşları Şahin və Ravil də orda olmuşdur. Bundan sonra Tərlanla mübahisələri marketdən kənarda bayır tərəfdə davam etmişdir. Mübahisə zamanı Tərlan yumruqla göz və qulaq nahiyələrinə zərbə vuraraq xəsarət yetirmişdir. Qardaşları Ravil və Şahin onları ayırmışdır. Həmin vaxt yanlarında kənar şəxs olmamışdır. Hazırda Tərlan ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs Yəhya oğlunın məhkəməyə təqdim edilmiş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. 05.01.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 22) Sumqayıt 3 nömrəli şəhər xəstəxanasının 05.01.2022-ci il tarixli arayışından görünür ki, Abaov Tərlan Rafail oğlu Sumqayıt 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində psixiatrik dispanser müşahidəsində yoxdur.(i.v 23) 05.01.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 24) Sumqayıt Şəhər Narkoloji Dispanserinin 210 saylı 07.01.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 25) Məhkəmə tibb ekspertizasının 11.01.2022-ci il tarixli 04 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Yəhya oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol gözətrafı nahiyənin qançırı, gözün ağlı qişasına qansızma, sol qulaq seyvanının qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla 31.12.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlğa yüngül zərərvurmaya aiddir.(i.v 36-37) Sübutların qiymətləndirilməsi haqqında 15.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir.(i.v 38-39) Beləliklə, Təqsirləndirilən şəxs təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 4 (dörd) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 24 (iyirmi dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA**********1000102944 VÖEN **********) Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-277/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-277/2022
07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver