Məhkəmə qərarları › İş №1(060)-28/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-28/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-28/2023 30.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1971-ci ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zəngilan rayonu, Bartaz kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 18ci məhəllə, ev 27/5, mənzil 48-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 08 iyun 2018-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X8 oğlunun və xx.xx.2009-cu il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 125,00 manat olmaqla, ümumilkdə 250,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4210/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 20 fevral 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 30 iyun 2021-ci il tarixə kimi qətnamə üzrə ümumilikdə 7092,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hazırda Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27/5, mənzil 48-də yaşamaqla işəmuzd sifariş əsasında qəssab kimi çalışır, əvvəllər müxtəlif iaşə obyektlərində və kafelərdə dönərçi kimi çalışmış, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır, sonuncu ilə 2003-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Eltun və Ərhun adlı iki övladı anadan olmuş, ilk dövrlərdə Zərərçəkmiş şəxs ilə münasibəti normal olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmış, bu səbəbdən Zərərçəkmiş şəxs 2014-ci ildə məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə uşaqların saxlanması üçün hər ay ondan ümumilikdə 206,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmış, lakin sözügedən qətnamə hazırda tərəfindən tam icra olunmuş, bundan başqa Zərərçəkmiş şəxs alimentin artırılması ilə bağlı 2018-ci ildə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, 08 iyun 2018-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X8 oğlunun və xx.xx.2009-cu il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 125,00 manat olmaqla, ümumilkdə 250,00 manat sabit pul məbləğində aliment ondan tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, əvvəllər dönərçi kimi çalışmış, lakin pandemiya dövründə bir müddət işsiz olduğundan ödəniş apara bilməmiş, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həbs edilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəməmiş və cinayət məsuliyyətini daşıması barədə icra məmuru tərəfindən dəfələrlə ona xəbərdarlıq edilmiş, lakin aliment üzrə cəmi 1900,00 manat məbləğində ödəniş etməsinə baxmayaraq, icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 7092,00 manat təşkil etmişdir. Alimentin icra olunmamasının səbəbi keçmiş arvadı Zərərçəkmiş şəxs tərəfindən uşaqlarla görüşməsinə icazə verilməməsi olmuş, bundan başqa digər səbəb, aliment borcunun yüksək olmasıdır, lakin özü işəmuzd qəssab kimi işləsə də, aylıq müəyyən məbləğdə ödəniş aparılmasına imkanı var, həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinin filialına işlə təmin olunmaq üçün müraciət etməmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşmandır. Vaxt verislə ödəniş edə bilər. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 08 iyun 2018-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X8 oğlunun və xx.xx.2009cu il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 125,00 manat olmaqla, ümumilkdə 250,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi başlanılaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən və icra məmurunun tələblərini yerinə yetirmədiyindən barəsində inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra icra məmuru tərəfindən qətnaməni icra etmək üçün yenidən müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə cuzi ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimatla müraciət edərkən, yəni xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs tərəfindən 7092,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, borclu Təqsirləndirilən şəxs işəmuzd Sumqayıt şəhərində müxtəlif sahələrdə işləmiş, belə ki dönərçi, sonradan qəssab kimi ərzaq mağazalarında çalışmış, lakin qazanc əldə etməsinə baxmayaraq alimenti ödəməkdən qərəzli olaraq yayınmış, Təqsirləndirilən şəxs bir ata kimi uşaqları ilə maraqlanmır və evə heç bir kömklik göstərmir, qətnamə üzrə yaranmış aliment borcunu keçmiş əri Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Aliment borcunu Təqsirləndirilən şəxs tələb edir, əks halda qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5751/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2005-ci il təvəllüdlü X8 oğlunun və xx.xx.2009-cu il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay, hər uşağa görə 103,00 manat olmaqla, ümumilikdə 206,00 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Eyni zamanda həmin qətnamə üzrə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq övladların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 125,00 manat olmaqla, ümumilikdə 250,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qət edilmişdir. Göstərilən icra vərəqələri müvafiq olaraq xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə şöbənin icraatına daxil olmuş həmin tarixlərdə də icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmiş, müvafiq icra hərəkətləri aparılmış, lakin icra tədbirləri nəticəsində Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5751/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borc ödənildiyindən həmin icra vərəqəsi üzrə icraata xitam verilmiş, digər qətnamə üzrə icra hərəkətləri davam etdirilmiş, icra tədbirləri zamanı borclu Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından onun axtarılması haqqında qərar qəbul olunaraq icra edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmiş, xx.xx.2018-ci il tarixdə borclu saxlanılaraq Sumqayıt Şəhəri üzrə İcra idarəsinə gətirilmiş və izahatı alınmış, aliment borcunun ödənilməsi tələb olunmuş, borclu tərəfindən aliment borcundan heç bir ödənişi edilmədiyindən yenidən idarəyə dəvət edilərək izahatı alınmış və Sumqayıt şəhər Məhkəməsinin 3(060)-442/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmədiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbslə tənbeh edilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə 1908,00 manat ödənildiyi və 7092,00 manat aliment borcunun yarandığı müəyyən olunmuşdur. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi, məhkəmə qərarının icrasının məcburiliyi dəfələrlə şihafi, həmçinin rəsmi xəbərdarlıq formasında borclunun nəzərinə çatdırılmış, borclu Təqsirləndirilən şəxs ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyət elan edilməklə rəsmi xəbərdarlıq olunmasına baxmayaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini icra etməməkdə davam etməklə faktiki imkanlarından istifadə etməmiş və bu hərəkətləri ilə qərəzlilik nümayiş etdirmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları ifadəsində təsdiq etdi. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda qızı Zərərçəkmiş şəxs və nəvələri ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs keçmiş əridir, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 08 iyun 2018-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X8 oğlunun və xx.xx.2009-cu il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 125,00 manat olmaqla, ümumilkdə 250,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmurları tərəfindən icra işi başlanılaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs olunmuş, bundan sonra icra məmuru tərəfindən qətnaməni icra etmək üçün borcluya yenidən müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə az məbləğdə ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 7092,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla qəssab kimi işəmuzd işləyir, həmçinin vaxtı ilə Sumqayıt şəhərində yerləşən kafelərin birində dönərçi kimi çalışmış, öz ailəsinin kifayət gədər imkanı vardır, qardaşı tikinti sahəsində çalışmaqla Bakı şəhərində bir neçə mənzillərə sahibdir, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs qərəzli olaraq alimenti ödəməkdən yayınır, Təqsirləndirilən şəxs bir ata kimi öz övladları ilə maraqlanmır və keçmiş arvadına heç bir köməklik göstərmir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5751/2014 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, X3 hər ay 103 manat sabit pul məbləğində alimentin xx.xx.2014-cü il tarixdən başlayaraq tutulub xx.xx.2005-ci il tarixdə doğulmuş X6, hər ay 103 manat sabit pul məbləğində alimentin xx.xx.2014-cü il tarixdən başlayaraq tutulub xx.xx.2009-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-2509/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5751 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs plkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3535/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4210/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5751 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X8 oğlunun və xx.xx.2009-cu il təvəllüdlü B\şirov Ərhun Vüqar oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 125 manat olmaqla, ümumilikdə 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında 20 fevral 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1663/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-442/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində həbs edilmişdir. İş materiallarında olan X2 Sumqayıt şəhər Məşğulluq Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olmasına baxmayaraq işlə təmin olunmaq üçün mərkəzə müraciət etməmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər xalq məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 207 mad., 2-ci his. (xx.xx.2000-ci ilədək olan CM-si, xuliqanlıq cinayəti) təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 41-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 02 il müddətinə sınaq müddəti təyin edilməklə şərti hesab olunmuşdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin ***-**** saylı, xx.xx.2022-ci il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-544/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşd və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx/xx-5792 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmiş, iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, icra işindəki məlumatları, icra ilə bağlı görülən tədbiləri nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Beləliklə, Təqsirləndirilən şəxs təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, bu maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu növ cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə tutulmuş, 12 may 2022-ci il tarixədək, yəni iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı müddət 02 (iki) gün müəyyən olunaraq Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut, müsadirə olunası əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunandan (həbsdə olan şəxsə isə təqdim olunduğu vaxtdan) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar