Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-279/2021 08.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi işlə məşğul olan, 2-ci qrup əlil, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd kibrit qutusunda ümumilikdə 8,105 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 08 yanvar 2021-ci il tarixdə saat 16:37-də Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində saxlanılıb üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin içəri sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan paketin içərisində 2 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,967 qram və 4,138 qram, ümumi təmiz çəkisi 8,105 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 08.01.2021-ci il tarixdə, səhər saatlarında o evdən çıxaraq şəxsi işləri ilə əlaqədar Bakı şəhəri 20 yanvar metrostansiyasının yanına getmiş, həmin metrostansiyasının yaxınlığında olan zaman üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxs, ona yaxınlaşıb söhbət əsnasında ona narkotik vasitə olan marixuana satdığını bildirmişdir. O onunla bir qədər söhbət etdikdən sonra ondan şəxsi istifadəsi üçün 50 manata şəffaf rəngli sellofan paketin içərisində 02 ədəd ayrı-ayrı kibrit qutularında narkotik vasitə olan qurudulmuş marixuananı almış və onları əynindəki göy rəngli gödəkçəsinin içəri sol yan cibinə qoymuşdur. Həmin gün saat 16:00 radələrində o Bakı şəhərindən çıxıb Sumqayıt şəhərinə qayıtmışdır. Saat 16:30 radələri olardı o Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində olarkən 3 nəfər mülki geyimdə və 01 nəfər polis geyimində şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin həmin vaxt onların yanında olan digər 01 nəfər polis əməkdaşı da əlində olan video kamera ilə orada çəkiliş aparmışdır. Həmin əməkdaşlardan özünü ona Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı kimi təqdim edən şəxs ona daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparacağını bildirmişdir.O da etiraz etməmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPi-nin 3-cü PB-yə dəvət etmişlər, o da etiraz etməyərək videoçəkiliş dayanmadan onlarla birlikdə həmin bölməyə getmişdir. Həmin bölmədə xidməti otaqların birində ona hüqularının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosundan vəkil Müdafiəçi1 təqdim olunmuşdur. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş verilmiş, o da bildirişlə tanış olmuşdur. Həmin vaxt təhqiqatçı müdafiəiçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiricəyini bildirmişdir. O da etiraz etməmişdir. Ondan üzərində qeyri-qanuni nə varsa, təqdim etməyi təklif etmişlər. O da göy rəngli gödəkçənin içəri sol yan cibində şəffaf sellofan torbanın içərisində olan 02 ayrı-ayrı kibrit qutulardakı qurudulmuş marixuanını onlara təqdim etmişdir. Bundan başqa o üzərində olan 01 ədəd təsbeh, 01 ədəd alışqan, 02 ədəd siqaret qutuları və 11 manat 41 qəpik nağd pulu da təqdim etmişdir. Lakin təhqiqatçı həmin əşyaları və pulunu ona qaytarmışdır. Ondan qurudulmuş marixuananı haradan əldə etdiyini soruşduqda, o da ona həmin narkotik vasitə olan qurudulmuş marixuananı bir neçə saat əvvəl, yəni səhər saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 50 manata aldığını demişdir. Ondan götürülmüş 02 kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuana hər biri ayrı-ayrılıqda və birlikdə tərəzidə çəkilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuananın ekspertizaya göndərilməsi və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılmışdır. Qurudulmuş marixuana qablaşdırılmış və sənədləşdirmə aparıldıqdan sonra, o həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. O narkotik vasitə olan marixuananı aldığı şəxsi tanımamış, həmin şəxsin əlaqə nömrəsi onda yoxdur. O Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığında olarkən təsadüfən həmin şəxslə tanış olmuş və söhbət əsnasında onun marixuana satdığını bilib ondan 50 manata üzərindən aşkar olunan marixuananı almışdır. O əvvəllər həmin şəxsdən narkotik vasitə almamışdır. O ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Həmçinn təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 08.01.2021-ci il tarixdə Sumqayıt şəhərində Hafiz adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 08.01.2021-cu il tarixdə, saat 16:37-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18ci məhəllə ərazisində müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X2 Əliyevə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı kimi təqdim edən şəxs Hafizə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparacağını bildirmiş, Hafiz də etiraz etməmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilməsi üçün o Sumqayıt ŞPi-nin 3-cü PB-yə dəvət olunmuş, Hafiz də etiraz etməyərək videoçəkiliş dayanmadan onlarla birlikdə həmin bölməyə getmişdir. Həmin bölmədə xidməti otaqların birində Hafizə hüqularının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra ona hüquq və vəzifələrim barədə bildiriş verilmiş, o da bildirişlə tanış olmuşdur. Həmin vaxt baş təhqiqatçı müdafiəiçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiricəyini bildirmiş, o da etiraz etməmişdir. Ondan üzərində qeyri-qanuni nə varsa, təqdim etmək təklif olunmuşdur. Hafiz də göy rəngli gödəkçəsinin içəri sol yan cibində şəffaf sellofan torbanın içərisində olan 02 ayrı-ayrı kibrit qutulardakı qurudulmuş marixuanını onlara təqdim etmişdir. Hafizdən üzərindən götürülmüş qurudulmuş marixuananı haradan əldə edildiyi soruşulduqda, o da həmin narkotik vasitə olan qurudulmuş marixuananı bir neçə saat əvvəl, yəni səhər saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi 50 manata alıbdır. Ondan götürülmüş 02 kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuana hər biri ayrı-ayrılıqda və birlikdə tərəzidə çəkilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı ekspertizaya göndərilməsi və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılmışdır. Daha sonra marixuana qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə kiçik inspektorları, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, 08.01.2021-ci il tarixdə Sumqayıt şəhərində Hafiz adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 08.01.2021-cu il tarixdə, saat 16:37-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin 3cü PB-nin baş təhqiqatçısı, polis mayoru X2 Əliyevə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı kimi təqdim edən şəxs Hafizə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparacağını bildirmiş, Hafiz də etiraz etməmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilməsi üçün o Sumqayıt ŞPi-nin 3-cü PB-yə dəvət olunmuş, Hafiz də etiraz etməyərək videoçəkiliş dayanmadan onlarla birlikdə həmin bölməyə getmişdir. Həmin bölmədə xidməti otaqların birində Hafizə hüqularının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra ona hüquq və vəzifələrim barədə bildiriş verilmiş, o da bildirişlə tanış olmuşdur. Həmin vaxt baş təhqiqatçı müdafiəiçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiricəyini bildirmiş, o da etiraz etməmişdir. Ondan üzərində qeyri-qanuni nə varsa, təqdim etmək təklif olunmuşdur. Hafiz də göy rəngli gödəkçəsinin içəri sol yan cibində şəffaf sellofan torbanın içərisində olan 02 ayrı-ayrı kibrit qutulardakı qurudulmuş marixuanını onlara təqdim etmişdir. Hafizdən üzərindən götürülmüş qurudulmuş marixuananı haradan əldə edildiyi soruşulduqda, o da həmin narkotik vasitə olan qurudulmuş marixuananı bir neçə saat əvvəl, yəni səhər saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi 50 manata alıbdır. Ondan götürülmüş 02 kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuana hər biri ayrı-ayrılıqda və birlikdə tərəzidə çəkilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı ekspertizaya göndərilməsi və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılmışdır. Daha sonra marixuana qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 da X1 və Şahid1 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, 08.01.2021-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin içəri sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 02 ayrı-ayrı kibrit qutusunda ümumi çəkisi 8, 105 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 8,065 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 08.01.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində bir nəfər orta boylu, orta bədən quruluşlu şəxs gəlir, videokameraya çatmasına az qalmış üç nəfər mülki, bir nəfər polis geyimdə olan polis əməkdaşı ona yaxınlaşır. Həmin vaxt polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov özünü təqdim edir, sonra da ona özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra digər 3 nəfər polis əməkdaşı da özlərini təqdim edirlər. Həmçinin həmin vaxt onların yanında olan 01 nəfər polis əməkdaşı da əlində olan video kamera ilə orada çəkiliş aparırdı. Baş təhqiqatçı Səbuhi Dadaşov daxil olmuş əməliyyat məlumatına əsasən ona narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparacağını bildirir. O da etiraz etmir. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPi-nin 3-cü PByə dəvət edirlər, o da etiraz etməyərək videoçəkiliş dayanmadan onlarla birlikdə həmin bölməyə gedir. Həmin bölmədə xidməti otaqların birində Hafizə hüqularının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosundan vəkil Müdafiəçi1 təqdim olunur. Daha sonra Hafizə hüquq və vəzifələrim barədə bildiriş verilir, o da bildirişlə tanış olur. Həmin vaxt təhqiqatçı müdafiəiçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiricəyini bildirir. Hafiz də etiraz etmir. Ona üzərində qeyri-qanuni nə varsa, təqdim etməyi təklif edilir. O da göy rəngli gödəkçəsinin içəri sol yan cibində şəffaf sellofan torbanın içərisində olan 02 ayrı-ayrı kibrit qutulardakı qurudulmuş marixuanını onlara təqdim edir. Bundan başqa o üzərində olan 01 ədəd təsbeh, 01 ədəd alışqan, 02 ədəd siqaret qutuları və 11 manat 41 qəpik nağd pulu da təqdim edir. Lakin təhqiqatçı həmin əşyaları və pulu ona qaytarır. Ondan qurudulmuş marixuananı haradan əldə etdiyi soruşulduqda, Hafiz həmin narkotik vasitə olan qurudulmuş marixuananı bir neçə saat əvvəl, yəni səhər saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 50 manata aldığını deyir. Ondan götürülmüş 02 kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuana hər biri ayrı-ayrılıqda və birlikdə tərəzidə çəkilir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana ekspertizaya göndərilməsi və sənədləşdirmənin aparılması üçün videoçəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 09.01.2021-ci il tarixli, 7/34 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə bənzər bitki kütləsi sübut..” yazıları və imzalar olan zərfdə sellofan torbadakı 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 3,967 qram, 4,138 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananı ümumi çəkisi – 8,105 qramdır. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 13.01.2021-ci il tarixli, 72 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə yanaşı alkoqoldan sui-istifadə edilməsi nəticəsində Asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 11.01.2021-ci il tarixli ələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 11.01.2021-ci il tarixli 54 saylı arayışdan görünür ki,1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dispaserdə qeydiyyatda yoxdur. 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Sumqayıt şəhər Səhiyyə Şöbəsi 2 nömrəli şəhər polikliknikası tərəfindən verilmiş 18.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiaktirk kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur. Cinayət işinin materiallarında olan ƏƏSMN tərəfindən verilmiş 126358 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir. İş materiallarında olan 08 yanvar 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixində saat 16:37-də Sumqayıt şəhərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan 09 yanvar 2021-ci il tarixli Qətimkan tədbiri seçilməsi haqqında Qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MYS-dən azad edilmiş və onun barəsində “Polisin nəzarəti altına vermə“ növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsindən əlavə, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal ikinci qrup əlil olması, törətdiyi əməldən peşman olması,yaşayış yeri üzrə müsbət xarakterizə olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08-09 yanvar 2021ci il tarixlərində 01 (bir) gün Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 8,065 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını nəzərə alaraq o Sumqayıt şəhər narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli (iş № 1(060)-279/2021) qərarını icra edərək, 02 aprel 2021-ci il tarixli 365 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi Günel Səfərli məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxxın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Sumşqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 8,065 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxxın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-279/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-279/2021
08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver