Məhkəmə qərarları › İş №1(060)-282/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-282/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-282/2021 03.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 57, mənzil 21-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat-2 qəsəbəsi, ev 130-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində qəbiristanlıqda taparaq orada gizləmiş, 15 yanvar 2021-ci il tarixdə, saat 12:10 radələrində həmin narkotik vasitəni gizlətdiyi yerdən götürərək əldə edib üzərində saxlayarkən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində karantin qaydalarını pozması ilə əlaqədar olaraq Sumqayıt şəhər Pİnin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə aparılmış, orada onun üzərində vəkilin iştirakİ ilə şəxsi axtarış keçirilən zaman əynində olan qış gödəkçəsinin sağ qoltuğunda gizlətdiyi bir ədəd göy rəngli sellofan torbada içərisində təmiz çəkisi 410,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən bir həftə qabaq hava almaq məqsədi ilə əlaqədar olaraq tək Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən dəniz kənarına getmiş, orada biraz gəzişəndən sonra yaşadığı evə gəlmək üçün Corat ərazisində yerləşən Corat qəbiristanlığının yaxınlığından tək keçən vaxt təsadüfən yerə atılmış sellofan torba diqqətini cəlb etmişdir. O həmin sellofan torbanı götürüb ətrafa baxmış, ətrafda heç kim olmamışdır. Sonra həmin torbanın içərisinə baxdıqda görmüşdür ki, torbanın içərisində bir dənə də bükülü var, həmin bükülünün kənarından əliylə balaca deşmiş, məlum olmuşdur ki, içində narkotik vasitə olan marixuanadır. O marixuanadan istifadə etdiyi üçün həmin torbanın içərisində marixuananı görüb tanımış və torbanı götürüb qəbristanlığın içərisində gizlətmişdir ki, sonra götürüb istifadə edər. Bir neçə gündən sonra fikirləşmişdir ki, həmin narkotik vasitəni götürüb yaşadığı evə gətirsin, hərdən özü üçün istifadə etsin. Bu məqsədlə də 15 yanvar 2021-ci il tarixdə tək Sumqayt şəhəri Corat qəbiristanlığına gedib həmin marixuananı gizlətdiyi yerdən götürüb əynində olan qış gödəkcəsinin içərisində sağ qoltuğunun altında gizlətmiş, saat 12 radələrində Sumqayıvt şəhəri Corat qəsəbəsi ilə gedərkən mülki geyimdə şəxslər ona yaxınlaşmışlar, polis əməkdaşı olduqlarını və karantinə görə icazəsinin olub-olmamasını soruşmuşlar. O da icazəsi olmadığını bildirmiş və buna görə onu Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə gətirmişlər. O imkan tapıb qoltuğunda gizlətdiyi narkotik vasitəni ata bilməmiş və bölmədə hiss etmişdir ki, həmin narkotik vasitəni polis əməkdaşları aşkar edəcəklər, ona görə də polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını bildirmişdir. Buna görə də qış gödəkcəsinin içəri qoltuğunda saxladığı, qəbiristanlığın yaxınlığında tapdığı narkotik vasitə olan marixuananı polis əməkdaşlarıına təqdim etmişdir, ondan polis əməkdaşları həmin maddənin nə olmasını soruşanda o təqdim etdiyi maddənin narkotik vasitə olan marixuana olduğunu, qəbiristanlıqda tapdığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Sonra ondan aşkar edilərək götürülmüş narkotik vasitəni protokollaşdıraraq ekspertizaya göndərilməsi üçün imzaları ilə təstiq etmişdirlər. Hazırda əməlindən peşmandır. Müxtəlif işlərdə işləyərək ailəsini dolandırır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid2 göstərdi ki, Sumqayıt şəhər Pİ-nin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili işləyir. 15.01.2021-ci il tarixdə saat təxminən 12:10 radələrində Sumqayıt şəhəri Pİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektorları X2 və Şahid3 ilə birlikdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində xidmət apararkən sonradan onlara adı və soy adı məlum olan Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozması ilə və özünü şübhəli aparması ilə əlaqədar olaraq saxlayıb aidiyyəti üzrə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə aparmışlar. Polis Bölməsində Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində narkotik vasitə var. Bundan sonra bölmədə Etibarın üzərində şəxsi axtarış keçirməzdən əvvəl onun hüquqları izah edilməklə Etibardan xahiş etmişlər ki, üzərində nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü sağ qoltuq altı nahiyyəsində saxladığı göy rəngli sellofan paketin içərisindəki qara rəngli sellofana bükülmüş yaşıl rəngli bitki kütlələrini onlara təqdim etmişdir, Etibardan soruşmuşlar ki, həmin təqdim etdiyi kütlə nədir, Etibar bildirmişdir ki, təqdim etdiyi kütlə qurudulmuş narkotik vasitə olan marixuanadır. Həmin marixuananı haradan nə məqsədlə əldə etməsini soruşanda Etibar bildirmişdir ki, həmin narkotik vasitəni saxlanan gündən bir həftə qabaq Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində qəbiristanlığın yanında tapmış və öz istifadəsi üçün saxlamışdır. Bundan sonra Etibarın üzərində aşkar edilmiş narkotik vasitə tərəzi vasitəsi ilə çəkilmiş, sənədləşdirilmiş və protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan "Şübhəli şəxsin tutulması haqqında" 15.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.01.2021-ci il tarixdə saat 12:10 radələrində Sumqayıt şəhəri, Corat qəsbəsi ərazisində tutulmuşdur.(i.v 16) İş materiallarında olan "Şəxsi axtarışın keçirilməsi barədə" 15.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs özü sağ qoltuq altı nahiyəsində saxlamış olduğu göy rəngli sellofan paketin içərisindəki qara rəngli sellofana bükülmüş yaşıl rəngli bitki kütləsini təqdim etmiş, bildirmişdir ki, bu kütlə marixuanadır, bunu təxminən 1 həftə əvvəl Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində qəbiristanlığın yanında taparaq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 0,495 qram olduğu müəyyən olunmuşdur.(i.v 22-23) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/75 saylı 15.01.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "vət. Təqsirləndirilən şəxs....." yazısı və imzalar olan göy rəngli polisetilen bağlamadakı qara rəngli sellofan bağlamada 01 ədəd sellofan bağlamanın içərisində təmiz çəkisi 410,0 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quudulmuş marixuanadır.(i.v 37) İş materiallarında olan "MSY-dən azad edilməsi barədə" 16.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16.01.2021-ci il taixdə Sumqayıt şəhər Pİ-nin MSY-dən azad edilmişdir.(i.v 53-54) İş materiallarında olan "Qətimkan tədbiri seçilməsi haqqında" 16.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pİ-nin MSY-dən azad olunduqdan sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v. 56-57) İş materiallarında "Maddi sübut kimi tanıma haqqında" 16.01.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ekspertiza sərfiyyatından sonra qalıq qalmış 409,9 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət ii üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanaılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir.(i.v. 60) İş materiallarında olan "Diskə baxış keçirilməsi haqqında" 18.01.2021-ci il tarixli protokoldan görünür ki, çəkiliş qapalı otaq şəraitində keçirilir. Çəkilişdə aşağı sol tərəfdə 15.01.2021-ci il saat 12:33 yazılıb və polis formasında təhqiqatçı Samir Rzayev saxlanılan şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir. Bundan sonra etibardan da özünü təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs özünü təqdim edəndən sonra Etibarın sağında və solunda dayanmış mülki geyimdə polis əməkdaşları da özlərini təqdim etdikdən sonra Etibara onun hüquqlarını müdafiə edən vəkili təqdim edirlər. Bundan sonra Etibardan üzərində nə varsa təqdim etməsini xahiş edirlər və Etibar da əynində olan qış gödəkçəsinin sağ qoltutğunda gizlətdiyi bir ədəd göy rəngli sellofan torbanı çıxarır. Sonra həmin sellofan torbanın içərisindən bir ədəd bükülü yapışqan lentlə bağlanmış bükülü çıxır. Həmin bükülü təhqiqatçı tərəfindən bıçaqla kəsilərək iki hissəyə ayrılır və içərisində kipləşdirilmiş ot kütləsi görünür. Bundan sonra həmin ot kütləsi təhqiqatçı tərəfindən tərəzi vasitəsilə çəkilir və tərəzinin ekranında 0,495 qram yazılır. Bundan sonra həmin narkotik vasitə olan bükülü yenidən sellofan torbaya qoyulur və video çəkiliş dayandırılır.(i.v 66-67) Məhkəmə iclasında da həmin diskdəki görüntülər nümayiş etdirildi və göstərilənlər təsdiq edildi. İş materiallarında olan DİN-nin BƏSİİ-nin 27.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 26.02.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin 13.06.2013-cü il tarixli qərarı Azərbaycan Respublikası 07.05.2013cü il tarixli "Amnistiya" qərarının 3 bəndi tətbiq edilməklə çəkilməmiş 01 il 06 ay 1 gün cəzası 06 ay azaldılmaqla qəti olaraq 01 il 06 ay cəza saxlanılmış, 08.05.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur.(i.v 71-73) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Ambulator məcburi narkoloji tibbi yoxlamanın 28.01.2021-ci il tarixli 283 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nrkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 79-80) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 1 saylı Sumqayıt Şəhər Poliklinikasının baş həkimi Arzu Bəndəliyevanın 09.03.2021-ci il tarixli 81 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1 saylı poliklinikanın psixiatrik kabinetinə müarciət etməmişdir.(i.v 82) İş materiallarında olan "Sübutların qiymətləndirilməsi haqqında" 12.03.2021-ci il tarixli qərardan görünür ki, ekspert rəyində göstərilən 410,0qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və şəxsi axtarış keçirilməsi haqqında protokolun əks olunduğu CD diski iş üzrə maddi sübut kimi tanınmışdır.(i.v 83-88) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-282/2021 saylı 14.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İsitintaq Təcridxanasının 17/40-1741 saylı 06.05.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03.05.2021-ci il tarixdə Sumqayıt .Pİ-nin əməkdaşları tərəfindən tutularaq 05.05.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 1-ci PB-nin ***-**** 1221 saylı 03.05.2021-ci il tarixli məktubundan, "Axtarışda olan şəxsin tutulması barədə" protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03.05.2021-ci il tarixdə saat 11:30 radələrində Sumqayıt şəhəri ərazisində saxlanılaraq Sumqayıt şəhər MSY-nə təhvil verilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 410 qram çəkidə narkotik vasitə olan marixuananı əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsi ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 409,9 qram narkotik vasitə marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan protokollardan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci ildən 16 yanvar 2021-ci ilədək tutularaq 2 gün saxlanmış, 03 may 2021-ci il tarixdə tutulmuş, həmin vaxtdan həbsdədir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci ildən 16 yanvar 2021-ci ilədək tutularaq saxlandığı 02 gün, 03 may 2021-ci il tarixdən 03 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay, cəmi 01 (bir) ay 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhəri, Bakı şəhəri, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 409,9 qram narkotik vasitə marixuana məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar