Məhkəmə qərarları › İş №1(060)-277/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-277/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-277/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə massivi, fərdi yaşayış evi ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd şəffaf sellofanda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,195 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,293 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:26 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon, 5 saylı poliklinikanın inzibati binasının qarşısında küçədə saxlanılaraq Sumqayıt ŞPİ- nin 3-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan balaca cibindən 01 (bir) ədəd şəffaf sellofanın içində, 01 (bir) ədəd siqaretin göy rəngli kağızına bükülmüş halda təmiz çəkisi 0,195 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda təmiz çəkisi 0,293 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatla yaşayır. Ailəlidir, himayəsində bir 03 (üç) yaşında oğlan övladı var. Təxminən bir ilə yaxındır narkotik vasitə olan kakosdan, psixotrop maddə olan metamfetamindən çəkməklə istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdən tanımadığı şəxslərdən narkotik vasitə alıb şəxsi istifadəsi üçün üstündə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 19:26 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 5 saylı poliklinikanın qarşısında olan zaman iki nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib, onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə gəlmişdir. Bölmənin xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim olunmuşdur. Vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan balaca cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğuya cavab olaraq üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan bükümlərin birinin içərisində narkotik vasitə olan heroin, digər bükümün içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri xx.xx.2022- ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində olan zaman tanımadığı şəxsdən hər bir bükümü 10 (on) manata aldığını və üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə olan 02 (iki) ədəd bükümlər polis əməkdaşları tərəfindən ayrı ayrılıqda açılıb baxılan zaman siqaretin göy rəngli kağızına bükülmüş bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər, digər bükümdə, yəni siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş 02 (iki) ədəd bükümlərdə olan maddələr elektron tərəzidə çəkilmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşman olmasını və himayəsində 01 (bir) azyaşlı uşaının olduğunu nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə saat 19:26 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 10cu mikrorayon, 5 saylı poliklinikanın inzibati binasının qarşısında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Polis Bölməsinə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan balaca cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan (siqaret qutusunun üzərində olan sellofan) bükümü çıxardaraq təqdim etmiş, daha sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən əhəmiyyət kəsb edən hər hansı maddi sübut aşkar olunmamışdır. Sorğuya cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan bükümlərin birinin içərisində narkotik vasitə olan heroin, digər bükümün içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində olan zaman tanımadığı şəxsdən hər bir bükümü 10 (on) manata aldığını və üzərində şəxsi istifadəsi üçün saxladığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə olan 02 (iki) ədəd bükümlər ayrı ayrılıqda açılıb baxılan zaman siqaretin göy rəngli kağızına bükülmüş bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər, digər bükümdə, yəni siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 (iki) ədəd bükümlərdə olan maddələr elektron tərəzidə çəkilmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:26 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, 5 saylı poliklinikanın inzibati binasının qarşısında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş, bölmədə Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşları və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt ŞPİ-nin 3- cü PBnin təhqiqatçısı, polis leytenantı X1 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan balaca cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan (siqaret qutusunun üzərində olan sellofan) bükümü, şalvarın sol yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung Duas” markalı mobil telefonu, qara rəngli gödəkçənin sağ yan cibindən sarı rəngli alışqanı, şalvarının arxa sağ yan cibindən pulları çıxardaraq təqdim etmiş, daha sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən əhəmiyyət kəsb edən hər hansı maddi sübut aşkar olunmamışdır. Sorğuya cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan bükümlərin birinin içərisində narkotik vasitə olan heroin, digər bükümün içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri xx.xx.2022ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində olan zaman tanımadığı şəxsdən hər bir bükümü 10 (on) manata aldığını və üzərində şəxsi istifadəsi üçün saxladığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə olan 02 (iki) ədəd bükümlər ayrı ayrılıqda açılıb baxılan zaman siqaretin göy rəngli kağızına bükülmüş bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər, digər bükümdə, yəni siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 (iki) ədəd bükümlərdə olan maddələr elektron tərəzidə çəkilmiş, çəkiləri müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X1 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 127 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6940 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəl şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 büküm narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr...” yazı və imzalar olan zərfdə 01 ədəd sellofan cığarada 01 ədəd bükümdə təmiz çəkisi 0,195 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,293 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Heroin təmiz çəkisi - 0,195 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,145 qram. Metamfetaminin təmiz çəkisi - 0,293 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,243 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7590 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,195 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,145 qram narkotik vasitə heroin və ilkin çəkisi 0,293 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,243 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2019-cu il təvəllüdlü X3 oğlu). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,195 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,145 qram narkotik vasitə heroin və ilkin çəkisi 0,293 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,243 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 88.00 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə massivi, fərdi yaşayış evi ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,145 qram narkotik vasitə olan heroin və 0,243 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 88.00 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar