Məhkəmə qərarları › İş №1(060)-280/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-280/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-280/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X1, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs qızının və onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il tarixdə, saat 17:10 radələrində AC seriyalı, 245196 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X16” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Dənizkarı bulvar istiqamətində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq yəni, yəni idarə etdiyi avtomobillə yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürət həddindən yüksək, 68 km/saat sürətlə hərəkət etmiş və həmin Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb, piyada keçidinə daxil olmuş piyadaya yol verməklə və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç tədbir görməmiş, yolda yerləşən nizamlanmayan piyada keçidinin üzəri ilə yolun sağ kənarından sol kənarına doğru hərəkətə başlamış piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub, Zərərçəkmiş şəxs ölümünə səbəb olan başın küt travması, sol-alın gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyinə qan sızma, sol baldırın aşağı 1/3-nin açıq sınığı, alının sol hissəsinin, alt çənənin sol hissəsinin, sağ əlin arxa səthinin 6 ədəd yaraları, sağ təpə nahiyyəsinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində 2014-cü il buraxılışlı, “X16” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 məxsus olduğunu, onun sürücüsü işlədiyini, sonuncu dəfə 28 dekabr 2020-ci il tarixdə, saat 16:50 radələrində yaşadığı evdən Sumqayıt şəhəri, Novxanı bağlarına getmək üçün idarə etdiyi “Toyota Land Cruiser” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Dənizkənarı bulvar ərazi ilə hərəkət etmək qərarına gəldiyini, avtomobillə təxminən 60-70 km/saat sürətlə hərəkət etdiyini, Sumqayıt şəhəri, Xəzər bağları istiqamətindən Sumqayıt şəhəri, Dənizkənarı bulvar istiqamətində təxminən 1 kilometr yol hərəkət edərkən yolda bir nəfər kişi piyadanın piyada keçidinin üzəri ilə yolun əks tərəfi, yəni Xəzər dənizi bulvarı istiqamətində hərəkətdə olduğunu təxminən 5-10 metr məsafədən gördüyünü, yoldakı piyada keçidinin üzərində olan kişi piyadanı gördükdən sonra əyləcdən istifadə edərək avtomobili sola çəkib əyləci sıxsa da idarə etdiyi avtomobili saxlaya bilmədiyini, piyada keçidinin üzərindən hərəkət edən bir nəfər şəxsi avtomobilin sağ qabaq hissəsi ilə vurduğunu, vurandan bir neçə metr sonra avtomobili saxladığını, bu zaman həmin piyadanın vurduğu yerdən təxminən xeyli aralı məsafəyə düşdüşüyünü, həmin şəxsə yaxınlaşıb köməklik etmək istəyərkən həmin şəxsin baş nahiyəsindən qan axdığını gördüyünü, onun keçindiyini bildiyini, lakin bu barədə dərhal Sumqayıt şəhər TTYna məlumat verdiyini, 2-3 dəqiqədən sonra gəldyini, hadisədən 5 dəqiqə sonra YPXəməkdaşlarının da hadisə yerinə gəldiyini, Sumqayıt şəhər Təcili Tibbi yardım maşını gələn zaman həmin şəxsin öldüyünü dediklərini, hadisədən əvvəl spirtli içki və digər güclü təsir edən, bihuşedici maddə qəbul etmədiyini, hadisə vaxtı idarə etdiyi avtomobildə sərnişin və yük olmadığını, avtomobilin hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olduğunu, “Toyota Land Cruiser” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün İsgəndər İsgəndərov tərəfindən verilən etibarnamənin müddətinin 26.03.2020-ci il tarixədək olmasından məlumatsız olduğunu və bu barədə istintaq zamanı tanış olduğunu bildirmişdir.Həmçinin təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını və ona 20.000 (iyirmi min) manat məbləğində kompensasiya ödədiyini bildirərək barəsində yüngül cəza tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, 1984-cü ildən onunla rəsmi olaraq ailə həyatı qurduğunu, birgə nigahdan 1986-cı il təvəllüdlü Günel və 1988-ci il təvəllüdlü Şamo adlı övladlarının olduğunu, mərhum həyat yoldaşı Şamilin mebel ustası işlədiyini, hər gün evə saat 16:00 radələrində gəldiyini, Şamilin gündəlik olaraq saat 16:30 radərində Sumqayıt şəhər bulvarında gəzinti üçün onunla birlikdə evdən çıxdığını, sonuncu dəfə 28 dekabr 2020-ci il tarixdə mərhum həyat yoldaşı Şamilin işə getmədiyini, təxminən saat 16:30 radələrində həmişəki kimi Sumqayıt şəhər bulvarında gəzmək üçün tək evdən çıxdığını, həmin gün onun işi ilə əlaqədar axşam növbəsində olduğundan Şamilin gəzməyə tək getdiyini, həmin tarixdə saat 18:04 radələrində yaşadığı evdə olarkən ona həyat yoldaşının avtomobil qəzasına uğraması və xəsarət aldığı üçün Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına gətirilməsi barədə məlumat verildiyini, bundan sonra qızı Günellə birlikdə xəstəxanaya gəldiklərini Şamilin Sumqayıt Levent beach siti yaşayış kompleksi ilə üzbəüz avtomobil yolunda piyada keçidinin üzərindən keçərkən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X16” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulduğu barədə məlumat aldığını, xəstəxanaya gəldikdə yoldaşının öldüyünü və morqda olduğunu dediklərini, morqa yaxınlaşdıqda Şamilin morqda olduğunu və yol nəqliyyat hadisəsi nəticəsində hadisə yerində öldüyü bildirdiklərini, bundan sonra Zərərçəkmiş şəxs meyidinin onlara təhvil verildiyini və yoldaşını Ağsu rayonunda dəfn etdiklərini bildirmişdir.Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və sonuncu tərəfindən ödənilmiş 20.000 (iyirmi min) manat məbləğində kompensasiyanı qəbul etdiyini, gələcəkdə də şikayətinin olmayacağını bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru vəzifəsində işlədiyini, 28 dekabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhər ərazisində ekipaj yoldaşı Şahid2 ilə xidmətdə olan zaman Sumqayıt şəhəri Dənizkənarı bulvar ərazisində, Sumqayıt “Levent beach siti” yaşayış kompleksinin yaxınlığındakı yerləşən avtomobil yolunda piyada keçidinin üzərində yerdə uzanmış vəziyyətdə piyada kişi gördüklərini, xidməti avtomobildən düşüb ora yaxınlaşarkən Təqsirləndirilən şəxs idarə etdiyi “X16” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Dənizkənarı bulvar ərazisindən Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində hərəkətdə olan zaman ehtiyyatsızlıqdan idarə etdiyi avtomobillə həmin ərazidə yerləşən piyada keçidinin üzərində piyada 1960-cı il təvəllüdülü Zərərçəkmiş şəxs vurduğunu, nəticədə Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən öldüyünü, hadisə yerinə TTY avtomobili gəldiyini, tibb işçiləri piyadanın öldüyünü bildirdiyini, Sumqayıt ŞPİ-nin NH-nə zəng edərək baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat verdiklərini, hadisə yerinə müstəntiqin gəldiyini, sürücünün hadisə baş vermiş yeri əyani şəkildə göstərdiyini, bununla bağlı və izahatının alınması üçün Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə dəvət edildiyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, 28 dekabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhər ərazisində ekipaj yoldaşıŞahid1 ilə xidmətdə olan zaman Sumqayıt şəhəri Dənizkənarı bulvar ərazisində, Sumqayıt “Levent beach siti” yaşayış kompleksinin yaxınlığındakı yerləşən avtomobil yolunda piyada keçidinin üzərində yerdə uzanmış vəziyyətdə piyada kişi gördüklərini, xidməti avtomobildən düşüb ora yaxınlaşarkən Təqsirləndirilən şəxs idarə etdiyi “X16” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Dənizkənarı bulvar ərazisindən Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində hərəkətdə olan zaman ehtiyyatsızlıqdan idarə etdiyi avtomobillə həmin ərazidə yerləşən piyada keçidinin üzərində piyada 1960-cı il təvəllüdülü Zərərçəkmiş şəxs vurduğunu, nəticədə Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən öldüyünü, hadisə yerinə TTY avtomobili gəldiyini, tibb işçiləri piyadanın öldüyünü bildirdiyini, Sumqayıt ŞPİ-nin NH-nə zəng edərək baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat verdiklərini, hadisə yerinə müstəntiqin gəldiyini, sürücünün hadisə baş vermiş yeri əyani şəkildə göstərdiyini, bununla bağlı və izahatının alınması üçün Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə dəvət edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15.01.2021-ci tarixli 136 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 1960-cı il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Başın küt travması, sol-alın gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyinə qan sızma, sol baldırın aşağı –1/3 nin açıq sınığı, alının sol hissəsinin, alt çənənin sol hissəsinin, sağ əlin arxa səthinin 6 ədəd yaraları, sağ təpə nahiyyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla 28.12.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs meyiti üzərində aşkar olunmuş xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, həmin xəsarətləri qısa müddətdə aldığından xəsarətlərin yetirilmə ardıcıllığı haqqında fikir söyləmək çətindir. Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən xəsarətləri aldıqdan sonra yerini dəyişə, danışa və hərəkət edə bilərdi. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, zərərçəkmiş xəsarətləri alarkən şaquli vəziyyətdə olmuş, bədənin sol hissəsi hərəkətdə olan nəqliyyat vasitəsinə tərəf yönəlmiş və ilkin zərbə sol baldır nahiyyəsindən almışdır. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 04 fevral 2021-ci il tarixli 8/14 saylı rəyindən görünür ki, “X16” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs yaşayış məntəqəsinə aid olan yol sahəsində avtomobili 60 km/saat sürətdən yüksək surətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarında olan Sumqayıt şəhəri, Dənizkənarı bulvar ərazisində yerləşən Sumqayıt “Levent beach siti” yaşayış kompleksinin müşahidə kameralarında yol nəqliyyat hadisəsi ilə bağlı qeydə alınmış və tərəfimdən diskə yazılaraq götürülmüş 14474 KB həcmində faylın olduğu, faylın yaddaşında 53 və 32 saniyə davam edən video görüntü olan disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş 04.01.2021-ci il tarixli 302-10-1221 saylı məktubda, Təqsirləndirilən şəxs adına 23.11.2018-ci il tarixdə AC245196 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsinin olduğu bildirilmişdir. Kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər arasında yoxdur. “X16” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs 20.06.2017-ci il tarixdən 26.03.2020-ci il tarixədək etibarnamə ilə idarə edilməsi haqda komputer bazasında məlumat vardır. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 28 dekabr 2020-ci il tarixli, 6976 saylı aktda Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmadığı bildirilmişdir. Cinayət işinin materiallarında olan cinayət işinin başlanmasına dair 28 dekabr 2020ci il tarixli qərardan görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs yolnəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3746 saylı, 30.12.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər səhiyyə Şöbəsi 2 nömrəli şəhər polklinikası tərəfindən verilmiş 15.01.2021-ci il tarixli 22 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs hmayəsində 2017-ci il təvəllüdlü X8 və 2015-ci il tvəllüdlü X9 adlı iki azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan 15.03.2021-ci il taixli 119 saylı arayışdan görünür ki. Təqsirləndirilən şəxs 05.03.2021-ci il tarixdən “şəkərli diabet 2 tip orta ağır forma”diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan 18 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cədb olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 30.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan 26.04.2021-ci il tarixli sazişdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 20000 (iyirmi min) manat məbləğində kompensassiya ödənilmişdir və X5 üzərinə Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o özünü təqsirli bilir, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır və sonuncuya müvafiq pul kompensasiyası ödəmişdir. Odur ki, bunun nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası CM-in 59.1.12-ci və 59.1.14-cü maddələrinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və onun ödənilməsi ilə nəticələnmiş digər hərəkətin edilməsi, həmçinin himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar törətdiyi əməldən səmimi peşman olmasıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində əsas cəza kimi azadlıqdan məhrumetmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhrum edilməsi təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən təyin olunacaq cəzanı məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Rgional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli (iş № 1(060)280/2021) qərarını icra edərək, 02 aprel 2021-ci il tarixli 363/2021 saylı orderə əsasən vəkil X12 onun vəkili təyin etmişdir. Müdafiəçi X12 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar