Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-278/2025 15.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı , Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Qəbələ rayonu, Xırxatalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, üzərində məhkumluğu olmayan, subay, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 9,15 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 21 noyabr 2024-cü il tarixdə saat 00:05 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən X14 Gimnaziyanın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisindən 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 9,15 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünə məxsus «Opel Astra» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Gəncə marşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, tanışı Şahid7 ilə birlikdə Sumqayıt şəhərinə gəlmişdir. Onun Sumqayıt şəhərinə gəlməkdə məqsədi tanışı Şahid8 ilə görüşmək olmuşdur. O, Sumqayıt şəhərində olan vaxt tanışı Sultan adlı şəxs ona zəng edərək ondan harada olduğunu soruşmuş, o da Sumqayıt şəhərində olduğunu bildirmişdir. Sultan ona Sumqayıt şəhərində ona çatacaq bir əşya olduğunu və ondan həmin əşyanı götürüb Bakı şəhərinə qayıdanda ona verməsini xahiş etmiş və gedəcəyi ünvanın yerləşdiyi yerin konumunu telefonuna göndərmişdir. O, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən X14 Gimnaziyanın yaxınlığına gəlmiş, daha sonra onun telefonu bağlandığı üçün o, Əlinin telefonu ilə Sultanla əlaqə saxlamışdır. Sultan onun götürəcəyi əşyanın şəklini çəkib Əlinin telefonuna atmışdır. O, şəkildə siqaret qutusunun olduğunu görüb qutuda nə olduğunu soruşmuş, Sultan əvvəlcə bir söz söyləməmiş, sonra isə qutuda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. O, əvvəlcə Sultanla razılaşmamış, lakin Sultan heç bir şey olmayacağını, sadəcə həmin qutunu gətirib ona verəcəyini bildirmişdir. O, məcbur qalıb şəkildə göstərilən yerə yaxınlaşıb həmin qutunu oradan götürmüşdür. Bu məsələdən isə Turanənin xəbəri olmamışdır. O, siqaret qutusunu götürdükdən sonra bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu və Turanəni saxladıqları zaman Əli onun maşınını sürərək oradan uzaqlaşmışdır. Həmin şəxslər ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyini söyləmişlər. Buna görə də onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Onlar polis əməkdaşlarına heç bir etiraz etməmişlər. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-yə gəlmişlər. Polis İdarəsində ona müdafiəçi təqdim olunmuş və üzərində olan əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynindəki cins şalvarın cibindən üzərində ***-***-**-** nömrə olan özünə məxsus bir ədəd mobil telefonu və 01 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutunun içərisindən bir ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. O, saxlanılarkən və Polis İdarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər edilməmişdir. Həmçinin, ifadəsində bildirmişdir ki, o, Polis İdarəsinə gətrildikdən sonra polis əməkdaşları onun maşınını idarə edərək çıxıb getmiş Şahid7 da saxlayaraq Polis İdarəsinə gətirmişlər. Bundan sonra onun maşınına baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə tanışı Ceyhun ona zəng edib onunla görüşüb çay içmək istədiyini bildirmiş, o da Ceyhunla razılaşmış, Ceyhun gəlib onu Bakı şəhərindən götürmüş və onlar birlikdə Sumqayıt şəhərinə gəlmişlər. Ceyhun Sumqayıt şəhərində tanışı Turanə ilə görüşəcəyini söyləmişdi. Onlar Sumqayıt şəhərinə çatdıqdan sonra Ceyhun Turanə ilə görüşmüş, daha sonra Ceyhun maşını Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən X14 Gimnaziyanın yaxınlığına sürmüşdür. Ceyhun kiminləsə telefonla danışmış, sonra Ceyhunun interneti bitdiyi üçün onun telefonundan istifadə etmişdir. Bir neçə dəqiqədən sonra Ceyhun və Turanə maşından düşmüşlər. O, isə maşında qalıb onları gözləmişdir. Onlar maşından biraz aralaşdıqdan sonra onların yanına və maşına mülki şəxslər yaxınlaşdıqları üçün o, həmin şəxsləri tanımadığı üçün qorxmuş və maşını sürüb oradan uzaqlaşmışdır. Saat 00:15 dəqiqədə o, Karvan Ticarət Mərkəzinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu Sumqayıt ŞPİ-yə dəvət etmiş və onlar birbaşa Sumqayıt ŞPİ-yə gəlmişlər. Polis İdarəsində ona müdafiəçi təqdim edilmiş və onun üzərinə axtarış keçirilmişdir. O, üzərində olan kibrit qutusunu təqdim etmiş və qutuda bir ədəd bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. O, Ceyhunun getdikləri ünvana nə məqsədlə getməsindən xəbərsiz olmuş, Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə olmasından, onun da Ceyhunun narkotik vasitədən istifadə etməsindən və üzərində marixuana olmasından xəbəri olmamışdır. O, üzərində marixuana aşkar edilməsi ilə əlaqədar Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə bir ay müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən iki ilə yaxındır ki tanıyır. Belə ki, o, onunla Gəncə şəhərində işləyərkən tanış olmuş və onlar sevgili olmuşlar. Ceyhun Gəncədə yaşasa da Sumqayıt və ya Bakı şəhərinə gələn zaman onlar zəngləşib görüşmüşlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 00:05 radələrində o, Ceyhunla Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində X14 Gimnaziyanın yaxınlığında görüşmüşdür. Həmin vaxt Ceyhunun yanında Əli adlı tanışı da olmuşdur. Onlar Gimnaziyanın yanına Ceyhunun avtomobili ilə gəlmişlər. O Ceyhunla gimnaziyanın yaxınlığında gəzişib söhbət etmiş, Əli isə avtomobildə əyləşmişdir. Bu vaxt Ceyhun biraz irəliyə gedib qayıdacağını, ona isə gözləməyini bildirmişdir. Ceyhun ondan bir az aralanmışdır. Ceyhunun getdiyi yeri o, görməmişdir. Təxminən bir neçə dəqiqədən sonra Ceyhun qayıdıb gəlmişdir. Onlar gəldikləri yolla piyada hərəkətdə olarkən bir neçə nəfər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib Ceyhundan ad soyadını soruşmuşlar. Ceyhun ad və soyadını bildirmiş və nə üçün saxlanıldığını soruşmuşdur. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını izah edərək onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Polis əməkdaşları Ceyhunu saxladıqları vaxt Əli Ceyhunun maşını ilə oradan uzaqlaşmışdır. O, Ceyhunla birlikdə olduğu üçün onu da Polis İdarəsinə gətirmişlər. Polis İdarəsinə gəldikdən sonra ona məlum olmuşdur ki, Ceyhunun üzərində narkotik vasitə olmuşdur. O, Ceyhun və Əlinin narkotik vasitələrdən istifadə etdiklərini bilməmişdir. Onlar onun yanında heç vaxt narkotik vasitələrdən istifadə etməmişlər. Ceyhun yalnız onunla görüşmək üçün gəlmişdir. Onun Ceyhunun və Əlinin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid4 ifadəsində göstərmişdir ki, Şahid7 və Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmələri, qanunsuz olaraq üzərlərində saxlamaları, satışı ilə məşğul olmaları və Ceyhun adlı şəxsin avtomobilində daşımaları barədə daxil olmuş əməliyyat məlumatı yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, polis baş serjantı Şahid3, DYPŞ-nin inspektorları, polis baş serjantları Şahid6, Şahid5, TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti, polis mayoru X5, Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 00:05 dəqiqədə əməliyyat qrupunun üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən X4 yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin vaxt Ceyhunun yanında bir nəfər xanım da olmuşdur. Ceyhun nə üçün saxlanıldığını soruşmuşdur. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və satışında şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər və Ceyhun heç bir etirazının olmadığını bildirmişdir. Bu vaxt Ceyhunun maşınında olan şəxs maşını işə salaraq orada uzaqlaşmışdır. Buna görə də o, Şahid2 və DYP əməkdaşları həmin maşının arxasınca getmişlər. Digər əməkdaşlar isə Ceyhunu Sumqayıt ŞPİ-yə aparmışlar. xx.xx.2024-cü il tarixdə saat 00:15 dəqiqədə Ceyhunun maşınını idarə edən şəxsi, yəni Əlini Sumqayıt şəhəri, «Karvan» Ticarət Mərkəzinin yaxınlığında saxlamışlar. Onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və satışında şübhəli bilindiyi üçün saxlanıldığını və üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Polis İdarəsində Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş və üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu və 01 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxıldıqda içərisində qara rəngli sellofana bükülmüş bir ədəd bükümdə yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin bükümü Sultan adlı şəxsin xahişi ilə onun konum atdığı yerdən götürüb ona vermək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 11,14 qram olduğu müəyyən edilmişdir. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə və 01 ədəd mobil telefon qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Lakin, baxış zamanı avtomobildən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs və Şahid7 narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə daxil olmuş məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş CAŞ-nin əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 şahid qismində ifadə vermiş CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahidlər CAŞ-nin əməliyyat müvəkkili, Şahid2, Şahid1, DYPŞ-nin inspektorları, polis baş serjantları Şahid6 və Şahid5 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edilmişdir ki, onlar məhkəmə iclasında ifadə vermiş Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:05 dəqiqədə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən X11 Gimnaziyanın yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.20) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübuti əhəmiyyət kəsb edə biləcək, saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 26) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili təqdim olunmuş, daha sonra isə video-çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs oğİuna üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd mobil telefonu, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd “Sobranie” markalı siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuş, həmin siqaret qutusunun içərisinə baxış zamanı qutunun içərisində 1 ədəd qara rəngli sellofana bükülmüş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş “marixuana”ya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə olan “marixuana” olduğunu, həmin narkotik vasitəni tanışı Sultan adlı şəxsin xahişi ilə əldə etdiyini, narkotik vasitəni ona gətirməsini xahiş etdiyi üçün həmin ünvana dostları Əli və Turanə ilə birlikdə özünə məxsus idarə etdiyi “Opel Astra” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə gəldiyini, deyilən ünvana çatdıqdan sonra Turanə ilə birlikdə avtomobildən endiyini, Turanənin xəbəri olmadan həmin narkotik vasitəni götürdüyünü, lakin həmin vaxt polis əməkdaşları tərəfindən saxlanıldığını, bu zaman Əlinin onun avtomobilini sürərək oradan uzaqlaşdığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd qara rəngli sellofana bükülmüş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş “marixuana”ya bənzər bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin maddənin ümumi çəkisinin 11,14 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. (i.v.28-29) Baxış keçirmə və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs məxsus “Opel Astra” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobildə sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 31) “Baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokol və həmin baxış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02:09-dan 02:15-dək Təqsirləndirilən şəxs məxsus “Opel Astra” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun icazəsi ilə baxış keçirilmiş və sonuncuya avtomobildə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya və ya maddi sübutun olmadığını bildirmiş, həmin avtomobilə baxış zamanı qanunla qadağan olunmuş əşya və ya maddi sübut aşkar edilməmişdir . (i.v.33-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1902 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş kağız paketdə siqaret qutusunun içərisində bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi - 9,15 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata qəbul edildi 9,15 qram; nümunə götürüldü 0,05 qram; 9,1 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. (i.v.44- 47) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona xx.xx.2024-cü il tarixdə, saat 10:30-da elan edilmişdir. (i.v. 110-111) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.124-126) Təqsirləndirilən şəxsin X8 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X8 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qərar həmin tarixdə saat 12:30-da Təqsirləndirilən şəxs təqdim edilmişdir. (i.v.127-128) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 332.1, 70-ci maddələri ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və N ay sınaq müddəti təyin edilməklə cəzadan şərti olaraq azad edilmişdir. (i.v.140-141) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsin Ambulator X2 barədə xx.xx.2024-cü il tarixli, 7523 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan Preqabalinin birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.150-151) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixi qərara əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 9,15 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və Şahid7 aşkar edilərək götürülmüş 0,50 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 9,1 və 0,45 qram narkotik vasitə olan qurudulmuş marixuana məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v.158-159) Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən X9 xx.xx.2024-cü il tarixdə, X12 xx.xx.2021-ci il tarixdə, X6 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Uşaqların atası Təqsirləndirilən şəxsdur. (i.v.180-182) Gəncə şəhəri Nizami rayonu Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v.183) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/1902 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş, istintaq materiallarına əlavə edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7522 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 9,15 qram olan qurudulmuş marixuana, Şahid7 üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,50 qram qurudulmuş marixuana və Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış və baxış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması nəzərə alınmışdır. (i.v.186-197) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-608/2025 nömrəli qərarına əsasən Şahid7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində bir ay müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu bir gün müddət çıxılaraq üzərində 29 (iyirmi doqquz) gün müddətində inzibati həbs saxlanılmış, Şahid7 narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınması, Sumqayıt ŞPİ-nin saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,45 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi və ekspertiza xərcinin dövlətə aid edilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilməsi və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən narkotik vasitənin növünü və miqdarını, eləcə də cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarix, saat 00:05-dən xx.xx.2024-cü il tarix saat 12:30-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə ünvan 1 ünvanını tərk etməmək, Gəncə şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X7 X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7523 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X7 X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7523 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 9,1 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixi, saat 00:05-dən xx.xx.2024-cü il tarixi saat 12:30-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhəri üzrə İcra İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Gəncə şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 9,1 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-278/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-278/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver