Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-281/2024 27.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" ASC-də mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadıqları ünvan 1 ünvanında bacısı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs təpə nahiyəsinə yumruq zərbəsi ilə bir neçə dəfə vurmaqla onda təpə nahiyəsinin dərialtı hematoması xəsarətinin yaranması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Əzizxanım onun doğma bacısıdır. O, bacısı Zərərçəkmiş şəxs, qardaşı X2, Fikrətin arvadı Şahid1, oğlu Əsəd İsmayılov, arvadı Şahid2, övladları Mikayıl İsmayılov, Xanım İsmayılova ilə birlikdə valideynlərindən onlara miras qalmış ünvan 1 ünvanında yaşayırlar. Əzizxanımla münasibətləri həmişə normal qaydasında olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, evə gəldikdən sonra Sədaqət ona Əzizxanımın onunla mübahisə etdiyini söyləmiş, o da Əzizxanıma nə səbəbə Sədaqətlə mübahisə etdiyini soruşmuşdur. Əzizxanımın onunla da mübahisə etdiyini görüb əsəbləşərək yumruqla onun başının üst nahiyəsinə, təpik zərbəsi ilə bel nahiyəsinə bir neçə zərbə vurmuş, həmin vaxt evdə olan arvadı Sədaqət, Fikrətin arvadı Aynurə onları ayırmışdır. Əzizxanım da 102 xidmətinə zəng edərək şikayət etmişdir. Hazırda əməlindən peşmandır, aralarında barışıq olmuş, vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qardaşları Təqsirləndirilən şəxs, X2, Rasimin arvadı Şahid2, övladları Mikayıl İsmayılov, Xanım İsmayılova, Fikrətin arvadı Şahid1, Fikrətin oğlu Əsəd İsmayılovla birlikdə validyenlərindən onlara miras qalmış ünvan 1 ünvanında yaşayırlar. Qardaşı Rasim ilə münasibətləri həmişə normal qaydasında olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində onunla Rasimin arvadı Sədaqət arasında məişət işləri ilə bağlı mübahisə yaranmış, təxminən 20 dəqiqə sonra Rasim evə gəldikdən sonra Sədaqət bu barədə Rasimə xəbər verdiyi üçün sonuncu onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Rasim yumruq ilə onun başının üst nahiyələrinə, təpik zərbələri ilə bel nahiyəsinə bir neçə zərbə vurmuş, həmin vaxt evdə Rasimin arvadı Sədaqət, qardaşı Fikrətin arvadı Aynurə olmuşdur. Onlar Rasimi tutub ondan uzaqlaşmışlar. O da 102 xidmətinə zəng edərək şikayət etmişdir. Hazırda qardaşı Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona dəymiş ziyanı ödənimiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun baldızıdır. Onunla hər hansı ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs isə onun qaynıdır. Onunla da aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. O, 2011-ci ildə Fikrət İsmayılovla ailə qurmuş, Əsəd adlı bir övladları var. Evləndiyi gündən etibarən əri Fikrət, qaynı Rasim, onun arvadı Sədaqət, övladları Mikayıl, Xanım və baldızı Əzizxanımla birlikdə ünvan 1 ünvanda birlikdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Əzizxanım ilə Rasimin arvadı Sədaqət arasında mübahisə yaranmış, bundan sonra Rasim evə gələn zaman Sədaqət bu barədə Rasimə söylədiyi üçün sonuncu Əzizxanımla mübahisə etmişdir. Mübahisə zamanı Rasim Əzizxanıma bir neçə zərbə vurmuşdur. Həmin vaxt o və Sədaqət Rasimi kənara çəkməklə mübahisənin qarşısını almışlar. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid2 şəxsiyyəti və təqsirləndirilən şəxslə qohumluq münasibəti araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şahid2 əridir, yəni yaxın qohumudur. Şahid2 yaxın qohumu hesab edilən ərinə, yəni Təqsirləndirilən şəxs qarşı ifadə verməsinin məcburi deyil, könüllü olması və sonuncunu ifşa etməkdə sərbəstliyinin olması hüquqları izah edilmişdir. Şahid2 isə ifadə vermək istəmədiyini bildirmişdir. Bununla belə müəyyən edilmişdir ki, Şahid2 məhkəməyədək icraat dövründə ifadə vermiş və həmin ifadə məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, Şahid2 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, o, 2011-ci ildə Təqsirləndirilən şəxsla evlənmiş və nikahlarından iki Mikayıl və Xanım adlı övladları var. Əzizxanım isə onun baldızıdır. Evləndikdən sonra Rasim ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşamağa başlamışlar. Baldızı Əzizxanım, qaynı Fikrət, onun arvadı Aynurə və övladları Əsəd də həmin mənzildə onlarla birlikdə yaşayırlar. Əzizxanımla münasibətləri həmişə normal qaydasında olmuşdur. Lakin, son günlər məişət münasibətləri zəminində onunla aralarında narazılıqlar yaranmışdır. Belə ki, Əzizxanım əsassız yerə, məişət işləri ilə bağlı onunla mübahisə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadıqları evdə yenə məişət işləri ilə bağlı əsassız yerə Əzixanım onunla mübahisə etmişdir. Bir qədər sonra Rasim evə gələn zaman bu barədə on danışmışdır. Rasim də bununla bağlı Əzizxanıma iradını bildirərək belə hallara yol verməməsini söyləmişdir. Əzizxanım isə Rasim ilə də mübahisə etməyə başlamış, bu səbəbdən Rasim əsəbləşərək yumruqla Əzizxanımın başının üst nahiyəsinə, təpik zərbəsi ilə bel nahiyəsinə bir neçə zərbə vurmuşdur. Həmin vaxt o və Fikrətin arvadı Aynurə müdaxilə edərək onları ayırmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X4 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 200 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır; Təpə nahiyyəsinin dərialtı hematoması. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinədən bugünə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qızına qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmiş, sonuncunun ona qarşı heç bir tələb və şikayəti yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs qardaş-bacıdır, uzun illərdir bir mənzildə yaşayırlar, anoloji hallarla bağlı əvvəllər aralarında heç bir məhkəmə mübahisəsi olmamış, hazırda barışmışlar, yenə də eyni mənzildə yaşamağa davam edirlər və normal münasibətləri davam edir. Belə ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında təkrar verilmiş suallara hər dəfə daha cavab vermişlər ki, hazırda barışmışlar, normal münasibətləri davam edir və eyni mənzildə yaşamağa davam edirlər. Həmçinin, zərər çəkmiş şəxs bildirmişdir ki, barışıq ərizəsini heç bir kənar təsir olmadan vermiş, ərizəsi öz iradəsini əks etdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 60 (altmış manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-281/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-281/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver