Məhkəmə qərarları › İş №1(060)-28/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-28/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-28/2021 22.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1 hüquqi varisi və mülki iddiaçı-X2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 nümayəndəsi –X5 Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, X24, X3, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayft şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, 41 a məhəllə, ev 4 b, mənzil 30-da qeydiyyatda olan və Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 22/11 a, mənzil 16-da yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs N.11.2019-cu il tarixdə, saat 12:06 radələrində idarə etdiyi, «opel zafira» markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhəddi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 47,5-ci kilometrliyində 110 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman «yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olduğu halda bu tələbləri yerinə yetirməmiş, hadisənin qarşisini almağa texniki imkani olsa da almamiş, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşida onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs7 idarə etdiyi «vaz 2115» markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobili sağdan ötmə əməliyyatı həyata keçirmək istəyən anda idarə etdiyi avtomobiln qabaq sol tərfi «vaz 2115» markalı, 10 ke 105 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsi ilə toqquşub yolun sağ ehtiyyat hissəsinə çixaraq avtomobili aşırmış, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan sərnişinlər-X4 onun hadisə yerində ölümünə səbəb olan başın küt travması, sağ gicgah sümüyünün xətti sınığı, baş-beyinə qansızma, sağ gicgah nahiyyəsinin, sağ qulaq seyvanının yaraları, sol gicgah nahiyyəsinin iki ədəd, sol çiyin nahiyyəsinin iki ədəd, sağ əlin arxa səthinin çoxsaylı yaraları, sol diz oynağının ön səthinin 9 ədəd, sol baldırın yuxarı 1/3-nin ön səthinin, bel nahiyyəsinin oma-bel fəqərələri proyeksiyasının, döş qəfəsinin arxa sağ hissəsinin 5 ədəd, döş qəfəsinin sol arxa səthinin sıyrıqları kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətələr, Zərərçəkmiş şəxs3 açıq qarışıq kəllə və onurğa beyin travması, baş beyin və onurğa beynin ağır dərəcəli əzilməsi, ıv-v-vı-vıı boyun fəqərələri səviyyəsində onurğa beyinin epidural və msubdural hematomaları, sol təpə-ənsə sümüyünün və v-vı-vıı boyun fəqərələrinin arxa elementlərinin yerdəyişən sınıqları, dərin tetraparez, sol təpə ənsə nahiyyəsinin yarası, burun üstünün sıyrığı kimi sağlamlığa ağır zərərvuran xəsarətlər, X17 qkbt, baş beyin silkələnməsi, sol intraorbital nahiyyənin dərialtı hematoması, alt çənənin sağ oynaq başının yerdəyişmiş medial sınığı, sol əng sümüyünün ön divarının yerdəyişmiş sınığı, sağ təpə nahiyyəsinin kəsilmiş-çapılmış yaraları, kimi sağlamlığa az ağır zərərvuran xəsarətlər, Zərərçəkmiş şəxs1 qkbt, baş beyinin silkələnməsi, sağ və sol gicgah, sağ təpə alın, sağ təpə, ənsənin əzilmiş-kəsilmiş yaraları kimi sağlamlığa yüngül zərərvuran xəsarətlər, Zərərçəkmiş şəxs4 sağ bazunun yumşaq toxumasının şişkinlik fonunda əziyi, sağ dizin sıyrılmış yarası, boyunun küt travması kimi sağlamlığa yüngül zərərvuran xəsarətlər, Zərərçəkmiş şəxs5 sağ çiyin nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs7 məxsus olan «vaz 2115» markalı, 10 ke 105 dövlət qeydiyyat nişanlı avtomobilə 1317 (bir min üç yüz on yeddi ) manat, Zərərçəkmiş şəxs2 məxsus «opel zafira» markalı, 99 mc 042 dövlət qeydiyyat nişanlı avtomobilə 3138 (üç min yüz otuz səkkiz) manat miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirkar bilərək, ifadəsində göstərdi ki, bc dərəcəli sürücülük hüququ var. 08.02.20202-ci il tarixdə 8550 (səkkiz min beş yüz əlli) manata “opel zafira” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili almış və həmin avtomobillə Bakı-Sumqayıt xətti üzrə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Ona pul lazım olduğu üçün internet vasitəsi ilə İlkin adlı şəxslə tanış olmuş, İlkinlə aralarında olan razılaşma əsasında özünə məxsus olan “opel zafira” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili İlkinin qohumu X11 adına keçirərək ondan 3100 (üç min yüz) manat pul götürmüşdür. X7 adına keçirsə də pulu ona faktiki olaraq Xədicə Qasımovanın atası Zərərçəkmiş şəxs2 verdiyi üçün o, pulu Zərərçəkmiş şəxs2 qaytaracaqdı. Xədicə Qasımovanın adından ona avtomobili idarə etməsi üçün iki aylıq sürmə etibarnaməsi verilmiş, avtomobil onda qalmışdır. o, işləyib pulu ödəməyə başlamış, üst-üstü onlara 950 (doqquz əli) manat pul ödəmişdir. iki ay tamam olduqdan sonra Xədicə Qasımovıanın adından təkrar olaraq ona beş aylıq etibarnamə verilmişdir. O, Xızı rayonu Sitalçay kəndi ərazisində yerləşən hərbi hissədə xidmət edən Məhəmməd adlı şəxslə tanış olmuş, Məhəmməd onunla zəngləşib əlaqə saxlamış, Məhəmmədi və hərbiçi yoldaşlarını müştəri kimi hərbi hissəyə aparıb-gətirmişdir. N.11.2019-cu il tarixdə səhər-səhər Məhəmməd ona zəng vurub onu və hərbiçi yoldaşlarını hərbi hissədən Bakı şəhərinə N yanvar dairəsinə aparmasını xahiş etmiş, o, idarə etdiyi “opel zafira” markalı, ** MC *** dövlt qeydiyyat nişanlı avtomobillə Məhəmmədin xidmət ediyi hərbi hissənin qarşısına gedərək saat 11:40 radələrində Məhəmmədi və onun beş nəfər hərbiçi yoldaşlarını avtomobilinə götürərək Bakı şəhərinə yola düşmüşdür. Ömər qabaq sərnişin oturacağında digər hərbiçi yoldaşları isə arxa sərnişin oturacağında əyləşmişlər. Saat 12:05 radələrində Bakı-Quba-Dağıstan sərhəddi yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində 110 km/saat sürətlə hərəkətdə olduğu zaman ondan qarşıda onunla eyni hərəkət zolağında “vaz 2115” markalı avtomobil, yolun sol zolağında isə markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi yük avtomobili hərəkətdə olmuşdur. qarşıda hərəkətdə olan “vaz 2115” markalı avtomobilin sürəti aşağı olduğundan o, həmin avtomobili sağ yan hissədən ötüb keçmək istəmiş, həmin avtomobilə çatdığından və ara məsafələri az olduğundan həmin avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı zərbənin təsirndən idarə etdiyi avtomobil yolun sağına çıxaraq bir neçə dəfə aşmış, o, özü və avtomobilində olan sərnişinlər xəsarət almışlar.Zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etsə də Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxsin hüquqi varisi X6 ilə barışıq əldə edə bilməmişdir.Onlara dəymiş maddi ziyanı da ödəməyə imkanı yoxdur. Məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmədə cnayət işi üzrə zərərçəkmiş şəxs X1 hüquqi varisi və mülki iddiaçı olan X6 verdiyi ifadəsində göstədi ki, 1995-ci il təvəllüdlü oğlu Məhəmməd Bilbiləyev 2019-cu ilin iyun ayında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına beş illik müqavilə əsasında gizir rütbəsində xidmətə qəbul olunmuş, xidmətə qəbul olunduqdan sonra SQ-nın Xızı rayonu, Sitalçay qəsəbəsində yerləşən hərbi hissəsinə üç aylıq kursa göndərilmişdir. Hər həftənin sonu Məhəmməd evə buraxılmış və o, Bakı şəhərində yaşayan qohumlarının evinə getmişdir. N.11.2019-cu il tarixdə saat 16:00 radələrində Məhəmmədin həftə sonu buraxalab Bakı şəhərinə gedərkən Bakı-Quba- Dağıstan sərhəddi yolunda yol-nəqliyyat hadisəsinə düşməsi və xəsarət aldığına görə Sumqayıt şəhər TTY Xəstəxanasına yerlədirilməsi barədə ona məlumat verilmiş, o, dərhal Sumqayıt şəhərinə getmiş, Məhəmməd aldığı xəsarətlərdən Sumqayıt şəhər TTY Xəstəxanasında öldüyünü xəstəxanada bilmiş və Məhəmmədin meyitini Balakən rayonu Püstətala qəsəbəsinə gətirib 10.11.2019-cu il tarixdə oradakı qəbristanlıqda dəfn etmişlər. Məhəmmədin kurs yoldaşları Vüsal, Ömər və adlarını bilmədiyi beş nəfər kurs yoldaşları ilə Elşən adlı şəxsin idarə etdiyi «opel zafira» markalı avtomobillə Bakı-Quba-Dağıstan sərhəddi yolu ilə Bakı şəhərinə gedərkən qarşıda hərəkətdə olan başqa bir minik avtomobili ilə toqquşduğunu, «opel zafira» markalı avtomobilin yoldan çıxaraq aşdığını, avtomobildə olan hamısının xəsarət aldıqlarını sonradan öyrənib bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir.Təqsirləndirilən şəxslə arasında barışıq yoxdur və bu səbəbdən də sonuncunun barəsində ağır cəza tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 24.06.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına beş illik müqavilə əsasında kiçik gizir rütbəsində xidmətə qəbul olunmuş, Xızı rayonu, Sitalçay qəsəbəsi ərazisində yerləşən hərbi hissəyə kursa göndərilmişdir. Kursda olduğu müddətdə həftə sonu evə buraxıldıqda tanış olduqları Elşən adlı şəxsin idarə etdiyi «opel zafira» markalı avtomobillə gedib gəlmişdir. N.11.2019-cu il tarixdə saat 11:00 radələrində kursdan evə buraxılarkən kurs yoldaşı Elşənə zəng vurub onları Bakı şəhərinə aparmasını xahiş etmiş, saat 11:40 radələrində Elşən idarə etdiyi «opel zafira» markalı avtomobillə hərbi hissəyə gəlmiş, o, kurs yoldaşları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Adil Hadıyev və X14 idarə etdiyi «opel zafira» markalı avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşlər. Ömər qabaq sərnişin oturacağında, Adil, Vüsal və Məhəmməd ikinci sərnişin oturacağında əyləşmiş, o, isə üçüncü sərnişin oturacağında əyləşmiş, qarşıya diqqət yetirmişdir. saat 12:00 radələrində Elşənin idarə etdiyi avtomobillə Bakı-Quba-Dağıstan sərhəddi yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olmuşlar. Elşən avtomobili yüksək sürətlə, təxminin 170 km/saat sürətlə idarə etmişdir. həmin vaxt qarşıda «vaz 2115» markalı avtomorbil hərəkətdə olmuş, Elşən qarşıda yolun solu ilə hərəkətdə olan «vaz 2115» markalı avtomobilə çatıb onunla toqquşacağını görüb avtomobilini sağa qaçırmaq istədiyi an avtomobilinin qabaq sol hissəsi «vaz 2115» markalı avtomobilin arxa sağ hissəsinə dəymiş, zərbənin təsirindən avtomobil yolun sağına istiqamətlənib yoldan çıxaraq bir neçə dəfə aşmışdır. xəsarət aldıqları üçün Sumqayıt TTY Xəstəxanasına aparılmışlar. Məhəmməd xəstəxanada vəfat etmiş, onları sonradan Sərhəd Qoşunlarının hospitalına köçürülmüşlər. Həmçinin Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 24.06.2019-cu il tarixdə beş illik müqavilə əsasında gizir rütbəsində xidmətə qəbul olunmuş, sonra Xızı rayonu, Sitalçay qəsəbəsi ərazisində yerləşən hərbi hissəyə kursa göndərilmişdir. Kursda olduğu müddətdə həftə sonu evə buraxıldıqda, evə gedibgələrkən taksi sürücüsü Elşən adlı şəxslə tanış olmuş, evə və hərbi hissəyə Elşənin idarə etdiyi «opel zafira» markalı avtomobilə gedib-gəlmişlər. N.11.2019-cu il tarixdə saat 11:00 radələrində kursdan evə buraxılarkən kurs yoldaşı Elşənlə əlaqə saxlayıb onları Bakı şəhərinə aparmasını xahiş etmiş, saat 11:40 radələrində Elşən idarə etdiyi «opel zafira» markalı avtomobillə hərbi hissənin qarşısına gəlmiş, o, kurs yoldaşları Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Adil Hadıyev və X14 idarə etdiyi «opel zafira» markalı avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşlər. O, qabaq sərnişin oturacağında, digər kurs yoldaşları isə arxa sərnişin oturacağında əyləşmişlər. Elşənin idarə etdiyi avtomobillə Bakı-Quba-Dağıstan sərhəddi yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olduqlarını xatırlasa da hadisənin necə baş verdiyini xatılamır, ayılanda DSX-nin hospitalında olmuş, sərnişini olduqları avtomobilin qarşıda hərəkət edən avtomobillə toqquşaraq aşdığını, xəsarət aldıqları üçün xəstəxanaya aparıldıqlarını, Məhəmmədin aldığı xəsarətlərdən xəstəxanada öldüyünü sonradan bilmişdir.Hazırda təqsirləndirilən şəxs X12 şikayətçi deyildir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 26.N.2019-cu il tarixdə bacısı oğlu İlkin Təqsirləndirilən şəxslə onun yanına gəlmiş, Təqsirləndirilən şəxs pul lazım olduğunu demiş, ona 3100 (üç min yüz) manat vul verməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs 3100 (üç min yüz) manat vul vermmiş və Təqsirləndirilən şəxs özünə məxsus olaqn “opel zafira” markalı, ** MC *** dövlt qeydiyyat nişanlı avtomobili onun qızı Xədicə Qasımovanın adına keçirmişdir. Pulu o verdiyi üçün avtomobil ona məxsus olmuşdur. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs pulu ona hissə-hissə ödəməli olmuş, qızı Xədicə Qasımovanın adından Təqsirləndirilən şəxs avtomobili idarə etməsi üçün etibarnamə verilmiş, avtomobil Təqsirləndirilən şəxs qalmışdır. Təqsirləndirilən şəxs bacısı oğlu ilkinin vasitəsi ilə ona iki ay, hər ay 475 (dörd yüz yetmiş beş) manat pul ödəmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “opel zafira” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba- Dağıstan sərhəddi yolunda yol-nəqliyyat hadisəsinə düşdüyünü N.11.2019-cu il tarixdə eşidib bilmişdir. Hazırda təqsirləndirilən şəxs X13 şikayətçi deyildir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2019-cu ilin iyun ayında müqavilə əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına kiçik gizir rütbəsində xidmətə qəbul olunmuş, 2019cu ilin noyabr ayının 25-ə kimi DSX-nin Xızı rayonu, Sitalçay qəsəbəsində yerlşən hərbi hissədə kursda olmuş, kursda olan ərəfədə hər həftə sonu evə buraxalmışlar. N.11.2019cu il tarixdə həftə sonu onlara evə getmələrinə icazə verildiyindən saat 11:40 radələrində gizir yoldaşları Məhəmməd Bilbiləyev, Zərərçəkmiş şəxs1, Adil Hadıyev, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 hərbi hissəinin qarşısında Məhəmmədin tanışı olan, adının Elşən olduğunu sonradan öyrənib bildiyi sürücünün idarə etdiyi «opel zafira» markalı avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşlər. Zərərçəkmiş şəxs1 avtomobildə qabaq oturacaqda, Zərərçəkmiş şəxs3, Adil Hadıyev və Məhəmməd Bilbiləyev ikinci sərnişin oturacağında, o və Zərərçəkmiş şəxs5 isə üçüncü arxa səriniş oturacağında əyləşmişlər. o, qulaqcıq taxaraq pəncərədən sola baxmış, Elşən də avtomobili yolun sol zolağı ilə, yəni dəmirlərin yanı ilə idarə etmişdir. yorğun olduğu üçün bir anlıq gözlərini yummuş, bu zaman Elşən avtomobilini qəflətən sağa qaçırmaq istəmiş, lakin qarşıda hərəkətdə olan avtomobilin arxa sağ hissəsindən vurmuş, avtomobil idarə olunmaz vəziyyətdə qarşıya gedib yoldan çıxaraq aşmışdır. Hadisə nəticəsində hamısı xəsarət almış Sumqayıt şəhər TTY Xəstəxanasına aparılmışlar. Məhəmmədin aldığı xəsarətlərdən Sumqayıt şəhər TTY xəstəxanqasında öldüyünü sonra eşidib bilmişdir. sonradan DSX-nin hospitalına köçürülmüşlər. Elşənin qarşıda hərəkət edən nəqliyyat vasitəsinin sağından ötüb keçmək istəyini, ara məsafəsini gözləmədiyi üçün həmin avtomobillə toqquşduğunu sonradan bilmişdir.Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş X24 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin iyun ayınnin 24-də beş illik müqavilə əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına kiçik gizir rütbəsində xidmətə qəbul olunmuş, xidmətə qəbul olunduqdan sonra DSX-nin Xızı rayonu, Sitalçay qəsəbəsində yerlşən hərbi hissəyə kursa göndərilmişdir. Kursda olan ərəfədə hər həftə sonu evə getməklərinə icazə verilmişdir. Həftə sonu evlərinə gedib kurs keçdikləri hərbi hissəyə qayıdanda kurs yoldaşları Məhəmməd Bilbiləyevin tanıdığı Eləşən adlı taksi sürücüsü ilə tanış olub hər dəfə evə buraxalanda Elşənə zəng vuraraq onun idarə etdiyi «opel zafira» markalı avtomobillə hərbi hissədən Bakı şəhərinə, Bakı şəhərindən də kurs keçdikləri Xızı rayonunu, Sitalçay qəsəbəsi ərazisindəki hərbi hissəyə gəlmişlər. N.11.2019-cu il tarixdə həftə sonu evə getməklərinə icazə verilmiş, X16 zəng etmiş, saat 11:40 radələrində Elşən hərbi hissənin qarşısına gəlmiş, o, gizir yoldaşları Məhəmməd Bilbiləyev, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 hərbi hissəinin qarşısında Elşənin idarə etdiyi «opel zafira» markalı avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşlər. Zərərçəkmiş şəxs1 avtomobildə qabaq oturacaqda, Zərərçəkmiş şəxs3, Məhəmməd Bilbiləyev və o ikinci sərnişin oturacağında, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 isə üçüncü arxa sərnişin oturacağında əyləşmişlər. Həmin günü saat 12:00 radələrində Elşənin idarə etdiyi «opel zafira» markalı avtomobillə Bakı-Quba- Dağıstan sərhəddi yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olmuşlar. Elşən avtomobili yolun sol hərəkət zolaği ilə yüksək sürətlə idarə etmiş, həmin vaxtı onlardan qarşıda Bakı istiqamətində yolun sol hərəkət zolağı ilə «vaz 2115» markalı avtomobil, eyni zamanda qarşida yolun sağ hərəkət zolaği ilə dövlət qeydiyyat nişanina fikir vermədiyi “kamaz” markali yük avtomobili hərəkətdə olmuşdur. Elşən idarə etdiyi avtomobillə yolun sol hərəkət zolaği ilə yüksək sürətlə qarşıda hərəkətdə olan «vaz 2115» markalı avtomobilə çatib onun sağ tərəfində manevr edib ötmək istəmiş, lakin ara məsafəsi az olduğundan vaxtinda sağa çixa bilməmiş, Elşənin idarə etdiyi «opel zafira» markalı avtomobilin qabaq sol hissəsi «vaz 2115» markalı avtomobilin qabaq sağ hissəsinə dəyib idarə olunmaz vəziyyətdə yolun sağina çixib aşaraq bir neçə dəfə fırlanmışdır. hamısı xəsarət almış, hadisə yerinə gələn TTY avtomobili onları Sumqayıt şəhər TTY xəstəxanasına aparmışdır. Məhəmməd Bilbiləyev aldığı xəsarətlərdən həmin günü Sumqayıt şəhər TTY Xəstəxanasınada vəfat etmiş, onlar isə sonradan DSX-nin hospitalına köçürdülər. Həmçinin zərərçəkmiş şəxs X24 təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, bc dərəcəli sürücülük hüququ olmaqla özümə məxsus “vaz-2115” markali, ** KE *** dövlət qeydiyyat nişanli avtomobil vardır. N.11.2019-cu il tarixdə saat 10:30 radələrində arvadı Şahid2, iki az yaşlı uşaqları-oğlu Amin, qızı Tahirə, idarə etdiyi “vaz- 2115” markali, ** KE *** dövlət qeydiyyat nişanli avtomobilə əyləşib Sumqayıt şəhərinə yola düşmüşlər. Sumqayit şəhərinə gələrkən yolda, Şabran rayonunun Dəvəçikənd kəndinə dönərək xalası Şahid3 və xalasının əri Şahid1 da götürüb yollarına davam etmişdir. Xalasının əri Rəhman avtomobildə qabaq oturacaqda, qalanları isə arxa oturcaqda əyləşmişlər. Saat 12:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri yaşma bağları ərazisindən keçən hissəsində yolun sol hərəkət zolağı ilə 80 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman qarşıda dövlət qeydiyyat nişanına fikir vermədiyi qoşqulu yük (tır) avtomobilinin qəza işıq siqnallarını yandıraraq 50-60 km/saat sürtələ hərəkət etdiyini, həmin yük avtomobilini keçən zaman sonradan markasına fikir verdiyi «opel zafira» markalı avtomobilin arxa sol hərəkət zolağı ilə hərəkət etdiyini görmüş, onunla eyni zolaqda ondan arxada hərəkət edən «opel zafira» markalı avtomobil yüksək sürətlə ona çataraq idarə etdiyi avtomobillə yük avtomobilinin arasına girib idarə etdiyi avtomobilin sağından ötüb keçmək istəmiş, «opel zafira» markalı avtomobilin sürəti yüksək olduğundan sürücü bu ötməni düzgün etməyərək qabaq sol küncü ilə onun idarə etdiyi avtomobilin arxa sağ hissəsinə vurmuş, yük avtomobilinin qarşısından keçib yolun sağına çıxaraq yolun hərəkət hisssəindən də çıxıb yolun sağ tərfinə aşmış və bir neçə dəfə fırlanmışdır. Toqquşma zamanı zərbənin təsirindən idarə etdiyi avtomobilinin arxa sağ təkəti partladığından 60-70 metr qarşıya hərəkət edib avtomobilini təhlükəsiz şəraitdə saxlayaraq avtomobildən düşüb «opel zafira» markalı avtomobilə yaxınlaşmış, həmitn avtomobildə olanların xəsarət aldıqların görmüş, dərhal tty xidmətinə və polisə zəng vurub hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gələn TTY avtomobilləri xəsarət alanları xəstəxanaya aparmış, polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Onun özü və avtomobilində olan sərnişinlər heç bir xəsarət almamışlar. Həmçinin Zərərçəkmiş şəxs7 onun avtomobilinə dəymiş maddi ziyanın sığorta şirkəti tərəfindən ödənildiyini və bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi. Məhkəmədə ifadəsi elan olunmuş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, 24.06.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına kiçik gizir rütbəsində xidmətə qəbul olunmuş, Xızı rayonu, Sitalçay qəsəbəsi ərazisində yerləşən hərbi hissədə kurs keçmiş, eyin zamanda xidmətdə olmuşdur. Hər gün hərbi hissədə olmuş, altıncı və bazar günləri isə evə buraxılmış, altıncı gün hərbi hissədən çıxıb Bakı şəhərində yaşayan bacısıgilə getmişdir. O, həmişə iş yoldaşları ilə birlikdə Bakı şəhərinə gedərkən Elşən aldı oğlanın idarə etdiyi «opel zafira» markalı avtomobillə gedib gəlmişlər. N.11.2019-cu il tarixdə saat 11:40 radələrində kurs yoldaşı Məhəmməd Bilbiləyev, Zərərçəkmiş şəxs4, Adil Hadıyev, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 Elşənin idarə etdiyi «opel zafira» markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşlər. Ömər avtomobilin qabaq sərnişin oturacağında, o, Məhəmməd Bilbiləyev və Adil Hadıyev ikinci arxa sərnişin oturacağında, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 isə üçüncü arxa sərnişin oturacağında əyləşmişlər. Elşən avtomobili Bakı-Quba-Dağıstan sərhəddi yolu ilə Sumqayıt istiqamətində 150-160 km/saat sürətlə idarə etmiş, həmin vaxtı qarşıda yolun sol hərəkət zolağı ilə «vaz 2115» markalı avtomobil hərəkətdə olmuş, Elşən avtomobili yüksək sürətlə idarə edərək «vaz 2115» markalı avtomobilə çatan vaxt həmin avtomobilin sağa keçməsini və ara məsafəsini gözləmədən sağ tərəfdən ötüb keçmək istəmiş, ara məsafəsi az olduğundan Elşənin idarə etdiyi avtomolbildin qabaq sol tərəfi «vaz 2115» markalı avtomobilin arxa sağ tərfi ilə toqquşmuş və yolun hərəkət hissəsindən çıxaraq aşıb bir neçə dəfə fırlanmış hamısı xəsarət almış, ayılanda xəstəxanada olmuş, iki aya yaxın reanimasiya şöbəsində müalicə almış, sonra Silahlı Qüvvələrini hospitalına köçürülmüşdür. Hadisəyə səbəb Elşənin avtomobili yüksək sürətlə idarə etməsi, qarşıda hərəkətdə olan avtomobili sağdan ötüb keçmək istəməsi olmuşdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 nümayəndəsi X15 məhkəmə iclasında bildirdi ki, oğlu Zərərçəkmiş şəxs3 Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına xidmətə qəbul olunmuş, Xızı rayonu, Sitalçay qəsəbəsi ərazisində yerləşən hərbi hissədə kurs keçmiş, eyin zamanda xidmətdə olmuşdur. N.11.2019-cu il tarixdə kurs yoldaşları Məhəmməd Bilbiləyev, Zərərçəkmiş şəxs4, Adil Hadıyev, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 Elşən adlı şəxsin idarə etdiyi «opel zafira» markalı avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşlər və Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarına riayət etməməsi səbəbindən idarə etdiyi avtomobil qəzaya uğramışdır. Oğlunun kurs yoldaşı Məhəmməd qəza nəticəsində ölmüş, oğlu Zərərçəkmiş şəxs3 isə artıq neçə aydır ki, yataq xəstəsidir. Onurğasında və digəor orqanlarında ciddi problemləri olduğundan hərəkət edə bilmir. Təqsirləndirilən şəxs bütün bu müddət ərzində cəmi 1 dəfə onlara dərman almağa 150 manat pul vermişdir. Hazıradək oğlunun müalicəsi ilə maraqlanmamış,onların müalicə ilə bağlı çəkdiyi xərcləri ödəməmişdir.Bu səbəbdən də oğlu Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, N noyabr 2019-cu il tarixdə saat 11 radəlrində arvadı Şahid3 bacısı oğlu Elşən Nəzərov, Arvadı Günel və iki az yaşlı uşaqları ilə birlikdə idarə etdiyi «vaz-2115» markali, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobillə onların yaşadıqları Şabran rayonunun Dəvəçikənd kəndinə gəllmiş, o, və arvadı Şahid3 da Elşən Nəzərovun avtomobilinə əyləşmiş, Sumqayıt şəhərinə yola düşmüşlər. X21 idarə etmiş, o, qabaq sərnişin oturacağında, arvadı Bahar, Elşən Nəzərovun arvadı Günel və az yazlı uşaqları isə arxa sərnişin oturacağında əyləşmişlər. Təxminən saat 12:00 radələrində Bakı-Quba-Dağıstan sərhəddi yolunun Sumqayıt şəhəri, yaşma bağları ərazisindən keçən hissəsində yolun sol hərəkət zolağı ilə Bakı şəhəri istiqamətində təxminən 80 km/saat sürətlə hərəkətdə olduqları zaman onlardan qarşıda yolun sağ hərəkət zolağı ilə dövlət qeydiyyat nişanına fikir vermədiyi qoşqulu yük (tır) avtomobili qəza nişan işığını yandıraraq təxminən 50-60 km/saat sürətlə hərəkətdə olmuşdur. Yük avtomoböilinin sürəti nisbətən az olduğuna görə Elşən Nəzərov həmin yük avtomobilini ötüb keçməyə başlamış, Elşən Nəzərov yük avtomobilini ötən zaman arxadan hərəkətdə olan minik avtomobili sol hərəkət zolağı ilə sürətlə hərəkət etib yüksək sürətlə elşən nəzərovn idarə etdiyi avtomobilə çataraq Elşən Nəzərovun idarə etdiyi avtomobil ilə yük avtomobilinin arasına girərək iki avtomobilin arasından ötmə əməliyyatına başlamış, amma ötməni başa çatdıra bilməmiş, həmin avtomobilin qabaq sol küncü elşən nəzərovun avtomobilinin arxa sağ küncü ilə toqquşmuş, sonra isə yük avtomobilinin qarşısından keçib yolun sağına çıxaraq yolun sağ tərəfinə aşaraq bir neçə dəfə fırlanmışdır. Toqquşma zamannı Elşən Nəzərovn avtomobilinin arxa sağ təkəri partlamış, Elşən Nəzərov avtomobilini təxminən 60-70 metr qarşıda saxladıqdan sonra onlan avtomobildən düşərək sonradan markasını öyrənib bildiyim «opel zafira» markalı avtomobilə yaxınlaşmışlar. Həmin avtomobildə olanlar xəsarət almış, Elşən Nəzərov dərhal təcili tibbi yardım xidmətinə, sonra isə polisə zəng vurub hadisə barədə məlumat vermiş, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili xəsarət alanları xəstəxanaya aparmış, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 da Zərərçəkmiş şəxs7 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, N noyabr 2019-cu il tarixdə saat 11 radəlrində bacısı oğlu Elşən, arvadı Günel və iki az yaşlı uşaqları Elşənin idarə etdiyi «vaz-2115» markali, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobillə onların yaşadıqları Şabran rayonunun Dəvəçikənd kəndinə gəlmiş, o, və əri Şahid1 da bacısı oğlu Elşənin avtomobilinə əyləşmiş, Sumqayıt şəhərinə yola düşmüşlər. Avtomobili Elşən idarə etmiş, əri Rəhman qabaq sərnişin oturacağında, o, Elşənin arvadı günel və az yazlı uşaqları isə arxa sərnişin oturacağında əyləşmişlər. Saat 12:00 radələrində Bakı-Quba-Dağıstan sərhəddi yolunun Sumqayıt şəhəri, Yaşma bağları ərazisindən keçən hissəsində yolun sol hərəkət zolağında 80 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olduqları zaman onlardan qarşıda yolun sağ hərəkət zolağı ilə dövlət qeydiyyat nişanına fikir vermədiyim qoşqulu yük (tır) avtomobili qəza nişan işığını yandıraraq təxminən 50-60 km/saat sürətlə hərəkətdə olmuşdur. Elşən həmin yük avtomobilini ötüb keçən zaman arxadan yüksək sürətlə hərəkətdə olan minik avtomobili sol hərəkət zolağı ilə hərəkət edib onlara çatmışdır. Elşənin idarə etdiyi avtomobil ilə yük avtomobilinin arasına girərək iki avtomobilin arasından ötmə əməliyyatına başlamış, amma ötməni başa çatdıra bilməmiş, həmin avtomobilin qabaq sol küncü Elşənin avtomobilinin arxa sağ küncü ilə toqquşmuşdur. Sonra isə yük avtomobilinin qarşısından keçib yolun sağına çıxaraq yolun sağ tərəfinə aşıb bir neçə dəfə fırlanmışdır. Arxadan hərəkətdə olan avtomobil elşənin avtomobilinin arxa sağ küncü ilə toqquşanda elşənin avtomobilinin arxa sağ təkəri partlamışdır. Elşən avtomobilini təxminən 60-70 metr qarşıda saxlamış, onlar avtomobildən düşmüş, heç birimiz heç bir xəsarət almamış, elşənlə rəhman sonradan markasını öyrənib bildiyi «opel zafira» markalı avtomobilə yaxınlaşmışlar. Həmin avtomobildə olanlar xəsarət aldıqlarından Elşən dərhal təcili tibbi yardım xidmətinə, sonra isə polisə zəng vurub hadisə barədə məlumat vermiş, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili xəsarət alanları xəstəxanaya aparmış, polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliynin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş N.12.2019-cu 2020-ci il tarixli, 108 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Bilbiləyev Məhəmməd Ənvər oğlunun meyiti üzərində başın küt travmasf, sağ gicgah sümüyünün xətti sınığı, baş-beyinə qansızma, sağ gicgah nahiyyəsinin, sağ qulaq seyvanının yaraları, sol gicgah nahiyyəsinin iki ədəd, sol çiyin nahiyyəsinin iki ədəd, sol əlin arxa səthinin çoxsaylı yaralar, sol diz oynağının ön səthinin 9 ədəd, sol baldırın yuxarı 1/3-nin ön səthinin, bel nahiyyəsinin oma-bel fəqərəsinin proyesiyasının, döş qəfəsinin arxa sağ hissəsinin 5 ədəd, döş qəfəsinin sol arxa səthinin sıyrıqları müəyyən edilmişdir. Myəyyən edilmiş xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-4 saat əvvəl olmaqla N.11.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Ölüm meyitin myayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X1 ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. X1 meyitinin müayinəsi zamanı götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotimk maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliynin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 30.12.2019-cu il tarixli, 27 tibbi sənəd nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs5 bədəni üzərində sağ çiyin nahiyyəsinin yumuşaq toxumalarının şişkinlik fonunda əziyi müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarət küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti zərərçəkmişin sumqayıt ttyx-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla N.11.2019-ci il tarixdə ynh-si zamanı əmələ gələ bilərdli, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliynin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 30.12.2019-cu il tarixli, 28 tibbi sənəd nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs4 bədəni üzərində sağ bazunun yumuşaq toxumasının şişkinlik fonunda əziyi, sağ dizin sıyrılmış yarası, boyunun küt travması müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti zərərçəkmişin sumqayıt ttyx-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla N.11.2019-ci il tarixdə ynh-si zamanı əmələ gələ bilərdli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliynin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 30.12.2019-cu il tarixli, 29 tibbi sənəd nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 bədəni üzərində qkbt, baş beyinin silkələnməsi, sağ və sol gicgah, sağ təpə alın, sağ təpə, ənsənin əzilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti zərərçəkmişin sumqayıt ttyx-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla N.11.2019-ci il tarixdə ynh-si zamanı əmələ gələ bilərdli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliynin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 30.12.2019-cu il tarixli, 31 tibbi sənəd nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı X24nun bədəni üzərində qkbt, baş beyin silkələnməsi, sol intraorbital nahiyyənin dərialtı hematoması, altçəçinin sağ oynaq başının yerdəyişmiş medial sınığı, sol əng sümüyünün ön divarının yerdəyişmiş sınığı, sağ təpə nahiyyəsinin kəsilmiş-cırılmış yarası müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti zərərçəkmişin sumqayıt ttyxna müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla N.11.2019-ci il tarixdə ynh-si zamanı əmələ gələ bilərdli, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliynin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 30.12.2019-cu il tarixli, 32 tibbi sənəd nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs3 bədəni üzərində açıq qarışıq kəllə və onurğa beyin travması, baş beyin və onurğa beynin ağır dərəcəli əzilməsi, ıv-v-vı-vıı boyun fəqərələri səviyyəsində onurğa beyinin epidural və msubdural hematomaları, sol təpə-ənsə sümüyünün və v-vı-vıı boyun fəqərələrinin arxa elementlərinin yerdəyişən sınıqları, dərin tetraparez, sol təpə ənsə nahiyyəsinin yarası, burun üstünün sıyrığı müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti zərərçəkmişin sumqayıt ttyx-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla N.11.2019-ci il tarixdə ynh-si zamanı əmələ gələ bilərdli, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04.06.2020-ci-cu il tarixli,8/692 nömrəli rəydən görünür ki, «opel zafira» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunzuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısı almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan hadisə yerinə və nəqliyyat vasitələrinə baxış keçirilməsinə dair N.11.2019-cu il tarixli protokoldan görnür ki, hadisə yerinə və avtomobilə baxış keçirilmiş hadisə yerinin sxemi tərtib edilmiş, fotoşəkilləri çəkilərək bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. Sərxoşluq vəziyyətinin müayinəsi aktlarından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq vəziyyətdə olmuşdur. DİN-nin BƏSİİ-dən alınmış 17.11.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. BDYPİ Qİİ-dən alınmış 28.11.2019-cu il tarixli, 016-111299-1219 nömrəli məktubdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtihan İdarəsinin kompüter uçot bazasının məlumatına əsasən xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 13.02.2019-cu il tarixdə AE 045000 nömrəli, BC kateqoriyalı sürücülük vəstqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Xaçmaz 1 saylı texniki xidmət idarəsi tərfindən verilmiş 28.05.2020-ci il tarixli t819 saylı ziyan aktından görünür ki, “vaz 2115” markalı 10 ke 105 dövlət qeydiyyat nişanlı avtomobilə 1317 (min üç yüz on yeddi) manat məbləğində ziyan dəymişdir. Xaçmaz 1 saylı texniki xidmət idarəsi tərfindən verilmiş 02.06.2020-ci il tarixli 837 saylı ziyan aktından görünür ki, “opel zafira” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə 3138 (üç min yüz otuz səkkiz) manat məbləğində ziyan dəymişdir. Cinayət işinin materiallarından görünür ki, “Vaz 2115” markalı ** KE *** dövlət qeydiyyat nişanlı və “opel zafira” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınaraq sahiblərinə qaytarılmışdır. Cinayət işinin materiallarında olan 05 iyun 2020-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Zərərçəkmiş şəxs7 əməlində cinayət əməlinin və ya inzibati hüquq pozmanın əlamətləri olmadığındanbarəsində cinayət təqibinini başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki. 24.04.2020-ci il tarixli qərarla X6 istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs, mərhum X1 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin materiallarında olan 05 iyun 2020-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri nəzərdə tutulmuşdur. Məhkəmə zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, X24, X8 cinayət işi üzrə təqsirləndirilən şəxsdən heç bir şikayət yaxud tələblərinin olmadığını bildirib bununla bağlı məhkəməyə ərizələrini təqdim etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş 22.02.2021-ci il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxs-X1 hüquqi varisi X6 və Zərərçəkmiş şəxs3 nümayəndəsi X15 Təqsirləndirilən şəxs şikayətçidirlər. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi lə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Renspublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, X24, X8 ilə barışıq əldə etməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır.Azərbaycan Respublikası CM-nin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrində. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23 iyun 2020-cu il tarixli (iş № 1(060)- 330/2020) qərarını icra edərək, N iyul 2020-cu il tarixli 706 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun” Kapitalbankın 1 saylı şəhər filialında olan hesabına köçürülməlidir. Cinayət işinin mateiallarından görünür ki, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs X1 hüquqi varisi X6 məhkəmə iclasında idiia ərizəsi təqdim edərək mülki iddia vermişlər. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia ərizəsindən görünür ki. o, təqsirləndirilən şəxsdən dəymiş maddi ziyana görə 10 000 (on min ) manat , mənəvi ziyana görə 15 (on beş min ) manat, ümumilikdə 25 000 (iyirmi beş min) manat pul tələb edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 Təqsirləndirilən şəxs 15 000 (on beş min) manat maddi, 50000 (əlli min ) manat mənəvi zərər tələb etmişdir. Lakin Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxsin hüquqi varisi X10 dəymiş maddi ziyanla bağlı məhkəməyə hər hansı sübutlar təqdim etməmişlər. Belə olan halda Məhkəmə hesab edir ki. dəymiş maddi və mənəvi ziyanla bağlı iddialar baxılmamış saxlanmalı və zərərçəkmiş şəxslə onun hüquqi varisinə hökm qanuni qüvvəyə mindikdən sonra mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Vaz 2115” markalı ** KE *** dövlət qeydiyyat nişanlı və “opel zafira” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 22 fevral 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 və X10 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlaılsın və onlara hökm qanuni qüvvəyə mindikdən sonra mülki iddia qaydasında Məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Vaz 2115” markalı ** KE *** dövlət qeydiyyat nişanlı və “opel zafira” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 saat saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapitalbankın 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZNAİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar