Məhkəmə qərarları › İş №1(060)-279/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-279/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-279/2023 25.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 19/23 nömrəli binanın yaxınlığında Zərərçəkmiş şəxs məxsus içərisində 01 ədəd 4 (dörd) manat dəyərində 055 ***-**-** saylı GSM nömrəsi olan 600 (altı yüz) manat dəyərində «İphone- 11» markalı mobil telefonu danışmaq adı ilə götürərək qaytaracağını vəd verib aldadaraq ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 604 (altı yüz dörd) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ilə özünü təqsirli bilərək göstərdi ki, uzun illərdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. O, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra heç bir yerdə işləmir. Onun narkotikə olan tələbatını ödəmək üçün pula ehtiyacı olmuşdur. Buna görə də cinayət yolu ilə pul əldə etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə o, Şirvan şəhərində xalasıgildə olmuşdur. Həmin gün saat təxminən 17 radələrində o, Şirvan şəhərindən Sumqayıt şəhərinə gəlmək üçün «RAF» markalı avtobusa minmişdir. Onun yanında adının sonradan Hismet olduğunu bildiyi bir şəxs əyləşmişdir. Onlar söhbət etməyə başlamışlar. Hismet ona bildirmişdir ki, tələbədir və Bakı şəhərində yaşayır. Söhbət əsnasında həmçinin ona bildirmişdir ki, istifadə etdiyi iki kameralı «İphone-11» markalı mobil telefonu dəyişib üç kameralı telefon almaq istəyir. Hismet ondan bu məsələdə köməklik etmək imkanının olub-olmadığını soruşmuşdur. O, isə Hismetə demişdir ki, telefonunu dəyişməkdə ona köməklik edə bilər. O, Hismetə təklif etmişdir ki, birlikdə Sumqayıt şəhərinə gedib telefonu orada dəyişsinlər. Hismet onunla razılaşmış və onlar Bakı şəhəri, «20-ci dairə» adlanan ərazidə taksiyə minib birlikdə Sumqayıt şəhəri, 2ci mikrorayon ərazisinə gəlmişlər. Orada Hismet telefonu dəyişmək üçün ona vermiş, özü isə taksidə onu gözləməyə başlamışdır. O, Hismetdən telefonu alıb taksidən düşmüşdür. Sonra isə bir az aralıda dayanmış başqa bir taksiyə minib yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə isə səhər saatlarında o, Cəlilabad rayonuna getmişdir. O, orada cəzaçəkmə müəssisəsindən tanıdığı İsayev Sübhan adlı şəxslə görüşmüşdür. Söhbət zamanı Sübhan onda «İphone-11» markalı mobil telefonu görmüş və həmin telefonu ona verməyini istəmişdir. O, etiraz etsə də sonunda onunla razılaşmışdır. Sübhan ona demişdir ki, telefonu ona versin, əvəzində ona narkotik vasitə verər, sonra isə telefonun əvəzində ona hörmət edər. O, Sübhanla razılaşmışdır. Sübhan ona ağrılarını sakitləşdirmək üçün narkotik vasitə vermişdir. O, bir neçə gün Cəlilabad rayonunda qalmışdır. O, Hismet adlı şəxsdən əldə etdiyi telefonu Sübhan adlı şəxsə verib əvəzində narkotik vasitə alarkən telefonun cinayət yolu ilə əldə olunduğunu Sübhana deməmişdir. O, telefonun özünə məxsus olduğunu bildirmişdir. O, Hismetin telefonunu götürəndə düşdüyü taksidən biraz irəlidə dayanmış taksiyə əyləşib çıxıb getmişdir. Həmin vaxt Hismet onu görməmişdir. Çünki onun mindiyi taksinin yanı ağaclıq olmuşdur. Buna görə də Hismet onu görməmiş, onun arxasınca çağırmamışdır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ADPU-nin 1-ci kurs tələbəsidir. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində o, Şirvan şəhərindən Bakı şəhərinə gəlmək üçün mikroavtobusa minmişdir. Onun yanında isə tanımadığı bir nəfər əyləşmişdir. Bir az keçmiş həmin şəxs onunla söhbət edib münasibət qurmağa başlamışdır. O, ondan haralı olmağını və harada yaşadığını soruşmuşdur. O da onun suallarına cavab verib yaşadığı yeri ona demişdir. O, onunla söhbət edərkən Şirvan şəhərində yaşayan dayısının adını çəkib onu tanıdığını bildirib onunla daha da yaxınlaşmışdır. O, özünü ona Fərhad kimi təqdim etmişdir. O, onun tələlə olduğunu da söhbət əsnasında öyrənmiş və onun işləyib işləmədiyini soruşmuşdur. O isə təhsil aldığını və işləmədiyini bildirsə də iş olsa işləyə biləcəyini ona demişdir. O isə Sumqayıt şəhərində yaşayan və Bakı şəhərində telefon ustası işləyən tanışı İqbal adlı tanışının olduğunu və onun yanında ona iş təşkil edə biləcəyini bildirmişdir. O, ona inanmışdır. Bakı şəhərinə çatdıqda həmin şəxs ona demişdir ki, birlikdə Sumqayıt şəhərinə gedib iş məsələsini İqballa danışsınlar. O, onunla razılaşmış və həmin şəxslə birlikdə taksi ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisinə gəlmişlər. Binalardan birinin qarşısında dayanmışlar. O, ona demişdir ki, İqbala zəng etmək üçün telefonunu ona versin. O, həmin şəxsə inanmış üçün öz telefonunu ona vermişdir. O, maşından düşüb binaya daxil olmuşdur. O, 10-15 dəqiqə onu gözlədikdən sonra həmin şəxsin gəlmədiyini görüb taksi sürücüsünün telefonu ilə öz telefonuna zəng etmişdir. Həmin şəxs ona demişdir ki, narahat olma gəlir, ancaq İqbal evdə yoxdur. O, həmin şəxsi 5 dəqiqə də gözləmişdir. Lakin gəlmədiyini görüb yenə də ona zəng etmişdir. Lakin bu dəfə telefona zəng çatmamışdır. O, onda başa düşmüşdür ki, həmin şəxs onu aldadıb telefonunu ələ keçirmişdir. O, dərhal atasına bu barədə məlumat vermişdir. Atası isə hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra isə o, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə yaxınlaşıb hadisə barədə ərizə vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Onun telefonu «İphone-11» markalı telefon olmuşdur. O, həmin telefonu 2021-ci ildə təzə vəziyyətdə Ukraynadan manatla hesabladıqda 1460 manata almışdır. Telefonun üzərində olan ***-***- **-** nömrəsini isə о, 6 manata almışdır. Əfrail ona qarşı güc tətbiq edərək telefonu ondan almamışdır. O, danışmaq üçün telefonu ondan istəmiş, o, isə ona inanıb telefonu ona vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, nəzərə alınmasını xahiş edir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 333.1, 334.1, 68 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 06 ay 05 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 816 VQD saylı xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə CM-nin 181.2.2-ci maddəsi xaric edilməklə CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə 09 il cəza saxlanılmış, xx.xx.2019-cu ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 09 ay 15 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7974 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022ci ilin oktyabr ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən olunmuşdur:Hismet Bakhsaliievə məxsus 01 ədəd 2021-ci ildə təzə vəziyyətdə alınmış «İphone-11» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 600,0 manat, 01 ədəd 055 ***-**-** saylı GSM nömrə 4,00 manat, İbrahim Abaslıya məxsus 01 ədəd 2022-ci ilin iyun ayında alınmış «Redmi Note 11» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla 300,0 manat, 01 ədəd 055 ***-**-** saylı GSM nömrə 4,0 manat və 01 ədəd 070 ***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən edilir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.1, 180.2.4 və 181-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 194-cü maddəsi ilə cinayət təqibinin başlanmasına xitam verilmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ilə düzgün tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Ona görə də, Təqsirləndirilən şəxs hazırkı əməli residiv sayılmır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin sanksiyasının həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 25 may 2023-cü il tarixdən hesablanmalı və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilməmiş, o isə ziyanın tam ödənilməsini tələb edir. Ona görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzanın əvvəli 25 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar