Məhkəmə qərarları › İş №1(060)-277/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-277/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-277/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi ənəklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 23:20 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində fərdi evdə yaşayan Zərərçəkmiş şəxs ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə arasında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başına və kürək nahiyyəsinə qəsdən yumruqla vurmaqla Zərərçəkmiş şəxs - “sağ təpə-gicgah nahiyyəsinin dərialtı hematoması və sol kürək nahiyyəsinin qançırı”-dan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya xarakterik xəsarətlər yetirmişdir. Məhkəmədə iclasında təqsirləndirilən şəxs qismidə ifadə verən Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Belə ki, onlar 2016-cı ildə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü oğlanları Adəm və xx.xx.2020-ci il təvəllüdlü Ayxandünyaya gəlmişlər. Ailə qurduqdan sonra münasibətləri normal olmuş, lakin, Ləman gözəllik salonunda işləmiş və işlə əlaqədar evə vaxtında gəlmədiyi üçün uşaqlara qulluq etmək onun üzərinə düşmüşdür. Ona görə mütəmadi olaraq bu səbəbdən aralarında mübahisə olmuşdur. Bu səbəbdən Ləman rəsmi olaraq ondan boşanmış, lakin onlar qeyr-rəsmi birlikdə yaşamışlar. 09.022.2025-ci il tarixdə birgə yaşadıqları evdə olan zaman o, spirtli içki qəbul etmiş, Ləman evə gec gəldiyi üçün o, Ləmana iradını bildirmiş, onu acılamışdır. Ləman ona müştəri olduğunu bildirib, onunla pis danışmış, ünvanına nalayiq sözlər demiş, ona əl-qol atmışdır. Ona görə o, əsəbləşmiş, əli ilə Ləmanın başına, kürəyinə bir neçə dəfə vurub onu döymüşdür. Azyaşlı uşaqları ağladığı üçün kənara çəkilmişdir. Ləman bu barədə 102 xidmətinə şikayət etmiş və Sumqayıt ŞPİ-nin 2-ci PB-nə şikayət ərizəsi ünvanlamışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən etdiyi hərəkətə görə bir daha üzr istədiyini bildirir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini, özünü təqsirli bildiyini qeyd edərək, iş üzrə üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Belə ki, onlar 2016-cı ildə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları doğulmuşdur. Ailə qurduqdan sonra münasibətləri normal olmuş, lakin, sonradan Elxan əsəbi olmağa başlamış və heç bir səbəb olmadan xırda məsələlərə görə evdə onunla münaqişə yaratmış, onu vurmağa başlamışdır. Elxanın bu kimi davranışlarına görə onunla birlikdə yaşaya bilməmiş və 2022-ci ildə məhkəməyə müraciət edib Elxandan rəsmi ayrılmışdır. Azyaşlı uşaqları onun himayəsinə verilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 23:20 radələrində birgə yaşadıqları evdə olan zaman Elxan spirtli içki qəbul etdiyi üçün özünü idarə edə bilməmiş, o, uşaqları hamamda yuyan zaman Elxan ona sataşaraq onu itələmişdir. Zərərçəkmiş şəxs qeyd edir ki, həmin an özünü güclə saxlamış, yıxılmamışdır. O da, Elxanı itələmişdir. Buna görə Elxan onun ünvanına nalayiq sözlər deyib, onu təhqir etməyə başlamışdır. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elxan onun saçından tutub dartaraq yumruqla bir neçə dəfə başına, kürəyinə zərbə vuraraq onu döymüş, döşəməyə yıxmışdır. O, birtəhər Elxanın əlindən qaçıb 102 xidmətinə bu barədə şikayətini etmiş, bundan sonra Elxan ondan əl çəkmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, AR SN-nin MTE və PAB X5 xx.xx.2025-ci il tarixli, 173 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ təpə-gicgah nahiyyəsinin dərialtı hematoması və sol kürək nahiyyəsinin qançırı xəsarətləri olması aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yumruqla yetirilə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. (i.v.12-14). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.16-19) Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 31) AR Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 739 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatı yoxdur.(i.v. 27) Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2025-ci il tarixli, 121№-li “Ailə tərkibi haqqında” arayışından görünür ki, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə Gecəqondusunda yaşayan vətəndaş Təqsirləndirilən şəxs Ş.Qasımov küçəsi, ev 132 ünvanında qeydiyyatsız yaşayır. Onun ailə üzvləri aşağıdakılardan ibarətdir: 1991-ci il təvəllüdlü həyat yoldaşı Zərərçəkmiş şəxs, 2017-ci il təvəllüdlü X4 və 2020-ci il təvəllüdlü X3 isə oğullarıdır. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqında 09 fevral 2025-ci il tarixli, A/321 saylı Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:15 radələrində müayinə edilən zaman orta dərəcədə sərxoşluq vəziyyətində olmuşdur. (i.v. 13) DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə CM-nin 263.1-1 –ci maddəsi ilə Sumqayıt ŞPİ tərəfindən cinayət məsulliyətinə cəlb edilmiş, həmin tarixdə CM-nin 39.1.11-ci maddəsi ilə işə xitam verilmişdir. (i.v.48-49) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar