Məhkəmə qərarları › İş №1(060)-28/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-28/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-28/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhəri 23 saylı Mənzil İstismar Sahəsində təmizlik işlərin və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu Beşdam kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, st. Sumqayıt qəsəbəsində fərdi yaşayış evində yaşayan, barəsində 11 iyun 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt Şəhər Məhkəməsinin birinci zalında vətəndaşlar Şahid3 və X1 şikayəti əsasında Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsilə hakim Elçin Məmmədovun sədrliyi ilə xüsusi ittiham qaydasında şikayətə baxılarkən barəsində şikayət verilmiş şəxs qismində məhkəmə baxışının iştirakçısı olan xüsusi ittihamçı Şahid3 nümayəndəsi vəkil Zərərçəkmiş şəxs çıxışına kəskin etirazını bildirərək sonuncunu cəmiyyətdə qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına zidd olan, onun şərəf və ləyaqətini alçaldan ədəbsiz ifadələr işlətməklə təhqir etmiş, məhkəmə iclasının gedişatını qəsdən pozmuş, hakimin xəbərdarlıqlarına və icra məmurlarının qanuni tələblərinə heç bir məhəl qoymadan qanunsuz hərəkətlərini davam etdirərək məhkəməyə hörmətsizlik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla əvvəlki məhkəmə iclaslarında təqsirli bilməsə də, sonrakı məhkəmə baxışında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 aprel 2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə xüsusi ittiham qaydasında şikayətə baxılarkən barəsində şikayət verilmiş şəxs qismində məhkəmə baxışının iştirakçısı olan xüsusi ittihamçı Şahid3 nümayəndəsi vəkil Zərərçəkmiş şəxs çıxışına kəskin etiraz edərək özünü saxlaya bilməyib sonuncunun şərəf və ləyaqətini alçaldan ədəbsiz ifadələrlə təhqir etmiş, məhkəmə iclasının gedişatını pozmuş, əsəbi olduğu üçün hakimin xəbərdarlıqlarına və icra məmurlarının qanuni tələblərinə məhəl qoymamışdır. Əməlindən peşmandır. Barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1995-ci ildən vəkillik fəaliyyəti işə məşğul olur, hazırda Bakı şəhəri 6 saylı Vəkil Bürosunda fəaliyyə göstərir, Təqsirləndirilən şəxs məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə baxılan işdə tanımış, düşmənçiliyi və ədavəti yoxdur, Təqsirləndirilən şəxs nümayəndəsi olduğu xüsusi ittihamçı Şahid3 yaşadığı ünvanda qonşusudur, Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi üzrə Təqsirləndirilən şəxs xüsusi ittiham qaydasında verilmiş şikayətə dair baxılan işdə xüsusi ittihamçı Şahid3 nümayəndəsi qismində iştirak etmiş, 29 aprel 2021-ci il tarixdə təxminən saat 15:15-də hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə baxışı zamanı cinayət törədilməsində barəsində şikayət verilmiş Təqsirləndirilən şəxs prosesin başlanğıc mərhələsindən iş üzrə xüsusi ittihamçıya, həmçinin ona qarşı aqressiv münasibət göstərmiş, prosesdə əsassız olaraq səs-küy qaldırmış, sədirlik edən hakimin xəbərdarlıqlarına məhəl qoymayaraq Təqsirləndirilən şəxs onun ünvanına “əcilaf, yaramaz, tərbiyəsiz...sən kişi deyilsən” ifadələri işlədərək təhqir etmiş, zalda olan icra məmurları və səsə gələn polis nəfəri onu sakitləşdirməyə çalışsalarda, qanuni tələblərə məhəl qoymadan ona tərəf yaxınlaşaraq hədələyici sözlərlə “seni görüm öləsən, uşağın ölsün, arvadın ölsün və s.” ifadələr işlətmiş, sanki onu mübahisəyə cəlb etmək istəmiş, bu kimi qanunsuz hərəkətləri nəticəsində məhkəmə prosesinin gedişatına maneçilik törədərək prosesin təxirə salınmasına səbəb olmuşdur. Həmin məhkəmə prosesində barəsində şikayət verilmiş Təqsirləndirilən şəxs, həmçinin anası Naxış Kərimova, xüsusi ittihamçılar Şahid3 və X3, adlarını bilmədiyi polis nəfəri və icra məmurları, həmçinin sədrlik edən hakim Elçin Məmmədov və iclas katibi Şahid4 olmuş, iş üzrə xüsusi ittihamçı Şahid3 nümayəndəsi olduğundan və sonuncunun qanunla qorunan mənafelərini müdafiə etdiyindən Təqsirləndirilən şəxs ona qarşı aqressiv olmuş, həmin iş üzrə əvvəlki prosesdə də İlhama Kərimova ona və xüsusi ittihamçılara qarşı qərəzli olmuşdur. Qanunauyğun qaydada cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadəsi tədqiq edilərək elan edilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, 29 aprel 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsində növbətçi təyin olunmuş, həmin gün məhkəmənin 1-ci zalında sədrlik edən hakim Elçin Məmmədovun icraatında olan Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi təyin edilmiş, məhkəmə baxışı zamanı saat 16 radələrində həmin zaldan qışqırıq səslərini eşidərək onunla birlikdə olan böyük icra məmuru Şahid2la birlikdə dərhal zala daxil olarkən barəsində şikayət verilmiş Təqsirləndirilən şəxs tribunanın qarşısında dayanaraq sonradan bildiyimiz həmin iş üzrə xüsusi ittihamçı Şahid3 nümayəndəsi vəkil Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək sonuncunu təhqir etməsinin şahidi olmuş, Təqsirləndirilən şəxs sədrlik edən hakimin qanuni tələblərinə və xəbardarlıqlarına məhəl qoymayaraq uca səslə aqressiv şəkildə məhkəmə gedişatını pozmaqla vəkil Zərərçəkmiş şəxs ünvanına “əcilaf, yaramaz, sən kişi deyilsən, şərəfsiz, keçəl ...başına oyun açacam və s.” kimi ifadələr işlətməklə təhqir etmiş, hakimin tələbinə əsasən həmin proses saxlanılaraq barəsində şikayət verilmiş şəxsi zaldan çıxararaq onu sakitləşdirmiş, bundan sonra baş vermiş hadisə ilə əlaqədar müvafiq akt tətrtib edilmiş, Təqsirləndirilən şəxs ifadələri vəkil Zərərçəkmiş şəxs şəxsiyyətini alçaldan ifadələrdir və məhkəməyə hörmətsizlik kimi qiymətləndirilməlidir. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində göstərmişdir ki, baş vermiş hadisə zamanı məhkəmə zalına digər icra məmuru ilə daxil olarkən içəridə polis əməkdaşı Süleyman Əliyev, sədrlik edən hakim Elıçin Məmmədov, iclas katibi Şahid4 və proses iştirakçıları ilə yanaşı Təqsirləndirilən şəxs anası Naxış Kərimova da içəridə olmuş, həmin vaxt anası prosesə müdaxilə etsə də, yalnız qızı İlhamə proses iştirakçısı Zərərçəkmiş şəxs təhqir etməklə prosesin gedişatını pozmuş, həmçinin vəkil Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqirlərinə heç bir cavab hərəkətinə yol verməmiş, yalnız özünü təhqir olunmasının və prosesin pozulmasının protokollaşdırmasını tələb etmişdir.İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurları X6 və Şahid2 şahid Ramin Əhmədovun ifadəsinə oxşar ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində ifadəsi tədqiq edilərək elan edilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi tədqiq edilərək elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və onun anası Naxış Kərimova yaşadığı ünvanda qonşusuzdur, lakin uzun illərdir qonşu olsalar da, dəfələrlə həmin şəxslər onun ailəsindən və digər qonşularından heç bir səbəb olmadan şikayət edir, özləri heç yerdə işləmir, yalnız camaata şər atmaqla məşğuldur, bu səbbədən bütün qonşular şərdən qorunmaq üçün küçədə video müşahidə quraşdırmış, hazırda Sumqayıt Şəhər Məhkəməsində xüsusi ittiham qaydasında baxılan şikayət üzrə Təqsirləndirilən şəxs 2020-ci il tarixdə televiziya vasitəsi ilə onun və digər qonşusu Cəmilə Vəliyeva barəsində ağır cinayət törədilməsi ilə əlaqədar böhtan yaymış, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət təqibi başlanılmış, Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsznın xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi ittihamçı qismində iştirak etmiş, vəkil Zərərçəkmiş şəxs tərəfindən verilmiş etibarnamə əsasında məhkəmədə onun nümayəndəsi qismindədir, 29 aprel 2021-ci il tarixdə təxminən saat 15:15-də hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə baxışı zamanı cinayət törədilməsində şikayət verilmiş şəxs Təqsirləndirilən şəxs prosesin başlanğıc mərhələsində ona və digər xüsusi ittihamçı X2, həmçinin nümayəndəsi Zərərçəkmiş şəxs qarşı aqressiv münasibət göstərmiş, prosesdə əsassız olaraq səs-küy qaldırmış, sədrlik edən hakimin xəbərdarlıqlarına məhəl qoymayaraq vəkil X4 ünvanına “alçaq, yaramaz, tərbiyəsiz...sən kişi deyilsən, sən nə vəkilsənki, sənə 300 manat versəm dabanımı yalayarsan, pozğun tayfasından olan...” ifadələri işlədərək onu təhqir etmiş, sədrlik edən hakim dəfələrlə Təqsirləndirilən şəxs nizam intizama, sakitliyə dəvət etsə də, həmçinin zalda olan icra məmurları və səsə gələn polis nəfəri onu sakitləşdirməyə çalışsalar da, qanuni tələblərə məhəl qoymadan Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirərək vəkil Zərərçəkmiş şəxs hədələyici sözlərlə “seni görüm öləsən, uşağın ölsün, arvadın ölsün və s.” ifadələr işlətmiş, sanki sonuncunu provakasiya edərək mübahisəyə cəlb etmək istəmiş, Təqsirləndirilən şəxs bu kimi qanunsuz hərəkətləri nəticəsində məhkəmə prosesinin gedişatışna maneçilik törədilərək iclasın təxirə salınmasına səbəb olmuşdur. Verilən əlavə suallara cavab olaraq Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası Naxış Kərimovailə ilə birlikdə heç bir səbəb olmadan dəfələrlə ailəsindən və digər qonşularından şikayət edir, şər atırlar, dəfələrlə bu barədə hüquq mühafizə orqanlara müraciət etsələr də, polis orqanları onlarla bacara bilmədiklərini bildirmiş, üstəlik işlərinə baxan polis əməkdaşlarından əsassız şikayət edirlər, həmçinin bir neçə ay ərzində Təqsirləndirilən şəxs və anası əsassız olaraq “102” qaynar xəttinə yüzlərcə şikayətlər etmiş, bu səbəbdən bütün qonşular onlarla üz-üzə gəlməkdən qorxurlar. Məhkəmə iclasında şahid qismində ifadəsi tədqiq edilərək elan edilmiş Şahid4 ifadəsi, məhkəmə iclsında tədqiq edilmiş digər şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə oxşar məzmunludur. Cinayət işi materillarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurları tərəfindən tərtib edilmiş 29.04.2021-ci il tarixli aktından görünür ki, Sumqayıt Şəhər Məhkəməsində həmin gün saat 15:15 radələrində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə baxılarkən məhkəmə iclasında barəsində şikayət verilmiş Təqsirləndirilən şəxs prosesdə iştirak edən xüsusi ittihamçı Şahid3 nümayəndəsi vəkil Zərərçəkmiş şəxs və onun ailəsini nalayiq ifadələrlə təhqir etmiş, dəfələrlə hakim və icra məmurları tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq nalayiq söyüşlərini davam etdirərək azğınlaşmış formada qışqıraraq məhkəmə prosesini pozaraq məhkəməyə hörmətsizlik etmişdir. Cinayət işinə əlavə olunmuş 1(060)-305/2021 saylı 29.04.2021-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə iclası saat 15:00-da başlamış, sədrlik edən hakim Elçin Məmmədov məhkəməyə daxil olmuş təqsirləndirilən Təqsirləndirilən şəxs ona dövlət hesabına təyin olunmuş müdafiəçi Q.M.Abbasovdan imtina etməsi barədə ərizəsini elan etmiş, təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkillərindən olan Müdafiəçi və ya S.Qasımovun ona dövlət hesabına müdafiəçi kimi təyin olunmasını xahiş etmiş, daha sonra xüsusi ittihamçı Şahid3 nümayəndəsi vəkil Zərərçəkmiş şəxs hakimdən söz alaraq müvafiq sənədləri məhkəməyə təqdim etmiş, həmin vaxt Təqsirləndirilən şəxs heç bir üzrlü səbəb olmadan Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətməyə başlamış, sədrlik edən tərəfindən Təqsirləndirilən şəxs şifahi xəbərdarlıq olunaraq nizam intizama dəvət edilmiş, lakin Təqsirləndirilən şəxs xəbərdarlığa məhəl qoymayaraq yenə də, vəkil Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələri işlədərək nümayəndəyə “sən nə vəkilsənki, sənə 300 manat versəm dabanımı yalayarsan” demiş, daha sonra sədrlik edənin göstərişi ilə məhkəmə iclas zalında iştirak edən icra məmurları Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsalar da, sonuncu hüquqazidd (yazılası mümkün olmayan söyüşləri və nalayiq ifadələri) hərəkətlərini davam etdirmiş və sədrlik edən hakim icra məmurlarına Təqsirləndirilən şəxs hərəkətləri ilə bağlı müvafiq aktın tərtib edilməsinə dair göstəriş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 11.06.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs 18.02.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək məhkəmə tərəfindən onun barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhəri 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1 və 1.12-ci bənlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1 və 1.12-ci bənlərinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1 və 1.12-ci bənləri tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar