Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-278/2022 10.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il Cəbrayıl şəhərində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində fərdi tikilidə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 1,077 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 oktyabr 2021-ci il tarixdə, saat 14:30-da, Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində, ev 7V-nin yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş 1,077 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,305 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 oktyabr 2021-ci il tarixdə, saat 12:30-da Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində, 68 saylı uşaq baxçasının yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd siqaret kağızına bükülmüş 0,305 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında video çəkilişlə dindirilmiş təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs oğlu ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir, 12.10.2021-ci il tarixdə, saat 13:00 radələrində o, şəxsi işi ilə ilə əlaqədar Bakı şəhəri, 20 Yanvar adlanan əraziyə getmiş, orada olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin ad və soyadını bilmədiyi bir nəfər şəxslə görüşərək, həmin şəxsdən, 01 ədəd şəffaf sellofana bükülmüş heroini şəxsi istifadəsi üçün, 20(iyirmi) manat ödəyərək almışdır. Daha sonra o, Sumqayıt şəhərinə qayıtmış, həmin gün saat 14:30-da Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmiş və ondan da, özünü təqdim etməyi xahiş etmişlər. O, özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qəbulundə və üzərində gəzdirməkdə şüphəli olduğu üçün saxlanıldığını bildirərək, onun üzərinə şəxsi axtarış keçirlməsi üçün Sumqayıt ŞPİ, 1-ci PB-nə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 1-ci polis bölməsinə getmiş, bölmədə xidməti otaqların birində videoçəkiliş aparılaraq ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, o, hüquq və vəzifələri ilə tanış olmuşdur. Daha sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş, o, vəkilə etiraz etməmiş və bundan sonra ona, üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, həmin əşyanı təqdim etmək təklif edilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş heroini çıxardıb təqdim etmişdir. Ondan təqdim etdiyi narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda, o, həmin narkotik vasitə olan heroini 12.10.2021-ci il tarixdə Bakı şəhərində 20 Yanvar adlanan ərazidə üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını bilmədiyi şəxsdən, şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, o və onun hüquqlarını müdafiə edən vəkil Vüsal Məmmədov, eləcə də, digər iştirakçılar zərfi imzalamışdırlar. Həmçinin o, növbəti dəfə, yəni 30.10.2021-ci il tarixdə, təxminən saat 12:30 radələrində, Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində, 68 saylı uşaq baxçasının yaxınlığında olan zaman 3 (üç) nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getmişdir. PB-nə gəldikdən sonra, xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələri barədə bildiriş və onun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, hüquqlarının, vəkil siyahısında olan X3 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X3 ona təqdim olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış başlanılmışdır. Onu saxlayan polis əməkdaşları özlərini təqdim etdikdən sonra, öncə onun üzərində hər hansı bir narkotik vasitə, psixatrop maddə və ya dövriyyəsi qadağan olunmuş maddə olub-olmaması soruşulmuş və olduğu təqdirdə çıxarıb tədim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı, 1 (bir) büküm siqaret kağızına bükülmüş, tünd qəhvəyi rəngli kütləni təqdim edərək, təqdim etdiyi 1 (bir) büküm siqaret kağızına bükülmüş kütlənin narkotik vasitə “kakos” olduğunu və Bakı şəhəri 20 Yanvar küçəsi ərazisində tanımadığı şəxsdən 10(manat) ödəyərək, öz istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı onun üzərinə yoxlanış məqsədi ilə baxış keçirilmiş, ancaq üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Onun üzərindən aşkar olunmuş həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda, bükümün içərisində tünd-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş, onun üzərinə şəxsi-axtarış zamanı aşkar olunmuş tünd-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə tərəziyə qoyulub çəkildikdə həmin kütlə siqaret kağızı ilə birlikdə 0,44 qram olduğu müəyyən olunmuşdur. Sonra onun üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, iştirakçlar və onun tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində onun üzərindən aşkar olunaraq götürülmüş, “kakos” adlandırdığı 1 büküm tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlənin, narkotik vasitə olan “heroin” olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən və eləcə də, saxlanıldıqdan sonra da, ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilmədiyini, heç bir hüququ pozulmadığını, tututlduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını, CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildiyi halda, narkotik vasitə istifadəçisi olduğu üçün, öz istifadəsi məqsədi ilə, təkrar olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,305 qram narkotik vasitə heroin əldə edib üzərində saxladığını qeyd etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, rütbəsi polis baş leytenatı olduğunu qeyd edərək bildirmişdir ki, xx.xx.1979-cu il Cəbrayıl şəhərində, anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində fərdi tikilidə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə Sumqayıt ŞPİ, 1-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun raportu əsasında əməliyyat qrupu yaradılmış və qrupun daxilinə iştirak etməsi üçün o da, əlavə edilmiş, əməliyyat qrupunun üzvləri 12.10.2021-ci il tarxdə, Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə, saat 13:55 radələrində, sonuncunun ola biləcəyi yerə-Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisinə gedib pusqu qurmuşdur. Saat 14:30-da Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, 48-ci məhəllə, ev 7V-nin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Polis əməkdaşları özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını ona bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olunduğunu bildirib, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib bir neçə dəqiqəyə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının həyətinə çatıb, xidməti otaqlardan birinə daxil olduqdan sonra, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də təhqiqatçı Orxan Bağırlı özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini xahiş etmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 1-ci PB-nə gətirildiyini demiş, daha sonra təhqiqatçı, Təqsirləndirilən şəxs vəkil adları olan siyahının təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıda adları olan vəkillərdən Vüsal Məmmədovu seçərək, hüquqlarını həmin vəkilin müdafiə etməsini istəmişdir. Vəkil təmin olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə, vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, təhqiqatçı saxlanılan şəxsdən üzərində hər hansı bir narkotik vasitə və ya psixatrop maddə olub-olmamasını, olduğu təqdirdə təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı, Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu, haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş həmin tünd qəhvəyi rəngli kütlənin “kakos” yəni narkotik vasitə “heroin” olduğunu və Bakı şəhərində, 20 Yanvar ərazisində, tanımadığı şəxsdən 20(iyirmi) manata aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, özünün narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitə bükümünü öz istifadəsi üçün əldə etdiyini, heç kimə narkotik vasitə vermədiyini qeyd etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən, içərisində narkotik vasitəyə bənzər toz şəkilli kütlə olan bükümü tərəziyə qoyulub çəkildikdə həmin bükümün sellofan kəsiyi ilə birlikdə çəkisi 1,125 qram olduğu müəyyən olunmuş və Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Video çəkiliş dayandırıldıqdan sonra şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, protokol saxlanılan şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Şahid1 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satması barədə əməliyyat məlumatları daxil olmadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və ibtidaqi istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin razılığı ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 elan edilmiş ifadəsindən görünür ki, həmin ifadə şahidlər Şahid3 və Şahid1 ifadəsi ilə oxşar məzmunludur. İş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.1979-cu il tarixdə Cəbrayıl şəhərində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində fərdi tikilidə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə Sumqayıt ŞPİ, 1-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış və qrupun daxilinə iştirak etməsi üçün o da, əlavə edilmişdir. 30.10.2021-ci il tarxdə, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 12:05 radələrində o, əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisinə gedib pusqu qurmuşlar. Saat 12:30-da Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, 68 saylı uşaq bağçasının yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. O və digər polis əməkdaşları özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olunduğunu bildirib, etirazının olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirib, onlarla birlikdə polis bölməsinə getmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının həyətinə çatıb, xidməti otaqlardan birinə daxil olduqdan sonra, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də təhqiqatçı Orxan Bağırlı özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini xahiş etmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 1-ci PB-nə gətirildiyini demiş, daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində hər hansı bir narkotik vasitə və ya psixatrop maddə olub-olmamasını, olduğu təqdirdə təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs özü əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuş, təhqiqatçı, Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu, haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümün içərisindəki kütlənin “kakos” yəni narkotik vasitə “heroin” olduğunu, Bakı şəhərində, 20 Yanvar ərazisində, tanımadığı şəxsdən 10(on) manata aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, özünün narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitə bükümünü öz istifadəsi üçün əldə etdiyini, heç kimə narkotik vasitə vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən, içərisində narkotik vasitəyə bənzər toz şəkilli kütlə olan bükümü tərəziyə qoyulub çəkildikdə həmin bükümün siqaret kağızı ilə birlikdə çəkisi 0,44 qram olduğu müəyyən olunmuş və Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Video çəkiliş dayandırıldıqdan sonra şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, protokol saxlanılan şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Şahid5 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə əməliyyat məlumatları daxil olmadığını qeyd etmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin razılığı ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid6 elan edilmiş ifadəsindən görünür ki, həmin ifadə şahid Şahid5 ifadəsi ilə oxşar məzmunludur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13.10.2021-ci il tarixli, 6/4542 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N 125” möhür əksi “Şübhəli şəxs: Müdafiəçi: İştirakçılar “ və s. yazılar imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,077 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 30.10.2021-ci il tarixli, 6/4827 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: (imza)” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,305 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,255 qram qalıq qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 13.11.2021-ci il tarixli 4467 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbul edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materillarında ola “cinayət işlərinin birləşdirilməsi haqqında” 01.11.2021-ci il tarixli Qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarışın və götürmənin keçirilməsi barədə 12.10.2021-ci il tarixli protokoldan və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs sağ əli ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan torbacıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütləni çıxardaraq təqdim etmişdir. Ondan həmin kütlənin nə olduğunu soruşuqluqda Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan “kakos” olduğunu, onu Bakı şəhəri, 20 yanvar adlanan ərazisindən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan maddə narkotik vasitədir, həmin maddəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan şəxsi axtarışın və götürmənin keçirilməsi barədə 30.10.2021-ci il tarixli protokoldan və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs sağ əli ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı kağız bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni çıxardaraq təqdim etmişdir. Ondan həmin kütlənin nə olduğu soruşuqluqda Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan “kakos” olduğunu, onu Bakı şəhəri, 20 yanvar adlanan ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 12.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi Məhkəməsinin 29.09.1998-ci il tarixli hökmü ilə CM-nin 243-cü maddəsində təqsirli bilinərərk 10 il müddətin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. ACDİÜ AR Məhkəməsinin 10.01.2001-ci il tarixli hökmü ilə CM-nin 334-cü maddəsində təqsirli bilinərərk 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 30.08.2001-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 03.06.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 03.02.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsin dəyişikliklər edilməsi haqqında 06.05.2016-cı il tarixli qanuna əsasən əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilmişdir. Ona CM-nin 177.1-ci maddəsi ilə 01 il 09 ay 10 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 02.07.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur.Hazırkı cinayəti törədən zaman məhkumluğu olmamışdır. Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 12.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 oktyabr 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 30 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixində saat 13:05-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 31.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Şamil Məmmədov tərəfindən icraata qəbul edilmişdir. Təqsirləndirilən şəxs 01.11.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində Sumqayıt şəhər Məhkəməsinin 4(060)-571/2021 saylı, 01.11.2021-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-35/2022 saylı, 19.01.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 35/2022 saylı, 19.01.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdəs axlanılma müddəti 15 gün, yəni 30 yanvar 2022-ci il tarixdən hesablanmaqla 15 fevral 2022-ci il tarixə qədər uzadılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1,077 və 0,305 qram, ümumilikdə 1,887 çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 1,282 qram heroin üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 20 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 tərəfindən verilmiş 17/34-4320 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 09.12.2021-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsindəki ixtisaslaşdırılmış Mülaicə Müəssəsin gətirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə Təqsirləndirilən şəxs əməli səmimi etiraf etməsi, əməlindən olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını CM-nin 61.1.1-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi cinayətin təkrar törədilməsi müəyyən olundu. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 30.10.2021-ci il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş ümumilikdə 1,887 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 1,282 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 191,72 (bir yüz doxsan bir manat yetmiş iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 28.01.2022-ci il tarixli (iş № 1(060)- 278/2022) qərarını icra edərək, 02.02.2022-ci il tarixli 301/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi X4 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 Saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30.10.2021-ci il tarixindən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 1,887 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 1,282 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 191,72 (bir yüz doxsan bir manat yetmiş iki qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-278/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-278/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver