Məhkəmə qərarları › İş №1(060)-278/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-278/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-278/2023 06.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4, mənzil 21-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 29-cu məhəllə, Şimal yataqxana, otaq 12-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində tanışı Şahid4 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrıayrılıqda 0,289 qram və 0,331 qram olmaqla ümumilikdə 0,620 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 03 dekabr 2022-ci il tarixində, saat 14:15-də Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşlarının Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 34-cü məhəllə ərazisində yerləşən “Elmar” marketin qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda 0,289 qram və 0,331 qram olmaqla ümumilikdə 0,620 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 03 12 2022-ci il tarixdə, təxminan saat 14:15 radələrində Sumqayıt şəhər H.Əliyev prospekti, 34cü məhəllə, «Elmar» marketin qarşısında tanışları Ramil və Gülnarə, həmçinin taksi sürücüsü Şükür ilə birlikdə olarkən polis əməkdaşları onlara yaxınlaşmış, ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu üçün saxladıqlanını bildirmiş və onu Pİ-nə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmişdir. Ona vəkil təqdim olunmuş, sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif edilən zaman o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 2 ədəd şəffaf sellofan bükümləri, 1 ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Həmin 2 ədəd şəffaf sellofan bükümlar açılan zaman həmin bükümlərin hər birinin içərisinde spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər olan maddənin olduğu müəyyən olunmuş, daha sonra aşkar olunmuş 1 ədəd ağ rangli kağız büküm açılan zaman bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələrin "kakos", ağ rəngli kristal şəkilli maddənin "patı" olduğunu, həmin maddələri həmin gün Ceyranbatan qəsəbəsi ərazisində Afaq adlı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan "heroin”ə bənzər olan maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf sellofanlar ilə birlikdə ümumi çəkisinin 0,79 qram olduğu, 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan "metamfetamin”ə bənzər maddə olan büküm elektron tərəziya qoyulub çəkilən zaman həmin maddələrin kağız büküm ilə birlikdə çəkisinin 0.07 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş KQTEL markalı mobil telefon götürülmüşdür. Saxlanılan zaman yanında olan tanışları Ramil va Gülnarə onun üzərində narkotik vasitə olduğunu bilmirdilər. Narkotik istifadə edir, onun həmin narkotiki almaqda məqsədi özü istifadə etmək olmuşdur. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, bu ömründə ilk səhvidir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 Zellabdin oğlu bildirdi ki, Sumqayıt ŞPİ-nin CAŞda baş əməliyyat müvəkkili kimi xidmət edir, rütbəsi polis mayorudur. xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4, mənzil 21-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 29-cıı məhəllə. Şimal yataqxanası, otaq 12-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞnın kiçik inspektorları, polis baş serjantı Şahid3, polis baş serjantı Vüsal Abbasovdan, Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis polkovnik- leytenantı Səadət Qənbərovdan, Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti, polis mayoru Asəf Həbibovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Saat 13:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri. Heydər Əliyev prospekti, 34-cıi məhəllə ərazisində yerləşən “Elmar” marketin qarşısında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Heydər Əliyev prospekti, 34-cü məhəllə ərazisində yerləşən “Elmar” marketin yaxınlığına gəlmişlər. Saat 14:15 radələrində onlar Siyavuş İsrafılovu və yanında başqa üç nəfər şəxsi görüb onları saxlayıb və özlərini təqdim etdikdən sonra həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs, X6, X11 və X9 olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Siyavuş İsrafılova, Gülnarə Abbasovaya, Ramil Şirinova və Şükür Zeynalova şərait olmadığı üçün Pİ-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, Gülnarə Abbasova, Ramil Şirinov və Şükür Zeynalov onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nə gətirilmişdir. Pİ-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra hüquq və vəzifələri barədə bildiriş, siyahı üzrə vəkillərin növbətçilik cədvəlindən özünün seçdiyi hüquqlarını müdafiə edəcək müdafiəçi X7 təqdim edilmişdir. Bundan sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxlamış olduğu 02 ədəd şəffaf sellofan bükümləri və 01 ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Həmin 02 ədəd şəffaf sellofan büküm açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin. 01 ədəd ağ kağız bükümün içərisində ağ rəngli kristal şəkilli psixatrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs İsrafil oğlu aşkar olunan qəhvəyi rəngli maddənin “kakos”, ağ rəngli maddənin “patı” olduğunu, həmin maddəni həmin günü səhər saatlarında tanıdığı Afaq adlı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf rəngli sellofan bükümlər və 01 ədəd ağ kağızı büküm elektron tərəzidə çəkilən zaman 02 ədəd şəffaf rəngli sellofan bükümlərin ümumi çəkisinin 0,79 qram, 01 ədəd ağ kağız bükümün çəkisinin 0,07 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN- nin 124 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış keçirilən zaman üzərindən aşkar edilmiş “KGTEL” markalı 01 ədəd mobil telefon sübut əhəmiyyəti kəsb ediləcəyindin götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin CAŞ-nın kiçik inspektorları Şahid2 və Musayev Rafayıl loğman oğlu Şahid1 Zellabdin oğlu ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs pul müqabilində və ya pay olaraq narkotok vasitə verməmişdir. Təqsirləndirilən şəxs ona pul borcu olmuşdur. Ancaq Şahid4 istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yaxın qohumudur. O, özü narkotik vasitələr və psixatrop maddələrin qəbulu ilə məşğul olduğu üçün Siyavuş İsrafılovun narkotik vasitələr və psixatrop maddələrin qəbulu ilə məşğul olması barədə məlumatı vardır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Siyavuş o, yaşadığı evə gəlmişdir. Ondan istifadə etmək üçün narkotik vasitə heroin və psixatrop maddə metamfetamin istəmişdir. Onun həm Siyavuşa yazığı gəldiyi üçün həm də özünün pula ehtiyacı olduğu üçün Siyavuşdan 50 manat alıb Siyavuşa 2 büküm heroin və 1 büküm metamfetamin vermişdir. Bundan sonra Siyavuş çıxıb getmişdir. Məhkəmə Şahid4 istintaq zamanı verdiyi ifadəsini daha mötəbər sübut kimi qəbul edir. Çünki həmin ifadədə onun göstərdikləri başqa sübutlarla təsdiq edilir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:15-də Sumqayıt şəhəri, H.Əliyev prospekti, 34-cü məhəllə, “Elmar” marketin qarşısında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” və “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, görüntünün ilk saniyəsində polis formasında olan şəxs özünü təqdim edərək Sumqayıt ŞPİnin təhqiqatçısı, polis polkovnik-leytenantı Saədət Qənbərov olduğunu bildirir. Sonra Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmış və qarşısında duran kişidən özünü təqdim etməsini soruşur və həmin şəxs özünü təqdim edərək X5 olduğunu bildirir. Bundan sonra polis əməkdaşları özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, kiçik inspektorlarıu Rafyıl Musayev və Vüsal Abbasov olduqlarını bildirirlər. X2 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X7 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə X3 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin aşyanı təqdim etməyini təklif etdi, X5 özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 2 ədəd şəffaf sellofan bükümləri, 1 ədəd ağ rəngli kağız bükümü təqdim etdi. Həmin 2 ədəd şəffaf sellofan bükümlər açılan zaman həmin bükümlərin hər birinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan "heroin"ə bənzər olan maddənin olduğu müəyyən olundu. Daha sonra aşkar olunmuş 1 ədəd ağ rəngli kağız büküm açılan zaman bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan "metamfetamin"ə bənzər maddənin olduğu müəyyən edildi. İ ləmin bükümlər açılan zaman bükümlərin hər birinin içərisində Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələrin "kakos", ağ rəngli kristal şəkilli maddənin "patı" olduğunu, həmin maddələri bu gün Ceyranbatan qəsəbəsi ərazisində Afaq adlı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirdi. Həmin vaxt X2 üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan "heroin"ə bənzər olan maddələr elektron taraziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf şellofanlar ilə birlikdə ümumi çəkisinin 0.79 qram olduğu, 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində ağ rangli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olan büküm elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin kağız büküm ilə birlikdə çəkisinin 0.07 qram olduğu muayyan edildi və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdınlaraq Azərbaycan Respublikasının DİN- nin 124 saylı möhürü ilə möhürləndi. X2 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş KQTEL markalı mobil telefon götürülmüşdür. Bundan sonra çəkiliş dayandırıldı. Həmin videogörünütünü özündə əks etdirən disk məhkəmə iclasında nümayiş olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6885 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №124" dairəvi möhür əksləri olan, "V't. Təqsirləndirilən şəxs aşkar edilmiş 3 (üç) büküm maddə..." sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,289 qram, 0,331 qram ümumi təmiz çəkisi 0,620 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir: 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,048 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı 1) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr"-in siyahısına (Siyahı 1) daxildir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,540 qram çəkidə heroin, 0,028 qram metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 2 nömrəli mənzil istismar sahəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7420 saylı rəyindən görünür ki, X4 opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadliqdan məhrum edilmədən də islah edilə bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyat alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,540 qram çəkidə heroin, 0,028 qram metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt RegionalVəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 29-cu məhəllə, Şimal yataqxana, otaq 12- ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təayin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyat alınsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,540 qram çəkidə heroin, 0,028 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar