Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-279/2025 10.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 228.1, 178.1, 32.4 312.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 01 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-52/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırlması cəzasının çəkilməmiş hissəsi 05 ay 14 azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və 4500 manat cərimə cəzasının müstəqil icra edilməsi müəyyən edilmiş, hazırda üzərində ödənilməmiş cərimə cəzası olan məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs əlillik dərəcəsi ilə pensiya düzəltməkdə köməklik göstərəcəyi adı ilə yalan vəd verib aldatmaqla Vüsal Qarayev tərəfindən 4098-5844-6245-5237 nömrəli "Leobank" kartına xx.xx.2024-cü il tarixdə, saat 23:20-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən "Qayalı" marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə köçürdüyü 2000 manat məbləğində pulun 1720 manatını xx.xx.2024-cü il tarixdə saat 23:22-də Sumqayıt şəhəri 40-cı məhəllə ərazisində yerləşən “Ordubad” marketdə quraşdırılmış "xxxx" ASC-yə məxsus “ATM”-dən nağdlaşdırmaqla və qalan 280 manatını digər bank kartına köçürərək istifadə etməklə ələ keçirərək zərərçəkmiş Vüsal Qarayevə ümumilikdə 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 3-4 il əvvəl Sumqayıt şəhər TTYX-da əməliyyat olunub palataya köçürülən zaman Vasiflə tanış olmuşdur. Belə ki, Vasif də həmin müddətdə onunla eyni palatada müalicə almış, onlar təxminən 1 aya yaxın müddətdə eyni xəstaxanada olmuş və münasibətləri yaranmışdır. Müalicəsi bitdikdən sonra bir-birlərinin əlaqə nömrələrini götürmüş və təxminən 2-3 dəfə əlaqə saxlamışlar. Bundan başqa Vasiflə 1-2 dəfə birlikdə çayxanada oturub çay da içmişlər. Sonuncu dəfə o, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər 45-ci məhəllədə yerləşən xəstəxanada olan zaman Vasifi də orada görmüş, Vasifdən barmağına görə pensiya alıb almadığını soruşduqda sonuncu hələ də almadığını demişdir. O, Vasifə narahat olmamasını, bu işdə kömək edə biləcəyini demişdir. Vasifin telefonuna yazaraq ona hərbi bilet və şəxsiyyət vəsiqəsinin surətini ona göndərməsini demişdir. O, səsini dəyəşərək guya həkim adı ilə Vasifin vatsapına səs atmışdır. Bunu Vasifi inandırmaq və ondan pul ala bilməsi üçün etmişdir. Vasif ona inanaraq hərbi biletinin və şəxsiyyət vəsiqəsinin şəklini onun mobil nömrəsinə göndərmiş, 1 gün sonra o, Vasifə zəng edərək onunla birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən DSMF-nin inzibati binasına getmişdir. O, Vasifə çöldə qalmasını deyərək özü həmin binaya daxil olmuş, içəridə 5 dəqiqə dayanmış, heç bir iş görmədən çölə çıxıb Vasifə işini həll etdiyini və bunun üçün 2000 manat pul lazım olacağını demişdir. O, inzibati binada heç kimlə görüşməmiş, sadəcə Vasifi inandırmaq üçün sonuncu ilə birlikdə DSMF-yə getmişdir. Oradan çıxdıqdan sonra həmin gün Vasifin mobil nömrəsinə öz adına olan Leobank kart hesabını göndərmişdir. 07 avqust 2024-cü il tarixdə, saat 23 radələrində Vasif onun telefonuna 2000 manat pulun qəbzini göndərmiş, o, Vasifə pulun karta yükləndiyini təsdiq etmişdir. Təxminən 15 gün sonra Vasifi daha da inandırmaq üçün özünə məxsus mobil nömrəsindən zəng edib başqa şəxsin səsi ilə danışaraq Sumqayıt DSMF-nin işçisi olduğunu, xx.xx.2024-cü il tarixdə təqaüd kartını Beynəlxalq Bankın Sumqayıt Filialından götürə biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Vasiflə danışıb təqaüd kartının gəldiyini bildirərək, onu DSMF-nin Sumqayıt filialına aparmışdır. Binaya daxil olmuş və Vasifə çöldə gözləməsini demiş, binada 5 dəqiqə dayandıqdan sonra çölə çıxaraq əvvəlki kimi Vasifi aldatmış, 2-3 günə təqaüd kartının veriləcəyini bildirmişdir. Bundan sonra Vasifə bu işi düzəldə bilməyəcəyini və pulunu qaytaracağını demişdir. Lakin pul tapa bilmədiyinə görə Vasifin pulunu qaytara bilməmişdir. Vasifin ona verdiyi 2000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda vurulmuş ziyanı ödəyə bilmir. Əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 ildir tanıyır, onunla normal münasibəti olmuşdur. Belə ki, təxminən 3-4 il əvvəl Sumqayıt şəhəri TTYX-da əməliyyat olub müalicə alan zaman Mübarizlə tanış olmuş, həmin vaxt Mübariz hərbiçi olmuş və kor bağırsağından əməliyyat olunduğu üçün xəstəxanada müalicə almışdır. Mübarizlə təxminən bir ay eyni palatada qalmış və onların səmimi münasibətləri yaranmışdır. Mübariz onun sağ əlinin kiçik barmağının olmadığını görüb ondan buna görə təqaüd alıb-almadığını soruşmuş, o, Mübarizə barmağının olmadığına görə hər hansı məvacib almadığını bildirmişdir. Xəstəxanadan çıxandan sonra 2-3 dəfə Mübarizlə telefonla əlaqə saxlayıb hal-əhval tutmuş, 1-2 dəfə Sumqayıt şəhərində görüşüb çay içmişlər. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər, 45 nömrəli xəstəxanadan sənəd götürən zaman Mübarizlə rastlaşmış, Mübariz onunla hal-əhval tutub yenə də əlinə görə təqaüd alıb-almadığını soruşmuş, o, sonuncuya sənəd düzəltdirmədiyini və təqaüd almadığını bildirmişdir. Mübariz ona “narahat olma, tanış var, düzəldərik, təqaüd alarsan” demişdir. Mübariz mobil telefon nömrəsini ona verib əlaqə saxlamasını, nə lazımdırsa izah edəcəyini demişdir. Bundan sonra Mübarizlə həmin nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” vasitəsilə əlaqə saxlamağa başlamışdır. Mübariz ondan şəxsiyyət vəsiqəsini, hərbi biletini istəmiş, sonra ona bu işləri həll edən və rəy verən həkimin səs yazılarını göndərmişdir. Mübariz özünü həkim kimi təqdim edən həmin şəxsin onun istəyi ilə Mübarizin ona tapşırıq verdiyini, 350 manat pensiya alacağını və 2500 manat pul alacağını bildirmişdir. O, da həmin şəxslə razılaşmış, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin fotoşəklini “Whatsapp” vasitəsilə Mübarizə göndərmişdir. Bundan sonra Mübariz onu Sumqayıt şəhəri DSMF-nin inzibati binasına aparmış, özü inzibati binaya daxil olub bir müddət sonra oradan çıxaraq ona “narahat olma, işini həll etdim. 2000 manat pul istəyirlər” demişdir. O, Mübarizdən 2000 manat pulun nə üçün lazım olduğunu soruşduqda sonuncu ona həmin pulun dövlət rüsumlarına və bəzi sənədlərin toplanmasına xərclənəcəyini bildirmişdir. Mübarizə inandığı üçün xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən "Qayalı" marketdə quraşdırılmış ödəmə terminalı ilə Mübarizin ona şəklini göndərdiyi bank kartına 2000 manat pul göndərib bu barədə qəbzin fotoşəklini Mübarizin telefonuna göndərmişdir. Mübariz ona yazaraq pulun kartına yükləndiyini təsdiq etmişdir. 10-15 gün sonra ona bir nəfər şəxs zəng edərək DSMF-nin əməkdaşı olduğunu, xx.xx.2024-cü il tarixdə təqaüd kartını "xxxx" ASC-nin Sumqayıt filialından götürə biləcəyini ona bildirmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Mübariz ona zəng edərək kartın gəldiyini bildirib onunla banka getməsini demiş və yaşadığı ünvana gələrək onu maşınla Sumqayıt şəhəri DSMF-nin inzibati binasına aparmışdır. Mübariz yenə binaya daxil olub çıxaraq ona narahat olmamasını, 2-3 günə kartının veriləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Mübariz ona zəng edərək işinin alınmadığını, pulunun geri qaytarılacağını bildirmiş və pulunun geri qaytarılması üçün ondan kart hesabı istəmiş, o, da özünə aid bank kartının şəklini Mübarizə göndərmiş, lakin həmin vaxtdan sonra Mübariz müxtəlif bəhanələr gətirib pulunu qaytarmamışdır. Mübarizin onu aldatdığını görüb sonuncunun barəsində 102 xidmətinə, sonra isə 2-ci PB-nə şikayət etmişdir. Atası Natiq də Mübarizi tanıdığından sonuncu ilə aralarında olan söhbətlərdən və pul verməsindən atasının da məlumatı vardır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, ziyanın ödənilməsini tələb edir, şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmışdır. (i.v.1); “Vətəndaşın Watsap yazışmasına baxış keçirilməsi və audio səslərin dinlənilməsinə dair" xx.xx.2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş fotoşəkillərdən və 1 ədəd kompakt diskdən görünür ki, Zərərçəkmiş şəxs Wotsap vasitəsilə tanışı Təqsirləndirilən şəxs ilə aralarında olan Wotsap danışıqları dinlənilmiş, səsyazmada Əsgərzadənin Qarayevə həkim kimi təqdim etdiyi şəxs (kişi) Mübarizin onun göstərişi ilə Vasifə tapşırıq verdiyini qeyd edərək Vasifin 350 manat pensiya alacağı və 2500 manat pul verəcəyi qeyd edilir. Həmçinin baxış zamanı Zərərçəkmiş şəxs Əsgərzadənin təqdim etdiyi 4098-5844- 6245-5237 nömrəli "Leobank" kartına 2000 manat pul göndərib bu barədə qəbzi Mübarizin votsap nömrəsinə göndərməsi, Mübarizə pulun gəlib-gəlməməsi barədə sual etməsi, Mübarizin isə Qarayevə "gəldi, qardaşım, öperəm" deyərək pulun ona çatmasını təsdiq etməsi aşkar edilmişdir. Həmçinin votsap danışıqlarına baxış zamanı Əsgərzadənin Zərərçəkmiş şəxs işinin alınmadığı üçün pulunu geri qaytarması üçün sonuncudan kart hesabı istəməsi izlənilmişdir. (i.v. 9-18); “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında" xx.xx.2024-cü il tarixli protokoldan və "xxxx" ASC-dən daxil olmuş bir ədəd kompakt diskdən görünür ki, "xxxx" ASC-dən daxil olmuş diskə baxdıqda içərisində **5237" kimi qeyd olunmuş faylın, “ATM143 Ordubad Sumqayit_ATM143-l_main_**********2127_@101", “ATM143 Ordubad Sumqayit_ATM143-l_main_**********2143_@10r' və "ATM 143 Ordubad Sumqayit_ATM143-2_main_**********2224_@101” kimi qeyd olunmuş fotoşəkillərin olması müəyyən edilmişdir. “5237” kimi qeyd olunmuş fayla daxil olduqda və fotoşəkillərə baxdıqda xx.xx.2024-cü il tarixdə, saat 23:20-də Təqsirləndirilən şəxs məxsus 4098-5844- 6245-5237 nömrəli "Leobank" kartına 2000 manat pulun köçürülməsi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:22-də Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Ordubad” marketdə quraşdırılmış "xxxx" ASC-yə məxsus “ATM”- dən özünə məxsus 4098-5844-6245-5237 nömrəli "Leobank" kartı ilə həmin puldan 1720 manatını nağdlaşdırması müəyyən edilmişdir. (i.v.34); “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 22 noyabr 2024-cü il tarixli qərara əsasən X3 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 35); Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü il tarixdə CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 53); “Təqsirləndirilən şəxsin barəsində axtarışın elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 30 noyabr 2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir və tutulub Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 55-56); “Axtarışda olan şəxsin tutulması barədə” 01 fevral 2025-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində saxlanılaraq 2-ci PB-nə gətirilmişdir. (i.v. 59); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:40 radələrində təqsirləndirilən şəxs qismində dindirilmiş, sonuncunun ifadəsi alınmışdır. (i.v. 78-80); “Təqsirləndirilən şəxin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirini seçmək haqqında” 03 fevral 2025-ci il tarixli qərara əsasən, CMnin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmişdir. (i.v. 81-83); DİN-nin BƏSİİ-dən alınan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CMnin 228.1, 178.1, 32.4 və 312.1-ci maddələri ilə 01 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 05 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 4500 manat cərimə cəzasının müstəqil icrası eyni qaydada müəyyən edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 87); Sumqayıt Şəhər Probasiya Şöbəsinin 10 iyun 2025-i il tarixli məktubunda Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 4500 manat cərimə cəzasından 550 (beş yüz əlli) manat ödəniş etdiyi, hazırda məhkumun 3950 (üç min doqquz yüz əlli) manat ödənilməmiş cərimə cəzasının qaldığı qeyd edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 11 fevral 2025-ci il tarixli qərara əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş və xx.xx.2025-ci il tarixli qərarla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. CM-nin 18.4.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmaması nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə “whatsapp” yazışmalarına dair fotoşəkillər və 2 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, “Vətəndaşın votsap yazışmasına baxış keçirilməsi və audio səslərin dinlənilməsinə dair" xx.xx.2024-cü il tarixli və “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında" xx.xx.2024-cü il tarixli protokollar iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. Cinayət işinin bəzi istintaq materiallarında Təqsirləndirilən şəxs soyadı səhvən “Əsgərov”, atasının adı isə “Kəmaləddin” kimi göstərilmişdir, Təqsirləndirilən şəxs şəxsiyyətini təstiq edən sənədində soyadının “Əsgərzadə”, atasının adının isə “Kamaləddin” olması nəzərə alınsın, “Əsgərov” sözü “Əsgərzadə”, “Kəmaləddin” sözü “Kamaləddin” kimi oxunsun. Cinayətin baş verməsinə səbəb olub şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması məqsədilə, eləcə də gələcəkdə bu cür cinayətlərin qarşısının alınması, təkrar olunmaması və digər şəxslər tərəfindən törədilməməsi üçün ciddi tədbirlər, həmçinin profilaktiki işlərin təşkil edilməsinin, dələduzluq cinayətlərinin ağır nəticələrə səbəb olub cinayət məsuliyyəti yaratmasının geniş kütlə arasında təbliğ edilməsi zəruriliyindən ötrü 2ci PB-nə təqdimat verilmiş, Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilmişdir. (i.v. 91-97). Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin məhz ittiham aktından qeyd olunan qaydada törədilməsi özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarına görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərara əsasən şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin Qərara əsasən dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, o, əlillik dərəcəsi ilə pensiya düzəltməkdə köməklik göstərəcəyi adı ilə yalan vəd verib aldatmaqla Vüsal Qarayevə məxsus 2000 manat pul vəsaitini ələ keçirməklə dələduzluiq cinayət əmlini törətmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 67.1-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyan məbləğinin ödənilməmisini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, bundan əvvəl də eyni məzmunlu cinayət əməli törətdiyinə görə hal-hazırda cəza çəkdiyini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, CM-in 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etməklə barəsində müəyyən müddətə azadlıqdan məhrumetmə tədbiq etməklə cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmə bu növdə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhumetmə növündə cəza təyin edilməli, Tərtər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 4500 manat cərimə cəzasının ödənilməmiş 3950 (üç min doqquz yüz əlli) manat hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılmalı (CM-nin 67.1), məhkəmə istintaq zamanı 01 fevral 2025-ci il tarixdən 03 fevral 2025-ci il tarixədək tutulduğu iki gün və 29 may 2025-ci il tarixdə tutulduğu 01 gün cəmi 03 gün təyin edilən cəzadan çıxılmalı (CM-69.3), CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 11 (on bir) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 48 manat, o cümlədən həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən vəkil Müdafiəçi 33 manat, cəmi 81 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 10 ay müddətə azadlıqdan məhrumetmə cəzası Tərtər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3950 manat cərimə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tam toplanılmaqla ona 10 ay müddətə azadlıqdan məhrumetmə və 3950 manat məbləğində cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdən 03 fevral 2025-ci il tarixədək tutulduğu iki gün və 29 may 2025-ci il tarixdə tutulduğu 01 gün cəmi 03 gün təyin edilən cəzadan çıxılsın Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumemtə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş və qalıq qalmış 3950 manat cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 10 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 81 (səksən bir) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-279/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-279/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver