Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-280/2022 08.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Hüseyn oğlunun, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Biləcəri qəsəbəsi, DSK yolu, fərdi həyət evi ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17.01.2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs Əfruz qızı ilə aralarında Sumqayıt ASAN Xidmətin yan tərəfində kənar şəxslərin olmadığı yerdə zərərçəkmiş şəxsin təşəbbüsü ilə şəxsi münasibətlərin pozulması zəminində baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs sol almacıq nahiyyəsinə bir dəfə yumruqla qəsdən vurub, boğazından əli ilə sıxaraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş YÜNGÜL zərərvumaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə ilk dəfə 2018-ci ilin may ayında ailə həyatı qurmuş, bir il bir yerdə yaşadıqdan sonra ailələrinin razılığı olmadığına görə rəsmi qaydada ASAN Xidmətə gedib orada Dilbərlə boşanmışlar. Rəsmi şəkildə boşansalar da əlaqələrini kəsməmişlər. Onun ailəsi Dilbərlə ailəli olmağına razılıq verməsələr də, o Dilbəri istədiyinə görə hər ikisinin qarşılıqlı razılığı ilə 04.10.2021-ci il tarixdə yenidən ASAN Xidmətə gedib nikahlarını yeniləmişlər. Nikahlarını yenilədikdən sonra ünvan 3 ünvanında kirayə yaşamağa başlamışlar. Sonra yenə münasibətləri korlanmış və ayrılmışlar. 16.01.2022-ci il tarixdə o Dilbərə zəng vurmuşdur. Telefon danışığı zamanı Dilbər bildirmişdir ki, səhər ASAN Xidmətin yanında görüşsünlər və rəsmi qaydada hər ikisinin razılığı ilə ASAN Xidmətdə boşansınlar. O Dilbərlə razılaşmışdır. 17.01.2022-ci il tarixdə saat 13 radələrində o Sumqayıt şəhər ASAN Xidmətin yanında dayanıb Dilbərin gəlməsini gözləmişdir. O marşrut avtobusu ilə gəlib düşmüşdür. Ona yaxınlaşmış, təklif etmişdir ki, bir kənara çəkilib söhbət etsinlər, Dilbər razılaşmamışdır. O Dilbərin qolundan tutub ASAN Xidmətin yan tərəfində heç kimin olmadığı yerə çəkilmişlər. O Dilbərdən xahiş etmişdir ki, nə olubsa hər şeyi unutsunlar, boşanmasınlar və ailələrini bərpa etsinlər. Lakin Dilbər onun təklifini rədd edərək onun ünvanına nalayiq ifadələr işlədib həmçinin onun kişilik qüruruna toxunan sözlər deməyə başlamışdır. O Dilbərin bu sözləri ilə təhqir olunduğuna görə əsəbləşib əli ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bu zaman Dilbər ona əl atdığından o da əli ilə Dilbərin boğazından tutub geri itələmişdir. Bundan sonra Dilbər ondan uzalqaşıb qaçıb getmiş və o Dilbərin arxasınca düşməmişdir. Sonradan ona məlum olmuşdur ki Dilbər ondan 3-cü PB-nə şikayət etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmandır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 04.10.2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Ailə həyatlarının ilk vaxtları tamamilə normal keçmiş, aralarında elə bir ciddi münaqişələr olmamışdır. Əri Emil onlar ailə qurandan sonra işləmədiyinə, evə pul gətirmədiyinə görə maddi çətinliklər səbəbilə aralarında mübahisələr yaranmağa başlamışdır. Bu məzmunda tez-tez evlərində söz söhbətlər olmuşdu. Son vaxtlar o Emildən faktiki olaraq ayrılaraq hazırki yaşadığı evi kirayə tutub orada tək yaşamağa başlamışdır. Faktiki bir yerdə yaşamırlar və Emildən boşanmaq qərarına gəlmişdir. Onların birgə nikahdan övladları yoxdur. Bu səbəbdən də 16.01.2022-ci il tarixdə Emilə zəng vurub 17.01.2022-ci il tarixdə Sumqayıt Asan Xidmətinə gəlməsini istəmişdir ki, orada hər ikisinin razılığı ilə rəsmi qaydada boşansınlar. Emil razılıq verib gələcəyini bildirmişdir. 17.01.2022-ci il tarixdə saat 13 radələrində avtobusla Asan Xidmətin yanına gəlmişdir. Avtobusdan düşüb Asan xidmətə tərəf gedərkən Emil ona yaxınlaşıb qolundan tutaraq söhbət etmək məqsədilə onu Asan xidmətin yan tərəfinə insanların olmadığı yerə aparmışdır. O orada Emillə danışmaq istəmədiyini bildirib boşanacağını demişdir. Emil onun fikrini boşanmaqdan yayındırmağa çalışmışdır. O isə Emilə qətiyyətlə boşanacağını bildirmişdir. Onun bu qətiyyəti Emili özündən çıxarmışdır. Emil əsəbiləşərək əvvəlcə əl atıb onun boğazından tutub və sonra da yumruqla sol almacıq nahiyəsinə bir dəfə vurmuş, o Emilin əlindən çıxıb oradan birbaşa Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Hazırda Emil ilə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 yanvar 2022-ci il tarixli 78 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:sol alcacıq nahiyyəsinin göz qapağını tutan qançırı, gözün ağlı qişasına qansızma, boynun qançırları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla boynun sıxılması zamanı əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla 17.01.2022-ci il tarixə uyğun gələ bilər və dərəəsinə grə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir(i.v 10-12) İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 dörd oktyabr 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.(i.v 16) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 18) İş materiallarında olan Bakı şəhər Binəqədi rayon 9 saylı şəhər poliklinikasının 19.01.2022-ci il tarixli, 50 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatriya kabinetində qeydiyyatda yoxdur.(i.v 19) İş materiallarında olan Bakı Şəhər Narkoloji X4 Şəxsinin 19.01.2022-ci il tarixli, 878 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur.(i.v 20) İş materiallarında olan DİN-nin 18.01.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 21) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən 4 (dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 24 (iyirmi dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-280/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-280/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver